www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Pulumun bir hissesinin olmadiqi ucun masini banka saliram ve bank masini mene kredite verir.Men de her ay pulu banka odeyirem
Cavab: Salam. Sual aydın deyil. Sualı aydın yazın. Yəni bank sizə pul verir ki, maşın alasız?
Sual: Sualı ünvanladı Zahir: xaricden getirilen pulcuqlu balig konservi yaxud olmus veziyyetde olanini yemek olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli, olar!
Sual: Sualı ünvanladı Zehra: Salamun Eleykum Hicri Qemeri teqvimini men bele bilirem bu duzdu!1Meherrem 2Sefer 3Rebiullevv 4Rebiulaxir 5Cemadiyel6 Cemadiyel 7Receb 8Waban 9Ramazan 10Wevval 11Zilqede 12Zihlice?
Cavab: Salam. Bəli belədir: Mühərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axir (və ya rəbiüs-sani), cəmadiyül-əvvəl, cəmadiyül-axir (və ya cəmadiyüs-sani), rəcəb, şəban, ramazan, şəvval, zilqədə və zilhiccə.
Sual: Sualı ünvanladı Günahkar Bəndə: Salamun Aleykum gundelik vacib namazlarda bu emeller mustehebdir? 1 Rukuda subhenAllah demek yerine bu sozu demek (Subhane rebiyyel ezimi ve bihemdin)?3 salamdan sonra 3 defe Allahu Ekber demek? 3 Secdede ise subhenAllah yerine bu sozu demek (subhane rebiyyel ela ve bihemdih)? 4? il boyu olan movludlari nece oyrenmek olar evvellceden tewekkur. NEREHAT ELEMIRIK INWHALLAH
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Rükuda qeyd etdiyiniz zikri bir dəfə demək vacibdir. Amma bu zikri üç dəfə desəniz ikisi müstəhəbdir.

Üç dəfə Allahu-əkbər müstəhəbdir.

Səcdədə qeyd etdiyiniz zikri 1 dəfə demək vacibdir. Amma üç mərtəbə desəniz, ikisi müstəhəbdir.

Dini təqvim alın. Bütün mölud və matəmlər onda qeyd olunub.
Sual: Sualı ünvanladı Allah qulu: Es Salanun Aleykum Rehmetullahu Ve Berekathu. Bir qadin heyzli oldugu halda hediyye namazi qila biler? 2 reketli gece namazi qilinir? Qilinirsa nece oyrederdiz de? Bide hediyye namazinda kimler ucun dua etmek lazimdir? Allah razi olsun inwhAllah.
Cavab: Salam. Heyzli halda namaz olmaz.

İki rəkətli gecə namazı eynən sübh namazı kimi olur. Amma iki fərqlə:

1-Niyyətdə sübh namazı yox, gecə namazı (şəf namazı) niyyət olunur;

2-Həmd surəsindən sonra İxlas surəsinin yerinə 1-ci rəkətdə Fələq, 2-ci rəkətdə isə Nas surəsi oxunur.

Hədiyyə namazı və digər bütün namazlardan sonra istədiyiniz duanı edə bilərsiz.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam aleykum.dukandan diri baliq aldim bir nece saat gozledim olmedi.gozlemeliyem ozu can versin?sistani aganin defterxanasina muraciet ederdiniz zehmaet olmasa.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Gözləmədən, onu digər yolla öldürmək olar.

(Sayt tərəfindən: Sistani ağanın dəftəri ilə əlaqə saxlaya bilmədik.)
Sual: Sualı ünvanladı Bir dost: Salam Eleykum,borc alinan mala,pulu odememiw xums duwur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nisyə alınmış mala xüms gəlmir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Eleykum,uzr isteyirem,men ewitmiwem ki,istihaze olan qadin destemaz alib,namazi musteheb emel olmadan tez qilmalidir,ona gore bilmek isteyirem,bu duzdur yoxsa ele adi halda musteheblerle qila biler? ALLAH razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müstəhəbləri etmək olar.
Sual: salamun aleykum. Sistanı ağanın fətfasına uyğun cavablandırmağınızı xahiş edirəm. bizim bir qohum bir başqasının evini qəsb edib öz üzərinə qeydiyyata salıb və orada yaşayır. ev sahıbınin bunlardan xəbəri olmağını fikirləşirik. biz evin şəri sahibini tanımırıq və harada yaşadığını da bilmirik. bu məsələdə məni narahat edən bir neçə məqam var. 1. biz o evə tez-tez qonaq gedirik və orada yemək yeyirik.evdəki qaz, su, elektrik də qəsbi sayilirmi və onlardan istifadə edilərək hazırlanan yeməyin yeməyin hökmü nədir? 2.bizim ev sahibini tapıb xəbərdar etmək kimi bir vəzifəmiz varmı? susmaqla biz də gönaha ortaq sayıla bilərik? Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: O ev qəsbidirsə ora getməniz belə olmaz.

Sayt tərəfindən: Sualın ikinci hissəsi qaranlıqdır. Yəni siz o ev sahibi barəsində biraz ətraflı açıqlama verin.
Sual: Sualı nvanladı Ferec: salam aleykum, qardaw burda bir neferin sualina aid mende de bir sual yarandi, evden wekil vurmaq barede, Imamlarin tesviri var onu evde men oz otagimin divarindan asa bilerem ? bir de ki, Rehberim Xameneyi aganin weklin asa bilerem ? bunlar da mekruh sayilir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, məkruh sayılırlar!
Sual: Sualı ünvanladı Asdli Ali: Salam.Sistani aga biz size teqlid edirik. xahiw edirem nerd oynu baresinde hokmu bize deyerdiniz. cox sag olun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qumar aləti sayılırsa, olmaz!
Sual: Sualı ünvanladı Fədai: salam. cənabətli halda yatmaq məkruhdur və bu məkruhatı aradan aparmaq üçün dəstəmaz məsləhət görülür. amma məlum olduğu kimi cimadan sonra bədəndə süstlük olur dəstəmaz almaq üçün geyinmək və həyətə düşmək lazım olur. bilmək istəyirəm ki dəstəmazdan başqa her hansı dua və ya əmal varmı ki qəsd edilən bu məkruhatı aradan aparsın?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, yoxdur.
Sual: Sualı ünvanladı Vasif: salam sevgi seryalarina dizilerine baxmaq gunahmidir bu dizilerin icinde musiqide verilir bele dizilere baxmagin gunahi varmi?biz bu dizilere musiqi dinlemek qesdiyle deyil oylesine baxiriq. hec bir halada ibadetlerimizdende geri qalmiriq bu halda baxa bilerikmi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Belə dizilərin məfhumları islami məfhumlara zidd olarsa baxmaq olmaz. Məsələn dizidə ərli qadının əri ola-ola digər bir kişi ilə eşq yaşaması müsbət göstərilsə onlara baxmaq olmaz. Musiqi haram olsa-qulaq asmaq olmaz.
Sual: Sualı ünvanladı Azar: Salam.sual beledirki,futbol kamandalarina variant vermek olarmi ,yeniki pul qoyub pul udmaq olar.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, olmaz!
Sual: Sualı ünvanladı Sahnaz: cinsi baximdan lezzet almaq yox soyuqlamadan de bele mayya gelir bes onda nece cenabet almalidir? 2 Musteheb emellerden bezilerini yaza bileraiz yeni meslehet gorduyunuzu?3namaz qilana vacibdi oruc tutsun ve burda nece gun sohbeti var? Yeni menim medem agriyir men 1hefte tuta bilerem?4qeza namazinin niyyeti necedi?Allah razi olsun inwhAllah.
Cavab: Salam. Ayətullah Xamenei-dəftəxana: Soyuqlamadan gələn mayeyə qüsl yoxdur.

Müstəhəb əməllərdən nafilə namazlarını məsləhət görürük. Namaz qılan Ramazan ayını oruc tutmalıdır. Mədənizin ağrısı elə olsa ki, oruc tutmaqın sizə zərəri olsun, onda siz tutmasaz da olar. Mədənizə orucun zərərli olmasını mütəxəssis həkim təyin edərsə və siz özünüz də bu zərəri canınızda hiss edərsizsə onda tutmaya bilərsiz. Qəz namazlarında adi niyyət olur. Sadəcə bir qəza niyyəti artırılmaqla.
Sual: Sualı ünvanladı Vasif: salam men bilmek isteyirem cennetde her kes oz ...............................
Cavab: Salam. Üzrlü sayın. Mövzuya aid deyil.
Sual: Sualı ünvanladı Aqsin: salam aleykum.Kerbela ziyareti niyyeti ile evden cixib ve kerbelada helak olan shexs sehid sayilir?sistani aganin defterxanasina muraciet ederdiniz zehmet olmasa.ALLAH razi olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işin böyük savabı var.
Sual: Sualı ünvanladı Vasif: salam.men bilmek isteyirem bir qizin basqa bir qizi pis bir niyet olmadan cox istediyi ucun dodagindan coxlu coxlu opmesinin bir gunahi varmi?yenede deyiremki hec bir pis niyyetleri yoxdur ........
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Şəhvət qəsdi olmadan belə bir öpüşün eybi yoxdur. Amma bu iş davamlı olmamlıdır. Yəni ardıcıl çox öpüş şəhvəti təhrik edə bilər.
Sual: Sualı ünvanladı Vasif: salam men sualim ucun artiq derecede uzur isteyirem.bir qiz yuxuda bezi seyler gorse ve bu onda sehvet hissi oyadsa ama ondan hecne xaric olmazsa onun boynuna qusl gelirmi?birde esitmisemki insan yuxuda heys oldugunu gorendede boynuna qusl gelir bu duzdu?bir daha sualim ucun uzur isteyirem sizden xecaletliyem sualim ucun
Cavab: Salam. Xeyir qüsl gəlmir. Xeyir, yuxuda heyz olanın boynuna qüsl gəlmir.

Sayt tərəfindən: Xəcalətli olmayaın. Şəriət hökmlərin soruşmağın eybi yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): istihazeli qadin bezi mustehebleri sehven terk etmese namaz batil olur,mes:tekbirden bawqa yerde de ALLAHU EKBER dese
Cavab: Salam. Sualınız aydın deil. Biz anladığımız kimi cavab veririk. Sualınız cavabımızdan qeyri cavablı sual olsa onda sulı təkrar və aydın ünvanlayın.

Ayətullah Xamenei-dəftərxana: İstihazəli qadın müstəhəbləri edə bilər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı