www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Hasan: Salamun Aleyukum (mənim əlimdə haram pul var onun yiasini tapmag mümkün deyil o pulu neynəməliyam].man bu pulu dediniz faqira vermaliyam o faqir nacur olmalidir qapiya galan faqira vermak olar.] birda bilmak istayiram qadina kasmetikadan istifada etmak olarm
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pulu verdiyiniz kəsin həqiqi fəqir olduğunu bilin və sonra pulu verin.
Sual: Sualı ünvanladı Bəndə: SUALIM AAGA XAMENEIYEDI MUMKUNSE KAMIL HOICABIN NECELIYI HAQDA BUYURASIZ.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əllər və üzdən başqa hər yerin örtünməsi. O cümlədən ayaqlar da örtünməlidir.
Sual: Sualı ünvanladı Bəndə: bugunku zamanda halal adi altinda toyuq ve diger et mehsullari satilir kalbasalar satilir olari,yemeyin hokmu haqda lutfen
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlman bazarında satılan şey halal sayılır.
Sual: Sualı ünvanladı Bende: sual seyyod xameneiyedi tovbemizin qebul olmasin ve etdiyimiz gunahlarsa gore dunya ve axiret belalarina duwmemeycun ne etmeliyik ve nece emin olaqki bu belalarla rastlawmariq sual fiqhi sual olmasada lutfen suali cavablandirin
Cavab: Salam. Üzrlü sayn, belə suallara cavab vermə imkanımız hələki, yoxdur!
Sual: Sualı ünvanladı Bende: sual xameni agayadievli kiwi xristian qadinla sige etse arvadindan izn almalidrmi ......................
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir.

Sayt tərəfindən: Sualınızın ikinci hissəsi üçün e-mail adresinizi düzgün yazın. Sualı da təkarar göndərin.
Sual: Sualı ünvanladı Bəndə: sual aga xameneiedi men seher durb cunub oldugumu gorrem qusl almaq cismimie evde qalsam soyuqa cixmasam ziyan etmez ama men meselen soz vermiwemkimseher1o0da filan yerde olmaliyam.eyer cimsem hem gecikerem hemde soyuqlamaq tehlukesivar bele hslda teyemmum edib evden cixa bileremmi veya men bilerekden halasl yolla cunub olmamiwdan qabaq biliremki subh nsamazina cimmey meweqqetlidi bu hsla cunub olub nsmazi teyemmumle qila bileremmi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cana ziyan olduqda qüsl yerinə təyəmmüm etmək olar. Yuyunmaq məşəqqət (çox çətinlik) yaradarsa onda da təyəmüm etmək olar. (Amma bu iki hökm ümümi hökmdür. Yəni siz özünüz öz vəziyyətinizin necə olduğunu təyin edin. Unutmayın ki, yuyunmaqla soyuqdəymə elə bir haldır ki, insan qalın geyinsə və papaq qoysa, onda xəstələnməz.)
Sual: Sualı ünvanladı Bende: salam.mumkunse rehberin hokmun yazin.meherrem ayinda imam meclisinden pul almagin hem exlaqi hemde weri hokmun bildirin.bizde bele adet var awura gecesi dua olunur ve camaat hemen mollay pul verir bir nece gun soraysa hemen pulun bir miqdari mollaya verilir awura gecesi pul yigmaqsa mollanin meddahin yox camaatin isteyile olur hemen gece dua edib pul yigmaqin qebahetivasrmi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər camaat bilirsə ki, bu pul həm mollaya və həm məclisin xərclərinə sərf olunur, onda eybi yoxdur. Yox camaat bu pulu məclisə qənd çay və bu kimi digər şeylər üçün versə, onda bu puldan mollaya vermək olmaz.
Sual: Sualı ünvanladı Elmar: Salam.verilen suallardan birinin neticesi beledi ki1) uzu ulguc ve lezva ile vurmaq olmaz.yalniz masinka ile olar amma uz ele vurulmalidi ki uz saqalli gorsensin.Uzde saqqala duzelis verib tek tuk yerleri lezva ile vurmaq olar amma yanaqa dusmemek serti ile.Sualimin birine cavab verdiz ki alt dodaq ile cenenin arasindaki tuku masinkanin sifir disi ile vurmaq olmaz.bura qeder duz erz etdim?2)Bes boqazin altinda saqqala duzelis vermek ucun masinkanin sifir disinden ve ya lezva ile duzelis vermek olar?xahis edirem yazdiqim 1-ci meselelerin doqru olub olmadiqini tesdiqleyin ve 2-ci suala cavab verin.
Cavab: Salam. Tək-tük yerləri yox-gözlərin altı və saqqalın üstündə olan tək-tük tükləri vurmaq olar. Qalan dedikləriniz düzdür.

Ayətullah Xamenei-dəftərxana: Salam. Bəli, boğazda olan saqqalı (çənənin altını, boğaza tərəf) sıfır və ya lezva ilə islah etmək olar. Bu islah elə olmalıdır ki, boğazın altının saqqallı olduğu aradan getməsin.
Sual: Sualı ünvanladı Elmar: Salam.Kağız oyunları deyəndə məsələn kartı nəzərdə tuturam
Cavab: Salam. Bəli, kart qumar aləti kimi tanınıb deyə onu pullu və ya pulsuz oynamaq haram sayılır.
Sual: Sualı ünvanladı Kerem: Salam,men kecen xums ilinde islemisem,lakin emek haqqim elime yeni xums ilinde catib.Bele olduqda bu pul hansi ilin gelirinden hesab olunar.Teqlidim Sistani aga.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pul əlinizə çatan kimi xümsün çıxarın.
Sual: Sualı ünvanladı Səyid: Salamun Aleykum,men oz nishanlimla kebin baglamag isteyirem ama toya qeder hech-bir shey etmeyeceyuy...Bu gunah sayilirmi yeni kebinli ola ola toya qeder hech bir elaqede olamamag....Yoxsaki kebinin ele toya 2-3gun qalmish etmey yaxshidi? Siz ne meslehet gorursuz?
Cavab: Salam. İxtiyar sahibisiniz. Amma kəbin olsa daha yaxşıdır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Bismillahir Rehmanir. Rehim. Salam aleylum. Sualim beledi. 1. Men iw yerinde printer ve kagizlardan oz wexsi iwlerime gore istifade edirem buna izin varmi? Eger yoxsa menbu iwi gormuwem ne etme5iyem gunahimi yumaq ucun? 2.secdeyi sehv ne vaxt olur namazda? 3. Namazda wekk etsemki indi 1ci ve ya 2ci ruketdeyem, ya da 2 ya 3cu ruketdeyem, yadaki 1ve ya 3cu ruketdeyem, 2 ya 4cu ruketdeyem. Bu hallarda namaz batil olur? Ya da ne etmeliyem? Cavablar ucun tewekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz həmin yerin sahibinə və ya müdirə bunu deyib halallıq alın. Yox belə etməniz mümkün deyilsə sualı təkrar yazın və deyin bu iş mümkün deyil. Biz onda digər yol göstərək.

Səcdei-səhv barəsində risaləyə müraciət edin.

1-2-də şəkk-namaz batildi;

1-3-də şəkk namaz batildi;

2-3-də şəkk: Əgər ikinci rəkətin ikinci səcdəsindən sonra belə bir şəkk olsa namaz batil deyil.

2-4-də şəkk: Əgər ikinci rəkətin ikinci səcdəsindən sonra belə bir şəkk olsa namaz batil deyil.

Namaz batil olmayanda nə etməli olduğunuz üçün risaləyə müraciət edin.
Sual: Sualı ünvanladı Rustam: Neye gore sunniler..........
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Cahil: Hedislerden ve Mersiyyelerden Eli ekber adina rast gelirem Eli ekber kim olub???
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayın.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum. gelecekde oglumun adin Umeyr qoymagi planlawdiriram,bu halda mene abu Umeyr deyilmelidir,yoxsa eba Umeyr,cunki bezen rast gelmiwem,EBA EBDULLAH VE SAIR KIMI sozlere hansi duzdu,abu ya eba??umumiyyetle erebce ataya ne deyilir?ve atasi sozune ne deyilir??bilirem movzudan kenardi lakin sizler bilmemiw olmarsiz... ezyetivizi halal edin.tewekkur.
Cavab: Salam. Ərəb dili qramatikasına əsasən həm əba həm əbu həm əbi deyilə bilər. Baxır harada işlənir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam aleykum. Anam her kesin sozun daniwandirsa,hem qeybet,hem sui-zenndedirse her zaman,hem insanlari pisliyirse cox vaxt, ve bunu daim menim yanimda edende eseb kecirdirem,ele vaxt olur kobud nese deyirem ve sozun agzinda qoyub durub cixiram hemin otaqdan(daha cox eseblewmemekcun)menim hokmum nedir?men ne etmeliyem?oturub mehribancasina qeybete qulag asim?yoxsa durub cixim??onuda deyimki ozum ag valideynlikden qorxuram ve nece defe bawa salmiwam ki,qeybet sui-zenn haram iwlerdi, lakin yene eyni wey. Mene komek edin xaiw edirem,cox narahatam bu hala gore!!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ananızın bu danışıqlarına etirazınız gözəldir və savabınız var. Amma çalışın etiraz edəndə birdə kobudluqla bu işi görməyəsiniz. Ananız belə söhbətlər etdikdə həmin yeri tərk edin.
Sual: Sualı ünvanladı RA: salam. secdede iken rukunun sozlerin sehven deyib,secdeden qalxmagin hokmu nedir?yani secdede misalcun: subhane rebbiyel ezimi ve ela bihemdih deyib qalxdim. (ezimi-den sonra yadima duwduyu ucun ve ela bihemdih dedim). buna secdeyi sehv duwur?ve birde ezimi sozundeki z herfi peltek z-di yoxsa serbest??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.

Əzimi sözündə olan Z bu ظ-dır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam gina ne demekdir?musiqiye yazdigiviz metinde aydin olmayan soz oldu menimcun..
Cavab: Salam. Biz bu sözü Azərbaycan dilində anlaşılan gözəl bir formaya salıb sualınızı cavablandıracağıq. Siz yeni-sual cavabın içində öz sual-cavabınızı fevralın16-sı izləyin.
Sual: Sualı ünvanladı Ummu Esma: asselamu aleykum. men evvel namaza gelmemiwden once teqlid meselesin bilmirdim ve mene teqlidi anlatmadan Mekarim Wirazi aganin kitabin hediyye etdiler,men namaz,destemaz,qusl ve sair kimi weyleri M.Wirazinin kitabina esasen bilirem. lakin teqlidin ne oldugun mene anlatdiqlarindan sonra teqlidi Rehbere etdim ,onu ozume secdim. indi hem Rehberin istiftaati,hem M.Wirazi aganin "namazin qaydalari"adli kitabi varimdir,istiftaatda neyise anlamadiqda M.Wirazinin kitabin acib oxuyub aydinlawdiriram ozumcun. indi menim hokmum nedir?bundan sora ne etmeliyem? sizden meslehet isteyirem,Allah sizlerden razi qalsin inweAllah.
Cavab: Salam. Siz özünüz buraqədər düz etmisiniz. Amma Ayətullah Məkarimin kitabına müraciətdə problem yarana bilər. Yəni ola bilər ki, hansısa məsələ Ayətullah Xameneinin nəzəri ilə uyğun olmaya. Bu yerdə biraz diqqətli olmanızı tövsiyə edərdik. Lazım olduqda Cavab-al vasitəsi ilə istədiyiniz məsələ barəsində məlumat əldə etmək yolu da var.
Sual: Sualı ünvanladı Bende: Salam aleykum. Əgər xristian bir qadın İslamı qəbul etsə, xristian olan əri ilə kəbini pozulmuş sayılır? Qadının vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, kəbini pozulmuş sayılır. Bu pozulmuş kəbindən vacib-ehtiyata əsasən iddə saxlamalıdır və əgər onun əri də müsəlmanlığı qəbul etdə onda öz qadınına m(iddəsini gözləmədən) qayıda bilər. Amma aralarında müsəlman kəbini oxunmaq şərti ilə. Yox ər müsəlmanlığı qəbul etməzsə, kəbin batil olur və qadın iddə saxladıqdan sonra ərə gedə bilər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı