www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Möminə: salam men namazda ilk basladigim gunden tesehhudde sol ayagi sag ayagin uzerine qoyuram artiq deyise bilmirem bunu oyresmisem bunu deyismeliyem yoxsa sol ayagi sag ayagin uzerine qoymaqin eybi yoxdu ? xais edirem sualimi cavablandirasiz bu barede narahatm
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sağı solun üstünə qoymaq müstəhəbdir. İmkan olsa belə edin. Əgər imkan olmasa elə solu sağın üstə qalsın.
Sual: Sualı ünvanladı Elxan: esselamun eleykum bugun rebbiul evvel ayinin necesidi ?
Cavab: Salam. Bu gün 26 yanvar-Rəbiül-əvvəlin 14 -nə təsadüf edir.
Sual: Sualı ünvanladı Resul: Sulı ünSALLAM bagslayun sizi narahat etdiyime gore vacib olunan nazmazlardan sonra aylencun ve yaxut ozuncun dua etmak olarmi yoxsa niyet mamazindan dua edilmelidir coxsaqolu ALLAH razi olsun.
Cavab: Salam. Bəli olar və çox bəyənilən işdir.
Sual: Sualı ünvanladı Ruqeyya: Bismillah, Salamun Aleykum, men inseallah bir nece gunden sonra nisanlanacam. Ve nisanlimla sige etmek isdeyirik ki, elimden tutmaq ve goruwende gunah olmasin. bes bunu nece edek? sozlerini bilmek isdeyirem.
Cavab: Salam. Belə bir nigah üçün atanızın icazəsi lazımdır. Bakirə qız müvəqqəti ngah bağlamaq istəsə atanın icazəsi olmadan bu mümkün deyil.



Müvəqqəti nigahda müddəti iki tərəf özləri istədikləri qədər təyin edə bilərlər. Şəriət burada heç bir məhdudiyyət qoymayıb.



Əgər qadın və kişi siğəni öz aralarında oxusa, əvvəl qadın deyir: "zəvvəctukə nəfsi fil muddətil məluməti ələl məhril məlum", yəni özümü təyin olunmuş mehriyyə və vaxtla sənin müvəqqəti nikahında qərar verdim. Sonra kişi fasiləsiz deyir: "qəbiltut-təzvicə linəfsi fil muddətil məluməti ələl məhril məlum ", yaxud desin "qəbiltu linəfsi hakəza" yəni qəbul elədim bu izdivacı.



Kişi qadın tərəfdən vəkil olub onu özü üçün nikah etdikdə, əvvəlcə qadın tərəfdən vəkil olaraq deyir: "zəvvəctu muvəkkilətu filanən (qadının adını de) linəfsi fil muddətil məluməti ələl məhril məlum." Yəni təyin olunmuş mehriyyə və vaxtın müqabilində öz vəkilliyimlə səni müvəqqəti nikahımda qərar verdim. Sonra fasiləsiz öz tərəfindən deyir: "qəbiltut-təzvicə linəfsi fil muddətil məluməti ələl məhril məlum " yaxud "qəbiltu linəfsi hakəza" yəni qəbul etdim bu izdivacı.



Həmçinin bu ibarə ilə də oxuya bilər: "məttətu muvəkkiləti (filanən) linəfsi fil muddətil məluməti ələl məhril məlum", yəni təyin olunmuş mehriyyə və vaxtın müqabilində vəkilin olaraq səni müvəqqəti nikahımda qərar verdim. Sonra fasiləsiz öz tərəfindən deyir: "qəbiltu linəfsi hakəza", yəni qəbul etdim bu izdivacı.



Bir məsələyə diqqət edin – daimi ya müvəqqəti əqd oxumağın şərtləri vardır ki, onlara riayət olunmasa əqd səhvdir. O şərtlər ibarətdir:



1. Siğə və əqd ərəbcə düzgün oxunmalıdır. Əgər kişi və qadın özləri ərəbcə düzgün oxuya bilsələr, ehtiyat-vacibə görə gərək ərəbcə düzgün oxusunlar. Əgər özləri ərəbcə düzgün oxuya bilməsələr, ehtiyat-vacib odur ki, gərək ərəbcə düzgün oxuya bilən bir nəfəri vəkil etsinlər. Və əgər özləri oxuya bilməsələr, "zəvvəctu" və "qəbiltu"-nun mənasını çatdıran bir kəlmə desinlər. Əgər əqd oxuduqda onun mənasın dəyişən bir hərf səhv oxusalar, əqd səhvdir.



2. Əqd siğəsini oxuyan şəxs dediyi sözlərin mənasını dəqiq bilməlidir. Əgər ərəbcə oxuyub, hər kəlməni düzgün surətdə desə və ayrı-ayrılıqda hər birinin mənasını bilsə əqd düzgündür.



3. Siğə “inşa” niyyəti ilə oxunmalıdır; qadının "zəvvəctukə nəfsi" deməsindən məqsədi bu ola ki, özünü indi onun qadını qərar verdi. Həmçinin kişi də “qəbiltut-təzvicə” deməklə onu özünə xanım və arvad olmasını indi qəbul etdi. Əgər kişi vəkil olsa "zəvvəctu və qəbiltu” deməklə qəsdi bu ola ki, onu vəkil edən kişi və qadın indi ər və arvad oldular.



4. Müvəqqəti əqddə mehriyyə və müddət təyin olmalıdır; yəni kişi və qadın əqd oxunmamışdan əvvəl mehriyyə və vaxtı təyin etməlidir.



5. Muvəqqəti evlənmədə əgər qız bakirə olsa əksər müctəhidlərin nəzərinə görə ehtiyat-vacibə görə qızın atasından icazə alınmalıdır.

Sual: Sualı ünvanladı Ferec: men gormuwem meselen coxu 1-ci ruketde hemdden sonra bawqa sure oxuyur, 2-ci ruketde ixlas suresin oxuyur, men her ikisinde bawqasin oxuya bilerem ? Meselen birinci ruketde hemdden sonra Asr suresi, ikinci ruketde hemdden sonra Nasr suresi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, oxuya bilərsiz.
Sual: Sualı ünvanladı Ali: Salam..niye gadinlari derin basdirillar,zehmet olmasa aydin aciglayardiz...
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş müstəhəbdir.
Sual: Sualı ünvanladı Senen: Salam.Oruc qezaya aid yazdigim sualida size qaranliq qalan olub onu di\eyim beli men imsaka oyana bilmedim ve orucumun pozuldugunu heis etdim ve yeib icdim bu qeza sayilir?ve 18gun tata bilerremi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz həmin günün əvəzinə elə bir gün qəza edin. Kəffarə sizin boynunuza gəlmir.

Əgər bilərəkdən yesəydiniz onda 1 günün əvəzinə 60 gün oruc tutmalı idiniz. Yaxud da 60 fəqirin qarnın doyuzdurmalı idiniz. Əgər 60 gün oruc tutmaq sizə çətin idisə.
Sual: Sualı ünvanladı Senen: Salam.Bir nefer var evel namaz qlib ve hal hazirda qilmr coxlu qeza namazi var men onun evezine hemin wexsn qeza namazn qila bileremmi?Birdeki evel suni namazi qilib indi ise sie namazi qilir her ikisinden qeza namazi var indi o her iki namazin qeza namazini qilmalidr?yoxsa tekce sie namazi kimi butun qezalari qilmaqla kifayetlenermi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, qıla bilməzsiz. Özü qılmalıdır.

Bütün qəzaların hal hazırkı əqidəsinə uyğun olan namaz, yəni şiələr qılan kimi qılmalıdır.
Sual: Sualı ünvanladı Sebuhi: yasadiqin yerde mucdeyit yoxsa xumsu nece vermek olar
Cavab: Salam. Xümsü bir vasitə ilə müctehidin nümayəndəsinə çatdırın. Ya kimləsə müctehidin nümayəndəsinə göndərin. Məbləğ ödəndikdə-ödənmə faktorunu pulu göndərdiyiniz şəxsdən tələb edin.
Sual: Sualı ünvanladı İsmixan: Salam ruh haqqinda ve ruhu yaradan sebebler haqqinda melumat vermeyinizi xais edirik
Cavab: Salam. O barədə məlumat yoxumuzdu.
Sual: Sualı ünvanladı Vasif: salam bir insan diri olan basqa bir insanin qeza oruclarini tuta bilermi?eyer ozunun qeza orucu yoxdusa ona komek meqsediyle?bes olmus insanin qeza orucu qalibsa diri olan basqa bir insan onun oruclarini tuta bilermi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Xeyir, həyatda olan insanın, namaz və orucunu başqası yerinə yetirə bilməz. Ölmüş insan kimdir? Namzları qılmaq istəyən kimdir? Bizə yazın cavablandıraq.
Sual: Salam hörmətli oxucular-cüməniz mübarək. Cümə günü sayt işləmir. Çünki dəftərxanalar tətil edir.
Cavab: Cümə namazlarında dua istəyi ilə...Allah qəbul etsin!
Sual: Sualı ünvanladı Vasif: salam men sualim ucun evelceden uzur isteyirem. bilmek isteyirem qadin heysinin sonlarinda gelen karicnivi leke ile namaz qila biler? oruc tuta biler?yosa sona dek gozlemelidir? bele etse yeni gozlese gunaha dusmezki?eyer bele bir leke heys vaxtindan basqa bir vaxdada gelse onda ne etmelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin ləkələr əgər heyz qanı tam kəsilməmiş gəlsə, onda onlar da heyz hesablanır. Yəni kariçni ləkə olarsa, bu o deməkdir ki, hələ heyz qanı tamamlanmayıb. Belə bir qadına namaz və oruc olmaz. Qadın sona qədər gözləyib tam pak olmalıdır.
Sual: Sualı ünvanladı Vasif: salam sualim beledir..men qeybet haqinda biraz arawdirmisam ve bele qenaete gelmisemki bir insan bir insanla basqa bir insan haqda danisalar bu danisdiqlari seyi ikiside evelden bilmiw olsalar sadece muzakire etseler qeybet olmur ama bir insan bir insana onun bilmediyi basqa bir insan haqda danisarsa bu qeybet olar.bilmek isteyirem sistani aganin bu fikirlerim haqda fetvasi nedir?Allah razi olsun
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Fasiqin qeybəti halaldır.

Fasiqdən başqa bir insanın hər hansı eybini iki nəfər bilsə belə, yenə də həmin eybi danışmaq olmaz. Bu qeybətdir. Bilmək şərt deyil.
Sual: Sualı ünvanladı Vasif: salam yene menim bir sualim var size.bilmek isteyirem qadina hicab vacib oldugu kimi carwabda vacibdi?ya yox?cunki men ewitmisem qadinin hicabi 3 olmalidir carsabda ucuncudur.bu fikrim bu duzgundurmu?
Cavab: Salam. Qadına öz zinətlərini örtmək vacibdi. İstənilən bir libasla. Ya hicab ya cadra. Nə olur olsun, əsas odur zinətləri örtsün.
Sual: Sualı ünvanladı Vasif: salam 5 ayliq daha boyuk daha kicik usaqlar oldukden sonra hara gedir? cennete gedirse orda ne edirler? yatibla?r yoxsa ne ilese mesquldular? onlar qiyamet gunu ana ve atalarin sefaetci olacaqlar?anasi ve atasi cennetde olsa birlikde olacaqlar?yoxsa anasina verilmeyecek?suolarimla narahat etdimse bagiwlayin ama bunlari bilmek mene maraqlidi cunki menimde ovladim olub
Cavab: Salam. Bildiyimiz odur ki, onlar bərzəx cənnətinə gedirlər. Bundan başqa nəsə barəsində məlumatımız yoxdur. Təşəkkür.
Sual: Sualı ünvanladı Ummu Esma: salam aleykum eger bir wexs qizdirma icindedise ve xesteliyi birazda widdetlenmesin diye destemaz almirsa tekce teyemmum edirse ve her namazcun teze teyemmum alirsa alninda qalan evvelki torpagin bu iwe maneyesi var??yoxsa el uzun yuyub tezden teyemmum etmelidir?yoxsa silib??yani evvelki teyemmum uzerinden teze teyemmum almagin iwgali var??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hər namaza təzə təyəmmüm almasın. Əgər təyəmmümü batil olmasa (dəstəmazı batil edən şeylərin vasiyəsilə) onda yeni təyəmmümə ehtiyac yoxdur.



Əvvəlki torpaq və ya bukimi şeylərin maneə olması, olmaz. Suyun zərəri varsa bir parca ilə o torpaqları təmizləyin.
Sual: Sualı ünvanladı Vasif: salam bir qadin birinci eri ile kebinini pozmadan ikinci defe kebin ede bilermi?birici eri ile kebini nece pozsun?sagolun tewekkur
Cavab: Salam. Ayətullah Fazil dəftərxana: Xeyir, edə bilməz. Birinci ər təlaq verməsə onda şəri hakimə və ya onun nümayəndəsinə müraciət etsin.
Sual: Sualı ünvanladı Əli: Salam aleykum redbul, strak kimi spirtsiz enerji içgiləri haramdirmi və içmək olarmı? Əvvəlcədən təşəkkür
Cavab: Salam. İçinə haram nəsə qatılmayıbsa olar. Məsələn donuz yağı kimi haram olan şeylərdən nəsə qatılmayıbsa onda olar.
Sual: Sualı ünvanladı Ferec: men bir dvd aliram mescidde Muherrem meclisinin video cekiliwidir, diskin ustunde yazilib ki, Kopya edilmesi qadagandir yaxud haramdir, bu o demekdir ki, kopyasin cixarib satmaga halalliq verilmir de, men uzun cixarib bir iki qohumuma hediyye ede bilerem ? Yoxsa bu da hemin hokmdedir ?
Cavab: Ayətullah Xamenei-dəftərxana: Olmaz, haramdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı