www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Vasif: salam xayis edirem bu sualima sistani aganin fetvasi ile cavab veresiniz.men bilmek isteyirem indi insanlar arasinda adet hali alan paltar yuyan masin televizor ve bu kimi seyleri kiridite goturmek faizdirmi?cunki kiridite goturdukde bir mikdarda artik odeyirik.bu faizdirmi?sistani aga bunu etmeye icaze verirmi?indiden tesekkurler
Cavab: Salam Ayətullah Sistani-dəftərxana: Bəli, götürmək olar.
Sual: Sualı ünvanladı Elder: Salam.qadinin uzu makyajlidi ve evde su yoxdu ve ya namazi qezaya getmek uzredi teyeum edib namaz qila biler?
Cavab: Salam. Namaz qəzaya gedirsə son andırsa, hətta dəstəmazsız da qılmaq olar. Amma bu şərtlə ki, dəstəmaz almaqla və ya makyajı təmizləməklə itirilən vaxt namazın qəzaya getməsinə səbəb olsun.
Sual: Sualı ünvanladı Eldar: Salam.seher yuxudan oyandim ve qusula ehtiyac oldu.evde diger aile uzvleri var,utandiqim ucun qusl almadim amma aleti yudum ve teyeum etdim sonra da subh namazimi qildim.bu caizdir?
Cavab: Salam. Caiz deyil, olmaz. Qüsl almalısınız. belə bir utanmaq dində qəbul olunmur. Qüsl alıb namazın qəzasını qılın.
Sual: Sualı ünvanladı Hech: Salam Eleykum,youtube,google,vikipedi,facebook ve s..saytlardan istifade etmek duzgundur?chunki,men bildiyim Xamanei aqanin bele bir fetvasi var ki,Islamla duwmenchilik eden olkeler,hemchinin israil mehsullarindan istifade etmek olmaz. ALLAH razi olsun.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu saytları işlətməyin eybi yoxdur. Lazım olan odur ki, həmin ölkələrə kömək edilməsin.
Sual: Sualı ünvanladı Men: Salam Eleykum,xumsu verilmeyen evde yawayib,xumsu verilmeyen ewyalai iwletmek gunahdir?valdeynlerinin himayesinde yawayan insanin,valdeynin pulu ile aldiqi ewyalarin xumsun da onlar vermelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz əlinizə çatan pulun və ya işlətdiyiniz əşyaların alındığı pula xümsün gəlib-gəlməməsini bilmirsinizsə, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Huseyn: SALAMUN ALEKUM BIR QARDAS BELE BIR SUAL VERDI DEYIRKI MENIM XANIMIM ANCAG XANIMLARLARNAN LEZET ALIR MEN ONUNUNLA YAXINLIX ELEMEK ISTEYENDE DEYIRKI SENEN LEZET ALMIRAM BU XANIMIN HOKUMU NEDIR? QARDAS ONU BOSASIN?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onu boşayıb saxlamaqda ixtiyar shibisiniz. İstəsəz boşaya da bilərsiniz.
Sual: Sualı ünvanladı Senan: Salamun Aleykum.Men onu bilmek isteirdimki besiret gozunun acilmasi ucun hansi emeller vacibdir?.Men bulari biliremki besiret gozunun acilmasi ucun gece namazi qilmaq lazimdir birde sehvete qalib gelmek...Xaiw edirem digerlerindede siz komek edesiz insALLAH...
Cavab: Salam. Xahiş edirik əxlaq ustadlarına müraciət edəsiniz. Biz fiqhi suallara cavab veririk.

Sual: Sualı ünvanladı Aydin: Salam men sual gondermiwdim Murtet olan bir dis hekimine dis duzeltdirmek olar mebleg odemekle ya odememekle, sizde cavablar nece gune gelir birde imkan varsa e-maile gondererdiz
Cavab: Salam. Sizin suala xeyli müddətdir ki, cavab verilib. Arxivə baxın.
Sual: Sualı ünvanladı Xayal: SALAMUN ALEYKUM,ANA BETNINDE USAQ SINDROM DAUNDSA ONU SALDIRMAQ SERIETE GORE HOKMU NEDIR?
Cavab: Salam. Xahiş edirik sualı aydın yazın və ana bətnində olan uşağın neçə günlük olduğunuda bizə yazın.
Sual: Sualı ünvanladı Seyyid Elçin: Əssələmu aleykum və rahmətullahi və bərakətuhu əzizimən.Necəsinz inşaAllah?Sizə olan sualım mənim işimlə əlaqədardır.Mən Fotoqrafam və bu sənətdən başqa bir işdə çalışa bilmirəm çorəyimi də burdan alıram.Lakin İşlədiyim zona şadlıq sarayıdır,məlumdur ki,orda içki məclisi də olur.Lakin mən orda naməhrəm söhbəti edib naməhrəmlərin şəkillərini çəkməsəm məni işdən xaric edərək çörəyimdən olacam.Bu haqda sizdən kömək istəyirəm.Həm işimdə olan içki məclisi barədə hökmlər həm də naməhrəm şəkilləri çəkmək barədə Ağa Sistanin hökmlərini bilmək istərdim?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Sizin işiniz haram işlər sırasındadır. Bu işləri tərk edin. Yeni iş axtarın. Allaha təvəkkül edin. Ruzi verən Allahdır.
Sual: Sualı ünvanladı Azer: Salam Aleykum. Subh namazi zamani rukuda "subhena rebbiyel ezimi ve bi hamdih" ve secdede "subhena rebbiyen ela va bihamdih" sozlerini 7 defe tekrarlamaq olarmi? Birde subh namazi tez bitmesin deye namazda ne kimi mustehebleri elave etmek olar?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bəli, 7 dəfə olar və çoxyaxşıdır. Namazı uzatmaq üçün rüku və səcdədə zikri çoxaldın. Məsələn 7 yox 70 dəfə deyin.
Sual: Sualı ünvanladı Ruqəyya: Bismillah, Allah razi olsun her bir seyi bawa duwdum, sadece bunuda bilmek isdeyiremki oglanda atasinda icaze almalidi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Xeyir, oğlan heç kimdən icazə almamalıdır.
Sual: Sualı ünvanladı Mominə: salam.xahis edirem peygemberimizin vacib sunnetlerinden bezilerini yazasiniz.
Cavab: Salam. Biz bu saytda şəri suallara cavab veririk. Amma mərcei-təqlidlərin dəftərxanalarından alınan cavablara uyğun olan suallara. Sizin sual mövzumuzdan kənardır. Amma sualınız cavabsız qalmasın deyə saqqal saxlamağı qeyd edirik. Təşəkkür!
Sual: Sualı ünvanladı Ummu Esma: salam aleykum,gece namazini 2reket qilmag olar??yoxsa mutleq qaydasi 11 reket olmalidir??
Cavab: Salam. Olar. İKi rəkət qılanda Şəf namazını qılın.
Sual: Sualı ünvanladı Mahmud: Salam.seyyid yeni Peygenberimizin (s) neslinden demekdir ,bes mir sozu ne mena verir.meselcun MIRMUHAMMAD.
Cavab: Salam. Mir yəni Mirza. Bu kəlmə Seyyid sözünün əvəzinə işlənir və eyni Seyyid mənasındadır.
Sual: Sualı ünvanladı Araz. Salam.bir otagimiz var,bu otagda qurani kerimi qoymag olarmi
Cavab: Salam. Olar. Çoxda yaxşıdır. Amma baş tərəfə qoysanız gözəl olar. Ayaq üzatdığınız tərəfə qoymayın.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum. Sistani ağanın rəyinə əsasən cavab verin. Əhli-sünnəyə iqtida etdikdə, onlar sonda bizim kimi salam demirlər . Sağa və sola salam deyirlər. BU halda nə etmək lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu sizin öz əlinizdədir. İstəsəz sağa sola baxın, istəməsəz yox. Baxın ordakı vəziyyətin tələbinə.
Sual: Sualı ünvanladıə Zahir: salam eleykum teqiyye nedir?ve hansi hallarda etmek olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Təqiyyə haqqı aşkarlamamaqdır. O yerdə ki, insanın canı xətərda olasun.
Sual: Sualı ünvanladı Elsen: Salamun aleykum.men Cume Namazi haqqinda verdiyim suala aga Sistaninin defterxanasindan cavab versez yaxsi olar.yeni xutbeni esitmesem Cume Namazim qebul deyil he?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur. Ehtiyat üçün zöhrü qılmağa da ehtiyac yoxdur.
Sual: siygenin sozlerin oz dilimizde demek olar ? Yani bele qadin demelidir: Men ozumu sene mueyyen olunmuw muddet ve teyin olunmuw mehriye muqabilinde xanim etdim oglan derhal demelidir: Qebul etdim bu cur olar ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İlk öncə siz onu ərəb dilində deməlisiniz. Yox özünüz deməsəz vəkil tutun, və vəkil sizin əvəzinizdə desin. Yox vəkil də tapa bilməsəz onda Azərbaycan dilində, ərəb dilində olduğu kiminin tərcüməsini deməlisiz.

Biz vəkil tutmanızı məsləhət görürük.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı