Şəri sual göndər
Ümumi sual göndər
Sual: Əssalamualekum tapılan pulun hökmü nədir.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər pulun miqdarı 2.4 qr. gümüşün dəyərindən çox olarsa tapdığınız yerdə onun sahibini axtarmalısız. Tez-tez o yerə getməklə və ya elan yazmaqla və s. Axtarış müddəti bir ildir və bu müddət bitdikdən sonra və ya sahibinin tapılmasından məyus olduqdan sonra o pulu sahibinin adından sədəqə verə və ya sahibi tapılana qədər saxlaya bilərsiniz. Əgər sədəqə verdikdən sonra sahibi tapılarsa və sədəqəyə razı olmazsa özünüz onun pulunu verməlisiz.
Təşəkkürlər.
Sual: Aleykum Salam.Namaz gunde 3 defe qilinir ya 5 defe? Coxusu deyir birlewdirmek olmaz, vaxti-vaxtinda qilmaq lazimdi
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Zöhr və əsr namazını həmçinin məğrib və işa namazını ardıcıl qılmaq olar. Lakin hər birini öz fəzilətli vaxtında qılmaq daha yaxşıdır.
Təşəkkürlər.
Sual: Salam namazdan evvel iqame demek olarmi?
Cavab: Aleykum salam
Ayətullah Xamenei-dəftərxana:
Namazdan əvvəl iqamə demək təkid olunmuş müstəhəb əməllərdəndir.
Təşəkkürlər.
Sual: Salam. Bir qadın iddənin nə olduğunu bilmir və ikinci heyzin 3cü günündə bir kişi ilə müvəqqəti nikah bağlayır.heyz bitdikdən sonra görüşləri olur.bu kişi alim olur sadəcə birinci kişidən xəbəri olmur.bu evlilik haramdı?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Bu nikah batildir və onlar bir-birinə əbədi haramdırlar.
Təşəkkürlər.
Sual: Salam aleykum . insan Allahda imkanli savadli ehli beyitin yolunda xidmet eliyen heyat yoldawi istiye biler . Bu dua qebul olar Yoxsa ALLAH oz istediyi heyat yoldawini qismet eliyer . Ve hacetimin qebulu ucun imam huseyni Allaha and vere bilerem o hacetim awura gecesine qeder qebul olsun ? Bele duam duzdu
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab ver bilmərik. Üzrlü bilin.
Təşəkkürlər.
Sual: Dovşanin necaseti necisdirmi ?
Cavab: Salam.
Ayətullah Xamenei-dəftərxana:
Bəli, nəcisdir.
Təşəkkürlər.
Sual: Namaz qılan insan dırnağ uzada bilərmi?
Cavab: Salam.
Ayətullah Xamenei-dəftərxana:
Dırnaq uzatmaq öz-özlüyündə icazəlidir. Lakin dırnaq uzatmaq ürfün nəzərində qadın üçün zinət və bəzək hesab olunarsa naməhrəm şəxslərdən gizlətməlidir.
Təşəkkürlər.
Sual: Salam, kişi və qadın heç bir vəkil, şahid olmadan ikisi kəbin oxuya bilər?.
Hörmətlə.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər kəbin oxumağın qaydasını və şərtlərini bilirlərsə oxuya bilərlər.
Təşəkkürlər.
Sual: Müsəlman ölkəsində yaşayıram ölkə qidarini araşdırmadan yiyə bilərəm?
Cavab: Salam.
Ayətullah Vəhid Xorasani-dəftərxana:
Mükəlləf şəxs İslam şəriətində nəyin halal nəyin haram olmasını öyrənməlidir. Əgər öz-özlüyündə halal olan bir qidanın hər hansı səbəbə görə haram olmasına dair elm və ya xatircəmliyiniz yoxdursa onu yeyə bilərsiz. Lakin müəyyən bir qidanın haram olmasını bilsəz və ya iki adil şəxs onun haram olduğunu və ya şəriətə uyğun kəsilmədiyini desələr o şeydən çəkinməlisiz.
Təşəkkürlər.
Sual: Coxlu şəkk edən zaman şəkkə etimal vermək lazım dı
Cavab: Salam.
Ayətullah Sistani-dəftərxana:
Çox şəkk edən şəxs bu hal aradan gedənə qədər öz şəkkinə etina etməməlidir və həmişə əməlinin düzgün olmasını qəbul etməlidir.
Təşəkkürlər.
Sual: Hacetimin qebul olunmasi ucun allahi imam huseyine xanim zehraya and vere bilerem
Cavab: Salam.
Ayətullah Xamenei-dəftərxana:
Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.
Təşəkkürlər.
Sual: Salam Məşəqqət və çətinlik arasında fərq nədir?Risalədə məşəqqətli olduğu üçün təyəmmümə icazə verilmir.Lakin çətinlik qarşıya çıxdığı zaman isə icazə verilir.bu hökmlərin fərqi nədir?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Məşəqqət və çətinlik eyni mənadadır. Lakin bəzən məşəqqət və çətinlik dözülməz həddə çatır ki, bu halda təyəmmüm icazəlidir. Əgər bu həddə çatmazsa təyəmmüm icazəli deyil və mükəlləf şəxs öz vəzifəsindən asılı olaraq qüsl və ya dəstəmaz almalıdır.
Təşəkkürlər.
Sual: Salam əleyküm əgər evdə tez tez siçan olursa onları öldürmək olarmı? Ümumiyyətlə siçan öldürmək olar yoxsa günahdır?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Sahibi olmayan zərər verici heyvanları öldürmək icazəlidir. Amma sahibi varsa və ya zərər verici deyilsə öldürmək icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam. Kişinin ona naməhrəm olan qoca və yaisəlik yaşına çatmış qadınlarla əl verib görüşməsi caizdirmi? Xüsusən də görüşməmək bəzi hallarda qarşı tərəfin narahat olmasına səbəb olur.
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Naməhrəm qadınla görüşmək icazəli deyil, hətta qoca olsa və görüşmədiyiniz üçün narahat olsa belə.
Təşəkkürlər.
Sual: Salam hər vaxtınız xeyir olsun bəri başdan təşəkkür edirəm.zəhmət olmasa bu sualıma dair müctəhidlərin rəyin deyərdiz.sual budur ki, mən kafel dükanında işləyirəm satıcı ora gələn müştərilər usta ilə gəlir və usta deyirki mənə faiz ver müştəri gətirdiyimə görə.məsələn müştəriyə 10 manata dediyin malın qiymətindən çıxma yəni endirim etmə nə qədər endirim edəcəkdinsə həmin məbləği mənə ver faiz olaraq.mən bunu edə bilərəm bu iş halaldırmı? Və müdriyyət bunu məndən tələb edirsə ki bu cür et o halda necə? birdaha təşəkkür edirəm sizə
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Müştərini aldatmamaq şərtilə maneəsi yoxdur. Məsələn, ona endirim adıyla öz qiymətinə və ya daha artıq qiymətə satmasaz eybi yoxdur. Və ustaya verdiyiniz miqdarı da sizin üçün müştəri tapdığına görə versəz icazəlidir.
Sual: Salam aleykum.Günahın kəfvarəsi necə verilir zəhmət olmasa qeyd edərdiz.Əvvəlcədən təşəklür edirəm.
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Bilərəkdən və üzrsüz yerə orucu batil etmək, nəzir, and və ya əhdi sındırmaq və risalədə qeyd edilmiş kəffarəsi vacib olan bu kimi şeylərdən başqa digər günahların bu mənada kəffarəsi yoxdur. Lakin hər hansı bir günaha mürtəkib olan şəxs tövbə etməlidir.
Təşəkkürlər.
Sual: Salam, Cindarlıq haramdır?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Bəli, haramdır.
Təşəkkürlər.
Sual: Bu iş öz özlüyündə haram deyildir nə deməkdir? Çox sağolun öncədən
Cavab: Salam.
Ayətullah Xamenei-dəftərxana:
Yəni, birinci hökmə əsasən haram deyil amma başqa səbəbə görə haram ola bilər. Məsələn, döymə vurdurmaq öz-özlüyündə haram deyil amma haram baxışa səbəb olarsa haramdır.
Təşəkkürlər.
Sual: Salam. Mən namaza təzə başlamışam. Cənabət qüslundan başqa boynumda hansı qüslların olduğunu dəqiq bilmirəm. Bu halda necə niyyət etməliyəm?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Bu halda boynunuzda olan qüslların (bildiyiniz və bilmədiyiniz qüslların) hamısının niyyəti ilə bir dəfə qüsl etsəz kifayətdir.
Təşəkkürlər.
Sual: Salam. Heç bir dinə mənsub olmayan və nəcis hökmündə olan kafirlərin yaşadığı ölkələrdən gətirilən yağ, pendir və bu kimi şeyləri yemək icazəlidirmi?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Ət və ət məhsullarından başqa çörək, yağ, pendir, bal və bu kimi bərk yaxud maye halında olan şeylərin keçici rütubətlə onların əlinə dəyməsi məlum olmazsa pak hökmündədir və yeyilməsi icazəlidir.
Onlardan alınan şeylərin nəcis olmasına zənn və güman etmək meyar deyil. (və yalnız yəqinlik və ya xatircəmlik hasil olarsa nəcis hökmündədir.)
Təşəkkürlər.