www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Mushfiq: Men maqaza ishledirem ve bankdan mueyyen miqdarda faizle pul goturmushem ve ayliq gelirim magazanin ancaq xercini odeyir.Goturduyum pul haram sayilirmi? ve men xumsu vermeliyemmi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Götürdüyünüz pulun əslinin haram olub-olmadığı bilinmədiyi üçün haraam sayılmır. Amma o pulun üzərində qaytarmalı olduğunuz faizi qaytarmaq şərən düzgün deyil və siz sələm ödəyənlər sırasında gedirsiniz. Amma əgər həmin faizi ödəməməklə arxanızca polis gələrsə və abrınızın getmə ühtimalı varsa onda eybi yoxdur, ödəyin. Birdə belə pul götürməyin. (Zərurət halı istisnadır. Yəni aclıq olanda ölməmək həddində donuz əti yemək kimi bir vəziyyət yaranarsa.)
Sual: Sualı ünvanladı Günahkar: salam, kecen sualimda anlawilmamazliq olmuwdu men suali duz vermiwdim, erde olmayan ama bakire olmayan yeni hacansa kiminlese nigahsiz bakireliyini itirmiw qadindan sohbet gedir bununla muveqqeti kebin olar? Sualima gore tekrar tekrar uzr isteyirem
Cavab: Salam. Sualınız düz olsada özünüzdən başqa heç kim o sualı anlaya bilməzdi. Üzrlü sayn.

Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Kadirov Akshin: salam aleykum.................
Cavab: Salam. Sualın cavabı-e-mail ünvanınıza göndərildi.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum.marketden sirniyat aldim qiymeini mene sehven ucuz dediler.men iki defe sorusdum ki deqiq bu qiymetdi dedilerki beli aldim getdim.bir nece gunden sonra yeniden geldim markete hemin sirniyatdan alim bu sefer basqa qiymetle rastlasdim.menim vezifem nedi?ne etmeliyem?sistani agaya teqlid edirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nə etmək lazım idisə onu etmisiniz. Bir vəzifəniz yoxdur.
Sual: Sualı ünvanladı Mubariz: Salamun aleyke. Eyer bir ya bir nece nefer cemiyyetde vilayeti feqih barede camaat arasinda fitne salib camaati cashdirmaga qalxibsa bizim onnara qarshi gorulesi vezifemiz nedi ? Zehmet olmasa aciq yazin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onlarla hövsələ və mehribançılıqla yanaşı, məntiqlə davranmaq lazmdır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam gina ne demekdir?musiqiye yazdigiviz metinde aydin olmayan soz oldu menimcun..
Cavab: Salam. Ğina yəni boğazdan səsi elə bir formada çıxarmaq ki, həmin səs səbəb olsun insanın adi, təbii haldan çıxmasına.
Sual: Sualı ünvanladı Quliyev Sebuh: Qiz ve oglan usagini secmek gunahdirmi?
Cavab: Salam. Sualınız aydın deyil. Harada seçmək? Nə məqsədlə?
Sual: Sualı ünvanladı Anar.müllim: Salam.döze.bilmesem.bedenimnen.sperma.xaric.ede.bilerem.bu.is. islamda.günah.sayilir.xais.edirem.mene.etrafli.yazasiniz.tesekül.edirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, olmaz.
Sual: Sualı ünvanladı Hesən: Salam aleykum.Mən Lənkəranlıyam , amma Bakıda universitetdə oxuyuram.Bilmək istəyirəm Bakı mənim üçün vətən sayılır? Yəni, namazımı bütöv qılmalıyam , ya qəza qılmalıyam?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli, bütöv qılmalısınız.
Sual: Sualı ünvanladı Ferec: boyundan yaxud uzden xali kesdirmek olar ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cana zərəri yoxdursa onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Seyid Aslanov: Salamun Aleykum.Ilk once uzur isteyirem bele suala gore... Bir xanim eger namaz qilandisa ve onda 7gun ayin evveli olursa,,bes sonradan hemin bu 7gun qilmadigi namazlarini qeza kimi qilmalidi? yoxsa qilmali deyil?
Cavab: Salam. Xeyir, qılmamalıdır.
Sual: Sualı ünvanladı Ya Mehdi: Salam mene bir sual maraqlidi, buna bezi dindarlarimiz cavab verib ama mene aydin deyil. NUBUVVET ..................
Cavab: Salam. Üzrlü sayın. Sual mövzumuza aid deyil.
Sual: Sualı ünvanladı Günahkar: salam.onceden uzr isteyirem.Bir qardaw qurbete gedib iwlemeye zovcesinden uzaqdi.Dinimiz icaze verirmi o qardaw Oz Xanimini duwunerek istibra etsin.Uzr isteyirem yani xanimini xeyal edib istibra.Uzr isteyirik sualimiz muhumdu
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Xeyir, olmaz-haramdır.
Sual: Əssalamu aleykum. Mən keçən il bir müctəhidi təqlid edirdim ki, onun nəzərinə əsasən tələbə təqaüdünə xüms düşmür. Lakin (xüms ilindən) sonra təqlidimi Sistani ağaya dəyişdim ......................Sistani ağa isə buyurur ki, illik xərclərdən artıq qaldığı surətdə xüms düşür. Mən keçən ilin (digər müctəhidə görə vacib olmayan) xümsünü indi verməliyəm? Yoxsa bu ilki xüms günüm çatanda verməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, verməli deyilsiz.
Sual: Sualı ünvanladı Tahir: Bismillahir-Rəhmanir-Rəhim.ƏsSəlamu ələykum.Mohterem Sistani Aga,ereb dilini bilmeyen bir sexs bacardigi kimi namazi oyrenib namaz qilir.Amma qiraetinin duzgun olub-olmadigina gore narahatdir.Bele oldugu halda gildigi namazlar sehihdirmi?Bezifesi nedir-ne etmelidir?Xahis edirem sualima cavab veresiniz.Hormetle;Tahir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hal-hazırda bacardığınız kimi qılın və bu namazlar düzgündür. Amma siz qiraəti düzəltməlisiz. Qiraəti düzəltmək üçün vaxt ayırın və qiraət düzələnə kimi məşğul olun. Bu işdə məsuliyyətsizlik etməyin.
Sual: Sualı ünvanladı Gunahkar: Salam eziz qardawlar necesiz?, sualim beledir, erde olmamiw (uzr isteyirem) bakire olmayan qadinla muveqqeti kebin olar? 2) eger qadin bu iwi ozune pewe secibse nece onunla muveqqeti kebin olar?
Cavab: Salam. Ərdə olmamış və bakirə olmayan qadın olmur. Suala diqqət edin və sualınızı dəqiqləşdirib təkrar ünvanlayın.

Ayətullah Xamenei-dəftərxana: Bu işi özünə peşə seçmiş qadınla bu iş şiddətli məkruhdur. Yəni çox bəyənilməyən, şiddətli bəyənilməyən bir işdir. Amma əgər sizdən öncə kimsə həmin qadınla bu çox bəyənilməyən iş barəsində rabitədə olsa, yəni cinsi rabitədə olarsa və bu rabitə üçün müvəqqəti nigah oxunsa, onda həmin qadın iddə gözləmədən və iddə müddəti bitmədən sizin onunla rabitəniz olmaz. Haramdır.
Sual: Sualı ünvanladı Tugce: salam.men sie namazi qiliram.indi..............................1de sahmat niye haramdir.indiden tewekkurler.Allah razi ola InwAllah...
Cavab: Salam. Sualınızın birinci hissəsi mövzumuza aid deyil.

Sualınızın ikinci hissəsi: Şahmat barəsində mərcei-təqlid seçin. Çünki nəzərlər fərq edir. Amma niyə haram ya halal olmasına gəldikdə bu müctehidin verdiyi fətvadır. Bizlərdə müqəllidik və vəzifəmiz buyurulana itaət etməkdir.
Sual: Sualı ünvanladı Nicat: muveqqati kebin nece qiyilir
Cavab: Salam. Sualınız aydın deyil. Lütfən aydın yazın.
Sual: Salam aleykum. Qardaş, üzr istəyirəm, artıq neçənci dəfədir ki, narahat edirik sizi, amma bir qadına kömək lazımdır. 1. Ölkənin dini idarəsinin yuxarı vəzifəli ruhaniləri ona təlaq oxuyublar (ərini tapmaq mümkün deyil). Lakin sizin Vəhid ağanın dəftərindən aldığınız cavabdan sonra məlum oldu ki, təlaq səhih deyil. Lakin bu qadın bu təlaqdan sonra kəbin kəsdirib. Doğrudan da qadının günahı olmayıb. Ölkənin rəhbər dini qurumu ona bu cavabı verib, o da inanıb. Kəbin kəsdirib. Lakin yaxınlıq olmayıb. Bu kişi ilə qadın haram olurmu? 2. Yaşadığımız ölkədə Ağa Vəhidin təlağa səlahiyyətli nümayəndəsi yoxdur. Bu barədə geniş axtarış aparılıb və tapmaq mümkün olmuyub. Belə çıxır ki, bu qadın hec cürə boşana bilməz? Çünki ərini tapmaq mümkün deyil. Ağanın dəftərxanası vasitəsilə bu işi həll etmək mümkündürmü? Xahiş edirik bu 2 məsələni Vəhid ağanın dəftərinə çatdırıb, çarə edəsiniz. Dua edərik sizi inşallah. Əgər lazım bilməsəniz e-mailə də yaza bilərsiniz.
Cavab: Sualınızın birinci hissəsinə cavab vermişdik. Arxivə diqqətlə baxın.

Sualınızın ikinci hissəsi: Biz belə mövzulara girişmirik. Sadəcə dəftərxananın nömrəsini sizin e-maila yaza bilərik. Zəng edin. Vaxt alın. Həmin xanım gəlsin və öz işini həll etsin.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum. men size sual yazdim ama cavab gelmedi. cavabi hardan ve nece oxuya bilerem,....??
Cavab: Salam. Cavablar verilib. Arxivə diqqətlə baxın.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı