Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Ect: Salamun alaykun,,Allah sizden razi olsun:Eger birneferin qonushusu acindan olecek qeder kasibdisa qonushusu ona koimek elemese gunahkardi?yani ona vacibdiki komey elesin?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, vacibdir.
Sual: Sualı ünvanladı Elman: Salam.Kisiye aq qizil haramdi yoxsa halal?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İstənilən bir qızıl haramdır.
Sual: Sualı ünvanladı Elman: Salam.Rehberin fetvasina esasen qusl alandan sonra destamaz alinmalidi yoxsa ehtiyac yoxdur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cənabət qüslündən başqa bütün qüsllərdən sonra namaz üşün dəstəmaz alınmalıdır. Amma cənabət qüslündən sonra namaz üçün dəstəmaz almağa ehtiyac yoxdur.
Sual: Sualı ünvanladı Vasif: salam men texminen bir il bundan qabaq bir nezir demisdimki filankesin ovladi olsun o xanimin ad gununde tort bisirim aparim onun ovladi oldu ama anasinin yasina qalmadan dunyasini deyisdi men bilmek isteyirem bu nezir boynumdan goturulub? ya yox?minetdaram
Cavab: Salam. Bu işi nəzir kimi sual edə bilmədik. Yəni tort bişirmək və nəzir mövzusun bir araya sığdıra bimədik. Ona görədə baxın öz məsləhətinizə.
Sual: Sualı ünvanladı Vasif: salam tarix haqinda yazdigim sualarima movzunuza aid olmadigini yazmisiz bagislayin bilmirdim kankiret bir movzu qoymusunuz.birmek isteyirem movzunuz nedir? bilimki bas yere vaxtinizi almayim
Cavab: Salam. Mövzumuz Fiqhdir. Yəni əməli olaraq hansı ibadti necə etməli, ibadətin batil olub olmaması və bukimi şeylər ki, mercei-təqlidlərin dəftərxanalarında bu suallara cavab ala bilək.
Sual: Sualı ünvanladı Vasif: salam halal musiqinin halal sozlerini oxuya bileceyimizi demisiniz men sevgi oyid olan mahnilardan sorusuram bu mahnilarda Allaha peygembere zind bir sey yoxdur sadece sevgi mehebetden danisir bu sozleri axumaq duzgundurmu?birde esq isret meclisi dedikde ne nezerde tutulur toy diskateka kimi yerler?bu sozun aid olan yer haralardir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Siz baxın, əgər oxumaq istədiyiniz mahnıda olan sözlər günaha tərəf çəkilməyə bais olsa onda bu iş olmaz.
Eyş-işrət məclisi yəni haram məclis. İçkili, haram musqili, açıq-saçıq geyimlərlə olan qadınların olduğu, qadın və kişinin heç bir sərhəd gözləmədən qatışdığı məclis.
Sual: Sualı ünvanladı Vasif: salam men yene sizi narahat edecem ama basa dusmedim eve gelen halal pulu selem pulundan ayirin dedikde ne nezerde tutursunuz? axi biz selem alan deyilik verenik? bunu demek isteyirsizki selemi oneyeceyimiz puldan yemeyek?
Cavab: Salam. O cavab başqa bir sualın cavabıdır. Sizə aid deyil. O cavabda sələmi alıb-beləcə qazanc əldə edirdilər və həmin evdə iki (ər-arvad) nəfə var idi ki, onlar dindardır. Onlar bizə yazmışdılar ki, bizim öz qazancımız da var. Amma evə sələmdən də qazanc gəlir. Biz onlara yazmışdıq ki, imkan varsa öz halal qazancınızı sələmdən ayırın.
Amma sizin sual nə idi-biz anlamadıq. Xahiş edirik sualı yenidən və ətraflı yazın.
Sual: Sualı ünvanladı Habil: FFAsdfsfvfdsalamun aleykum.
sualım belədir çıldaq etdirmək günahdır ?
Cavab: Salam. Biz çıldaq barəsində dini mənbələrdə nəsə ilə rastlaşmadıq. Buna görədə bu işi görməməniz məsləhətdir.
Sual: Sualı ünvanladı Mömine: salam.xahis edirem peygemberimizin esas sunnetlerinden bir necesini yazasiniz.
Cavab: Salam. Təmizlik, ev işləri ilə məşğul olmaq və həyat yoldaşı ilə gözəl davranış.
Sual: Saulı ünvanldı Aydın: Salam pisnamaz olmag ucun hansi wertler olmalidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın sözlərinin düzgün qiraət olması və imamcamaatın adalətli olması.
Sual: Sualı ünvanldı Aydın: Salam muveqqeti kebinde mehriyyeni qarwi terefin raziligi ile gec vermek olar? teyin olunmuw muddet bitdikden sonra vermek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Eldar: Salam.Islamda bu is riba sayilir.riba ne demekdi?
Cavab: Salam. Yəni, sələm.
Sual: Salam. Cüməniz mübarək olsun. Cümə günü bizdən cavab gözləməyin. Çünki sayt tətil edir.
Cavab: Cümə namazında dua istəyi ilə...
Sual: Sualı ünvanladı Qulam: şəhvətimi kontrol etmekden ötrü təhrikedici yeməklərdən pəhriz edir və ümümiyyətlə yeməkləri azaldıram, bu mənim qan azlığıma və təzyiqimin aşağı düşməsinə ümümi zəifliyə səbəb olur. çıxış yolu nədir?
Cavab: Salam. Biz ailə qurmağı məsləhət görürük.
Sual: Sualı ünvanladı Vasif: salam musiqiye qulaq asmaq haramdi bunu bilirik bes musiqinin sozlerini oxumaq musiqi aleti olmadan haramdimi?minetdariq
Cavab: Salam. Musiqinin halal-haramı var. Halal musiqinin halal sözlərində bir eyb yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam uzu ulgucle qırxmagin meselesi
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Üzü ülgüclə qırxmaq haramdır. Maşınla da sıfırla qırxmaq haramdır. Üz elə qırxılmalıdır ki, insan kənardan saqqallı görünsün.
Sual: Sualı ünvanladı Möminə: aleykum.xahis edirem,suali cavablandiranda diqqetli olasiniz.men sizden peygemberimizin esas sunnetlerini hansilardir deye yazmisdim.siz ise mene saqqal saxlamagimi yazdiz..axi men momineyem.
Cavab: Salam. Siz qeyd edin ki, qadına aid sünnə-biz də sizin sualınızın cavabını verək. Peyğəmbər sünnəsi deyildikdə əksər vaxt kişilər nəzərdə tutulur.
Sual: Sualı ünvanladı Vasif: salam hacet namazi nece qilinir?bir hacetim var bu haceti Allahdan hansi yalla istesem Allah qebulunu tecil eder?yeni bele bir dua namaz her hansi bir sey varmi duanin qebulunu tezlesdiren?cavabiniz ucun minetdaram Allah sizinde dualarinizi qebul etsin!
Cavab: Salam. Hacət namazı iki rəkət olur süb namazı kimi. Sadəcə niyyət fərqlidir. Namazı bitirib hacətinizi istəyin. Bundan əlavə "Məfatihul-cinan" kitabında hacət üçün dualar var. Ora nəzər salın.
Sual: Sualı ünvanladı Vasif: salam.men muhemed peygemberimizin xanimi .......................
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayn!
Sual: Sualı ünvanladı Vasif: salamun eleykum.bagislayin yene narahat edirem.sunniler deyirlerki islamda yas 3 gundu .........................................
Cavab: Salam. Onlara deyin ki, bu sözü hansı rəvayətdən deyirsiniz? Sonra həmin adresi bizə yazın. İmkanımız olsa araşdırıb cavab verərik. Amma sual mövzumuzdan kənardır.