www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Vasif: salam men yaxin bir adam haqinda sizden sorusmaq isteyirem. O bir xanimdir ve yaxin bir qohumunu dayisi qizini cax ama cox sevir ifrat derecesinde heta canindan bele cox istediyini deyir ama pis bir niyeti yoxdu esla bu sevgisi onu Meazallah Allahdan uzaqlasdirmir eksine o xanim dindar bir xanim oldugu ucun onu dahada Allaha yaxinlasdirir.bilmek isteyiremki o xanimin bu ifrat dereceli sevgisi onu gunaha salmirki?cunki onun gozunde o xanim butun insanlardan ustundu?bele bir fikire dusmesi yeni onu her kesden usdun pak gozel bilmesi gunahdirmi?
Cavab: Salam. Əgər siz deyən kimi bu sevgi onu Allaha yaxınlaşdırırsa bun yaxşı bir haldır.
Sual: Sualı ünvanladı Vasif: salamun eleykum ne yaxsiki saytiniz var beynimdeki bir cox suala cavab tamisam saienizde bir daha tesekurler.bu sualim ise yasin ve quran haqindadi.Bilmek isteyirem biz oluler ucun yasin ve ya quran oxuyanda onlar bilirlerki ona bu qurani ve ya yasini hediye eden Yeni yoxuyan kimdi?birde deyirlerki oluler her cume yere enib oz evlerini yaxinlarini ziyaret edir bu duzgundurmu?bu duzgundurse bu kicik yasli usaqlar ucunde kecerlidi?bir daha minetdaram
Cavab: Salam. Sual mövzumuza aid deyil. Amma bir kəlmə onu deyirik ki, bəli, dünyadan köçənlər savab əməli kimin göndərdiyini bilir və ona dua edirlər.
Sual: Sualı ünvanladı Qalib: Destamazdan sonra lap pis soyuw edenin destamazi pozula biler
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Xeyir, pozulmur!
Sual: Sualı ünvanladı Vasif: salam faiz haqinda olan sualima cavab yazdiginiz ucun minetderam.Ama burada bir weyde mene qaranliqdiki men ere gelenden sonra bilmisem bu faiz meselesini bununla bele indi men bu gunahda onlara otagammi?yoldasimin ise bu isden xeberi olub ama o evin kiciyi oldugu ucun sozu kecmiyib bilmek isteyirem biz gunahkariqsa gunahimizi nece yuya bilerik?cavablariniz ucun dogurdanda sonsuz derecede minnetdaram sizin saytinizdan basqa hec yerden cavab ala bilmemisem cox sagolun diqetiniz ucun.
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Siz imkan həddində əmr be məruf və nəhy əz munkər edin. İmkan varsa öz halal qazancınızı evə gələn sələm pulundan ayırın və onunla qidalanın.
Sual: Sualı ünvanladı Nermin: SALAM XAMENEYI AGANIN NIGAH HAQQINDA HOKMLERINI BILMEK ISTERDIM RISALEDE YOXDU MUMKUNSE TAM ETRAFLI HOKMU YAZIB CAVABLANDIRASINIZ EVVELCEDEN TEWEKKURLER
Cavab: Salam. Sualı konkret qeyd edin.
Sual: Sualı ünvanladı Elmar: Salam.Aydindi.Eger namazin qezaya getme ehtimali olarsa bu zaman masinda gede-gede nece namaz qilmaliyam.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Necə imkan var elə qılın. Amma dəstəmazlı olun.
Sual: Sualı ünvanladı Sənan: Salamun Aleykum.Men 2,3il bundan qabaq bir nefere qarwi and icmiwdimki eyer namaz qilsa ona hediyye olaraq Qurani Kerim alacam.O namaz qildi lakin men qurani kerim almadim.Tovbe ede bilereemi ve yaxud coxlu estagfurullah rebbi ve etubuileyh deye bilerremi.?
Cavab: Salam. İmkan varsa Quranı indi alıb aparıb hədiyyə edin. Yəni siz and içəndə vaxt nəzərdə tutmamışdınızsa.

Ayətullah Xamenei-dəftərxana: (Yox əgər vaxt nəzərdə tutmuşdunuzsa onda) Andınızın kəffarəsi 10 fəqirin qarnını doyuzdurmaq və ya onları libasla təmin etməkdir. (Əgər Allaha and içibsizsə) Buna imkan olmasa 3 gün ardıcıl oruc tutmalısınız.
Sual: Sualı ünvanladı Natiq: salam red bull suyunu içmək olar ya yox zəhmət olmasa konkret və dəqiq cavab verin və əgər mümkün olsa digər müşteyidlərimizin də cavablarını bildirin
Cavab: Salam. Biz konkret cavab verə bilmərik. Biz konkret şərtləri deyirik. Cavabı isə özünüz özünüzə verin. Əgər tərkibində spirt yoxdursa və hər hansı haram bir şeydən (donuz yağı kimi) hazırlanmayıbsa onda içmək olar.
Sual: Sualı ünvanladı Hec: Salam Eleykum,dilencini qovmaq gunahdir?bir insan yawadiqi evin xumsunun odenilmediyini bilir,o zaman ne etsin,ozu de odeye bilmir
Cavab: Salam. Əl açanın əlini boş qaytarmamaq tövsiyə olunur. Əl açanı qovmaq bəyənilməyən işdir.

Ayətullah Xamanei-dəftərxana: Yaşadığınız evin xümsü verilməyibsə və siz buna əminsinizsə onda mərcei-təqlidinizin dəftərxanasına müraciət edin. Xümsü ödəməyə imkanınız olmasa belə onlar sizə yol göztərəcəklər.
Sual: Sualı ünvanladı ECT: Salamun alaykum,1.Eri olmayan qadina xums dushur? 2.Eri olan qadin oz emekhaqqindan xums vere bilermi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər xanımın maddi gəliri varsa ona xüms düşür.
Sual: Sualı ünvanladı Məhəmməd: 05.07.1999-cu il hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının neçəsinə düşür?
Cavab: Salam. Sual mövzumusa aid deyil. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Xəyal: SALAMUN ALEYUM VE REHMATULLAHI VE BEREKATUH.IPOTEKA KREDIT ISLAMDA ICAZELIDIRSE BES BILMEK ISTEYIREMKI BUNUN DELILI QURANDA VARMI?BIZIM ALIMLER HANSI ESASA GORE ICAZE VERIRLER FERQI YOX ZERURET VEYA S. HALLARDA.EHLI SUNNILER DEYIR OLMAZ AMA KANKRET CAVAB VEREN YOX.AS-SALAMUN ALEYKUM VE REHMATULLAHI VE BEREKATUH.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pul götürüb üstündə pul vermək olmaz. Bu iş riba sayılır. Bankdan olsada belə.
Sual: Sualı ünvanladı Bir dost: Salam Eleykum,qadin evlenerken kiwiye ikinci evlilik etmemeyi wert qoya biler?bu nece olacaq ve kiwi sonra evlense qadini bowamalidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadın belə şərt qoya bilməz ki, əgər əri ikinci qadınla ailə qursa onun kəbini batil olur. Yəni şəri baxımdan belə şərtlə kəbin batil olmur və belə bir şərtlə kəbinə müdaxilə olmaz və səhih deyil. Amma adi dünyada olan şərtlər arasında məslən iki nəfər şərt kəsir ki, filan işi görsən mənə deməlisən, bu növ şərt kəsə bilər ki, əgər ailə qursan mənə deməlisən. Əgər kişi ailə qursa və qadına deməsə onda elə birinci xanımı bunun xanımı olaraq qalır və kəbinləri səhihdir. Belə olduqda kişi yalnız əhdi pozmuş sayılır.
Sual: Sualı ünvanladı Ali Rzayev: Essalamu aleykum.destanamazda ayaq yuyulmalimi?Namazin Sonunda Saga Sola Salam verilmelimi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Sağa sola salam vermək müstəhəbdir amma göz ilə baxıb salam vermək. Başı fırlatmaqla yox.

Ayaq yuyulmamalıdır. Məsh olunmalıdır.
Sual: Sualı ünvanladı Eldar: Salam.namaz qilanda eynimdeki paltar idman paltaridi ve uzerinde sekil var daha deqiq desek qalatasaray futbol kamandasinin formasidi.shekil peleng seklidi.bu paltarla namaz qilmaq olar?(internetde qalatasaray futbol kamandasinin formasina baxa bilersiz)
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə paltarla namaz məkruhdur.
Sual: Sualı ünvanladı Elmar: Salam.zohr ve esr namazlarinin vaxti masinla yol gedirem(masini basqasi surur men sernishinem).Bildiyime gore masinla gede-gede namaz qilmaq olar.qaydasini izah edin zehmet olmasa.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Mşınla yol gedə gedə namazı yalnız namazın qəzaya getməsi xətəri olduqda qılmaq olar. Siz gedin mənzilə çatın və namazı orada qılın.
Sual: SALAMUN ELEYKUM XERCENGIN BUTUN NOVLERINI YEMEK HARAMDIR?
Cavab: Salam. Bəli, bütün növləri haram sayılır.
Sual: Sualı ünvanladı Azer: Salam Alerykum. Men seher ishe gelmek ucun subh azanindan evvel evden cixiram ve namaz qezaya dushenden sonra ishe catiram. Namazi bildiyim qeder yol gederken qibleni trewyin ederek namaz qilmaq olar. Ola bilsin sehv edirem. Mumkunse b8 hgaqda oyrenin. Ve eger olarsa nece qilmaq olar.
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər namaz qəza olursa-onda siz şoferdən xahiş edin maşını saxlasın və siz düşüb namazı qılın. Yəni siz çalışmalısız ki, namazı üzüqibləyə və normal halda qılasız. Amma siz çalışsaz və mümkün olmasa, yəni məcbur olsanız onda elə maşın gedə-gedə namazı qılın.
Sual: Sualı ünvanladı Müslim: Salamun aleykum..Qadin erinden telaq aldiqdan sonra idde muddeti bitmemish bashqa bir kishi ile zina etse,hemin idde muddeti daxilinde telaq aldigi eri ona rucu etse nigah eqdi oxunmalidirmi? Xameneyi agaya teqlid edirem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadın zina ilə günah edib. Amma əri ona qayıdarsa onda yeni kəbinə ehtiyac yoxdur.
Sual: Sualı ünvanladı Ect: Salamun alaykum.Eger menim 600 manat borcum varsa,xums gunu 100 manatim var,mene xums dushur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xüms verməli olduğunuz gün aparıb borcunuzu ödəyin. Yox əgər borcu vermədiz və pul əlinizdə qaldısa onda gərək həmin pulun xümsünü verəsiz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı