www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Ferec: movzudan bir az kenardi amma xahiw edirem bunu mene deyin, Imamet Nubuvvetden ustundur ? eger beledirse sebebin deyerdiz
Cavab: Salam. Bu suala sonra cavab verərik. Hələki, belə vaxt yoxdu. Saytda dəyişiklik olacaq və belə suallar üçün xüsusi yer düzələcək. İnşallah belə suallarınızı ora yazarsız. Üzrlü sayn. İndi, heç bir vəchlə imkan edə bilmirik.
Sual: Sualı ünvanladı Müslim: Salamun aleykum. eşitdim ki, Sistani ağanin belə bir fətvası var ki, bankdan bir valyuta ilə pul alıb, başqa biri ilə hissəə-hissə ödəmək olar. yəni bu bir növ nisyə valyuta al-veri sayılır. həqiqətən də belə bir fətva varmı? ev almaq üçün bu yolla bankdan pul götürülə bilərmi? çünki çox qardaşlar kirayə evlərdə yaşayır ki, onun da çox çətinlikləri var(evlərin xümsünün verilib- verilmədiiy məlum deyil, ya şəraitləri yaxşı olmur, ya da qiymətlər baha,ev sahibləri bəzi problemlər çixarır və s.). ən əsası da o qardaşlardan çoxu indiyə qədər kirayələrə verdikləri pulla bir ev tikə bilərdilər. es selamu aleykum va rahetullah
Cavab: Salam. Biz bu sualı Ayətullah Sistani ağanın dəftərxanasına söylədik. Onlar ağanın belə bir fətvasının olmadığını buyurdular.
Sual: Sualı ünvanladı Esli: Salam menim size suallarim var nerahat elemirem inwhAllah sual 1 cenabet,heyz,nifas ve s, qusullari alanda uzu qibleye diyanmaliyiq yoxsa eksine?2Men herden xalam gile qonaq gedirem ve xalamin aile uzvileri mene namehremdir ora gedende mecbur qalib onlarnan el tutuwub uz-uze goruwuruk bilmek isdirem harama duwmuw oluram? 3 Bunu da, qeyd edim ki, ele ora gederken menim qet etdiyim mesafe ele 100 km-dir orda musafir namazi qilmaliyam ama nece qilinir bilmirem bir zehmet burda qeyd ede bilersiz? 4 Men 2,3 ay olar namaza bawdamiwam ama menim aile uzvilerim mene zidd olan iwleri gormekde mecbur edirler menim aldigim qerara bezen hormetsizlikle yanawib hetta ele hallar olur ki, diyirem bezi weyleri mene elemek olmaz, onada diyiller ki, sen sadece namaz qil bu kifayet edir men evin kiciyi oldugum ucun muqavimet gostere bilmirem. Neyse bu haqqda yazacagim sozler coxdu ama yazmaga imkan yoxdu yeni sizden komek isdeyirem bu halda menim vezifem nedir? diqqetli oxuyb cavab verin Allah bu iwde emeyi kecen her kesden razi olsun!
Cavab: Salam.

1-ci: Üzüqibləyə və əksi, fərqi yoxdur;

2-ci: Bəli, harama düşürsüz-bu işi tərk edin;

3-cü: Bəli, müsafir namazı qılmalısınız. Müsafir namazı elə adi namazdır. Sadəcə niyyət edərkən müsafir namazı kimi niyyət edirsiz və zöhr, əsr və xüftən namazlarını dörd yox, iki rəkət qılırsız.

4-cü: Siz mübarizə aparın. Necəki bütün dindar xanımlar dindənkənar olan ailədə Aləmlərin Rəbbinə iman gətirdikdə sizdə olan çətinləklərə düçar olur və mübarizə aparırlar. Bu mübarizəniz-çox böyük savabdır. Əlbəttə mübarizə deyəndə dava dalaş yox-Allah dinində geri çəkilməməniz nəzərdə tutulur. Əlbəttə xoş üzlə sizi anlamayan insanlar sizi günaha çəkdikdə sifət turşutmaq da lazımlı işlərdəndir. Amma öncə çalışın ki, başa salın.
Sual: Sualı ünvanladı Elnur: Essalamu Aleykum ve Rahmatullah. Sualimi xahiş edirem Sistani Aganin nezerine uygun cavablandirasiz.Televizorda filmlerde namehrem qadinlari görürem, hemde hicabsiz onlara baxmaqin hökmü nedir? Cox vaxt olur rastlaşiriq pişnamaz dayanan insanin qiraeti, edeleti yerinde amma chox yersiz hereketler kobudluq, pis reftarliliq gosterir hemin bu şexs ona iqtida etmek olar? Hemde ona iqtida edende narahat oluram. Birde Azerbaycanda Cüme namazi vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qiraət və ədalət olsa bəs edir. Əgər pişnamazın etdiyi xətalar ədalətsizlik sayılmırsa onda iqtida etmək olar.

(Sualın qalan hissəsi aşağıdakı cavabda var.)
Sual: Sualı ünvanladı Elinur: Essalamun Aleykum ve Rahmatullah. Sualim Ayetullah Seyyid Sistani Agayadir. Eger televizorda filmler gedirse orada namehrem qadinlar gösterilirse hicabsiz bu halda televizora baxmaqin hökmü nedir? Birde Azerbaycanda Cüme namazi vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər onlar məsihidirsə və sadəcə başları açıqdırsa eybi yoxdur. Amma onların bədəni açıq olsa onda baxmaq haramdır.

Cümə namazı Azərbaycanda da digər yerlər kimi vacibi-ixtiyaridir.
Sual: esselamu eleykum bagislayin ama menim bir nece gun bundan qabaq .....................
Cavab: Salam. Sizin sualınızın cavabı çox vaxt istəyir. Bu suala cavab verərik. Amma siz bizə bir müddət möhlət verin. Bu suala cavab hazırlayıb sizin e-mail poçta göndərərik. Amma hələki buna imkan yoxdur. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Vasif: salamun eleykum menim sualim yolda gederken qarsimiza cixan pular haqindadir. yeni bu pulu goturmek olar? gotursek ve onun sahibini tapmaq mumkun olmasa bu pulu xerclemek olar? yoxsa feqire vermek vacibdir?
Cavab: Salam. Yolda gedərkən pul gördükdə ona toxunmamanız daha məsləhətdir. Yox əgər toxunsanız, onda 20 qəpik və 20 qəpikdən az olarsa (günümüzün pulu ilə) özünüzə götürə bilərsiz. Yox bundan çox olarsa, onda həmin məbləğin sahibi axtarılmalıdır. Bir il ərzində həmin məbləğin sahibi tapılmazsa, onda həmin məbləği sahibinin adından sədəqə verməlisniz.
Sual: Sualı ünvanladı Seyid Aslanov: cunub ne demekdi? yeni subay qizin cunub olmasi ne demekdi?
Cavab: Salam. Cünub yəni bir insanın boynuna cənabət qüslü gəldikdə o insan cünub olur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam menim boynumda zöhr ve əsr namazinin qəzasi var men onu işa namazindan sora qila bilerem yəni axşam?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qəza namazını istənilən bir vaxt qıla bilərsiz. Amma məsələn sübh namazı qəza olubsa bu namazı zöhr namazından sonraya saxlamasanız yaxşıdır. Yəni günorta namazı olmamış sübhü qılmanız daha yaxşıdır.
Sual: Salam. Bəzi təbii səbəblərə görə 16 fevral üçün cavablanası olan suallar gecə saat 12-dən sonra cavablanacaq.
Cavab: Cavablar mərcei-təqlidlərin dəftərxanalarından alınıb-əlimizdədir. Amma sizə təqdim olunması gecə saat 12-dən sonra mümkün olacaq. Üzrlü sayın. (Əlbəttə imkanımız olan qədər cavablar efirə çıxdı. Cavabların bir qismi gecə saat 12-dən sonraya qaldı.)
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam gina ne demekdir?musiqiye yazdigiviz metinde aydin olmayan soz oldu menimcun..
Cavab: Salam. Üzrlü sayn. Bu sual barəsində cavabı bugün tam təkmilləşdirə bilmədik. Ehtimalən sabah, (17 Fevral) bu suala cavab verəsiyiyik.
Sual: Sualı ünvanladı Aybəniz: sual beledir muselman qadin anasi yehudi atasi muselman kisi ile aile qura bilermi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam. bizde niye bele sayt yoxdu .....
Cavab: Salam. Yaxın iki ayın içində bu barədə addım atacağıq. Allah tövfiq versin ki, müvəffəqiyyətlə bu işi həyata keçirə bilək.
Sual: Sualı ünvanladı Bende: xaiw butun feqihlerin reyin yazin eyer mekteb rehberliyi qiz uwaqin hec vechle hicabla mektebe buraxmasa ve uwagi mektebe yollamadigi teqdirde qanunvericiliyde nezerde tutulan qaydada wikayet edeceyini bildirse bu halda vezife nedir ve eyer mektebe getmemey bisavadliga cixaracaqsa bu halda vezifeni anladin qisasi istisna hal kimi yalniz mektebe gedende hicabi terk etmey olarmi bir haldaki mekteb rehberliyibuna izn vermir
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Hicab bu şeylərə görə açıla bilməz.
Sual: Sualı ünvanladı Bənde: sual movzuya aid olmasada xaow yol gosterin qorxu ve bednezerdenseferde yol belaladinda amanda qalmaqcun hansi aye ve surelerden istifae edim
Cavab: Salam. Nəzər duasını yazdırın və üstünüzdə gəzdirin. Ayətəl-kürsü də yazdırıb üstünüzdə gəzdirsəniz gözəl olar.
Sual: Sualı ünvanladı Bende: salam.xaiw edirem butun feqihlerin o cumleden merhum lenkeraninde fetvasin yazin bakire ve atasi olan qizi ama yawi 29dan yuxari olan qizi oz isteyile sige etmey olarmi ama o qiz sige olmasa harama duwmwy ehtimali var ve atasida buna izn vermez.ama sigede her iki terefin razilligila uzr isteyirem bakireliy pozulmamaq wert olunur bu halda diger lezzetlercun qiz harama duwmesin diye sige etmey olarmi
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Qız atasından müvəqqəti nigah üçün icazə istəsin. Əgər atası icazə verməsə və bu icazə verməmək qeyri-şəri cəhətdən olsa, və qız nigaha girməməklə, onun harama düşmək ehtimalı varsa, onda özü öz ixtiyarı ilə nigah bağlaya bilər.

Sayt tərəfindən: Bizim bir dəftərxanaya müraciət etmək imkanımız var. Üzrlü sayn.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam. subay qiz,hansi hallarda cunub olmuw hesab olunur??" men bu suali Ayetullah Xameneinin defterxanasindan soruwmuwam siz bawqa muctehidin cvbin yazmisiz, REhberin reyi necedi bu haqda?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yüksək ləzzətə çatmaqla yanaşı ondan maye xaric olarsa-onda cünub olur.

Sayt tərəfindən: Nəzərləri eynidir.
Sual: Sualı ünvanladı Muhammad Salam. Azarbaycandada bizim ...............
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Fedai: salam. 1. hokmlərdə var ki yaddan çıxan təşəhüdün qəzası olmalıdı amma yazılmır qəzanın necə həyata keçirilməlidir. xahish edirəm bunu izah edin. 2. ruku yaddan çıxsa namazın hökmu necədir? qabaqcadan təşəkkürlər
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yaddan çıxan təşəhhüdün qəzası üçün oturaq halda bir təşəhhüd deyilir. Həmin təşəhhüddən sonra iki səcdei-səhv edilir və təşəhhüdlə salam deyilir. Bununla tamam olur.

Rüku yaddan çıxarsa iki hal var:

1-ci halda rükudan sonra iki səcdə edilibsə-artıq namaz batil olur;

2-ci halda rükudan sonra iki səcdə edilməyib. Məsələn bir səcdə edilib-bu halda ayağa qalxırsız və rükunu bərpa etdikdən sonra namazı davam edirsiz.
Sual: Sualı ünvanladı Anar: Salam.subay.oqlanam.namaz.qiliram.deyin.men. bedenimnen.sperma. çixara. bilerem. islamda.günah.deyilki.?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu iş olmaz. Haramdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı