www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Müşviq: salam.1.sherab verilen meclislerde ishtirak etmek olarmi?(toy ve yaxud her hansi bir meclis) 2.sheherin her hansi bir restoraninda yemek yeyilmesi olarmi(hemin restoranin ishcileri namaz qilan olmadigi halda)? ...............
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana:

1-Xeyir, olmaz.

2-Bəli, olar. Müsəlman olmaları yetər.

3-cü sualınız mövzumuza aid deyil. Üzrlü sayn.Hələki elə imkanımız yoxdur ki, belə sualları cavablandıraq. Amma inşallah qısa müddətə bütün suallara cavab vermək imkanımız olacaq.
Sual: Sualı ünvanladı Anar: Salam.telfon.ve.ya.telfonsuz.danismaq.desdamazi.pozur?tesekgül.edirem.
Cavab: Salam. Xeyir, pozmur.
Sual: Sualı ünvanladı Xədicə: salam men namaz qilmaq isteyirem yoldasim icaze vermir.men neyleyim.cox sagolun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ərinizin bu işə icazə verməmək haqqı yoxdur. Amma əgər belədirsə siz elə qılın ki, onun xəbəri olmasın.
Sual: Sualı ünvanladı Anar: Salam.zöhürü.demirem.zöhrü.qiliram.sonra.mesel.üçün.esir.vaxti.15-35.de.baslayir.men.o,vaxtan.qabaq.yeni.5-10.deqiqe.qabaq.esiri.qila.bilerem.yeterli.vaxt.qalmir.axi.
Cavab: Salam. Zöhr namazından sonra əsr namazını günəş batmamışdan öncə istənilən vaxt qıla bilərsiz. Amma əsl vaxtında qılmaq daha fəzilətlidir.
Sual: Sualı ünvanladı Anar: Salam.bu.sual.meni.çox.narahat.edir.desdamaz.nece.alinir.men. bele.aliram.ALLAHA.itayet.ve.onun.emirini.yerine.yetirmek.üçün.desdamaz.aliram.qürbeten.illellah.
Cavab: Salam. Düz alırsınız, narahat olmayın. Bu sözü dildə deməsəz də olar. Elə qəlbinizdə bunun olması yetərlidir. Amma bu sözü düz demirsiz,əslində belə deyilməlidir: "Qürbətən iləllah". Sözün hərflərinə diqqət verin səhvinizi görəcəksiz.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum. Allah cekdiyiviz bu eziyyetlerden razi olsun ve sizi bizlere cox gormesin inweAllah,lakin sizden bir xaiwim var,lutfen butun suallari ve onlarin siz vetdiyiviz cavablarin hamisin oldugu kimi bura yazasizz emeile atirsizsa burada yazin,belke bawqa birininde oxwar suali var cvbin evvelceden oxumuw olar. Bir daha Allah razi olsun!!
Cavab: Salam. Xahiş yox, əmr edin. İmkan həddində buyuruğunuza əməl edərik.
Sual: Sualı ünvanladı Map: Salam.imadeddin.nesimi.deyir.heq.menem.heq. mendedir.mende.sigar.2.cahan.men.bu.cahana.sigmazam.bu.sözlerde.günah.var...................
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Əli: Facebookda yad qızla yad oğlanın danışması caizdir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu iş haramdır. Fəsadı var. Olmaz!
Sual: Sualı ünvanladı Emin: salam,rusyada eti halal olan heyvanlarin derisinden ayaqqabi istehsal olunur.heyvanlarin sheri zibh olunmamasini nezere alaraq bilmek isteyirdikki bu ayaqqabilarin feqet ticareti rusyada caizdirmi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Onları müsəlmana satmanız olmaz. Əlavə olaraq onlara əliniz rütubətli hlda dəyərsə əliniz murdar olur-suya çəkin. Amma qeyri-müsəlmana satmanızın eybi yoxdur.
Sual: Sualı ünvanladı Balebey: aga salam ag atadan oqurliq halaal dir meselen ata bir is yeri acir ozu oturur evde oqul isleyir qazanir 10 manat gelir deyir 9 qazanmisam bu halaldir haram?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu işi görməyin. Atanıza deyin ki, mənə bir miqdar zəhməthaqqı ver. Yox əgər siz deyəndən sonra zəhməthaqqı vermirsə onda sualı təkrar ünvanlayın və biz sizə nə etməli olduğunuzu deyək.
Sual: Sualı ünvanladı Zəhra: Salam 1 mən namaza başlayandan sübh namazindan sora yatiram bunun hökmü nədir?2 mənim namaz qildiğim yerdə şəkil və kukla var nə onlari götürmə yə ixtiyarim yoxdu nə də başka yerdə qila bilmirəm mənə bir məsləhət edərsiz?3 təşəhüddə (Allahumə səlli əla Muhammədin və Ali Muhamməd) bu sözü deyəndə salavat göndərmək yəni əli üzə çəkmək müstəhəbdir?Allah razı olsun!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sübh azanından günəş tülu edənə kimi yatmaq məkruhdur.

Orda namaz qılmanız məkruhdur, haram deyil. Amma sizin başqa yeriniz yoxdursa, və o şeylərin üstün namaz qılanda örtə bilmirsizsə, onları götrmək ixtiyarınız yoxdursa onda eybi yoxdur. Elə orada qılın.

Təşəhhüddə salavat deyərkən əli üzə çəkmək müstəhəb deyil. Bu işi görməyin.
Sual: Sualı ünvanladı Zahir: BILMEMEZLIK UCBATINDAN..................
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayın.
Sual: Sualı ünvanladı Emin: salam.basqasinin haram pulla aldiqi evinde namaz qila bileremmi? bu meselede ev sahibi ile qonaq arasinda ferq varmi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir, qıla bilməzsiniz. Ev sahibi və qonağın haramdan olan evdə namaz qılması olmaz. Amma əgər qonaq bilməsə ki, ev haramdandır, onda qıldığı namaz düzgündür.
Sual: Sualı ünvanladı Emin: salam, rusyada mashin sigorta shirketi masinima deymis ziyani odedikden sonra tezeden eyni meblegi (teqriben 4 min dollar) sehven menim hesabima tokubler.bele olan halda o pulu ozume ya diger yaxshi islere,meselen dini isler,kasiblara xercliye bileremmi? bu hokumde muselman ve qeyri muselman olkesi ferq edirmi? tesekkur
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir, o pulu xərçləmək olmaz. Pul həmin şirkətindir. Qaytarmalısınız.
Sual: Sualı ünvanladı Azer: Xiristiana qiz vermey olar ve yaxud qiz almaq olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir. Heçbiri olmaz.
Sual: Sualı ünvanladı Zeyneb: Salam. Men Sistani agaya teqlid edirem. Amma yazdigim suallara Fazil Lenkeraninin fetvasina uygun cavab yazmisiz. Bilmek isteyirem bu suallarin cavabi her 2 alime gore eynidi?..... Eger men saleh iwlerle mewgul olsam valideynlerimin gunahlari temizlene biler?
Cavab: Salam. Bəzi oxucularımızın belə problemi var. Amma bu sizin istifadə etdiyiniz hansısa bir proqramdandır. Çünki əksər oxucularımızda belə problem yoxdur. Siz bundan sonra sual ünvanlayanda mətnin icində öz mərcei-təqlidinizin adını yazın.

Siz hər bir sualınızı təkrar göndərin. Və biz Ayətullah Sistani ağanın dəftərxanasına müraciət edək. Ola bilər nəzərlərdə fərq olsun.



Saleh işlərlə məşğul olan övlad, ata-ananın günahlarının bağışlanmasında təsirlidir.
Sual: Sualı ünvanladı Shamil: Salam. Evi təmir məqsədilə bakdan faizlə kredit pul götürmək haram sayılırmı?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bəli, bu iş ribadır. Yalnız zərurət olduqda götürmək olar.
Sual: Sualı ünvanladı Anar: Salam.men.qeza.namazin.qilmaq.üçün.desdamaz.alib.qeza.namazi. qiliram.eger.desdamazim.pozulmayibsa.hemen.desdamazla.vacib.namazimi.qila.bilerem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, qıla bilərsiz.
Sual: Salamun aleykum.men ticaret barede sual vermisdim.siz dediz ki emaila gonderdik.amma emaila baxdim gelmiyib............
Cavab: Salam. E-mail adresinizi düzgün yazmayıbsız. Təkrar yazın. Cavabınız E-mail adresinizə göndəriləcək.
Sual: Sualı ünvanladı Anar: Salam.namaz.qlanda.ne.haqda.fikirle$sek.yaxsi.olar
Cavab: Salam. Namazın sözlərinin tərcüməsin öyrənin. Və bu sözlərin mənası barəsində fikirləşin.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı