www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum.Inshaallah yaxsisiz.2 sualim var,cavablandirsaz sevinerem. 1) bir hedis var e usaqlar 1-3, 3-6, 6-9 ve 9-12 ayliq olanda aglayanda Peygember (savs) ve Onun EhliBeyti (es) ucun,sonra Ata-Anasi ucun dua edirler ee..o hedisi tam olaraq gondersez minnetdar olaram size.Nece ayliq olanda kimincun dua etmelerini deqiq bilmek isteyirem. 2) Nisanlananda kebin kesdirmisemse,inshaallah toy olanda da kebin kesdirmeliyik ? Tesekkur edirem,Allah razi olsun...
Cavab: Salam. Hədis barəsində, elə geniş vaxtımız yoxdur ki, araşdırıb tapa bilək. Üzrlü sayın...



Ayətullah Xamenei-dəftərxana: İkini kəbinə ehtiyac yoxdur.
Sual: Sualı ünvanladı Altun: Salam. Heyvanın başını kəsərkən "Bismillah" demək doğrudu ya "Bismillahirrəhmanirrəhim"... Mən eşitdiyimə görə ikincini deyəndə gərək kəsəcəyin heyvanı buraxasan getsin, yəni kəsmiyəsən. Bu nə qədər doğrudur?..
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bismillah demək bəs edir. Amma "Bismillahir-Rəhmanir-Rəhim" də deyə bilərsiz və heç bir problem yoxdur belə deməkdə.
Sual: Sualı ünvanladı Azer: Essalamu aleykum. Menim heyat yoldashin namaz qilmir. Bu haqdada danishanda istediyini bildirir amma icden gelmediyini soyleyir. Ne etmek olar ki duz yola gelsin? Namazdan sonra dua varmi komek olsun bu niyyetime?
Cavab: Salam. Siz çalışın hədis kitabları və ya Quran təfsiri alıb evdə əlçatan yerə qoyun. Arada özünüz həmin hədislərdən bir-ikisini elə oxuyun ki, namaz qılmayanlar da eşitsin. Amma bu işdə ifrata getməyin, yəni onları, çox hədis oxumaqla narahat etməyin. Əhli-beytin (ə) kəlamları nurludur və hidayətedicidir. İnşallah təsirli olar. Bundan əlavə namaz üstə Allahdan istəyin ki, sizin ailə üzvlərinizə namaz qismət etsin. Maddi imkanınız varsa bir məbləğ nəzir edin, bu niyyətlə ki, əgər ailəm namaza başlasa fəqir bir insana həmin bələği çatdıracam.

Bu barədə xüsusi duanın olmasını əldə edə bilmədik.
Sual: Sualı ünvanladı Ferec: qardaw yene bu saqqal meselesine toxunmaq isteyirem, men uzumu lezva ile vura bilerem ? sebeb budur ki, pis niyyetim yoxdur sadece istiyirem uzumden tuk yaxwi gelsin, cunki saqqal saxlamaq istiyirem, mawinla vuranda getirmir, bunu xahiw edirem rehberin defterxanasindan soruwun gorun ne deyirler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib ehtiyata əsasən yaxşı niyyətlə də olmaz.
Sual: Sualı ünvanladı Salam: naməhrəm nə deməkdir?
Cavab: Salam. Nəvaxtsa ailə qura biləcəyin qadınlar naməhrəm sayılır. Bunun əksi də var. Yəni bir qadının nəvaxtsa ailə qura biləcəyi kişilər naməhrəm sayılır.
Sual: Sualı ünvanladı Ehmed: salamun aleykum bilmək istərdim ki, namaz qılmamaqa hansi şərii üzrlər var ki namazın qılınmağına maniyə olur
Cavab: Salam. Biz bu formada cavab verə bilmirik. Buna vaxt yoxdu. Siz konkret öz sual halınızı bizə yazın və biz sizə cavab verək. Üzrlü sayın, təşəkkür!
Sual: Sualı ünvanladı Eyvaz: salamun aleykum xahiş edirem menim şeş-beşlə bağlı sualimi daha ətraflı cavablandırasiniz. Çünkı vəsaili şiyə kitabında şeş-beş haqqında yazılan hədislərdə tamam başqa cavab yazılb və dediyim kimi zina quran yandırmaq məkkəni xərabə etməklə bir günahda yazılmışdır. Təşəkkür edirəm Allah amanında
Cavab: Salam. Biz sizə nə yazdıq ki, siz bizə deyirsiz "Vəsailuş-şiə"də tam başqa şey yazılıb?! Biz oyunlar barəsində demirik ki, hansı halaldı və hansı haram. Yalnız bu sözü deyirik ki, qumar aləti olmasa, istifadə caizdi. İstisnadı Ayətullah Sistani ki, şahmatı mütləq haram bilir. Bundan qalan nə varsa sizin öz vəzifənizdi.
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,bir insana eger kimse namazi,orucu tebliq etmeyibse,hemin insanda savadsiz olubsa,olenden sonra onun 50-60 illik qezalarin yerine yetirmek boyuk ogula vacibdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib ehtiyata əsasən, bəli qılınmalıdır.
Sual: Sualı ünvanladı Zahir: SALAMUN ALEYKUM.ALLAH SIZDEN RAZI OLSUN .XAHIS EDERDIM MENIM SUALIMI MEKARIM SIRAZI AGANIN FETVASINA UYGUN GONDERESINIZ namehremle bir evde bagli qapi arxasindai fesada dusmek qorxusu olmadan bir yerde bir nece satliq qalmaq olar?ve namaz qilinsa dogrudurmu?imkan varsa XAMENEI AGANIN nezerini de yazasiz
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Yox qalmaq olmaz. Namaz da işğallıdır.
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,destemaz alarken her iki ayaqa bir elle mesh etmek olar?burada saq ve sol el arasinda ferq var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olmaz. Sağ əl ilə sağ ayağ, sol əl ilə sol ayağ məsh olunmalıdır.
Sual: Salam əziz izləyicilər. 20 yanvar münasibəti ilə Azərbaycan xalqına başsalığı verir və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərə Allahdan daha uca məqam istəyirik. Allah rəhmət etsin.
Cavab: Müəyyən təbii səbəblər ucbatından sabah, yəni 21 yanvarda suallarınıza cavab verə bilməyəcəyik. İnşallah 22 yanvar günü 21 yanvarda ünvanlanmış sualları da cavablandıracağıq. Üzürlü sayn.



Cavab-al.com



Sual: Sualı ünvanladı Fərəc: men yolda bir dilenciye sedeqe kimi pul veriremse bunun savabi mene yazilir yoxsa atama? cunki mende olan pul atamin mene verdiyi puldur ?
Cavab: Salam. Atanız sizə pul verməklə öz savabını qazanıb. Sizdə fəqirə pul verib savab qazanıbsız.
Sual: Sualı ünvanladı Möminə: salam aleykum.yoldasim sunni ehlindendir.ona iqtida ede bilerem.
Cavab: Ayətullah Behcət-dəftərxana: Xeyir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): bezi sual verenlerin cavabin emellerine gonderirsiz . olarki hemin sual ve cavablarivizi burada tam wekilde yazasiz cunki ola bilsin hemin sualda bize aid olan biweyler olsun evvelceden tewekkur!!
Cavab: Salam. Bəzi cavablar şəxsidir deyə belə edirik. Üzrlü sayın. Amma nə sualınız olsa biz cavab almağa hzırıq.
Sual: Sualı ünvanladı (ad yazılmayıb):salam aleykum. sual beledir,eger bir wexs mohkem soyugluyubsa xestedise qizdirma titretme ikiside eyni anda baw verir ve hemin wexsin hec ayaga qalxmaga taqeti yoxdu destemaz almagada hemcinin,oturada bilmir tekce uzanir,bu wexsin hokmu nedir??onuda qeyd edimki uzandigi yer uzu qibleye deil... destemazsiz uzu qiblesiz ureinde namazin ruknlarin kecirsiz yoxsa bawqacurdu???
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O xahiş etsin ki, etrafdakılar onun yatağını üzüqibləyə çevirsinlər. O özü qalmasın-yatağı fırlatsınlar. Əlbəttə özü qalxa bimirsə. Rüku və səcdələri də işarə ilə etsin.
Sual: Sualı ünvnladı Ferec: mene kollecden verilen stipendiyadan meselen 20 azn .....
Cavab: Salam. Necə msələhətdir.
Sual: Sualı ünvanladı Alizamin: salamu elekum men bilmek isteyirem cenabet qusulunu nece alsam duzgun olar.[men bele edirem .cenabet qusulu aliram vacib qurbeten ila-allah sonra suyu sag elimle bashmdan tokende salavat deyirem sonra sol elimle sag ciynimnen tokrem salavati yene deyirem sora sag elimle bu qaydada sol ciynime tokrem] ancaq bilmiremki,duzdu yoxsa sef bu sualin cavabini mene yzsaniz cox sad olaram
Cavab: Salam. Düzdür. Salavat deyib-deməməniz özünüzə məxsusdur. Yəni istəsəz deyin, istəməsəz deməyin.
Sual: salam Agacan bir ata omur boyu namaz qilmayib bu gun 70 yasinda vefat edib. Ovladlarina lazim ve ya vacibdimi onun qezaya getmis namazlarin qilmaq ve ya qildirmaq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, bilə-bilə qılmayıbsa lazım deyil. Amma üzrü olub qılmayıbsa onda lazımdır.
Sual: Sualı ünvanladı Eyvaz: salamun aleykum sualim aga Sistaniyedir. Agacan şeş-beş oynamaq (pulsuz) haramdimi? Bəzi hədislərdə onun gunahin zina, quranı yandirmaq və məkkəni xərab etməklə bərabər gunahda yaziblar hemcinin bu hedislər duzdumu? Tezliklə cavab gözləyirəm. Təşəkkür Allah amaninda qalın
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şahmatdan başqa istənilən oyun qumar aləti sayılmırsa onda oynamaq olar. Amma Şahmat mütləq haramdır.
Sual: Sualı ünvanladı Elsen: Salamun aleykum.men Sistani aganin muqellidiyem ve isteyirem ki cavabi Sistani aganin fetvasi esasinda veresiz.men Bakida yasayiram ve 3-5 gunluk ata yurduma gedirem.orda Namazim butovdu yoxsa qesr?gelecekde bilmirem ora daimi yasamaga gedecem ya yox.hele ki istirahete gedib gelirem.cox xais edirem tez cavablandirasiz.tesekkur edirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz ora yaşamaq üçün qayıdacaqsızsa onda namazınız tamdır. Yox ora yaşamağa qayıtmayacaqsınızsa onda 10 gündən az qalsaz, namazınız qəsrdir. Qalan şeyi siz özünüz təyin etməlisiz ki, qalacaqsınız ya yox.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı