www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,hansi halda rushvet vermek olar,zeruretde olar?Xamanei aqa da,fasiqin qeybetin halal bilir?fasiq kime deyirler?ALLAH razi olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər sizin haqqınız batırsa və başqa heç bir yolla bu haqqı geri qaytarmaq mümkün deyilsə, belə olduğu təqdirdə zərurət olarsa, onda rüşvət verməyin eybi yoxdur.

Fasiq aşkar günah edən kəsdir. Fasiqin qeybəti olar. Yəni onun aşkara etdiyi günahı mövzu qərar verməklə, onun qeybətin etmək olar.
Sual: Sualı ünvanladı Vasif: cavablariniz ucun tesekkurler Allah razi olsun.sual vermisinizki olen adam kimdir olen adam dayim qizidir ve ya basqa bir qohum men onun qezalarin yerine yetirmek istesem bu mumkundurmu?sadece onun bu qezalar ucun ezab cekmek istemedeyim ucun
Cavab: Salam. Allah rəhmət etsin. Ayətullah Fazil-dəftərxana: Bəli, siz həmin qızın qəza namazların qıla bilərsiniz və bu iş müstəhəblərdən sayılır.
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,qeza namazlarin bele qilmaq olar:bir gun 5 subh namazi,diger bir gun 5 zohr ve esr,bir gun 5 wam ve xiften namazi qilmaq.Dorduncu gunde yeniden subh namazindan bawlamaq.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz yazıdığınız kimi qılmaq olar.
Sual: Sualı ünvanladı Mömine: salam aleykum.destemaz alarken, basa mesh cekdikden sonra qulaq ve boyunu da mesh etmek olar?sunnet olsun deye.bir de ayaga mesh cekenden sonra ayagi yumaq olar?cox xahis edirem peygemberimizin vacib sunnetlerinden bezilerini yazasiniz.minnetdaram
Cavab: Salam. Sünnədə belə şeylər yoxdur.
Sual: Sualı ünvanladı Vasif: salamun eleykum.men sizi yene bir sualimla narahat etmek isteyirem.menim hal hazirda yasadigim evi qaynanam ve qaynim faizle pul goturek tikibler menim nisanli oldugum vaxtda bundan xeberim olmayib geldikden sonra xeber tutmusam ama bilmirem ne edim bilmek isteyirem menim bu evdi qildigim namazem dua umimiyyetle etdiyim ibadetler duzgundurmu? bu evde yasamaq olarmi?yaxsa burda yasamaq haramdi?onuda deyimki biz helede bu faizi verib qutarmamisiq eyer faizi qutarsaq bu ev halal olurmu? yoxsa ne etmeliyik?xayis edirem pis veziyetdeyem mene komek edin aAllah razi olsun.....
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Belə evdə yaşamaq olar. Namazlarınız da məkan baxımından düzdür. Amma bir şərtlə ki, sizin evin tikilməsi üçün sələmə götürülən pul haram pul olmasın. Əgər o pul haram puldursa və siz bunu bilirsizsə onda bizə yazın və biz sualınızın davamını araşdıraq.
Sual: Sualı ünvanladı Aqsin: salam aleykum.bankdan pul goturub avtomobil almaq olar? Sisitani aganin kitabxanasi.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Pulu götürüb onun üstündə pul vermək olmaz, bu iş haramdır.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum. Sistani ağanın rəyinə əsasən cavab verin. Əhli-sünnətə iqtida etdikdə, onlar sonda bizim kimi salam demirlər . Sağa və sola salam deyirlər. BU halda nə etmək lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əhli-sünnəyə "iqtida" etdikdə həmdlə surə deyilməlidir.

Sualınızın ikinci hissəsinə inşallah sabah cavab verəcəyik. Bugün fürsət edə bilmədik. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Müslim: Salam aga Xahis edirem bu meselenin hellinde mene komek edesiniz Men bu gun marketden bir paket gunebaxan tumu aldim Ve yola cixanda gordum ki paketin agzi aciq imis ve geri qayidib onu deyisdirdim Indi eve gelib gordum ki hemin paketden cibime 2 eded gunebaxan tumu dusub ve yeqin ki men hemin paketi alacaq sexsin haqqini almisam Indi ise caresizlikden az qala qelbim sixilsin Bu halda menim vezifem nedir. Mekarim Şirazini teqlid edirem.
Cavab: Salam. Ehtiyat üçün həmin mağazaya gedəndə satıcıya bu məsələni de və halallıq istə.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam Eleykum,istihaze qani davam etse namazi bu halda qilmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadın bildi ki, qan istihazədi, ondan sonra ona namaz vacibdir.

Əlavə olaraq qeyd edək ki, istihazənin bütün hökmlərini risalədən mütaliə edin ki, namaz üçün dəstəmaz və qüsl bəhsindən xəbəriniz olsun.
Sual: Sualı ünvanladı Altun: Salam.. Destemaz aldiqdan sonra medede qicqirma.(bizde bele deyiller buna ....uzr isteyirem insanin yedikleri bogazina qeder gelir ve yandirici tesir gosterir... ) olarsa bogazdan azaciq agiz boshluguna cixan mede shiresi (medede olan qida qirintilari) azaciq da olsa agiz boshluguna kecerse (amma dodaq hashiyesinden kenara cixmazsa, yeni qusma hali kimi olmazsa) bu destemazi pozurmu....??? 2) Saytda bele yazmisiz-- Kisinin üzüy taxmasi halaldi? Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Olmaz, haramdır. bes islamda eqiq qashli gumush uzuk taxmaq musteheb deyiiil??? Yoxsa orda qizil sozunu yaddan cixartmisiz..???? Ayetullah Vahid-defterxanasindan sorushmaginizi xahish edirem...
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xeyir-dəstəmazı batil etmir.



Bəli, orda qızıl üzükdən söbət gedir. Qızıl üzük kişi üçün haramdır.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Hech vaxt evlenmemek haramdir yoxsa mekruh?ne vaxt sui-zenn etmek olar,esasli sebeb olsa olar
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nə haramdır nə məkruh. Evlənmək müstəhəb işdir. Amma qadına ehtiyacı olmayan kəs üçün. Sui-zənn haramdır.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Qeyri-exlaqi seriallarin exlaqa zidd olmayan hisselerine baxmaq olar?dini musiqide haram musiqi hissesi de olsa,sadece halal terefin dinlemek olar
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi, yoxdur.
Sual: Sualı ünvanladı Aydın: Salam. Murtet olmus bir dis hekimine disleri mebleg odemekle mualice etdirmek olar? eger meblegsiz mualice etse nece, olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məbləğ ödəyib müalicə etdirin. Amma ağzınızı suya çəkin sonra.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Uwaqi hansi halda doymek olar?kiwi heyat yoldawina ona qarwi chixiqina gore,el qaldirsa,qadinin buna gore bowanma haqqi var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tənbeh etmək üçün olar. Amma bu şərtlə ki, yeri qalmasın. Qızartı, saraltı, göyərti kimi yer qalmasın.

Qadın nəedib? Kişi birbaşa vurub, yoxsa vurmaqdan əvvəlki mərhələləri keçib? Sualı aydınlaşdırın.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Uwaqi hansi halda doymek olar?kiwi heyat yoldawina ona qarwi chixiqina gore,el qaldirsa,qadinin buna gore bowanma haqqi var?
Cavab: Salam. Uşağı yalnız ədəbləndirmək məqsədi ilə tənbeh etmək olar. O da bu şərtlə ki, tənbeh olunan yer nə qızarsın, nə qaralsın, nə göyərsin, nə də saralsıən. Qadın ərinə itaət etməlidir. Etməsə günah qazanır. Amma itaət etməsə, həyat yoldaşı öncə onu nəsihət etməli, Sonra ondan ytaqda ayrılmaldır. Əgər bu sadalananlar effekt verməsə onda qadını tənbeh məqsədi ilə vura bilər. Amma bu şərtlə ki, tənbeh olunan yer nə qızarsın, nə qaralsın, nə göyərsin, nə də saralsın.

Ərinin onu necə vurmasını bizə yazın. Və sualınızın son hissəsinə cavab alın.
Sual: Sualı ünvanladı Elsen: Salamun aleykum.sualim beledi.1 adam Cume Namazina gedir ve o gedib catir gorur ki Cume Namazi baslayib.yeni xutbelerin hec birine catmir esitsin.bu adamin Cume Namazi qebuldu?yeni xutbeni esitmiyenin Cume Namazi qebuldu?imkan daxilinde tez cavablandirsaz yaxsi olar.evvelceden tesekkur edirem.imkan varsa Sistani aganin hokmunu deyin
Cavab: Ayətullah Fazil-dəftərxana: Cüməni qılsın. Amma ehtiyat üçün sonra zöhrü də qılsın.
Sual: Sualı ünvanladı Hech: Salam Eleykum, qadin ozunun ve uwaqlarinin maddi ehtiyaclarin ozu temin edirse,heyat yoldawi ona nefeqe odeye bilmirse, qadin onun hec bir sozune itaet etmeye biler?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişiyə itaət bu halda da vacibdir.
Sual: Sualı ünvanladı Hech: Salam Eleykum,qadin aqir xeste olsa,mualice chox xerc teleb etse,kiwi de bunu odemese gunah qazanir?O xercleri odemelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Orta həddə qadının xərcləri kişinin boynunadır. Xəstəlik də həmin xərclər içində hesaba alınır. Amma xəstəlik istisna bir xəstəlik olsa ki, məsələn müalicəsi dünyanın filan yerindədir və həddindən çox bahadır, belə halda kişiyə vacib deyil ki, bu xərci ödəsin.
Sual: Sualı ünvanladı Aqsin: salam aleykum.imkansizliq sebebinden avropa olkesine kocub ve onlarin maddi yardimi ile yasamaq olar?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bəli, olar!
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Bunar bir evda yawayilar axi neca etsin,geci tez ari bilacak axi,bilandada hayat yoldawini döyajak bu na daracada düzgündür,indidan tawagür ediram,
Cavab: Salam. Ne ad yazmısız, nə də e-mail. Əgər ad yaxud e-mail yazsaydınız hansı sual-cavabın davamından danışdığınızı bilərdik. Əlavə olaraq oxuculardan xahiş olunur ad və e-mail adresi unutmasınlar.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı