Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.bizim.evde.divardan.atamin.anamin.bacimin.yeznemin.
bacioqlunun.ve.rehmete.geden.qardasimin.sekili.asilib..hemin.evde.namaz.qila.bilerem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Üzünüz o şəkillərə tərəf qılsanız, məkruhdur.
Sual: Sualı ünvanladı Anar: Salam.üzü.üste.yatmaq.günahdir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məkruhdur. Günah deyil.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir-Rəhmanir-Rəhim.ƏsSəlamu ələykum.Əvvəla hər bir xeyirli işlərinizə görə Əllah Sizdən razi olsun-inşaƏllah.Uzun muddətdir ki,Sistani Agaya\Saytina\muraciət edirdik heç bir cavab gəlmirdi.Biz ailəvi çox sevindik ki,Sizin vasitənizlə çox qaranliq məsələlərə aydinliq tapilir.
Xahiş edirem,mənim bir neçə sualim var.Onlari nömrələməklə yaziram.Xahiş e-m cavablari e malima göndərin:
1\Təxəlli vaxti-bovldan sonra məni kanalda hərəkət etdi ,amma xaric olmadi.Dəstəmaz alib Zöhr namazini qildim.Namazdan sonra alt paltarimda bir nəmlik var idi.Həmin nəmliyin məni yoxsa başqa bir şey oldugunu aid edə bilmədim.Belə olan halda namazim batildir?Qəza etməliyəm?Əgər belədirsə-bu iş yaxin keçmişdə olub,gununu qeyd etməmişəm axi-bu halda niyyəti necə etməliyəm?
2\Risalənizin 1626-ci məsələsinə əsasən mən məcburiyyət uzundən-bu niyyətlə cənabət qusulunu almişam.Sonradan,həmən gunu orucumu pozmadan davam etmişəm-bunun hökmu nədir?Orucum batil deyilki?
3\Subh namazinin 2-ci rəkətindən sonra təkbir dedikdən sonra şəkk etmişəm ki,görəsən 2-ci rəkətin 2-ci səcdəsini etdim ya yox?Ona baxmayaraq təşəhhudu deyib namazima davam etməklə salamlari deyib bitirdim.Sonra2 səcdeyi səhf edib,yenidən subh namazini təkrarən qildim.Bunun hökmu nədir?
4\Əsr namazinin 1-ci rəkətində\səhvən\ikinci rəkət bilib təşəhhudu deyib qalxib təsbihadi deməyə başlayan an yadima duşub ki,səhv etmişəm.Həmən an zikri saxlayib qiyam halinda 2-ci rəkəti yerinə yetirməyə başladim.Beləcə namazi sonadək bitirib,sonradan 2 səcdeyi səhf etdim.Bunun hökmu nədir?
Minnətdaram.Hörmətlə;
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1-Məni xaric olmasa qüsl yoxdur.Yəqinə çatmasaz ki, həmin nəmlik spermadır, onda qüsl lazım deyil. Namaz düzdür. Qəza etməyin.
2-Sualı ətraflı yazın. Yəni məsələni tam yazın.
3-Belə olduqda ayaqa qalxdınızsa artıq həmin yer arxada qaldı və namazınız səhihdir. Səcdei-səhv də vacib deyil.
4-Namazınız düzdür-düz etmisiniz.
Sual: Sualı ünvanladı Anar: Salam.tesbehle.zikir.qadinlarda.edir
Cavab: Salam. Bəli, olar.
Sual: Sualı ünvanladı Anar: Salam.namazin.sözlerin.süretli.demeliyik.yoxsa.yavas?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Orta həddə.
Sual: Sualı ünvanladı Zaur: Salam aleyke. Su ......................
Cavab: Salam. Bizdən asılı olmayan səbəblər ucbatından sualınızın cavabı 24 fevrala qaldı. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Emin: salam, rusyada mashin sigorta shirketi masinima deymis ziyani odedikden sonra tezeden eyni meblegi (teqriben 4 min dollar) sehven menim hesabima tokubler.bele olan halda o pulu ozume ya diger yaxshi islere,meselen dini isler,kasiblara xercliye bileremmi? bu hokumde muselman ve qeyri muselman olkesi ferq edirmi? tesekkur
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Həmin pul uyğun şirkətə qaytarılmalıdır. Ondan istifadə olmaz. Haramdır.
Sual: Sualı ünvanladı Emin: salam, rusyada mashin sigorta shirketi masinima deymis ziyani odedikden sonra tezeden eyni meblegi (teqriben 4 min dollar) sehven menim hesabima tokubler.bele olan halda o pulu ozume ya diger yaxshi islere,meselen dini isler,kasiblara xercliye bileremmi? bu hokumde muselman ve qeyri muselman olkesi ferq edirmi? tesekkur
Cavab: Salam. Ayətukllah Xamenei-dəftərxana: Həmin pul uyğun şirkətə qaytarılmalıdır. Ondan istifadə olmaz. Haramdır.
Sual: Sualı ünvnadı Emin: salam,rusyada eti halal olan heyvanlarin derisinden ayaqqabi istehsal olunur.heyvanlarin sheri zibh olunmamasini nezere alaraq bilmek isteyirdikki bu ayaqqabilarin feqet ticareti rusyada caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qeyri müsəlmana satılsa eybi yoxdur. Amma onlar murdar hökmündədir. Əliniz rütubətli olsa və həmin ayaqqabılara toxunsa, yuyulmalıdır. Qeyd edək ki, belə ayaqqabıları orda yaşayan müsəlmana satmaq olmaz.
Sual: Sualı ünvanladı Anar: Salam.zöhür.qezaya.qalanda.eger.esirin.vaxtidirsa.birinci.esiri.
sora.zöhürü.qilmalidir.yoxsa.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Günəş batmaqa dörd rəkət vaxt qalmışa kimi zöhrü qıla bilərsiz və qəza sayılmır. Amma günəşin batmasına dörd rəkət namaz qılınası qədər vaxt qalarsa, onda həmin vaxt əsrə məxsusdur. Belə olduqda yalnız əsri qılın. Əgər zöhrü qılsaz zöhr qəza sayılacaq və əsriniz də qəzaya gedəcək.
Sual: Sualı ünvanladı Anar: Salam.adam.qirip.halda.namaz.qilanda.burundan.su.gelir.ne.
etmelidir.ki,insan.günah.qazanmasin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namaz qılarkən özünüzlə bir burun dəsmalı götürün və lazım olduqda namaz üstə burndan axan suyu silin.
Sual: Sualı ünvanladı Anar: Salam.ümumiyetle.gün.erzinde.ne.haqqinda.fikirle$sem.yax$idir.
Cavab: Salam. Mütaliə edin. Elminizi artırın. İbadət, idman, işləmək və istirahət lazımdır. Sadəcə bekar olmayın. Şeytan bekarı daha tez aldadır. Gün boyunca Allah barəsində düşünmək, ən üstün düşüncədir.
Sual: Sualı ünvanladı Haram: Salam.men.küreyi.üste.uzanib.quran.oxuya.bilerem.günah.
sayilmirki.birde.üreyimde.oxusam.olar.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə uzanıb oxumaq Qurana hörmətsizlik sayılmazsa, eybi yoxdur. Quranı ürəkdə oxumaq, savabdır amma bu oxumaq demək deyil. Quran oxumaq çün olan savabları qazanmaq üçün kərək səslə oxuyasız. Yəni ürəkdən keçirmək savab olsada ona oxumaq şamil olunmur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam (Mekarim agaya teqlid edirem) Men seriala cekilirem qa$imin ortasindan tam yox 3-4 dene tük goturmeli olurlar her gun yox cekilisden cekilise bu gunahdi? Ama mecburamda ALLAH RAZI OLSUN
Cavab: Salam. Sizin sualınız, bizim əlimizdə olamyan səbəblər ucbatından 24 fevrala qaldı. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Anar: Salam.men.quran.oxuyanda.meselen.hz.imam.huseyin.üçün.yasin.
oxumaq.isteyirem.nec.niyet.edilir.
Cavab: Salam. Elə bu məsələ sizin niyyətinizdə varsa, bu yetər. Xüsusi bir şeyə ehtiyac yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.Men rusyada yasayiram,amma halal cuce ve yaxud halal et olmaqina yeqinim yoxdu .Satianlar muselmandilar deyirlerki et halaldi ,cuceninde ustunde halal yazilib mecburiyyet qarsisinda aliram buna ne cur baxirsiz.Allah razi olsun .
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəkkiniz yersizdir. Həmin cücələrin ətindən istifadə tam halaldır.
Sual: Sualı ünvanladı Vasif: salam burada bele bir cavab vermisinizki salavat deyerken elinizi uzunuze cekmeyin bu is gunahdi? ya mekruh?men ele bilirdim bu is mustehebdi indi bu saat menim butun qoxumlarim bu isi edirler ve yaxsi bir emel etdiklerini dusunurler eyer gunahdisa deyin mende onlari bu isden xeberdar edim minetdaram
Cavab: Salam. Bu iş namazda-salavat deyərkən, olmaz. Həmin sual-cavaba diqqətlə baxın.
Sual: Sualı ünvanladı Vasif: salam bilirem belkede movzunuza aid deyil ama ehtiyacim var imkan daxilinde cavab verseniz duaciniz olaram.imam sadiqden bele bir hedis esitmisemki olunun ustunde deqiq bilmirem ya90defe errehman suresi idi yada hemd suresi oxusan o insan yeniden dirile biler allahin izniyle bele bir sey mumkundu. Bu hedis sehhih hedisdi ya hec bele bir hedis yoxdu?
Cavab: Salam. Bu hədis "Həmd" surəsi barəsindədir. Və 70 dəfədir. Surənin əzəmətin göstərmək üçün deyilən bir təşbihdir. Yəni məsələn deyirlər filankəs Aslan kimidir. Bu onun gücünə, şücaətinə işarədir. Bu o demək deyil ki, o Aslandır. Belə bir hədis də həmin surənin əzəmətinə işarədir.
Sual: Sualı ünvanladı Anar: Salam.menim.ayaqimin.bileyi.aqriyir.namazda.oturanda.
çetinlik.çekirem.olar.ki,oturanda.barmaqlarimin.üstünde.oturum.yeni.ayaqimi.ayaqimin.üstünde.qoymayim.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sağalana kimi, eybi yoxdur.
Sual: Sualı ünvanladı Vasif: salam nisanli qiz nisanlisi ile smslese biler?bu gunahdi? beleki onlar bu smsmeslesmeyle gunaha dusmurler yeni bir birlerine yazdiglari sey gunah seyler deyil bu halda gunahdirmi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Kəbinsiz olmaz. Bu işin fəsadı var deyə çəkinin.