www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salamun Aleykum Men namaza bawlayanda mohru ve tesbehi xalcanin uzerine qoyanda, gotrende opub qoyur ve gotrurem bu olar yoxsa beyenilen bir iwdi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bir eybi yoxdur. Amma namazdan sonra səcdə olunan yerə əl sürtüb üzə çəkmək müstəhəbdir.

(İstəyir möhür olsun, istəyir açıq havada qılınan namazda alın qoyulan yer, yəni torpaq olsun, istəyir səcdə üçün icazəli olan və yerdən hesablanan (ərəbcə ərz kəlməsi şamil olan və səcdə olunması caiz bilinən) istənilən şey olsun.)
Sual: Sualı ünvanladı Sahnaz: Salamun Aleykum 1 Bilirsiz men onlara demiwem ki haram musiqilere qulaq asmaq gunahdi ve menim dediyme qulaq asmirlar o mahnilari musiqi merkezi vasitesi ile dinledikleri ucun ayri otaga da, kecsem ewidirem o, mene gunahdi ya yox?2 Men bilmediyim ucun qurani bawi aciq oldugum halda oxuyurdum bu nece?3 Yasin suresini ve umumiyetle Qurani ana dilimizde oxumaq olar? 4 Xususi namaz paltari olmasa qadin namaz qilarken qara, enli, welilsiz, idman walvari ve usdunden yariya qeder olan cadra formasinda wal olsa olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz imkan qədər uzaq olun və həmin musiqiyə diqqət yönəltməyin. Belə etsəz günah yoxdur.

Quranı elə indi də başı açıq olan halda oxuya bilərsiz. Əsas odur ki, naməhrəm sizi görməsin.

Quranı ana dilində oxumaq olar, amma ərəb dilində oxumaq müstəhəbdir.

Naməhrəm olmayan yerdə yalnız bədənin dərisi ortülsə (üz və əllər istisnalardır) kifayətdir. Yəni namaz paltarının olması şərt deyil.
Sual: Sualı ünvanladı Zerrin: Salam. Qadın bərbəri olmaq günah deyil ki?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir. Amma fəsada səbəb olmasa günah deyil. Yəni ora bağlı olmalıdır. Naməhrəm məsələsinə kamil riayət olunmalıdır.
Sual: Sualı ünvanladı Gunel: Salam. Namazdan sonra tesbeh çevirmək bidət sayılır?evvelceden minnətdaram.
Cavab: Salam. Xeyir, sayılmır. Əksinə bu sünnədir.
Sual: Salam. Sekillerde imamlarin tesvirinde uzlerinin gorunmesi olar? Evvelceden twk.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İnsan şəkili çəkmək məkruhdu. İmamların simasını çəkmək də bu qəbildəndir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salamun Aleykum 1secdeden sora ozumuz ucun dua etmeden zikr etmek? Muhammed ve EhliBeytinin haqqina Allahdan komek isdemek ? Kimese sadece Salam demek? Bunlari etmek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zikr etmək olar. Məsələn "sübhanəllah" deyin istədiyiniz qədər. Amma səcdədə kiməsə salam demək kimi işlərdən ehtiyata əsasən pəhriz edin.
Sual: Sualı ünvanladı Quliyev Sebuhi: Salam Aleykum.1)Qurani Erebce ogumagi orgenmek vacibdir.2)Qirayeti olmayana iktida etmek olar.3)bizi islediyimiz is yerinde namaz xana var.herkes gunorta namazina gelir ve camahat namazi qilinir.bezen namaz qildiran qardaslar gelmir qirayeti olmayana iktida etdib camahat namzi qilmaq olar yoxsa herkes oz namazini qilsin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Quranı ərəbcə oxumağı öyrənmək vacib deyil. Amma namazda olanları öyrənmək vacibdir.

Qiraəti olamayana iqtida olmaz. Qiraəti olan gəlməyəndə hərə öz namazını qılsın.
Sual: Sualı ünvanladı Vasif: salam sualim beledir bir insana sen meleksen, melek qeder gozelsen demek gunahdi?ama bu sozle onu heqiqetende melek bilmir sadece cox sevdiyi ucun deyir bu gunahdi?
Cavab: Salam. Eybi yoxdur!
Sual: Sualı ünvanladı Günahkar bəndə: Salamun Aleykum 1 Bir qiz eger namaz qilandi ve bezilerinin valideynleri icaze vermir? Bezileri ise imkansizliqdan hicab taxa bilmir onda gunahgar sayilirmi? 2 Ve bu qizlara awkarda zinetleri isdifade etmek haram sayilir?3 Mende bir risale var ve orda namaz qilmaq ve bir cox wey sunnilerde oldugu kimi yazilib o, kitabi oxumaq isdemirem ve onu evde saxlamaq olarmi yoxsa evden cixarim?4Namehrem olamaran yarde milli rekslerle mewgul olmaq olarmi? Allah razi olsun!
Cavab: Salam. Namazı Allah vacib edib. Valideynin icazəsi lazım deyil. İmkanı olmayan kimdirsə biz ona beş ədəd hicab alıb hədiyyə etməyə hazırıq. Siz e-mail adresini bizə verin.

Bəli, zinətləri istifadə etmək naməhrəm qarşısında haramdır və bunun axirətdə şiddətli cəzası var.

Kitab barəsində baxın öz məsləhətinizə.

Naməhrəm olmayan yerdə milli rəqs barəsində olan sualınıza-inşallah cümədən sonra cavab verəcəyik.
Sual: Sualı ünvanladı Ummu Esma: Salam aleykum. Sual,hekim,emim ve babam mene mehremdii?hekim ise cerrah yada umumi xesteliyi bilmey ucun yoxlamalidir.. Ikinci sual,haram sayilan mahnilar hansilardii??cvblarivizi sebirsizlikle gozleyirem,Allah sizden razi qalsin..
Cavab: Salam. Əmi və baba məhrəmdir. Amma həkim naməhrəmdir. Qadın həkim olmasa, və zərurət yaransa naməhrəm olan həkimə müraciət etməyin eybi yoxdur.

Haram sayılan müsiqilər o musiqilərdir ki, onlara qulaq asmaq insanı fəsada çəksin.
Sual: Sualı ünvanladı Vasif: salam kisinin sac uzatmasi dar salvarlar geymesi caizdirmi?beleki bu veziyet yeni sac uzatmaq dar salvar geyinmek insanlar arasinda adet halina cevrilib yeni heckim buna qadin salvari demir artiq zemane ele zamanediki kisilerde qadinlar kimi sac uzadirlar ve bu camaat arasinda adilesib bilmek isteyirem bele bir veziyetde bu is kisiye haramdirmi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Dar şalvar qərb adətidir və fəsadı var deyə olmaz. Saç uzatmaq qadına bənzəmək olsa onda bu da olmaz.
Sual: Sualı ünvanladı Vasif: salam menim sualim beledir subhanalahi ve elhemdulilahi vala ilahe illellahu vallahu ekber zikrini rukuda secdede demek olar? yoxsa ancaq 3 ve 4 riketlerde hemdin yerine demek mumkundur?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Rüku və səcdədə də demək olar, amma üç dəfə deyin.
Sual: Sualı ünvanladı ECT: Salamun alaykum,birnefer 22min dollar haramdan pul qazanib ve xercleyib qutarib,indi imkani yoxdu,ve belkede hecvaxt imkani olmadi oqeder pulu sedeqe cixartsaish,bes indi bu nece elemelidi,tovbe elese Allah baqishlayar?ya bashqa yolu var?xaish edirem cavablandirasiniz
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu pul kiminsə puludursa sahibini razı salmalıdır. Bütün olanlarını satmaq bahasına olsa belə.

Yox əgər belə deyilsə onda sualı bizə təkrar ünvanlayın ki, məslə necədir.
Sual: Sualı ünvanladı Eyvaz: salam sualim aga Xamneyiyedir. Siqaret cekmek haramdir? Tewekkur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər cana ciddi zərəri olsa, onda haramdır.
Sual: Sualı ünvanladı Aydin: Bagiwlayin wekil meselesi bir az qaranliq qaldi wekilin mekruh oldugunu bildik, bir meselede varki eger Rehberin ve merhum imam Xomeyninin wekilinin evde qoyulmasi nece? Neceki Iran islam respublikasinda hal hazirda bu kimi wekillerden geniw istifade olunur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İstənilən bir insanın şəkilini evə vurmaq məkruhdu. Yəni haram deyil-amma məkruhdur.
Sual: Sualı ünvanladı Vasif: salam yeni yetme bir qiz oldukde dinde bele bir sey varmiki onu basdiranda xonca duzeltsinler ve ya olenden sonra qara boyram etsinler?yoxsa bunlar hamsi uydurmadi?
Cavab: Salam. Dində belə şey yoxdur.
Sual: Sualı ünvanladı Vasif: salam sualim beledir bilmek isteyirem insan basqasinin ona verdiyi siri acmamaq ucun yalan danisa biler? yeni eyer dogrunu dese, basqasinin ona verdiyi sire xeyanet etmis olacaq bu halda yalan deye biler?birde dogrunu demekle bilseki o insan haqinda pis fikillesecekler ve ya qeybetin edecekler bu halda yalan deye biler?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Sirri açmamaq üçün yalan olmaz. Yəni deyin ki, mən sirr aça bilmərəm. Döğru danışmaqla bir insan haqqında pis fikirləşəcəklərsə onda siz susun. Yox susmaq mümkün olmasa onda yalan demək olar ki, kiminsə abrı getməsin.
Sual: Sualı ünvanladı Vasif: salam sualim qadinin makiyaj etmesi haqindadi qadin makiyaj eddikden sonra uzunu nemehremden baglamasi vacibdi?sistani aganin fetvasiyla yazin xayis edirem....
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadın makiyaj etsə bu formada çölə çıxa bilməz. Əgər makiyajla çölə çəxarsa üz bağlanmalıdır. Yəni niqab taxılmalıdır.
Sual: Sualı ünvanladı Vasif: salam faiz haqinda olan sualim cavab vermisiniz minetdaram ama sizin meslehet gorduyunuz sey mukun deyil cunki bizim o qeder imkanimiz yoxduki her ay bir miqdar dediyiniz yere odeye bilek..inaninki o qeder borcummuz varkii hele faizi verib qutara bilmirik neyinki artiq pul olsun bu halda sizin dediyiniz sey nece mumkundu?
Cavab: Salam. Biz araşdırıb sizə cavab yazacağıq.
Sual: Sualı ünvanladı Zahir: namehrem qadinin yaninda oturduqda toxunrlarsa ama her 2 si paltar uzerinden toxunur.bu is icazelidir?men bir kitabda oxudum paltar ustunden toxunmaq olar axi bir birini bedenini his edillerse bu nece mumkundur?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu iş taksidə baş versə eybi yoxdur. Amma imkan həddində bu işdən pəhriz olunmalıdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı