www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Ramazan ayinin 2-ci ve 15-ci gunlerinde menim qeza orucum oldu.Yeni men her 2gunde yeni ramazan ayinin 2ci ve 15-ci gununde imsaka oyana bilmedim.Ve 2-ci gunde imsaka oyanmadigim ucun orucun pozuldugunu yeqin etdim.Lakin 15-ci gunde 2ci gunden ferqli olaraq bilerekden yeyib icdim.Bu her iki gun qeza sayilir yoxsa tekce 15ci gunun kefarresi var?Ve men o qezani 1ay tutmaliyam?.Eyer 1ay tutmaga gucum catmirsa 18gun erzinde tuta bilerremi qezani?
Cavab: Salam. Sualda qarnlıq nöqtə var. Yəni siz 2-ci gün imsaka durmamaqla elə fikirləşidiz ki, orucunuz batil oldu? Buna görə də həmin gün yeyib-içdiz?
Sual: Sualı ünvanladı Senan: Salam.Tovhid ne demekdir?
Cavab: Salam. Üsuli dində Tövhid deyildikdə təkallahçılıq nəzərdə tutulur.
Sual: Salamun eleykum sizden xahis ederdim ki Xamenei aganin fetvasina uygun yazasiniz.namehremle tek bir yerde bir nece satliq qalmaq fesada dusmek qorxusu olmadan olar?egr namaz qilinsa dogrudur?eger 3 cu sexs lazimdirsa 3 cu sexsin en azi nece yasi olmalidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Salam, olmaz. Namaz batildir. Vacib ehtiyata əsasən.
Sual: namaz vaxti elden qan cixsa namaz batildi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər çıxan qan təqriban əldə olan dırnaqdan az (fiqhdə sikkə) yəni təqribən bir 10 qəpikdən balaca olsa, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Asalamu alekum man bir qadin taniyiram o namaz qilmaq istiyir ancaq bunu hayt yoldawi icaza vermir namaz qilmaga,burda qadinin gunahi nadir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazı elə qılsın ki, əri görməsin.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): barmaqda uzuk ola-ola destemaz almaq olar ? qeyd: su uzuyun altina yani deriye yetiwmeyine mane olmur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar. Şərt odur ki, su üzüyün altına keçsin.
Sual: Sualı ünvanladı Silduz Esedov: Salamu aleykum meni dusunduren sual budur ki sizin adinizdan danisirlar ki guya siz hicab barede cihadi vacib teqiyyeni ise haram buyurmusuz bu sizin Fetvanizdir yoxsa kiminse maraqinda olub onun duzeltdiyi sozdur bu meseleye aydinliq getirmenizi xahis edirem.
Cavab: Salam. Biz qısa müddətə sizə ağanın nəzəri yerləşdirilən linki göndərəcəyik-saytı izləyin.
Sual: Sualı ünvanladı Momine: salam.menim heyat yoldasim sunni ehlinden oldugu ucun dediz ona iqtida ede bilmerem.o ise deyir camaat namazi qilaq.ne etmeliyem.
Cavab: Salam. Deyin ki, mən camaat namazı qılmaq istəmirəm.
Sual: Bismillahir-Rehmanir-Rehim.Salam aleykum. sualım beledi. 1. Tevessul nece edilir?tevessul duasin oxuduqdan sora Allahami dua edilir yoxsa imamlardan isteyirsen duani (ola biler sualim biraz usaq kimi goruner amma maraqlandiran sualdi). 2. Tevessul duasi, covsenkebir duasi, mucir duasi, kumeyl duasi ve diger boyuk dualarin Azerbaycan dilinde oxusaq noqsan varmi?3. Bir xanim erinden ayri yasasa "Ondan bosandim" dese amma er bosamasa qadinin kebinli qalmasinda gunahi varmi? Yeni her hansi bir qadin erinden ayri yasayirsa amma kebinlidise bunun hokmu varmi ve qadin ne etmelidi? 4. erinden ayri olan xanim cox ezab cekirse ve aglayirsa ona en cox hansi cehetden meslehet vermek yaxsi olar? Valideyinleri uzerine dusurki baris amma barismirsa ve "hec zamanda barismayacam" deyirse valideyinlerinin o xanimin uzerine gelmesi dogrudu? Bu suallarinizin cavabi eynile xanima catdirilacaq ne etmelidi? ve bu xanima "ezab cekmekdense ya baris yada bosan" demek gunahdimi? Evvelceden tesekkurler
Cavab: Salam. Təvəssül yəni vəsilə qərar vermək. Yəni 14 məsumu Allahla öz aranda vəsilə qərar verirsən. Təvəssül duasında duanı oxuyub təvəssül etdikdən sonra insan Allaha üz tutur. Duaları Azərbaycan dilində oxumaq olar, amma müstəhəbdir ki, ərəb dilində oxuyasınız.



Kəbin olan yerdə boşanmaqdan söhbət gedə bilməz. Amma kişi boşadım (ərəbcə)desə, onda boşanmış sayılır. Əlbəttə iki adil şahidin hüzurunda olmalıdır bu boşanma prosesi. Əlavə oraq qadın gərək heyzdən çıxmı və pak halda olsun.



Amma kişi boşamasa, qadın boşana bilməz. İstisnadır ki, şəriət baxımından günah kişidə olsun və ya şəriət qadının boşanmasında haqlı olduğuna hökm versin. Belə olduqda yalnız şəri hakim və ya onun nümayəndəsi həmin qadını boşaya bilər.



Məsləhətə gəldikdə boşanmaq İslam baxımından bəyənilmir. Çalışsın ki, öz ailəsinin yanına qayıdıb, səbr və təmkinlə ailə həyatını davam etdirsin.
Sual: Sualı ünvanladı Ferec: teqvimlerde muxtelif namaz vaxtlari yazilib, fiqhde ehtiyata gore nece deqiqe gec qilinmagi ehtiyatdir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər təqvimi istehsal edən mənbə mötəbərdirsə ehtiyat lazım deyil. Vaxt olan kimi qıla bilərsiz.
Sual: evde namaz qilanda anam arxamda durub mene iqtida ede biler ? bu namaz duzdur yoxsa olmaz ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar!
Sual: salam, naehreme baxmaq gunah ve haramdir, bes biri meselen evlenmek isteyirse qizi gormeden nece evlensin ?
Cavab: Salam. Bəli, haramdır. Amma, evlənmək üçün qızı görmək olar. Evlənmək niyyəti ilə bir və ya iki dəfə qızı görüb, evlənmək üçün qərar niyyəti ilə baxmağın eybi yoxdur.
Sual: Sualı ünvanladı Elmar: Salam.Bir nefer momindi ve dovlet isinde isleyir.Is yerinde de rehberlik uzu tuklu saxlamaqa icaze vermir ve teleb edir ki haminin uzu lezva ve ya ulgucle vurulu olsun.bu shexs ne etmelidi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Üzü qırxmaq olmaz. Bu iş günahdır.

İstisnadır, iş o yerə çatsa ki, bu işə görə işdən çıxmaqla elə veziyyət yaransın ki, həmin vəziyyət şiddətli məşəqqətə səbəb olsun. (Fiqhi "hərəc") Belə olduqda qırxmaq olar.
Sual: Sualı ünvanladı Hüseyn: SALAMUN ALEKUM BIR HICABLI QADIN TEZ-TEZ USAQ ABORT ELETDIRIR. BU QADIN TOVBE ETSE KI BIRDE ABORT ELETDIRMEYECEK ELEDIYI TOVBENI ALLAH TEALA BAGISLAYAR(O USAQLARIN HAQQINA GIRDIYINE GORE DEYIREM)ELEDIYI TOVBENIN HOKMU NEDIR
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Abort etdirmək günah olmaqla yanaşı onun kəffarəsi də var. Əgər uşaqın ana bətninə düşməsi 40 günə kimi olsa bazarda olan qızıl ölçüsü misqalı ilə 15 misqal kəffarə ödənilməlidir. Əgər abort olunmuş uşaq 40 gün ilə 80 günün arasında olarsa onda bazarda olan misqal ölçüsü ilə 30 misqal, və əgər abort olunmuş uşaq 80 günlə 120 günün arasında olsa, onda bazarda olan misqal ölçüsü ilə 45 misqal qızıl kəffarə verilməlidir.

Əgər abort həb (tabletka) atmaqla edilibsə, yəni ana həbi öz ixtiyarı ilə əlinə götürüb atıbsa onda bu kəffarələri ana verməlidir. Yox əgər həkim iynə vurub və uşaq düşübsə onda bu kəffarələr iynə vuran həkimin boynuna gəlir.



Bu işi görən qadın əməlindən peşman olub sidq qəlblə tövbə etsin və birdə bu işi təkrarlamasın. İnşallah Allah onu bağışlayar.
Sual: Sualı ünvanladı Sulduz: Salamu aleykum Aqa mənim sualım hazırki zamanda cihad əmrinin fətvası barəsindədir, Bizim bu Azərbaycanda bəzən zəruri din olmayan məsələləri və əmrlərinin həyata kecmesilə bağlı xalqı qiyama və cihada səsləyirlər və binun da qarşılıqı muqabilində bizim dinimizin məarifi və dini nəşriyatımız dövlət tərəfindən nəzarət altina alınir və bizim dinimizin bəzi ayinləri məarifimiz və nəşriyyatimiz məhdudiyyətə uğrayir bizim belə bir vəziyyətdə mahiyət baximindan bu işlərin hansi daha nəzərə Alinalidir cihad deyə qisqirmaqmi yoxsa islami məarifi və nəsriyati elde saxlamaqmi və bir de bu cihad emrini kim vere biler?
Cavab: Salam. Cihad əmrinin fitvası barəsində gərək hər kəs öz mərcei-təqlidinin göstərişinə əməl etsin.

Amma İslam heç zaman mübarizəni tətil etmir. Elmlə məşğul olmaqla yanaşı mübarizə də olmalıdır. Necəki, mübarizə ilə yanaşı elm də kəsb etmək lazımdır.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Aleykum.men 7.sinifden namaz qiliram.cox vaxt vaxtli vaxtinda qilirdim.indi 11.sinifde oxuyuram.gunun cox hissesini mesgelelerde oluram.5 namazi birlesdirib gunde 1defe besini de birlikde(yeni dordunu qeza seklinde) qilmaq olar?zehmet olmasa cavabi emailime gonderesiniz.cox sagolun
Cavab: Salam. Xeyir, olmaz.

E-maila yalnız o cavablar göndərilir ki, o cavabları ekrana çıxarmaq düzgün deyil. Amma sizin sualınızda elə bir şey yoxdur.
Sual: Sualı ünvanladı Anar: stepeniya almaq haramdir
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Xeyir!
Sual: Sualı ünvanladı Senan: Bagiwlayin seri sual nedir?
Cavab: Salam. Şəri sual yəni şəriətə aid olan sual.
Sual: Sualı ünvanladı Sənan: salam.men bir sual gonderdim size diesen cavabi gelmedi
Cavab: Salam. Bütün suallara cavab verilir. Aşağıdakı cavablara dəqiq baxın.
Sual: Sualı ünvanladı Senan: Salamun Aleykum.1gunluk sige varmi.Ve sige baglayarken hansi duani oxumaq lazimdir?
Cavab: Salam. Müvəqqəti nigahda müddəti iki tərəf özləri istədikləri qədər təyin edə bilərlər. Şəriət burada heç bir məhdudiyyət qoymayıb.



Əgər qadın və kişi siğəni öz aralarında oxusa, əvvəl qadın deyir: "zəvvəctukə nəfsi fil muddətil məluməti ələl məhril məlum", yəni özümü təyin olunmuş mehriyyə və vaxtla sənin müvəqqəti nikahında qərar verdim. Sonra kişi fasiləsiz deyir: "qəbiltut-təzvicə linəfsi fil muddətil məluməti ələl məhril məlum ", yaxud desin "qəbiltu linəfsi hakəza" yəni qəbul elədim bu izdivacı.



Kişi qadın tərəfdən vəkil olub onu özü üçün nikah etdikdə, əvvəlcə qadın tərəfdən vəkil olaraq deyir: "zəvvəctu muvəkkilətu filanən (qadının adını de) linəfsi fil muddətil məluməti ələl məhril məlum." Yəni təyin olunmuş mehriyyə və vaxtın müqabilində öz vəkilliyimlə səni müvəqqəti nikahımda qərar verdim. Sonra fasiləsiz öz tərəfindən deyir: "qəbiltut-təzvicə linəfsi fil muddətil məluməti ələl məhril məlum " yaxud "qəbiltu linəfsi hakəza" yəni qəbul etdim bu izdivacı.



Həmçinin bu ibarə ilə də oxuya bilər: "məttətu muvəkkiləti (filanən) linəfsi fil muddətil məluməti ələl məhril məlum", yəni təyin olunmuş mehriyyə və vaxtın müqabilində vəkilin olaraq səni müvəqqəti nikahımda qərar verdim. Sonra fasiləsiz öz tərəfindən deyir: "qəbiltu linəfsi hakəza", yəni qəbul etdim bu izdivacı.



Bir məsələyə diqqət edin – daimi ya müvəqqəti əqd oxumağın şərtləri vardır ki, onlara riayət olunmasa əqd səhvdir. O şərtlər ibarətdir:



1. Siğə və əqd ərəbcə düzgün oxunmalıdır. Əgər kişi və qadın özləri ərəbcə düzgün oxuya bilsələr, ehtiyat-vacibə görə gərək ərəbcə düzgün oxusunlar. Əgər özləri ərəbcə düzgün oxuya bilməsələr, ehtiyat-vacib odur ki, gərək ərəbcə düzgün oxuya bilən bir nəfəri vəkil etsinlər. Və əgər özləri oxuya bilməsələr, "zəvvəctu" və "qəbiltu"-nun mənasını çatdıran bir kəlmə desinlər. Əgər əqd oxuduqda onun mənasın dəyişən bir hərf səhv oxusalar, əqd səhvdir.



2. Əqd siğəsini oxuyan şəxs dediyi sözlərin mənasını dəqiq bilməlidir. Əgər ərəbcə oxuyub, hər kəlməni düzgün surətdə desə və ayrı-ayrılıqda hər birinin mənasını bilsə əqd düzgündür.



3. Siğə “inşa” niyyəti ilə oxunmalıdır; qadının "zəvvəctukə nəfsi" deməsindən məqsədi bu ola ki, özünü indi onun qadını qərar verdi. Həmçinin kişi də “qəbiltut-təzvicə” deməklə onu özünə xanım və arvad olmasını indi qəbul etdi. Əgər kişi vəkil olsa "zəvvəctu və qəbiltu” deməklə qəsdi bu ola ki, onu vəkil edən kişi və qadın indi ər və arvad oldular.



4. Müvəqqəti əqddə mehriyyə və müddət təyin olmalıdır; yəni kişi və qadın əqd oxunmamışdan əvvəl mehriyyə və vaxtı təyin etməlidir.



5. Muvəqqəti evlənmədə əgər qız bakirə olsa əksər müctəhidlərin nəzərinə görə ehtiyat-vacibə görə qızın atasından icazə alınmalıdır.

Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı