www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.qohumum.toy.edir.amma.icki.ve.haram. yemek.verir.ora.getmek.olar.amma.hemin.stolda.oturmayacam.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onlarla birlikdə oturmaq haramdır. Oturmamaq şərti ilə eybi yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.namelum.heyvan.derisinnen.olan.ayaqqabi.ve .kurtkalar.geyinmek.olar.axi.saatilan.bilinmir.axi.hansi.heyvanin.derisidir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlman bazarından alınarsa, onda olar.
Sual: Sualı ünvanladı Balabey: aqa salam atadan oqurluq haramdir meselen ata bir is yeri acir oqul orda isleyir ata oturur evde oqul qazanir 10 manat gelir deyir qazandim 9 manat bu suala cavab vererdis sisdani aqa
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Demədən götürmək olmaz. Həmin pul haram sayılır.
Sual: Sualı ünvanladı Anar: Salam.mene.öyredin.men.ketde.yasayiram.rayona.gedende. mesafe.24.km.dir.1gün.qonaq.qalsam.4rüketli.namazimi.2rüket.qilmaliyam.)(ve.nece.niyet.edim.meselen.ketde.bele.niyet.edirem.4rüket.zöhür.namazi.qiliram..bes.rayonda.demeliyem.2rüket.zöhür.namazi.qiliram.xais.edirem.etrafli.yazin.teseküller.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, siz şəri məsafəni keçirsiz və müsafir hökmündəsiz. Niyyəti düzgün anlayıbsız. Dildə deməyə ehtiyac yoxdur. Bu işi niyyətdə bilməniz bəs edir.
Sual: Sualı ünvanladı Anar: Salam.xais.edirem.mene.etrafli.yazin.söhbet.qeza.namazlarina. aiddir.sübh.namazin.günorta.qilsam.hemdi.ve.sureni.ucadan.qilmaliyam.bu.qeza.namazina.aiddir.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sübh namazını istənilən bir vaxt qılsanız-uca səslə qılmalısınız.
Sual: Sualı ünvanladı Fedai: salm. spirtli içki satılan mağazadan alış-veriş etməyin hökmü necədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Emin: necə başa düşmədim. yazmısız ki, ( Namazlarınız batildir. Çünki qüsllü halda namaz qılmısız. Cənabət qüslü ilə qıldığınız namazları qəza edin. ) mən nə etməliyəm? cənabət qüslü alıb namaz qılmaliyam ? eger elədisə siz niyə yazmısız ki, Cənabət qüslü ilə qıldığınız namazları qəza edin. bu nə deməkdi ?başa salardınızda xahiş edirəm.
Cavab: Salam. Siz yazmışdız ki, mən bilmirdim qüsl almalıyam. Bizdə yazdıq ki, cənabət qüslü ilə qıldığınız namazları təzələyin. Yəni cənabət qüslü boynunuzda olan halda, qüsl almadan nə namaz qılmısızsa, bu namazlar batildir. Çünki qüsl vermədən namazları qılıbsız.
Sual: Sualı ünvanladı Nane: Salam Eleykum,qadinin da namehreme baxmasi haramdir,televizorda,yolda gedende ve s.
Cavab: Salam. Yolda, və sair bu kimi yerlərdə qadının da naməhrəmə baxması haramdır. Amma televizor və bu kimi şeylərdə ləzzət qəsdi olmadan olsa və həm də günaha çəkməsə, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Murad: Futbola baxmaq gunahdi? adi vaxtlarda ve yaxud Meherrem ayinda agir aylarda ferq var?
Cavab: Salam. Eybi yoxdur.
Sual: Sualı ünvanladı Anar: SALAM (MEKARIM AGA TEQLID EDIREM) FUTBOLCU VAR AMA XIRISTIANDI ONUN AZERKESIYEM (Cristiano Ronaldo) AMA O FUTBOLCU DEYIB KI MUSELMANLARDAN MENE AZERKES LAZIM DEYIL BU SOZDEN SONRA AZERKESLIY ELESEM GUNAH SAYILIR?
Cavab: Salam. Etməsəz yaxşıdır. Amma etsəniz də günah deyil.
Sual: Sualı ünvanladı Fatimə: Salam Eleykum,destemaz alanda uzu qibleye qalmaq lazimdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı Seymur: Salam Men bir xiristian futbolcuya azarkesliy edirem bu gunahdi? Mekarim agaya teqlid edirem
Cavab: Salam. Məkarim ağanın dəftərxanası ilə əlaqə saxlamaq mümkün olmadı. Sualınız 24 fevrala qaldı. Üzrlü sayn.
Sual: Azər Quluzadə: Salam. Ərəb əlifbasının butun əlifbalardan fərqli olaraq soldan sağa yox, sağdan sola yazılmasının və oxunmasının bir hikməti varmı.?
Cavab: Salam. Sualınız mövzuya aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): sham namazi ile isa namazi arasinda qeza namazi qilmaq olarmi
Cavab: Salam. Bəli, olar.
Sual: Sualı ünvanladı Bir dost: Salam Eleykum,kederlenmek gunahdir?chunki,Quranda-kederlenmeyin-deye cumle var,sehv etmiremse
Cavab: Salam. Sual mövzumuza aid deyil. Amma qısaca deyə bilərik ki, günah deyil. Bəzi yerlərdə isə savabdır. Amma bəzi yerlərdə bəyənilmir. Misal: Dünya malına görə kədərlənmək bəyənilmir. Hansısa yaxşı bir insanı zalımlar şəhadtə yetirsə, buna görə kədərlənmək savabdır.
Sual: Sualı ünvanladı Fidan: Salam Eleykum,dinde siqorta etdirmek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Sənal: Salam Eleykum,qadin idde muddeti vaxtinda bezenmemelidir?eger bunu etse idde muddetin yeniden gozlemelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər vəfat iddəsi olsa, onda bəzənmək haramdır. Amma bəzənsə günah etmiş olub. Daha iddəni təzədən saxlamaq lazım deyil.
Sual: Sualı ünvanladı Fatimə: Salam Eleykum,valdeynler ayrilsa ve ata uwaqi anaya gostermese,qadin ne etmelidir?
Cavab: Salam. Siz bizə yazın ki, uşaqlar qızdır yoxsa oğlan. Və uşaqların neçə yaşı var?!
Sual: Sualı ünvanladı Men: Salam Eleykum,qadin idde muddetin idde niyyeti ile gozlemese ve ya umumiyyetle bu qaydadan xeberi olmasa,amma her halda idde uchun lazim olan vaxtda hech kimle elaqesi olmasa,bu duzdur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, düzdür. Ərindən boşandıqdan sonra üç dəfə özündə qan görsə yetər. Digər bir insanla ailə qura bilər.
Sual: Sualı ünvanladı Anar: Salam......................deyir.meherrem.ayinda.çali$in.sejdeni.uzadin.bu.nece.olur.?tesekgüller
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Uzun cəcdə istənilən bir vaxt bəyəniləndir və müstəhəbdir. (Yəni səcdədə zikrləri çox deməklə səcdəni uzatmaq.)
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı