www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (ad yaılmayıb): Uwaqa kukla almaq haramdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir.

Sayt tərəfinfən: Ayətullah Xameneinin nəzərinə əsasən mücəssəmə düzəltmək və heykəltaraşlığın bir eybi yoxdur.
Sual: Sualı ünvanladı Vasif: salam bagislayin mucesseme ne demekdir basa dusmedim onu aciqlasaniz sad olaram
Cavab: Salam. Mücəssəmə kəlməsi Azərbaycan dili orfoqrafiya lüğətində var. Yəni, heykəltəraşlıq.
Sual: Sualı ünvanladı Vasif: salam.men sualimucun evelceden uzur isteyirem siz mene cavab yazmisdinizki qaricnivi leke heyizin sonunda gelerse demeli heyz tamamlanmayib bunu sona qeder gozluyun sonra pak olun bes bele bir leke heyizin evvelinde qelerse nece? yeni 2 3 gun ard arda yalniz leke gelerse onda nece bu xanim namaz qilmalidi ya yox?diqqetinize catdirimki bu xanim bilir heyizinin vaxtidi ama bilmirki bu lekelerin sonunda o heyz olacaq ya yox bu halda bu xanimin vezifesi nedir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Heyzin əvvəlində gələn ləkə heyz sayılır. Amma bu şərtlə ki, heyzin əvvəlində və sonrasında gələn ləkələr heyz qanı cari olan müddətdə gələn ləkələrlə birgə on günü ötməsin. Əgər on günü ötərsə, on gündən sonra olan ləkə istihazə hesablanır.
Sual: Sualı ünvanladı Hech: Salam Eleykum,ozunden boyuk baci,qardawin yaxud yawli qohumun sozlerine emel etmek vacibdir?onlara cavab qaytarmaq,ehemiyyet vermemek gunah sayilir?
Cavab: Salam. Ata-anaya qarşı ehtiramsızlıq günahdır. Amma kiməsə itaət etməkdə vacib deyil. Elə edinki, ata-anaya itaət etmədiyiniz məsələdə onların ehtiramı gözlənilsin. Amma ata-anadan qeyrisinə qarşı bu cür vəzifəli deyilsiniz.
Sual: Sualı ünsalam men sizden hesed baresinde sorusacam.mende bele bir xasiyet varki ister istemez cox istediyim bir insanin bir basqasini menden cox istemesine oturub onunla sohbet etmesine menden cox onunla eleqede olmasina ve s bele seylere hesed apariram yeni isteyiremki cox istediyim insan en cox meni istesin basqalarinda istesinee, ama men her zaman ilk olum sualim belediki men bununla gunahmi edirem? cavabiniz ucun evvelceden tesekurler
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Həsəd əməldə özün göstərirsə onda günah edirsiz.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam narahat elemirem inwhAllah sualim budur tesbehle istixar elemek nece olur? 2 menim refiqem mominedir bezi sebeblerden zohr namazlarini vaxtinda qila bilmir bunun bir eybi var? 3 Bununla yanawi evlerinde az yawli uwaq var ve o, namaz qilanda hemin uwaq ya mohuru goturur yada bawqa wuluqluq edir bu ona gunah sayilirmi?
Cavab: Salam. Namazı gec qılmağın hansısa səbəbi varsa bunun eybi yoxdur amma bu şərtlə ki, qəzaya getməsin.

Namaz qılarkən səcdədən qalxan zaman möhürü götürüb əlində saxlasın və hər səcdədə belə etsin.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam biz mecburi kockunuk ve menim anam ve atam hal hazirda yawdigimiz evi pulla aliblar yeni bizden qabagki sahibi bu evi qesb edib etmediyini bilmirik ve men bu evde dogulmuwam hemin evde namaz qiliram bu bele duzdur ya yox cvb verin.Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz bilmədiyiniz üçün boynunuza bir vəzifə gəlmir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Eleykum,oqlanin hansisa sosial saytda qiz adi ile iwtirak etmesi ve ya eksine gunah sayilir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş düzgün iş deyil və olmaz.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Insan xums gunun maaw aldiqi gune teyin etmelidir?eger ele etmese,eksine xums gunune kimi,butun pulun qesden xerclese,bu ne derece duzgundur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xümsdən qaçmaq üçün bu iş düz iş deyil. Xümsdən qaçmaq isə şəriətə əsasən qadağandır.
Sual: Sualı ünvanladı Möminə: salam.dar yubka ile namaz qilmaq olar?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bəli, olar. Amma naməhrəm qarşısında olmaz. Namaz çadra ilə qılınsa daha yaxşıdır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Eleykum,insan xums gunun maaw aldiqi gune teyin etmelidir?eger ele bir gune teyin etse ki,hemin gun pul olmayacaqin bilir,bu duzgundur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xümsdən qaçmaq olmaz.

Xüms günün istədiyiniz bir günə təyin edə bilərsiz.
Sual: Sualı ünvanladı Mominə: salam.dar yubka ile namaz qilmaq olar?
Cavab: Salam. Ayətullah Behcət dəftərxana: Naməhrəm olmayan yerdə bir eybi yoxdur. Amma çadra ilə olsa daha yaxşıdır.
Sual: Sualı ünvanladı Vasif: Sualı ünvanladı Vasif: salam men yene sizi bir sualimla narahat edecem.sizinde komeyinizle basa dusdumki musiqi eyer insani gunaha cekerse onda ona qulaq asmaq olmaz.yeni bele basa dusdumki insan musiqiye qulaq asanda gunah seyler dusunerse ve bu onu axir gunaha aparib cixartarsa asa bilmez bu fikrim duzdurmu?birde insan musiqiyle heyat yoldasi ucun oynaya biler?bu melum meseledirki bu halda onlar gunah fikillesmirler bagislayin sadece bunu xanim erini razi salmaq ucun edir bu halda bele musiqiye icaza verilmir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Oxuyan ğina oxusa və ya musiqi günah məclislərində olan musiqi olsa ona qulaq asmaq olmaz. İstiyir günaha çəksin, istəyir çəkməsin.

Amma şey ki, nə ğina ola və nə də günah məclislərində olan musiqi ola, amma sizi günaha çəkə, belə bir musiqi olsa, onda həmin musiqi sizə haram olur.
Sual: Sualı ünvanladı Ferd: Salam Eleykum,kiminse etdiyi pis emeli,bawqasina demek onun exlaqina,namusuna soz getirecekse,dememek ise bir bawqasinin haqqinin aradan getmesine sebeb olacaqsa ne etmek lazimdir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz həmin pis əməli edənə əmr be məruf və nəhy əz münkər etməlisiniz. Əlbəttə əmr be məruf və nəhy əz münkərə lazım olan şərtlər varsa.

Amma pis əməl başına gətirilən insana nəsə deməniz vacib deyil. Könüllü sürətdə bunu etməniz isə öz əlinizdədir.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Xahiş edərdim, sualımı Sistani ağanın nəzərinə uyğun cavablandırasınız: Əgər bir şəxs orucunu batil edibsə və boynuna kəffarə gəlibsə, gələn Ramazan ayına qədər kəffarəni yerinə yetirməsə boynuna əlavə kəffarə gələrmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: O bir gün ki, əsl oruc idi, əgər onun qəzasın tutmasa bir gün müabilində 750 qram ya buğda ya arpa ya dügü kəffarə gələr. Amma yerinə yetirmədiyi kəffarələr artmaz.
Sual: Sualı ünvanladı Namiq Aliyev: Salamun Aleykum mən gecə namazı qılıram amma mənim qəza namazımda var. günün bir sahatı ayırmışam öz qəzalarımı qılıram amma mən geca namazının əvəzinə öz qəzamı qılmalıyam yoxsa geca namazı qılım?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qəza namazı olsa belə gecə namazı qılmağınız yaxşıdır. Və bir eybi yoxdur.
Sual: Salamun Aleykum.Xayiah ediremki menin sualima cvb vererdiz.1) Bilmek isterdimki kishi xanimiyla cinsi elaqede olmasa kebin pozula biler? eger pozulursa nece vaxt elaqede olmasalar kebin pozular? 2) qohumlarin ve Valideyinlerin heberi olmadan ama qizin raziligi varsa kebin kesmek olar? eger Qiz ushaginin atasindan icaze almasi lazimdirsa amaki Atasi ayrilib aylesinnen ve hechbir elaqeleri yoxdursa bes qiz onda ne etmelidir kebinchun? ve kishiyle xanimin arasinda ne olsa kebin pozular? xayishe edirem cvb yazardiz suallarima.Qabagcadan cox sagolun...
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1-Cinsi əlaqədə olmamaq kəbini pozmur. Amma ən geci 4 ayda (müsəlman təqvimi ilə) bir dəfə bu iş olmalıdır.

2-Atasını tapıb icazə almalıdır. Ata olmasa babadan icazə almalıdır. (Yox əgər baba da yoxdursa bizə yazın cavab alaq.)

(Biz bu cür sadalaya bilmərik ki, nə olsa kəbin pozulur və ya əksinə. Xahiş edirik konkret sualı yazın ki, nə olub.)
Sual: Sualı ünvanladı Zehra Kenezi: Asselamu aleykum.xums kimlere vacibdir??ve onun wertleri hansilardi?yani ne qeder olur?ne wertle olur?ve kimlere xumsu odemek duwur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qazancı olan hər bir kəsə xüms vacibdir. Amma bu şərtlə ki, xərcindən artıq qalsın. Yəni il boyunca bir gün təyin edir və həmin gün artıq nə qazancı yığılıbsa onun beşdə birini xüms çıxarır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam men bele destemaz aliram (evvelce aygimi yuyur ve qollarimi dirsekden awagi ve uzumu yuyuram sora tezeden elime su tokub niyyet edib hara nece lazimdi ele mehs cekirem) bunda bir yanliw varsa deyin. Menim namaz qildigim otaqda merhum atam ve babamin wekili var hemde men qibleye diyananda uz-uze duwuruk? Bide qardawim ve ailesi qaldigi otaqda namaz qila bilerem? .... cavab versez sevinerem Allah sizden ve bu iwde emeyi kecen her kesden razi olsun inwhAllah.
Cavab: Salam. Ayağı yumaq lazım deyil. Allah rəhmət etsin ölənlərinizi. Amma şəkili götürün qiblə tərəfdə olmasın. Qardaşınızın otağında qılmasanız yaxşıdır. Onlara mane olmaq ehtimalınız var.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam seferdeiken namaz nece iki ruketli qilinir? Ve bu vacibdiki, imkan varsa olmaz ki, hamisin qilaq? Evvelceden minnetdaram?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, vacibdir.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı