Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (ad yazılmayıb): SALAM. REHBERIMIZ AZERBAYCANLIDIMI
Cavab: Salam. Məqsədiniz Ayətullah Xameneidirsə, bəli, Təbrizlidir.
Sual: Sualı ünvanladı Bir dost: Salam Eleykum,valdeynler ayrilanda uwaq atada qalmalidir yoxsa anada ve Islama gore diger valdeyn istediyi vaxt uwaqi gore biler?Islamda valdeynlik huququndan mehrum etmek varmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Uşaq atada qalmalıdır. Əgər ata icazə verməsə-onda ananın uşağı görmək haqqı yoxdur.
Sual: Sualı ünvanladı Bir dost: Salam Eleykum,mecburiyyet qarwisinda,ichki ve haram musiqi olan meclise getmek olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, olmaz.
Sizin ikinci sualın cavabı sabaha qaldı.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Eleykum,namazda hicab adi namehrem qarwisindaki hicab kimi olmalidir yoxsa beden ortulu olsa,amma bedenin olculeri bilinse namaz duz olmaz?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dəri görünməsə yetər. Yəni naməhrəm qarşısında örtülən hicab olmasa da namaz qılmaq olar.
Sual: Sualı ünvanladı Eldar: Salam.Seher yuxudan ayilanda namazim qezaya getmeyib yeni bu hali nezerde tutmusam.yene de teyeum ede bilmerem?yoxsa yalniz namaz qezaya gedir yeni qusl edib namazi qila bilmeyecem ve qezaya gedecek deye bu halda teyeum ede bilerem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz qüsl almalısınız. Əgər qüsl almaqla namaz qəza olacaqsa yalniz onda təyəmmüm etmək olar.
Sual: Sualı ünvanladı Seyyid Elçin: Əssələmu aleykum və rahmətullahi və bərakətuhu əziz qardaşım.Sizlərin hamınızı 18-min aləmin mustafası olan rəhmət peyğəmbəri Hz Muhəmmədin (s.ə.ə.s) mübarək mövludu münasibəti ilə təbrik edirəm.Din (haqq-hesab) günündə də Onun (s.ə.ə.s) və məsum pak Əhlibeytinin (ə.s) şəfaətindən bi nəsib eyləməsin, Onlara xatir bütün hacətlərinizin qəbulunu tezləşdirsin və Onların ziyarətini sizlərə nəsib eyləsin inşaAllah.Amin ya rabbil aləmin.
Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd və accil fəracəhum və səhhil məxracəhum.
Qardaşım sualıma cavab niyə yazmadınız?
Cavab: Salam. Bütün suallara cavab verilir. Arxivə diqqətlə baxın.
Sual: Sualı ünvanladı Vasif: salam.men bir yaxinim var rusiya islemeye gedir orda bir otaqda bir nece adam qalirlar. hami icki icir menim dostumdan basqa deyirki men o ickinin icide nece namaz qilim her yer murdalciliqdi hec cure qila bilmerem men ona ne deyiremse razi ede bilmirem indi mene dediki sual gonder gorum menim vezifem nedir?> orda nece namaz qila bilerem?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Yalnız möhür pak olsa yetər. Yəni səcdə etdiyi yer.
Sual: Sualı ünvanladı Elşad: SalamAleykum. Menim sualim cavabsiz qaldi ,menim ezizlerim.
Cavab: Salam. Bütün suallara cavab verilir. Arxivə diqqətlə baxın.
Sual: Sualı ünvanladı Rahim: 1. Eger bir insan tevessul etmese ve ya bunu inkar etse. Bu halda şiə hesab olunurmu?
2. .............
3.............
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, bu insan şiəlikdən xaric olmur amma əqidəsində problem var.
Sayt tərəfindən: Digər suallarınız mövzumuzdan xaricdir. Üzrlü sayn.
Sual: Salam əziz oxucular. Bu gün 29 yanvar İslam peyğəmbərinin təvəllüd günüdür. Bu gün münasibətilə hamınızı təbrik edirik. Bayram günü ilə əlaqədar mərcei-təqlidlərin dəftərxanaları tətil etdiyi üçün biz də tətil etməyə məcburuq. Bayramınız mübarək!
Cavab: 28 yanvarda cavablandırmalı olduğumuz suallardan bəzilərini cavablandıra bilmədik. İnşallah bayramdan sonra həmin sualları da cavablandıracağıq. Amma ümumilikdə 5 sual istisna olmaqla qalan bütün suallara cavab verilib. Həmin beş sual da 27 yanvar tarixində göndərilən suallardır. Oxucular tez-tez bizə yazırlar ki, filan sualın cavabını verməmisiz. Amma halbuki biz həmin suala xeyli müddət öncə cavab vermişik. Yəni sayta vaxtında müraciət edin. Sualı ünvanladığınız günün səhəri gündən 1 gün gecikdikdə cavab arxivə gedə bilər. Belə olduqda arxivdən öz sualınızın cavabını tapın. Təşəkkürlər!
Sual: Sualı ünvanladı Vasif: salam sual vermisinizki selem verenin pulu halaldan idi ya yox?ama tesufler olsunki men hemin sexsi tanimiram.yeni bilmiremki halaldan yeyir ya yox ama mence faiz veren sexsin halal yemeyine suphe ede bilerik halal haram bilen birisi bu isi gormezki.insan faiz goturmeye mecbur ola biler ama vermeye mecbur ola bilmez menim ailemde mecbur qalib bu isi gorubler .duzdu hec bir sey gunaha dusmek ucun bir sebeb ola bilmez ama ne edsinler kasibciliqin uzu qara olsun pulsuzduqdan edibler indide odeyib qutara bilmirler xayis edirem mene komek edin deyeki haramdadi men bele olanda ne etmeliyem?cox sagolun Allah razi olsun
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Siz bilmirsinizsə araşdırmaya ehtiyac yoxdur və evinizin barəsində bir problem yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salamu əleykum mənim sualım cihadla bağlıdır. bu əmr nə vaxt vacib olur və indiki zamanda bu fətvanı kimlər verə bilər.
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: İbtidai cihad hal-hazırda yoxdur və belə bir əmri heçkim verə bilməz.
Sual: Sualı ünvanladı Vasif: salam cavabiniz ucun minetdaram .hemin olen dayim qizinin gezalarini qila bileceyimi yazmisiniz bilmek isteyirem bu yalniz oz qezam oldagi halda mumkudu?ya qezam ola ola onun qezasini qila bilerem?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bəli, qıla bilərsiz.
Sual: Sualı ünvanladı Azer: Salam aleykum. Namehrem qadinin cenamazinda namaz qilmaq olarmi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bəli, olar!
Sual: Sualı ünvanladı Altun: salam... Zehmet olmasa Ali-Imran suresi 193-cu ayeni ereb dilinde yazin.. Xahish edirem... (bilirem sheri sual deil amma sizde bashqasina da muraciet ede bilmirem).... Ve bir de ayetullah Vahid defterxanasindan sorushun ..bu duani axirinci secdede bir hacet kimi isteyerek oxmaq olarmi... Sag olun
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Həmd və surədən başqa istənilən Quran ayəsini namazda oxumaq məkruhdur.
Yəni elə siz namazın rüku və səcdəya aid öz zikrlərini desəniz yaxşıdır. Necəki risalələrdə yazılıb.
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,uzr isteyirem,bir daha soruwuram,tam aydin olsun deye-bir gun yalniz 5 subh namazi,sabahi gun o miqdarda zohr,diger gun esr ve s...qeza namazlarin qilmaq,yeni ayri-ayri gunlerde qilmaq olarmi?zohr ve esri de birge deyil,ayri gunlerde qilmaq
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, belə qılmaq olar.
Sual: Saulı ünvanladı (ad yazılmayıb): salam aleykum.ele bir veziyyet var ki,bankdan pul goturmeye icaze verilsin?sistani aganin defterxanasina muraciet ederdiniz zehmet olmasa.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pul götürüb üstündə pul vermək olmaz. Bu ribadır. Yəni sələmdır və hömü haramdır. Amma bir insanın canı, abırı və ya namusu təhlükədə olarsa onda bu iş olar.
Sual: Sualı ünvanladı Vuqar: Salam Aleykum. sualim odur ki eger meskunlasdigin yere gederken namazin sefer namazi olarsa ve sefer namazi qezaya duserse meskunlasdigin yere catanda o qeza 2 rekatli olur yoxsa 4?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qəsr kimi olan qəzaları qılmalısınız. Yəni dörd rəkətin yerinə iki rəkət.
Sual: Sualı ünvanladı Nermin: salam.40gununde korpeye hansi qusl verilir ve hansi dua oxunur?cox sagolun
Cavab: Salam. Belə bir şeylə rastlşmadıq.
Sual: Salam Aleykum.ELHLİ sunne vel camalu .........................
Cavab: Salam. Elminiz varsa onu başa salın. Yoxdursa onda belə insana salam verib keçin-hidayət olması üçün dua edin.