Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Men: Salam Eleykum,tv-de qerb geyimlerini tebliq eden,moda proqramlarina baxmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu verlişlərə baxmağın sizə bir eybi yoxdur. Çünki qadınsız və onlar da qadındır. Amma əgər bu verlişlərə baxmaq fəsada səbəb olsa, onda baxmaq olmaz.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu aleykum qardaş. Mən bu orcuqluqda ələm müctəhidin təqlidindən qeyri ələmin təqlidinə keçdim. İndi isə səhvimi düzəltmişəm. Orucluqu isə qeyri-ələmin nəzəri ilə batiridim və ələm müctəhidlə fərqləri oldu. Xahiş edirəm Ağa Sistaninin ofisindən soruşasınız. Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ələmin təqlidindən qeyri ələmə bilmədən keçibsizsə və qeyri ələmin göstərişinə bilmədən əməl edibsizsə onda eybi yoxdur. Amma az etdiyiniz ibadətlərin qəzasını yerinə yetirin.
Sual: Sualı ünvanladı Hech: Salam Eleykum,iwlemek icazeli olmayan,yeni orda etdikleri bezeyi namehremlerden gizletmeyen qadinlari bezeyen salonlara sach kesdirmek ve s..ucun getmek olar
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bir xanımın belə gözəlik salonuna getməsinin işğalı yoxdur amma üç şərtlə:
1-Saçlarını kəsilmək üçün açanda (hicabı çıxaranda) qapı bağlansın və o saçı açıq vəziyyətdə olanda ora naməhrəm daxil olmasın;
2-Saçı islah edən də qadın olsun;
3-Ordan çölə çıxarkən kamil hicablı olsun ki, bəzəndiyini naməhrəmlər görməsin.
Sayt tərəfindən: Sualınız dolaşıq idi. Anladığımıza cavab verdik. Nəsə başqa sualınız qaldısa təkrar ünvanlayın. Sadə yazın.
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,hesharatlari oldurmek gunahdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur. Amma qarışqanı öldürmək məkruhdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): asSalamun Aleykum. Terkibinde spirt olan etirden istifade elemeyin hokmu nedir? birde bunu ibadet zamani elemeyin hokmu nedir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər siz o spirtin məstedici olduğunu bilmirsizsə onda bunun eybi yoxdur. Namaza da bir maneə yaratmır.
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Aydindi.Axi pul goturende goturduyum mebleqin ustune az pul gelir amma masini kredite salib goturende ise meblepin ustune daha cox pul gelir ve masin baha basa gelir.Yeni bele hallari nezere alinsa nece pul goturub masini almaq olar?onu da qeyd edim ki masinin pulunun yari hissesini kredite goturecem.
Cavab: Salam. Pul götürmək olmaz. Baxmayaraq ki, ucuz düşür. Çünki pul götürüb gedib haradansa maşın aldıqda sonra Banka riba (sələm) ödəməli olacaqsınız. Bu iş isə haramdır.
Sayt tərəfindən: Amma sualınızda bir qaranlıq yer var. Siz maşını da Bankdan alırsız? Biz sizə maşın götürmənin eybi yoxdur dedikdə məqsədeimiz bu idi ki, maşını, maşın satan kəs, ya şirkət sizə kreditə verir. Yəni nisyə verdiyi üçün baha verir. Yox əgər maşını da Bankdan götürürsüzsə, və ya bu məsələ necədirsə bizə ətraflı yazın və biz bu məsələni araşdıraq.
Sual: Sualı ünvanladı İbn Rasim: Bele bir sualim var. Qeza namazlarin bagishlanmasi ucun.xusu bir namazin olmasi haqda eshitmishem. Mumkunse bu haqda yazardiniz.
Gece namazini xiften qezaya getdikden sonra yatmazdan once ve subh azanina kimi durandan sonra gunde iki defe qilmaq olarmi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Gecə namazını hər nəqədər sübh namazına yaxın qılsaz bir o qədər savablıdır. Bir dəfə qılmanız yetər.
Qəza namazlarını əda edən xüsisi bir namaz yoxdur. Qəzaları tək-tək yerinə yetirmək lazımdır.
Sual: Sualı ünvanladı Sahnaz: Es Salamun Aleykum yaxwisiz inwhAllah? Mene qaranliq qalan bir suali bir zehmet aydinliga getirmeyinizi isdirem.1 Subay qiz cenabet qusulu almalidir alarsa hansi haldan sonra almalidir?2 Broyler yemey olarmi? 3Elimi haram weylere vursam harama duwurem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər subay qız cinsi baxımdan yüksək ləzzət alsa və ondan (övrətdən) bir növ maye xaric olsa, bu halda boynuna cənabət qüslü gəlir.
Müsəlman bazarında olan ət məhsulları halaldır.
Əlinizi haram şeyə vursaz-məsələn donuz ətinə vursaz əliniz murdar olur. Əlinizi yuyun. Zərurət yoxdursa əlinizi belə şeylərə vurmayın.
Sual: Sualı ünvnladı Abdulrəhim: salam.eger cenabet quslundan sonra destamaz alinib,namaz qilinsa namaz batil olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namaz batil olmaz. Amma bu işi birdaha görməyin.
Sual: Sualı ünvanladı Sahnaz: Es Salamu Aleykum narahatciliqa gore uzrlu sayin ne olaur deqiq oxuyun ve hamisina cvb verin.Men harasa qonaq gedende hemin gun eve qayidacaqimi yeqin edib ne temiz paltar ne de cenamazi aparmamiw olsam orda da namazin qezaya getmesini istemiremse tutaxki paltarim temizdi bes cenamazsiz nece namaz qilmaq olar?2 men teze namaza bawlayanda ozume cenamaz almamiwdim ve xalamin oglu qabaglar namaz qilirdi o, muveqqeti olaraq cenamazini mene verdi bir ara onu isdifade eledim ve sora ozune verdim yeni bu halda qildigim namazlar batildir?3 Bide xalam oglundan halalliq almagim vacibdi?4 nameram kiwinin hediye etdiyi xalcanin uzerinde namaz qilmaq olarmi?5 bu suali tam deqiq bilmek ucun verirem umumiyetle paltar nece qusllanmalidir? Sizin bu yaxwiliginiz ucun Allah butun dualarinizi qebul etsin inwhAllah!!!
Cavab: Salam. Sizin əyninizdə olan paltara nəsə olub?! Əgər əyninizdə olan paltar murdar deyilsə namazı elə əyininizdə olan paltarla qılın. Xüsui namaz paltarı olmasa da olar! Cənamaz da olmasa eybi yoxdur. Təkcə bir möhür aparın bəs edər. Xalanız oğlu öz cənamazını özü sizə veribsə ondan halallıq almağa ehtiyac yoxdur və namazınız düzdür. Naməhrəmin hədiyyə etdiyi xalçada namaz qılmaqın bir eybi yoxdur. Məsələn əminiz oğlu sizə bir xalça bağışlayıbsa bir maneə yoxdur.
Kürr su ilə paltar bir dəfə yuyulmalıdır. Bu şərtlə ki, nəcasətin eyni, yəni nəcisin özü paltardan getmiş olsun. Kürr su ilə istənilən nəcis paltar bir dəfə yuyulduqda yetər. Amma kürr olmayan su ilə yəni qəlil su ilə istənilən nəcis paltar bir dəfə yuyulsa yetər, bu şərtlə ki, nəcasətin özü paltardan getmiş olsun. Yalnız istisnadır sidikli paltar. Sidikli paltar qəlil su ilə iki dəfə yuyulmalıdır.
Sual: Sualı ünvanladı Zahir: SALAM QARDASLAR.mene cavabi MEKARIM SIRAZI aganin fetvasina uygun cavab yazin insallah.elimde olan mueyyen pulla ticaret elemisem ve ordan qazanc elde elmisem 1men bu ise qoydugum pulun xumsunu vermeliyem?eger xums vaxti catibsa puluda ki mal verib almisamsa hemin malin xumsunun vermeliyem?men burda aganin xumsunu kime vere bilerem?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Siz bütün xümsü verilməmiş pulunuzun xümsünü verməlisiz. Hal-hazırda əlinizdə olan malı günün bazar qiyməti ilə hesablayın və xümsünü verin.
Xümsü orda kimə verməniz barəsində məlumatımız yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Seyidlerin wekillerinin asilmasinin (evden, iw yerinden ve.s) mekruh oldugu cavabini oxudum, bu ancaq seyyidlerin sekillerine aiddi ya umumilikde sekil olmaz? alimlerin sekilleri olar? Tewekkur.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İnsan və heyvanlar, o cümlədən həşaratların şəklinin asılması məkruhdur. Amma məsələn Kəbə kimi şeylərin şəklinin asılmasında bir eyb yoxdur.
Sual: Sualı ünvanladı Sahnaz: Es Salamun Aleykum Men her defe alnimi secdeye qoyqnda gozumu yumuram bu hal artiq verdiw halina kecib bir eybi var?2 subh namzi qilanda ev cox iiwiqli olmur yeni uwaq oyanmasin deye iwiqi yandirmiram gece iwiqi altinda qilmaq olar? 3 subh namazinda sesim ne lap picilti sesi kimi cixmir nede cox hundur cixmir bu nece? Kimese Quran oxuyanda hansi sureni oxumaliyam bir zehmet bunu da cavablandirin?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səcdədə gözü yummaq vərdişin tərk edin. Bu iş məkruhdur.
İşıq yandırmadan namaz qıla bilərsiz. Səsiniz cövhərli səs olmalıdır. Yəni pıçıltının əksi.
Kiməsə Quran oxuyarkən Yasin surəsini oxumağınız məsləhətdir.
Sual: Sualı ünvanladı Sahnaz: Es Salamun Aleykum necesiz inwhAllah? 1 umumiyetle namazda musteheb emeller hansilardir?? 2 Namazlari birlewdirib qilanda meselen zohe ve esr namazlarinin arasinda ozumuz ucun dua etmek yeni ruzi istemek olarmi yoxsa buna aid ayri dualar var?3 Evde qardasim ya anam haram musiqiye qulaq asirlar bu halada men neynemeliyem?4 Namazin axirinda tekce hz FatimeyZehra anaya zikr etmek olar? Tekce onlara olmazsa bawqa kimlere olar? Bide bizim eve bir qadin gelir o, coox yalan daniwdigi ucun menim ondan bir sozle zehlem gedir ozumnen asli deyil amma eve gelende ona pis uz gostermirem bu halda men gunahgar sayiliram???? Allah rizasi ucun cvb yazin mumkundurse!
Cavab: Salam. Namazda müstəhəb əməl çoxdur. Siz bu barədə xüsusi sual versəz cavab verərik.
Zöhrlə əsrin arasında özünüz üçün ruzi istəyə bilərsiz. Ruzi üçün ayrı dualar da var. Məslən Məfatihul-cinan kitabında ruzi üçün xüsusi dualar var.
Siz haram musiqiyə qulaq asan kəsə bu işin haram olduğunu söyləyin. Sizə qulaq asmayıb davam etsələr onda imkan həddində həmin musiqi səsindən uzaq olun. Məsələn digər otağa keçin.
Namazı bitirəndən sonra Xanım Fatiməyə (s) sabav göndərmək üçün o xanıma hədiyyə niyəti ilə zikr etsəniz bunun eybi yoxdu. Əksinə böyük savabı var.
Yalan danışan qadına söyləyin ki, yalan danışmasın. Onun, yalançı olduğu halda üzünə xoş baxmağınız yaxşı deyil. Əlbəttə ki, xəbərdarlıq edin. Yox qulaq asmayıb yalanı davam etdirsə ondan sonra ona xoş münasibət bəyənilmir.
Sual: Sualı ünvanladı Reşad: Salam aleykum.Size bir sualim var,amma isteyirem emailime gelsin,biraz shexsi sualdi,onuncun,evvel burda qeyd olunurdu ki,cavab yalniz emaile gelsin,amma indi yoxdu.Nece ede bilerem ?
Cavab: Salam. Biz əvvəllər aşağıda xüsusi suala tıklama yeri qoymuşduq. Bu iş yalnız şəxsi suallar üçün idi. Amma əksəriyyət adi sual üçün də bu xananı tıkladığına görə bu xananı yığışdırdıq. Siz sualın aşağısında qeyd edin ki, cavabı e-maila göndərin.
Sual: eger men bir miqdar pul toplayib,onun xumsunu versem,sonra o pulu artirib bir sey almaq istesem, yene xums vacib olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pulu artırsaz və gələn il xüms günü çatsa keçən il xümsünü verdikdən sonra əlinizdə qalan pula xüms gəlmir. Amma artan məbləğə xüms gəlir.
Sual: Sualı ünvanldı Eyvaz: Salam.Rehberin fetvasina esasen ehtiyac olduquna gore kredite masin ve ya pul goturmek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maşın götürmək olar. Amma pul götürmək olmaz.
Sual: Sualı ünvanladı Elmar: Salam.Subh namazini sessiz qilmisam indiye qeder yeni picilti ile.Cunki bilmemisem.ne etmeliyem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur. Çünki bilmədən olub. Bundan sonra səslə qılın.
Sual: Salamun aleykum.burda Azer qardasin verdiyi sual ki vare (4 yasli usagin zehninin ikisafi ucun sahmata qoyulmasi) bu sualin cavabi Sistani agani fetvasina gorede eybi yoxdu,yoxsa aga Sistani haram buyurur?
Cavab: Salam. Ayətullah Sistani haram buyurub.
Sual: Es Salamu Aleykum destemaz suyunun tokulduyu yer temiz olmasi vacibdi yeni (hamamdan suyun hara getdiyini bilirsiz)? Bide desdemaz aldigim sudan artiq qalsa onu neyese isdifade etmek olar? Tewekkurler ne yaxwi ki, varsiz Allah sizlerden razi olsun inwhAllah
Cavab: Salam. Suyun hara getməsinin eybi yoxdur. Dəstəmaz aldıqdan sonra artıq qalmış suyu işlətməyin bir eybi yoxdur.
Allah sizdən razı olsun!