Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Rauf: Bibim oglu icki icir ele vaxt olur icki alib bizdede Ataman icir. Hemde aileli ola-ola basqa pozgun qizlarla kebinsiz filan elaqede olur. Ne qeder basa saliram ki senin ailen usagin var mene diyir senin neyine lazim sen qarisma men onan Danismaya bilerem yeni elaqeleri kese bilerem birde bize tez tez gelir yeni onan danismaya bilerem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, əlaqəni kəsin.
Sual: Sualı ünvanladı Anar: Salam.namazda.özümde.istemeden.aglima.pis.pis.
fikirler.gelir.onda.deyirem.nehlet.sene.$eytan.bu.söz.namazi.batil.edir. Ve.ne.edim.bu.fikirler.aqlima.gelmesin.çixis.yolu.deyin.?ne.qeder.sualima.cavab.yazmisiniz.ona.göre.tesekül.edirem.saq.olun.allah.razi.olsun.
Cavab: Salam. Namaz üstə şeytanın belə vəsvəsələrinə əhəmiyyət verməyin. İstənilən bir vəsvəsəni saymayın. Diqqət verməyin. Allah-taala da görür ki, bunu siz özünüz etmirsiz. Yəni şeytan edir. Siz sadəcə ona əhəmiyyət verməyin və bu vəsvəsələrə görə narahat olmayın. Belə vəsvəsələrdən Allaha pənah aparın, yetər.
Sual: Sualı ünvanladı Seymur: Salam menim xalamqizi ehli sunnedi ne qeder eliyirem onu duz yola getire bilmirem hacan bir birimizi göruruk sözumuz cep gelir men onan elaqeleri kese bilerem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu məsələ onunla əlaqəni kəsməyinizə səbəb ola bilməz. Siz onu görəndə onunla bu mövzuda söhbət etməyin. Bu mövzuda söhbət etməsəz aranızda mübahisə yaranmaz. Onunla sadəcə salamlaşın və kəf-əhval edin-yetər. (Əgər naməhrəm deyilsə)
Sual: Sualı ünvanladı (ad yazılmayib): Bismillahir-Rəhmanir-Rəhim.ƏsSəlamu ələykum.Hormetli Sistani Aga biz ailevi olaraq Size teqlid edirik[Əlhəmdulillah] Bagislayin olarmi ki,oz adimla yox,basqa adla Size suallarimi verim...........................
Cavab: Salam. Bəli, şərti ad yaza bilərsiniz.
Sual: Sualı ünvanladı Anar: Salam.namaz.qiliram.terkibinde.ispirt.olan.etir.vura.
bilerem.islamda.haramdir.tesekgül.edirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, vura bilər-pakdır.
Sual: Sualı ünvanladı Anar: Salam.tilviziyada.açiq.saçiq.qadinlara.baxmaq.günah.sayilir?
Cavab: Salam. Bəli, günahdır.
Sual: Sualı ünvanladı Anar: Salam.sual.beledir.mennen.sperma.çixmasa.men.
yuyunanda.nece.qüsul.vermeliyem.
Cavab: Salam. Birinci, baş və boyunu yuyun;
İkinci, sağ tərəfi çiyindən aşağı ayaq barmaqlarının ucuna kimi yuyun;
Üçüncü, sol tərəfi çiyindən aşağı ayaq barmaqlarının ucuna kimi yuyun.
Sual: Sualı ünvvanladı Emin: Çox saq olun sualıma cavab verdiniz, ammaki indiyə qədər qıldığı namazlar batildir ? biz elə bilmişik ki, cənabət qüslü yalnız 15 yaşı tamam olduqdan sonra boynuna vacib olur. Xahiş edirəm bunada cavab yazasınız. Təşəkkürlər
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Namazlarınız batildir. Çünki qüsllü halda namaz qılmısız. Cənabət qüslü ilə qıldığınız namazları qəza edin.
Sual: salam bilmek isterdim bu .....................
Cavab: Salam. E-mail adresiniz düzgün yazılmayıb. Adresi düzgün yazın və cavabınızı e-maildə alın.
Sual: salam.1.shieler niye .....................................?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Aqsin: salam aleykum.islamda ............................
Cavab: Salam. Cavab e-mail adresinize göndərildi.
Sual: Sualı ünvanlad Revan: SALAMUN ALEYKUM MENIM QARDASIM SELEFIDIR MEN ONUN ..............................
Cavab: Salam. Cavab e-maila göndərildi.
Sual: Sualı ünvanladı (ad yazılmyıb): salam. bir reket ehtiyat namazi qilmag yani nece olmalidir?namazdan bitdikden sonra ne formada heyata kecirilmlidir?hansi sozler deyilmelidir?
Cavab: Salam. Adi namaz qılınır. Niyyətdə ehtiyat namazı niyyət olunur və təkbir deməklə namaza başlanılır. Amma təkcə həmd surəsi oxunur. Ehtiyat namazında ixlas surəsi yoxdur. Birinci rəkət bitəndə təşəhhüd və salam deyilir. Beləcə namaz bitmiş hesab olunur.
Sual: Sualı ünvanladı Zelil Bende: ..................... icazelidi yoxsa haramdir?
Cavab: Salam. Cavab e-mail adresinizə göndərildi.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): desdamazli halda kucede metroda filan qefilden namehreme toxunduqda desdamaz pozulur??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, pozulmur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam gina ne demekdir?musiqiye yazdigiviz metinde aydin olmayan soz oldu menimcun..
Cavab: Salam. Ğina yəni boğazdan səsi elə bir formada çıxarmaq ki, həmin səs səbəb olsun insanın adi, təbii halından çıxmasına.
Sual: Sualı ünvanladı Ruqeyya: Bismillah, Salamun Aleykum. evvelce sualima gore uz isdeyirem. Bilmek isdeyiremki Hamile qadin vacib namazlarini qila bilmese, hamilelik dovru bitdikden sonra qeza etdiyi namazlari yerine yetirse , bu gunahdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın qəzaya getməsi olmaz. İstənilən bir vəziyyətdə namazı qılın. Səcdə və rüku edə bilmirsizsə onda ayaq üstə dayanın və rüku ilə səcdə üçün əyilmədən qılın. Yəni imkan həddə əyilin. Məsələn belinizi qatlaya bilmirsizsə boynunuzu əyib rüku və səcdəni icra edin. Bu da mümkün deyilsə stulda oturub qılın. Bu da mümkün deyilsə uzanmış halda qılın.
Sual: Sualı ünvanladı Mushfiq: Salam. rushvet haqqinda Quranin ..........................
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Zahir: SIZDEN XAHIS EDERDIM KI BEZI SUALLAR VAR MESELEN ..................
Cavab: Salam. Oldu. Bundan sonra e-maila göndərərik.
Sual: Sualı ünvanladı Zahir: SALAMUN ELEYKUM MEN 1000 MANT BORC PUL GOTURUB TICARETE BASLAMISAM VE QAZANC ELDE EDIREM HEMIN 1000 MANAT PULU QAYTARMISAM BILMEK ISTIYIREM KI TICARETE BASLADIGIM BU PUL SERMAYE HOKMUNDEDIR YENI XUMSUNU VERMELIYEM/?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir, xümsünü verməli deyilsiz.