www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (ad yazılmayıb): salam.xahis edirem peygemberimizin bezi sunnetlerinden yazasiniz.meselen bildiklerim;suyu oturaraq icmek,yemeyi sag elle yemek ve s.
Cavab: Salam. Sizin suala cavab verilib. Arxivə nəzər salın.
Sual: Sualı ünvanladı Ramal: Narahatciliqa gore uzr isteyirem sunnuler namazi wialar kimi qilir? bide bawqa menayla sorusmuram siz wiasiz?namz qilan qadin qizil zinyet ewyasindan isdifade ede biler?
Cavab: Salam. Sünnilərlə şiələrin namazında fərq var. Biz 12 imamı qəbul edir və Həzrət Əlinin (ə) şiəsiyik.
Sual: Sualı ünvanladı ECT: Salamun alaykum:Yaxın qohumlarımın maqazası var Rusiyada,orda araq və donuz ətiylə yanaşı çörək və yağda satırlar,mənə bu qazancdan hədiyyə pul göndərirlər,mən onların pulunun halallığına şəkk edirəm?amma dəqiq haram olduğuna əmin deyiləm,əgər pulu götürməsəm məndən inciyə bilərlər,bəs mən nə etməliyəm,qəti götürməyim ya götürüb xumsunu çıxardım,xumsu çıxardımsa qaydası necədi,xaiş edirəm ətraflı izah edəsiniz.Allah sizdən razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər şübhəlisə xümsünü çıxarın. Yəni beşdə birini.
Sual: Sualı ünvanladı bir dost: Salam Eleykum.Kishinin sach uzatmaqi,dar geyinmeyi ve bezek ewyalari taxmaqi haramdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, haramdır. Çünki bu işlər özünü qadına bənzətmə və Qərb adətləri sayılır.
Sual: Sualı ünvanladı Şahnaz: Salamu Aleykum bagislayin narahat edirem men destemaz aldiqdan sonra nameherem meni gorse batil olur? Bibe men atam ucun Quran oxumaq isteyirem nece oxunur? Allah hamimizdan razi olsun inshAllah.
Cavab: Salam. Xeyir dəstəmaz batil olmur. Niyyət edin ki, bu Quranı oxuyuram və bunun savabını hədiyyə edirəm atama.
Sual: Sualı ünvanladı Quliyev Sebuh: Salam Aleykum.ALLAH sizlerden ve Alimlerimizden Rarzi olsun eziyet cekirsiniz.men sualim var.heyatda olan ve dunyasini deyisen Seyitlerin sekilini evden ve yaxud is yerinde asmaq ve yaxud hansisa esyanin uzerine qoymaq olarmi.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş məkruhdur.
Sual: Sualı ünvanladı Elvin: Bismillahir Rehmanir REHIM. Salam aleykum. bagislayin suallat=rim uzun olsa uzurlu sayin haqqinizi halal edin. 1. hamamda cimerken Allahi yad etmek gunahdi? sanki adamin ureyinden kecirki cime cime ureyinde tesekkur etsin, tek hamama girende deyil her zaman olur mslehet versez sad olaram. 2. islediyim yerde eger is olmasa men internetde facebooka girsem ve ya interntde wexsi isle mesgul olsam aldigim maas halal sayilmir ve ya is olsada arada girib cixsam? 3. menim atam rehmete gedenden sora men basladim curbecur yuxular gormeyebasladim strese dusdum. dedilerki qurgusumla qorxu cixardirlar bu eledi? bele bir sey etmek olar?. ve gorduyum yuxunun icinde cox qeribe bir yuxu gordum daha uzun danismaq istemirem sadece goruremki burda mene deyirlerki sene cennet haram edilib bu ise meni cox narahat edir. mene qisa meslehet verseniz sevinerem. 4. universitetde muellime pul berib qiymet yazdirmaq gunahdi? dersi danisirsan deyir ders senin ozune lazimdi mende dolanmaliyam eger pul vermesen oda baslayir adami surundurmeye eziyyet vermeye bu barede meslehet verseniz sevinerem. 5. siz deye bilersiz Azeraycandaki hansi sasiska ve kolbasalar halaldi? 6. namaz uste gunah yada salmaq olar? ve gunaha gorede aglamaq namazi batil etmirki? 7. mohurun ustu qaralanda ne ede bilerem? 8. Tevessul duasinda iki soz mene agah olmur onlarin menaalarin yazsaz sevinerem "yoxsulluq gunu ucun zaxiremdeki zaxiremin menasi nedi?" ve " Size teqerrub etmekle Allah yaninda nicat tapmaga umid besleyiremdeki teqerrub ne demekdi? sonda xais etsem bizim ucun ne meslehet ede bilersizki seytana ve nefsimize qalib gelib Allaha yaxinlasaq?Allah sizlerden razi olsun bizim ucun dua edin. cavablarinizin her biri menim ucun cox onemlidi.iltimasi dua
Cavab: Salam. Allahı hər an yad etmək olar. Bu qurquşum söbəti xürafatdı. Yatanda 4 Qul ilə başlayan surələri oxuyun. İmkan etsəz ayətəl-kürsünü də oxuyun. Gün uzunu imkan olanda dini kitabları mütaliə edin, inşallah qurxu halı küçib gedər. Sənə cənnət haram edilib kimi sözlər şeytan tərəfindən sizi narahat etmək üçündür. Əhəmiyyət verməyin. Yatanda şeytan vəsvəsələrindən və onların sizin yanınızda hazır olmasından Rəbbə pənah aparın. Sosiska və kolbasaya gəldikdə müsəlman bazarında olan ət məhsulları halal sayılır. Günaha görə ağlamaq namazı batil etmir. Təqərrüb yaxınlıq mənasındadır. İmanın artması üçün namazı ilkin vaxtında qılın. Oruc tutmaq da insanı təqvalı edən ibadətlərdəndir. Ayətullah Xamenei-dəftərxana: İş yerində internetə girmək olmaz-siz ora iş üçün gedibsiz. Müəllimə rüşvət də olmaz. Hərçənd qiymət vermək istəməsə belə.
Sual: Sualı ünvanladı Şahnaz: Salamu Aleykum menim padruqamda namaz qilir ve mene diyir ki esnemek olmaz cünki esnemek şeytan elametidir bu düzdür?Bide diyir qadina Salamu Aleykum yox Aleyke deyilmelidir bu nece? Sonsuz teşekkürler.
Cavab: Salam. Əsnəmək fitrətdən gələn bir şeydir. Yəni qeyri ixtiyaridir. Şeytan əməlləri isə ixtiyari olur.

Qadına Salamun əleykum demək olar. Çünki Azərbaycan dilində ərəb dilinin xırdalıqlarına riayət olunmur. Amma sırf ərəb dilinə qalsa onda qadına Aley-ke yox Aley-ki deyilməlidir.
Sual: Sualı ünvanladı Ramal: Salamu Aleykum.1Her defe secdeden sonra bardaş qurub oturmaliyiq? 2 Savab üçün Secdede alini möhürden qaldirib eyleşdikden sonra Salavat gönderilir yeni bildiyimiz Salavat?3 Bide men mömüneyem menim saçim çox qalindi destemaz alanda emin ola bilmirem ki, başimin derisine su deyir ya yox bunun bir eybi var yeni çox çalişiram deysin?
Cavab: Salam. Bardaş qurub oturmaq olar! (Islah oldu)

Ayətullah Xamenei-dəftərxana: Salavat göndərmək olar. Saçın dibinə su çatsa kifayət edir.

Sual: Sualı ünvanladı Aydın: Salam bawa qurguwun tokmek olar? qorxunu goturmek meqsedi ve ya diger meqsedler ucun?
Cavab: Salam. Sualı ətraflı yazın. Anlamadıq! Qaynar qurquşum?
Sual: Sualı ünvanladı Turan: kebinsiz ...................
Cavab: Salam. Sualı anlamadıq!
Sual: Salam aleykum qardaş. Xahiş edərdim bir məsələni dəqiq araşdırasınız. Sistani ağanın nəzərinə görə, şahmat əgər qumar aləti hesab olunmasa da onu oynamaq mütləq surətdə haramdır? Yoxsa vacib ehtiyata əsasəndir? Bəs nərd barədə hökm nədir?
Cavab: Salam. Biz mütləq haram dedikdə fətva demək istəməmişik. Biz mütləq haram dedikdə məqsədimiz bu olub ki, idman oyunu sayılsada haramdır. Amma sizin başa düşdüyünüz mütləq harama fətva deyilir. Ayətullah Sistani dəftərxana: Fətva: Şahmat haramdır!
Sual: Sualı ünvanladı Tövfiq: salam aleykum. allah sizden razi olsun. MERHEMETLI ve BAGIWLAYAN ALLAH butun gunahlarmizi bagiwlar inwallah. menim bir sualim var size. men bir xanimla kebn kesdirmiwdim. sonra ele olduki o gozlenilmeden ere getdi ve menden xahiw etdiki kebini pozdurum. men maraqlandim mene dedilerki kebin pozularken qiz heyz halinda olmamalidi. men o qizla elaqe yarada bilmedimki bunlari ona bawa salim. men bawqa nece ede bilerem? onun butun gunahlari mene yazilir yeqinki. ama men neyleyeceyimi bilmirem. mene meslehet vermeyinizi xahiw edirem, twk
Cavab: Salam. Arxivdən bu sualınızı tapın və bizim suallara cavab verin. Sonra biz sizin vəzifənin nə olduğunu sizə çatdıraq.
Sual: Sualı ünvanladı Tövfiq: SALAM ALEYKUM. men ayin 2 size sual gondermiwdim ama cavab gelmedi. cavabi burda axtarmaliyam???
Cavab: Salam. Sizin sualın qaranlıq yerləri var idi deyə biz sizin suala sualla cavab verdik. Siz arxivdən öz sualınızı tapıb oxuyun. Biz suallara faziləsiz cavab veririk. Yəni bugün göndərilən sual sabaha cavablanır. İstisnadı xüsusi problemli suallar!
Sual: Sualı ünvanladı Samira: Salam qusul alarkan qusulu sozle demek vacibdi yoxsa yox? Yeni qusulun adini dile getirmeliyik ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sözlə demək vacib deyil. Niyyətinizdə bu işin olması yetər.
Sual: Sualı ünvanladı Vasif: salam menim sualim beledir bir adam deseki Allah .....
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayın!
Sual: Sualı ünvanladı Vasif: salam sualimi basa dusmediyinizi yazmisiz.indi aydin yazmaga calisacam.men sualimla bunu demek isteyirdim ailem faiz goturmekle boyuk bir gunaha dusubler bu aydin meseledi ne qeder ehtiyacdan etselerde boyuk gunahdi ama anlar faiz goturub menim ucun ev tikende men hele nisanli olmusam ve xeberim olmayib ama geleden sonra mene deyibler bilmek isteyirem men onlarin gunahlarin ortagami?yeni mende riba gunahina dusmusem?ailem bu gunahdan temizlenmek ucun ne ede biler? faizi helede odeyib gutarmadigimiz ucun helede bu gunah pataqligindayiq xayis edirem bize bu gunahdan temizlenmeyimiz ucun bir yol yaziniz minnetdariq
Cavab: Salam. Sizin evinizdə halal harama qatışıbsa, yəni ev şübhəli puldan tikilibsə onda belə edək: Siz həmin evi bir maklerə göstərin və evə qiymət qoyulsun. Məsələn 50 min dollar. Sonra bizə deyin evin qiyməti filan məbləğdi. Biz Ayətullah Fazilin dəftərxanası ilə danışaq. Həmin məbləğin beşdə birini siz xüms kimi zehninizdə ayırın və dəftərxanaya borclu olun. Əlbəttə ki, dəftərxana ilə biz danışıb onlardan icazə aldıqdan sonra borclu olacaqsız. Yəni haçan imkan olsa tikə-tikə həmin məbləği ödəyin. Beləcə sizin qəlbiniz rahat olsun. Yəni ev 50 mindirsə biz söbət etdikdən sonra siz zehninizdə 10 min borclu qalacaqsız. Bu 10 mini tikə-tikə ödəyəcəksiz. Amma biz sizə qəti söz vermirik. Siz evin qiymətini öyrənin və bu məsələ ilə özünüz razı olsanız biz gedib dəftərxanada söbət edərik. Olar da qəbul etsələr-onda çox şad olarıq ki, sizin bu qəlb narahatçılığınız həll oldu!

(Fazil Lənkərani ağanın dəftərxanasından buyurdular ki, bu məsələdə biz gərərk hansı (həyatda olan) müctehidin icazəsi ilə Fazil Lənkəraniyə təqliddə qalmışıqsa ona müraciət edək. Siz bizə bunu yazın ki, hansı mərceyi-təqlidin icazəsi ilə Fazil Lənkəraniyə təqlidə qalıbsınız. Biz də bu məsələ ilə əlaqədar ora müraciət edək.)
Sual: Sualı ünvanladı Azer: Salam Aleykum. 4 yawinda olan uwagi wahmat mektebine zehnin inkiwaf etmesi meqsedi ile qoymaq olar yoxsa haramdir. Qumar meqsedi qetiyyen duwunulmur. Sirf zehnin inkiwafi ucun. Eger haramdirsa mumkunse sebebi. Allah razi olsun
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər sizin məntəqədə şahmat qumar aləti sayılmırsa, və idman oyunları sırasına daxildirsə, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Azer: Esselamu aleykum. Allahdan dunyaya gelecek ovlad ucun ad istemek olarmi? Olarsa bunu nece etmek olar? Mesel ucun yatarken yuxuda ad deyilsin. Yoxsa bele hal ucun xusysi meqamin olnasi lazimdi?
Cavab: Salam. Əhli-beytin (s) adlarından birini seçin. Bu adlar elə Allahın seçdiyi adlardı. Yuxu adi insnlara höccət deyil.
Sual: Sualı ünvanladı Reyhan: Salam Menim dayim oglunun hele 11 yasi var geleceyde namehrem olacagini bilirem ama helelik mehremdi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O uşaq sizə naməhrəmdir. Siz ondan elə hal-hazırda da qorunmalısınız.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı