www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Zahir: eger bir namz qilan din dersi kecen mellimin sefini ona dedikde qelbi sinir ve inciyirse ona emr be meruf nehy ez munker etmek vacibdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qəlbin sınması səbəb ola bilməz ki, əmr be məruf və nəhy əz münkər tərk olunsun.
Sual: Sualı ünvanladı Zahir: SALAMUN ELEYKUM MEKARIM AGANIN FETVASINA GORE YAZASIZ INSALLAH.QADINLARIN QASLARINI ALDIRIB OZLERINI GOZEL GOSTERMESI YAXUD ELERINE UZUK TXMASI NAHEHREM MUQABILINDE OLARSA EL VE UZLER ORTULMELIDIR?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qaşlar alınsa naməhrəmdən örtülməlidir. Ələ üzük taxmaqda zinət hesablansa o da haramdır.
Sual: Sualı ünvanladı Men: Es Salamun Aleykum 3 ve ya 7 gun oruc tutmaq olar? Bide men zikr edende niyyeti bele edirem ( Hz, FatimeyZehra anaya tesbehi zikr edirem qurbeten ilellah) bele duzdu? Allah razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, istədiyiniz müddət oruc tuta bilərsiz. Əgər hədiyyəsini Xanım Zəhraya (s) göndərirsizsə belə niyyət edin "bu zikrlərin savabını Xanım Zəhraya (s) hədiyyə edirəm".
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam menim sualim var narahat elemirem inwhAllah. 1 Men bilmeden 1 defe heyz qusulundan sora destemaz almadan namaz qildim bir eybi var?2 subh namazini vaxtindan 15 deq, kecdikden sora qilmiwam amma gun cixma vaxina hele vardi onda namaz qezaya gedir? 3 qizlarla pis weyler hakqinda daniwanda harama duwmuw oluram? Uzr isteyirm inanin mecbur olmasam yazmaram.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin namazı qəza edin. Çünki heyz qüslündən sonra dəstəmaz alınmalıdır.

Sübh namazının vaxtı günəş çıxana kimidir. Namaz qəza deyil.

Belə söhbətlərdən pəhriz edin. Zərurət yoxdursa belə şeylərdən danışmayın.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam men namaz qiliram amma mamam qoymur ne hicab taxim ne de qizil ziynet ewyasini qulagimnan cixarim, amma bunlardan bawqa qyda qanuna riyayet edirem mamam nese desede bawqa ziynetlerden isdifade etmirem sacima cox bezek vurmuram bu halda qildigim namaz batildir bide bunun gunahi mene sayilir? 2 Nafile namazlar hansilardir? 3 Bidet ne demekdir? Dedik cavab verin Allah razi olsun inwhAllah
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz ən azı namaz qılarkən başınızı örtün. Bir gün belə hicab pobleminizi həll etməkdən qəflətdə olmayın. Yəni ananızı yola gətirməyə çalışın. Namazlarda ananızın bu işə razı olması üçün dua edin. Başınız açıq olduğu müddətdə çolə çıxmaqdan pəhriz edin.

Nafilə namazı müstəhəb namazlardı, bunları əldə etmək üçün əməliyyə risaləsinə müraciət edin. Bidət dində olmayan bir şeyi dinə daxil etməkdir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Es Salamun Aleykum 1 Bizim evde balaca uwaq var uwagi qucagima alarken sidiyi paltarima deyse hemin paltarla destemaz olib sora namaz paltarini geynib namaz qilsam olar? 2 hicabli qadin ayaqi aciq gezse, dirsekden awagi qolu gorsense olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: 1-Bəli, olar! Amma bu şərtlə ki, paltara dəymiş sidik bədənə keçməsin.

2-Hicablı qadın ayağı açıq gəzə bilməz. Qol da görsənə bilməz.
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Demeli Allah qoysa yayda 4,5 min manat pulum olacaq ve ustunu duzeldib masin almaq isteyirem.Pulun ustunu dezeltmek ucun mene 3 min manat pul lazimdi ve bu pulu elde etmek ucun bankdan pul goturmek isteyirem.Hemcinin bankdan pul goturmek daha serfelidi neinki masini banka salmaq.Cunki kredite pul goturende goturduyum mebleqin ustune az pul gelir amma masin goturende baha basa gelir.Indi mene komeklik edin ve deyin hansini etmeliyem?(men bildiyime gore rehberin fetvasina esasen yalniz faize pul vermek haramdi amma ehtiyac olanda faize pul ve ya esya goturmek haram deyil)
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş üçün Bankdan pul götürmək olmaz. Baha başa gəlmək haram işə getməyə dəlil ola bilməz.
Sual: Sualı ünvanladı Vasif: salam menim sualim beledir men bele bir sey esitmisemki vereqe insan sekli cekmek gunahdi ve cekdiyin o insanlar qiyametde senden can isteyecekler bu duzgundurmu?birde kukla duzetmek ve ya qordan waxta baba duzeltmek gunahdirmi?cavablariniz ucun minetdaram
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəkil çəkmək məkruhdu. Kukla düzəltmək isə mücəssəmə düzəltmək sinfindədir və haram sayılır.



Sual: Sualı ünvanladı (ad azılmayıb): Salamun Aleykum sualim beledir menim emim xalamla evlenib onlarin uwaglari mene namehremdir? Bide yetkinlik yawina catmayan yaxin qohumlardan ozumuzu gozlemeliyik yeni men namaz qilarken onlar gorse namaz batildir? SIZE COOX MINNETDARAM ALLAH KOMEYINIZ OLSUN!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, naməhrəmdir.

Yetkinlik yaşına çatmayan yaxın qohum və ya qeyrisi əgər yaxşını pisdən ayırırsa, məsələn qadın və kişi fərqini anlayırsa, onda o həddi büluğ olmasa belə onun yanında açıq geyim olmaz. Hicab örtülməlidir.

Siz namaz qılarkən sizi görməkləri təhrikə səbəb olsa, onda elə yerdə namaz qılın ki, görməsinlər.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Es Salamun Aleykum 1 Qadin meselen ele zohr namazi qildigi halda (aybawisi olarsa) bilirem namaz batil olur ve sora qutardiqdan sora hemin namazin qezasini qilmalidi? 2 Aybawi bitdikden qusl aldiqdan sora ondan qan yox cuzvi bulawiq nese gelse qusulu tezelemelidir?3 bow vaxtlarda zikr ederken bawi bagli olmaliyiq?cox uzr isteyirem. Evvelceden twk
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər zöhrin vaxtı girən kimi zöhrü qılıb, namazın ortasında heyz olsa həmin namazı heyzdən paklandıqdan sonra qəza etmək lazım deyil. Amma əgər zöhrün vaxtı girib amma xanım namazı bir namaz qılınası müddət yubadandan sonra, namazı qılmayıb heyz olsa onda paklandıqdan sonra namazı qəza etməlidir. Həmin cüzi bulaşıqlıq ehtimalən elə qandır. yəni qadın hələ tam paklanmayıbmış. Qüsl təzələnməlidir. Aybaşıdan paklanmanı pambıqla yoxlayıb sonra qüsl verilsin.

Xeyir, başı açıq da olar.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salamun Aleykum secdede Salam vermek yox ee kimese salam vererken tekce ( Salam ) demek olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kimsə salam versə cavabın almaq olar. O salam verdiyi kimi. Amma siz özünüz kiməsə salam verə bilməzsiz. Yəni o salam verməmiş. Səcdə və qeyri səcdə isə eynidir.
Sual: Sualı ünvanladı Elton: 2-ci defe daimi ve ya muveqqeti kebin etmek ucun 1-ci arvadin izini olmalidi ya yox? Ve ya o bilmese olar ya yox?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, izn lazım deyil. İslam belə şərt qoymayıb. Bilib-bilməməsi də sizin özünüzdən asılıdır.
Sual: Bismillah Salamun Aleykum. Bildiyiniz kimi Azərbaycanın 20 faiz torpağı işğal altındadır və bir milyondan çox qaçqını var. və bu qaçqınların çox faizi qəsbi yerlərdə yaşayırlar. bizim rəhbərliyin qərarına görə, nə qədər ki, 20 faiz torpağ işğal altındadır qaçqınları yaşadıqları yerdən heç kim çıxarda bilməz. bunun qarşılığında da həqiqi ev sahiblərinə Təzminatda ödəyib onları razı da salmayıblar. təbii ki, ev sahibləri də narazıdır bu vəziyyətə.bu qaçqınların içərisində bizim yaxınlarımızda var ki, onlarla əlaqə saxlamamaq qohumlar arasında nifaq sala bilər. bu halda qesbi evdə yaşayan və yaşayanlara qonaq gedən dindarları vəzifəsi nədir? onların Namaz və digər əmələrin hökmü nədir? bu haqda digər alimlərimizin də fikrini bilmək istərdik. Əvvəlcədən təşəkkür edirik. Allah razı olsun.
Cavab: Ayətullah Sistani dəftərxana: Qəsbi yerdə nəinki ibadət, heç ora getmək olmaz.

Sual: salam men youtubdan..........
Cavab: Salam. Sualınız mövzumuza aid olmadığı üçün üzrlü sayın.
Sual: Sualı ünvanladı Meryem: Salam Eleykum,insan wekilin fotoaparatla ve ya telfonla chekmek de mekruhdur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun eybi yoxdur.
Sual: Salam. Cüməniz mübarək. Sayt cümə günü tətil edir.
Cavab: Cümə namazlarında dua istəyi ilə...
Sual: Sualı ünvanladı Günahkar bəndə: Naməhrəm olmayan yerdə milli rəqs barəsində olan sualınıza-inşallah cümədən sonra cavab verəcəyik.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə oynamaq haramdır. Çünki orda neçə nəfər oynayır və musiqi var. Amma oynamaq barəsində bunu deyə bilərik ki, xanım öz həyat yoldaşı üçün oynaya bilər və burada heç bir maneə yoxdur.
Sual: Sualı ünvanladı Leman: Salam Eleykum,kiwiye aq qizildan istifade olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişiyə ağ qızıldan istifadə olmaz.
Sual: Sualı ünvanladı Vasif: salam faiz haqinda olan sualim cavab vermisiniz minetdaram ama sizin meslehet gorduyunuz sey mukun deyil cunki bizim o qeder imkanimiz yoxduki her ay bir miqdar dediyiniz yere odeye bilek..inaninki o qeder borcummuz varkii hele faizi verib qutara bilmirik neyinki artiq pul olsun bu halda sizin dediyiniz sey nece mumkundu?
Cavab: Salam. Sizin suala inşallah fevralın 4-ü cavab veriləcək.
Sual: Sualı ünvanladı wasmin: Salam Eleykum,kimese hesed aparmaq gunahdir?qida mehsularinin artiqin zibilliye atmaq ve yandirmaq olar?yolda chorek tikesi gorende goturmemek gunahdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həsəd əməldə ortaya çıxsa onda günahdır.

Yeyiləsi qida məhsulunu çölə atmaq israfdır və günahdır.

Çörək tikəsin götürmək lazımdır və buna çox təkid olunub.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı