www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Seyid: Salamun Aleykum,eger qizin Valideyinleri qizi vermirlerse ve qiz menimle qachmaga razidirsa.Ve qizi qachirdsam,bes onda kebin ishi nece olacey axi kebin kesmekchun atanin icazesi lazimdi.Bes onda ne etmey lazimdu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kəbin üçün qızın atasının icazəsi vacibdir deyə bu işi görməniz olmaz.
Sual: Sualı ünvanladı Bənde: salam.eywr bedemne meyyid qusl;u lazim deyilse cox xaiw ediriy bes hemen wexsi nece defn edey axi bize qaydasi lazimdi.maein qezasi haqda olan sualimi ka,mil aydinladin cox xaiw ediriy
Cavab: Salam. Ayətulllah Xamenei-dəftərxana: Parçalanmış və qüsl verilməsi mümkün olmayan (ölü) bədən təyəmmüm olunur. Bu tyəmmümün xüsusi şəraiti var ki, bunu meyit qüslü verməklə məşğul olan xüsusi insanlar bilir. Amma səthi olaraq sizə bunu deyə bilərik ki, bu təyəmmüm üç qüslün yerinə işlənən üç təyəmmümdür ki, meyitin əllərinin vəziyyəti elə olsa ki, onlardan istifadə etmək olmur, onda sağ bir insan öz əlləri ilə bu təyəmmümün əli torpağa vurmaq hissəsini həyata keçirib digər hissələri meyitə tətbiq edir.

(Sayt tərəfindən: Sualınızın ikinci hissəsi anlaşılmır.)
Sual: Sualı ünvanladı Xəyal: internet vastesi ile qadinla yazismaqin hokmu nedir ???
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin fəsadı var deyə-haramdır. Amma məslən kiminsə əmisi qızı internetdədi (sənə naməhrəmdir), belə bir insandan kef-əhval tutmaq kimi işin eybi yoxdur.
Sual: Sualı ünvanladı Zahir: men elimde olan 1000 manat pulla ticarete baslamisam.bu pula mal almisam.ticarete basladigim 1000 manat pulun xumsunu vermeliyem/?hemin 1000 manati borc almisam.hal hazirda odemisem
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir, əvvəlki 1000 manatın xümsü yoxdur və işiniz düzdür. Narahat olmayın.
Sual: SALAMUN ALEYKUM,MEN SUALI DUZ VERMEMISDI ESLINDE SUAL BELE IDIKI 4 AYDAN ARTIQ 6-7 AY QADIN KISIDEN AYRI UZAQDA QALSA KEBIN POZULURMU.BIRDE MEN BILMEY ISTIREMKI SIZ SUALLARI CAVABLANDIRANDA NIYE DELILIN YAZMIRSIZ.ONCEDEN TESEKUR EDIREM.
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Xeyir, pozulmur.

Sayt tərəfindən: Müctehid 20-30 il oxyub sonra anladığı şeyi, bizə desə belə bizim onu sizə yazmaq imkanımız yoxdur. Hərçənd ki, heç müctehidin onu demək vaxtı da yoxdur. Sizin kimi milyonlarla sual ünvanlayan olur.

Hətta vaxtı olsa və hər hökmün dəlilin desə belə siz bunu anlamayacaqsınız.
Sual: Allahın adı ilə. Salam. Əvvəl Ayətullah əl-üzma Fazil Lənkəraniyə (r.ə.) təqlid edən bir qardaş, indi təqlidini döndərib Ayətullah əl-üzma Sistaniyə. Mərhum Şeyx Fazil Lənkəraniyə təqlid edən vaxtlarda xümsünü verməzdi. İndi xümsünü hesablamaq istəyir və hər il xüms vermək istəyir. Sual budur ki, xümsün hesablanmasını bu iki fəqihdən hansının rəyinə əsasən aparsın (məsələn, mərhum Lənkərani xümsün başlanğıcı haqda deyirdi ki, ilk qazanc əldə edilən gün xüms günüdür, lakin Sistani ağa deyir ki, işə başlanılan ilk gün xüms günüdür. və s.)?
Cavab: Salam. Ayətullah Sistani ağanın.
Sual: Sualı ünvanladı Elmar: Salam.Qadinlarda namaz qilanda sessiz qilmalidirlar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadınlara səslə qılınması vacib olan namazları səslə qılmaq vacib deyil. Əksinə, əgər onların səsini naməhrəm eşitmək ehtimalı varsa onda səssiz qlmaq vacib olur.
Sual: Sualı ünvanladı Səxavət: Salam aqam.Men sizi bir sualla baqli narahat edirem.Aqam men aleliyem 3 ovladim var.Men ilk sevdiyim qadinla aile qurmamisam bawqa bir qadinla aile qurmusah ilk sevdiyim qadinda ailelidi 1 ovladi var. uzun bir zamandan sonra biz onunla yene birlesdik.Men onunla kebin kesdire bilerem?Men ne onu ne oz ailemi itirmek istemirem ?Goyde bizi yaradan ALLAHDAN YER UZUNDE siz AQAMIZDAN KOMEK YA MESLEHET ISTEYIREM.Tewekkur edirem.
Cavab: Salam. Yəqin ki, həmin xanım ərindən boşanıb və tək yaşayır. Əgər həmin xanım ərindən kəbinlədə boşanıbsa və indi ərsizdirsə onda bu iş olar. Bu suala Quran icazə verdiyi üçün bu sualı dəftərxanaya ünvanlaya bilmədik. Yəni Quran dörd xanımla ailəli olmağı hamıya icazəli edib. Özünüz ixtiyar sahibisiniz. Amma ədaləti bərpa etmək şərtdir. Edalət hər şeyi öz yerinə qoymaq anlamındadır.

Yox əgər həmin xanım kiminsə kəbinli arvadıdırsa onda onunla ailə qurmaq həm haramdır və həmdə böyük günah sayılır.
Sual: Sualı ünvanladı Hesen: SALAMUN ALEYKUMUS EGER HEKIMLER DEYERSE USAQ SINDRM DAUNDIR VE ONU ABOORT ETMEK LAZIMDIR,SERIETE GORE NEYNEMELIYIK,YENI ONU USAQ NECE AYLIQINDASA ABORT ETMEK OLAR, VE NECE AYLIQINDA OLMAZ?BU SAYT GOZEL AMA CAVABI AXTARIB TAPMAQ CETIN,GOZLERIM AQRAYIR,EMAILE GONDERSEZ RAHAT OLARDI,YENEDE SAQOLUZ,ALLAH RAZI OLSUN.
Cavab: Salam. Ayətullah Fazil-Lənkərani: Uşağa bu şəraitlə abort etdirmək olmaz. Uşağı yalnız ananın canına ölüm kimi xətər olduqda abort etdirmək olar ki, onda da gərək uşaq ana bətnində olduğu müddət dörd aydan az olsun.

(Sayt tərəfindən: Üzrlü sayın, yalnız cavabları şəxsi olan suallar e-maila göndərilir.)
Sual: Sualı ünvanladı Həsən: SALAMUN ALEYKUM,MEN FAZIL LENKARANI AQAYA TEQLID ELIREM,2-3 IL BUNDAN QABAQ MENE USAQLAR...
Cavab: Salam. Allah bağışlayan və mehribandır. Siz də həmin insanı efv edin getsin. Allah bağışlayan bəndələri daha çox bağışlayar.
Sual: Salam.cinsi.elaqe.olmasa.spermani.bedenden.nece.xaric.ede.bilerem
Cavab: Salam. Bədəndən sperma xaric etmənin yeganə halal yolu evlənməkdir. Ya daimi kəbinlə və ya müvəqqəti kəbinlə.
Sual: Sualı ünvanladı Anar: Salam.men.subayam.namaz.qiliram.bilmek.isteyirem.özüm-özümnen.siperma.cixara.bilerem.islamda.bu.neqeder.düzgündür.xais.edirem.tez.cavablandirasiniz.tesekür.edirem.
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu iş olmaz. Haramdır.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykə. Sistani ağa əhli-kitabla daimi evlənməyi vacib ehtiyata əsasən caiz bilmir. Bir şəxsin bundan sonrakı pillədə ələm bildiyi müctəhid isə bildirir ki, müstəhəbb ehtiyatdır kı, əhli-kitabla daimi evlənməsin. Bu halda Sistani ağanın müqəllidi həmin fətvaya əməl edə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, edə bilər.
Sual: Sualı ünvanladı İlqar: Əssalamun Əleykum!!! Vacib Namaz əsnasında ətrafında hər hansı bədbəxt hadisə, əmlakının yanması, evinin oğurlanması baş versə namazı kəsmək məqsədilə vacib namazın niyyətini mustəhəb namaza necə çevirmək olar? Ümumiyyətlə bu mümkündürmü? Əgər mümkündürsə namaz halında niyyəti necə dəyişməyi izah etsəz şad olaram.
Cavab: Salam. Belə olduqda namazı kəsib xətəri dəf edin. Niyyəti müstəhəb etmək lazım deyil.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam. subay qiz,hansi hallarda cunub olmuw hesab olunur??
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Cinsi baxımdan yüksək ləzzətə çatmaqla yanaşı ondan maye xaric olarsa-onda cünub olmuş sayılır. Yox ikisindən biri olsa o biri yox cünub olmuş sayılmır.
Sual: Sualı ünvanladı Elmar: Salam.Menim ucun yay ayinda zeruret yarananacaq hetda indinin ozunde bele zeruret var artiq derecede.Defelerle cetinliye dusurem masinin olmamaqi ucbatindan.Men kredite masin goture bilerem?
Cavab: Salam. Zərurət məsləsini özünüz təyin etməlisiniz.

Məslən ola bilər kiminsə elə xəstəsi var ki, gecə saat 3-də o xəstənin ağrısı tutur və onu xəstəxanaya aparmaq üçün maşın elə zəruri olur ki, (bu zaman o başqa maşın və ya taksi tapa bilmir və ya axtarıb tapana o qədər gec olar ki, xəstənin canına təhlükə yarana bilər) maşın olmasa hansısa müsəlmanın canı, həyatı təhlükədədir və sair...
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Bismillahir Rehmanir Rehim. Salam aleykum. Size iw baresinde nese aparmaq barede demiwdim. Men kimden hallalliq alacagimi bilmirem. Meselen printer kohne mudurun vaxtindan qalir ama onun katrici ve kagiz yeni mudrun vaxtindan qalir. Ama fabrikin ortagi varki men gedib ona desem halalliq ver hec ne demez ve eder. Ama men halalliq istesem gulunc kimi baxarlar qeyri adi bir wey kimi baxarlar. Ona gore luzum gormurem. Eger sizin bawqa teklifiniz varsa buyurun. Birde men dizaynerem kimse iwden elave mene deseki menim ucun filan iwi gor ve iwdede bekarciliq olsa men o iwi gore bilerem? Yeni kimse evin versinki bunu dizayn et men bunu iw yerinde ede bilerem? Allahin nezerinde olasiz tewekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəri məslədə utanmaq yoxdur. Qeyri adi baxsalar belə. Siz gedib halallıq almalısınız.

Sizin iş qayda-qanunlarınızla iş yerində digər işlə məşğul olmaq qadağansa, bekar olsaz belə dizayn işi ilə məşğul ola bilməzsiniz. Yox əgər iş qayda-qanunu ilə dizayn işi ilə məşğul olmağınız, ziddiyyət təşkil etməsə, onda eybi yoxdur. Şəxsi iş üçün, iş yerində olan avadanlıqdan istifadə caiz deyil. (İcazəli şeylər istisnadır.)
Sual: Sualı ünvanladı Hesen: SALAMUN ALEYKUM,QADIN ERINDEN 4 AY UZAQDA QALSA KEBIN POZULURMU?VE QADIN ERININ SOYADIN GOTURE BILERMI XAHIS EDIREM CAVABLANDIRARDIZ DELIL ILE.AS SALAMUN ALEYKUM VE REHMATULLAHI VE BEREKATUH.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, pozulmur.

Soy ad məsələsi şəxsi məslənizdir, necə məsələhətdi elə edin.
Sual: Sualı ünvanladı Bəndə: sualmi merhum fazilin fetvasila aydinladin qadin qohumumgile magazaya ve yas merasimlewrine getmeycun erinden izn alir ve eride izn vermediyde qainla yeni heyat yoldawiyla soz sobet yarsanir qadinin haqqi varmiki eri harasa getmeye ona izn vermeyende qadin erile tebii munasibetin p0zub naraziliq yaratsin/lutfen qadinin eri qarwsindaki vezifesin kamil wekilde yazin
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər qadın əri onu evdən çölə çıxmağa, o cümlədən qohum evinə və ya mağazaya getməyə icazə vermədiyi üçün, onunla müxalifətçilik etsə, onda harama düşüb və günah etmiş olub. Ər icazə vermədiyi təqdirdə ona itaət laızmdır. Çünki bu Allah əmridir.

Ər qarşısında iki mühüm vəzifə var:

1-ci: Onda icazəsiz evdən bayıra çıxmamaq;

2-ci: Cinsi ehtiyac bərəsində itaətsizlik göstərməmək.
Sual: Sualı ünvanladı Bəndə: salam.uzr steyirem yeqin men meherrem ayi haqda awura gecesi pul yigmaq haqda suali tam aydin yazmamiwam.awura gecesi imamin wehadet gecesidi ve imamda bize bizim ozumuzden eziz olmaliodi hemen gece menevi alemden ayrilib awuranin heqiqi mahiyyetin bir yana qoyub pul yigmaq ne derecede mentiqlidi hem exlaqi hem fiqhi baximda bu meseleni lutfen daha aydin anladin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu pulu camaat özü öz ixtiyarı ilə verirsə onda eybi yoxdur.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı