Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Bende: werabi hekim meslehetile az miqdarda qebul etmey olarmi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu üç şərtlə olarsa onda eybi yoxdur:
1-ci şərt: Bu işlə uyğun xəstəlik əlac tapmaq imkanına malik olsun;
2-ci şərt: Yalnız bu işlə xəstəliyi müalicə etmək mümkün olsun. Yəni, bundan başqa yol yoxdursa;
3-cü şərt: Bu bir zərurət olsun.
Sual: Sualı ünvanladı Bəndə: salam.bir wexs mawin qezasinda dunyasin deyiwib beleki mawin qezasi ele dehwetli olubki bedeninin etleri dagilib xususi cihazla mawini yarib meyyidi cixariblar ve bedenin bezi uzvleri qol ve uzun etleri bedenden ayrilib bu meyyidi defn etmeycun quslu nece verey
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə parçalanmış bədənə meyit qüsülü lazım deyil.
Sual: Sualı ünvanladı Bende: salam.biz yeqine .......
Cavab: Salam. Siz e-mail adresi yazın ki, biz sualınıza cavab verə bilək.
Sual: Sualı ünvanladı Ummu Esma: salam aleykum. siz bir defe yazmiwdizki ikili teqlid olur eger bawlayanda ikisiylede bawlamisizsa onda ikisinede teqlid sayilir,men yazdigim halda menim teqlidim kime edildikde sehih olur??birinci oyrendiyim Mekarim agaya yoxsa sonra dille secdiyim Xameneiye?yoxsa her ikisine??cunki caw baw qalmiwam ocun deqiqlewdirmek isteyirem burda suallarimin cavabinda teqlid etdiyim muctehide esasen almaq isteyirem
Cavab: Salam. Bizim yazdığımız başqa mövzu idi. Onun sizin mövzunuzla bir əlaqəsi yoxdur. Siz özünüz bilərəkdən kimi ələm bilib ona təqlid edibsinizsə həmin şəxs sizin mərcei-təqlidiniz hesablanır.
Sual: Sualı ünvanladı Allahin gunahkar bendesi: Salamun alaykum,menim sualim beledi:Bir qadin 1-2 aydiki hamiledi,bu qadin 1 il qabaq cerrahiye olub,hekimler deyirki bu qadincun hamileli olmaq tehlukelidi,eger hamile olsa tikishleri acila biler ve heyati tehlukesi ehtimali var,gerekki ushaqi saldirmalidi,yani abort etmelidi,indi bu xanim abort ede biler ya gunahdi?eger heyati tehlukesi varsa abort etmeyi vacibdir?xahish edirem sualimi cavablandirasiniz?Allah sizlerden razi olsun.Allah rehberimize uzun omur can saqliqi versin,Amin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər uşaq 1-2-aylıqdırsa abort etdirmək olar. Amma bu şərtlə ki, həkimlər anaya bunun ziyanlı olmasını təyin ediblərsə.
(Sayt tərəfindən: Abort etdirmək vacibdir-sualının cavabını almaq üçün, siz bizə dəqiq deyin ki, həkimlər dəqiq nə deyib? Yəni ana uşağı dünyaya gətirsə onun başına nə iş gələ bilər barəsində...)
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam.bagislayin menim meslehete ehtiyacim var ..men plastik emeliyat olunmaq isteyirem ama dinimizde nece qebul olunur onu bilmirem ve olsunsa nece namaz qila bilerem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu işin canınıza ciddi ziyanı ola bilərsə onda bu iş olmaz. Əgər belə olmasa eybi yoxdur.
(Sayt tərəfindən: Necə namaz qıla bilərsiz sualı bizə qaranlıqdır. Lütf edib aydınlaşdırın.)
Sual: Sualı ünvanladı Bəndə: SALAM.TOVBE HAQDAKI SUALA CVB VERMEMEY BIR NOV GUNAHKARLARDA UMIDSIZLIY YARATDI BIOR HALDAKI UMID DOLU CVBINIZI UMIDLE GOZLEYIRDILER
Cavab: Salam. Əziz oxucu! Sualınızı cavablandırmamaq bizə asan deyil. Özümüz bunun üçün mənəvi narahatçılıq keçiririk. Amma siz də bizi nəzərə alın. Suallar çox və bizim imkanlar məhduddur.
Allah tövbələri qəbul edəndir. Allah istənilən bir günahı bağışlamağa qadirdir. Amma xalqın haqqına giribsizsə onların haqqını əda edin. İnşallah, Allah ixlasla olan Tövbəni şəksiz qəbul edəsidir.
Sual: Sualı ünvanladı Bende: salam.hicab haqdaki sualda meqsed geyimin neceliyidi yeni uz ayaq istisna olmaqla her yor ortulur ama geyim dar ve bezen ize qeder olur bu geyimler mominler nezerinde cox pisdi yeni kasmil hicabda qara cadra wertdimi veya manto geyinilse hemen mantonun dar olmamSI WERTDIMI
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu geyimlər elə olsa ki, diqqəti cəlb edir, onda bu baxımdan uyğun geyimlər haram hökmündədir.
(Sayt tərəfindən: -İze qeder olur-sözünüz anlaşılmadı.)
Sual: Sualı ünvanladı Muhammad: Salam. bele bir sey varki usagin qizdirmasi qalxib 40%-ye,ve deyirlerki guya onu olu tutub Yasin oxutdurmaq lazimdi
Cavab: Salam. Belə bir şeylə dində rastlaşılmır. Amma uşağın sağalması üçün savab işlər görmənizin, məsələn bir miqdar pul kasıblara sədəqə ayırmanızın heç bir maneəsi yoxdur.
Sual: Sualı ünvanladı Seyid Aslanov: Salamun Aleykum,bir sualim var size xayish edirem etrafli cavabliyardiz,chunki gunah olan bir shey etmey istemirem. onceden chox sagolum.Tutagki men oz sevgilimle kebin kesmek isteyiruyki biri birimize haram olmayag,,ama qizin ve menim valideyinlerimin heberi olmayacag.Qizin atasi olardan ayirilib hech bir elaqeleri yoxdu,ve Babasida yoxdu rehmete gedim,bir soznen qizin kebinchun icaze almaga hechkesi yoxdu.Yeni ozu kiminle istese kebin kese biler.Suallarim beledirki 1) Valideyinlerin heberi olmadan bizim kebin baglamagimiz gunah sayilarmi? 2) toya qeder hech bir (elaqede olamasag) gunah sayilarmi? yeni bele bir shey varki eger kebin bagladigin xanimin yatag menasinda isteylerini yerine yetirilmese gunah sayilir...ikinci sualima ayiddir bes biz toya qeder elaqede olmasag bize gunah sayilarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qızın atasının qızgildən ayrılması və heç bir əlaqənin olmaması sizə bu ixtiyarı vermir ki, qızın atasını tapmadan kəbin kəsə biləsiz. Atası axtarılmalıdır və tapılmaq imkanı olan təqdirdə ondan icazəsiz kəsilən kəbin batildir.
Amma kəbin kəsib, toya qədər cinsi rabitədə olmamağın heç bir günahı yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam bezi adsiz suallara cavab verilmeyib artiq bele suallara cavab vermeniz mumkun deyil?
Cavab: Salam. Biz bütün suallara cavab vermişik. Cavab verməyəcəyimiz suallara da cavab veririrk ki, sual mövzuya aid deyil. Siz arxivə yaxşı baxın. Elə gün olur ki, əllidən çox sual gəlir. Və bir gün əvvəl verdiyimiz cavabların hamısı arxivə gedir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam subh namazina gun cixma vaxtina az qalmiw bawdasam ve men namazi bitirdikde ise gun cixmiw olsa namaz batil olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər birinci rəkəti tamamladıqdan sonra qəza vaxtına daxil olsaz namaz qəza sayılmır. Amma birinci rəkəti tamamlamamış qəza vaxtına daxil olduqda namazınız qəza hesabında gedir.
Sual: Salamun Aleykum bilirsiz mende hele risale yoxdu secdeyi sehv nece olur aydin wekilde yaza bilersiz? O, dorduncu sualim ise yeni, weytan lenetullanin weri vesvesesinden tam olaraq uzaq olmaq isteyimdi bu barede meslehetinize ehtiyacim var!Allah razi olsun
Cavab: Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən
Səhv səcdəsinin vacib olduğu yerlər :
1.Namaz əsnasında səhvən danışılsa
2.Səcdələrdən biri yaddan çıxsa və sonraki rəkətin rukusunda olan halda, ya da rukudan sonra yada düşsə
3.Dörd rəkətli namazda oturan halda 4 va 5 rəkət arasında şəkk olunsa, ya da dörd rəkətli namazda ayaq üstə olanda 5 və 6 rəkət arasında şəkk olunsa
Səhv səcdəsinin ehtiyatən vacib olduğu yerlər :
1.Təşəhhüd yaddan çıxsa (namazdan sonra gərək yaddan çıxmış təşəhhüdün qəzası yerinə yetirilə və ehtiyat vacibə əsasən iki səhv səcdəsi qılına)
2.Lazım olmayan yerdə salam (hamısı) verilsə (məsələn : dörd rəkətli namazın üçüncü rəkətində səhvən salam verilsə)
Səhv səcdəsinin ehtiyatən müstəhəb olduğu yerlər :
Lazım olmayan yerdə salamın bir miqdarı verilsə
Səhv səcdəsinin qaydası :
a) Səhv səcdəsində təkbiratul ehram yoxdur
b) Səhv səcdəsinin niyyəti onu yaradan yuxarıdakı amillərdən biri olur (niyyət odur ki, namaz qılan şəxs hansı amil üçün səhv səcdəsi qıldığını bilsin.Başqa bir sözlə nə etdiyini bilsin.)
Yuxarıdakı hallardan hər hansı biri baş verərsə, namazın salamından sonra səcdəyə gedilir və bu sözlər deyilir :
Bismillahi və billah. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkətuh.
Bu sözlərdən sonra başı 1-ci səcdədən qaldırıb oturduqdan sonra 2-ci səcdə yerinə yetirilir.İkinci səcdə də yuxarıdakı sözlər təkrar edilir.İkinci səcdəni yerinə yetirib qurtardıqdan sonra, təşəhhüd və salam deyilir.
(Syat tərəfindən: İnşallah imakan edən kimi risalə alın.)
Şəri vəsvəsə nəyə deyirsiz? Məsələn dəstəmaz alanda şəkk edirsiz? Şəkkinizin bir nümunəsini bizə yazın.
Sual: Sualı ünvanladı Nicat Cəfər: salam insan özü özünün kəbinini kəsə bilər ?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bəli.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam necesiz inwhAllah? Sualim beledir 1 namaz qilarken yanliwliqla fatihe suresinden qabaq ixlas suresin demiwem amma sora sehvimi duzeltdim, bu hal hemde iki defe olub namaz batildir ? 2 Esnemek sadece namaz esnasinda mekruhdur? 3 Men namaz qilanda anamgil gulmeli sozler daniwirlar ne qeder diqqetimi onlara yoneltmesemde bir iki defe gulumsemiwem bunun hokmu nedir? 4 Bezen ele hallar olur ki, gizlinde ve awkarda olan weri vesveselerden uzaq ola bilmirem mene bir meslehet edin de? Diqqetli oxuyub ve cavablandirsaz sevinerem Allah razi olsun!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyati-müstəhəbə əsasən iki dəfə səcdei-səhv edin.
Namazda əsnəmək məkruhdur.
Səssiz gülsəz namaz eybi yoxdur. Əksi olduqda namaz batildir.
Dördüncü sualınız aydın deyil. Ətraflı yazın.
(Həmd olsun-yaxşıyıq. Siz yaxşı olun-inşallah!)
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Bes hansi is ucun bankdan pul goturmek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bankdan pul gütürüb üstündə pul vermək ribadır və haramdır. Ribanı da yalnız çıxılmaz vəziyyət olduqda götürmək olar. Yəni zərurət yarandıqda.
Sual: Sualı ünvanladı Ferec: Men iwa namazin qilanda 2-ci ruketde tewehhudu deyende ele bildim 4cu ruketdeyem salamlari demek isteyirdim "Essalamu" dedim birden dayandim ve bildim ki, 2ci ruketdeyem, qalxdim davam etdim Namaza, namaz duzdur yoxsa batil olub ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İşğalı yoxdur.
Sual: Sualı ünvanladı Allah Bendesi: Salam bankdan eger kreditle pul goturulse gelin ucun cehiz almaga bu halda olar? umumiyyetle hansi halda olar hansi halda olmaz evvelceden tewekkur.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş riba sayılır və haramdır. Amma zərurət (yəni məslən insanın abırına təhlükə yarandıqda və bukimi şeylərdə ki, başqa yol yoxdur və iş də vacib işdir) olduqda riba götürmək olar. Qalan vəzifənizi özünüz təyin edin. Və həmdə zərurət halında riba götürüldükdə belə artıq ödənilən məbləği hədiyyə niyyəti ilə onlara verin.
Sual: Sualı ünvanladı Aydın: Salam. Namaz qilarken yere qoymagimiz vacib olan uzvlerden biride ellerimizin icidir, lakin ellerimizin ici kamil sekilde yere toxunmur yeni elin ortasi bosluqda qalir bu halda hokum nedir zehmet olmasa Xameneyi aganin defterxanasina muraciet ederdiz. Tewekkur,
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əli yerə qoyduqdan sonra-təbii olaraq yerə dəyən hissə bəs edir.
Sual: Sualı ünvanladı Hasan: Salamun Aleyukum əlmə əlccək salsam namehrem qadinla salam tutmaq olarm
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Salam-əlcəklə belə olmaz.