www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Elwin Gencevi: Mescidde camaat namazinda istirak etmek vacibdirmi? Imamin nece insan olmasinin ferqi yoxdurmi? Eger ...............................................................
Cavab: Salam. Cavab e-maila gondərildi.
Sual: Sualı ünvanladı Elwin Gencevi: Size yolladiqimiz .....................................................?
Cavab: Salam. Cavab e-maila göndərildi.
Sual: Sualı ünvanladı Tehmasib: Salam koyneysiz sortikle namaz qilmaq olar? Birde eger adam sekili olan koynek ye ya salvarda namaz qilmaq batildi?????
Cavab: Salam. Bəli, şortiklə namaz olar. Şəkilli paltarlarla namaz isə bəyənilmir.
Sual: Salam.bilirem ki Oqlan 15 yasinda qiz ise 9 yasinda namaza baslamalidi.oqlan ve ya qiza gunahlar gosterilen yaslardan sonra yazilar yoxsa nece?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həddi büluğ olmağın başqa əlamətləri də var. Amma başqa əlamətlər olmasa onda həddi-büluğ yaşla təyin olunur. Yaş da Hicri-Qəməri təqvimi ilə ölçülür. Həddi-büluğ olmamış uşağın haram olan işləri görməsi kərahətlidir, yəni bəyənilmir. Amma günah deyil.
Sual: Sualı ünvanladı Zahir: SALAM xahis edrdim MEKARIM SIRAZI AGANIN FETVASINA UYGUN YAZASIZ INSALLAH eger xums gunumde evde cay qend pesok varsa onun xumsunu vermeliyem amma 1 il deyil evde qaldigi meselen xums gunumden 3 gun qabag almisamsa
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bəli. Amma, əgər keçən il xüms günü evdə iki kq qənd varidisə və siz keçən il iki kq qəndin xümsünü keçən ilki xüms günündə ödəmişdizsə, onda bu il evdə qalan qəndin iki kq-sının xümsünü ödəməyəcəksiz. Qənd kimi digər şeylər də belədir.
Sual: Sualı ünvanladı Zahir: salam aleykum Allah sizden razi olsun minnetdariq.ogurluq eden yaxud insanlarin namusuna tecavuz eden bir muselmanin bu cur isleri baresinde insanlari xeberdar etmek qeybet hesab olunur?hemin insan ....................
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Siz əvvəlcə həmin insanın özün nəsihət edin ki, bu işdən çəkinsin. Əgər qulaq asmasa, onda həmin insanı bu işlərə təyin etmiş kəsə deyin ki, onu bu işlərdən kənarlaşdırsın. Yox əgər bu etdiklərinizdən sonra o, yenə öz mənfur işinə davam etsə, onda xalq arasında söhbəti açın.
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,mes:parikle,papaq ve werfle?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, olmaz!
Sual: Sualı ünvanladı Elvin: Bismillahir-Rehmanir-Rehim.Salam aleykum. sualım beledi. men her hansi bir is qurmaq isteyirem. bunun ucun mueyyen meblegde pul lazimdi. bunun ucun bank yoluna el atmaq isteyirik amma deyirlerki gunahdi zeruri halda buna izin verilir. indi sualim belediki menim evim yoxdu qaldigim evde iki aile qalir ve mende subayam. ozume ev tikmeliyemki evlenende yasayacaq yerim olsun. bunun ucunde menim elave gelirim olmagi ucun is qurmaliyam. siz mene deyin men bankdan pul goturmek ucun bu hal zeruridi ya yox? Zeruri hallar hansilardi? Evvelceden tesekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər evlənmək üçün ev olmasa (kirayə qalmaq mümkünsüzsə) evlənməyiniz mümkün deyilsə, və əgər evlənmədən günaha batırsızsa və yaxud günaha batmaq ehtimalınız varsa, yaxud evlənməmək, yəni subay qamaq sizə olduqca çətindirsə və yol ancaq evlənmək üçün ev almağınızdırsa, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum. Qardaş sizdə saytda problem var. Artıq mən neçənci dəfədir ki, sizə sual ünvanlayanda Sistani ağanı seçirəm, amma siz Fazil (r) ağaya istinadən cavab verirsiniz. Bu sualımı zəhmət olmasa Ağa Sistaninin nəzərinə əsasən cavablandırasınız: Oruc tutan şəxs əgər orucunu kəffarənin vacib olmadığı bir şeylə (məsələn siqaret çəkərək) pozsa, daha sonra yemək yesə, boynuna kəffarə gələrmi?
Cavab: Salam. Saytda problem olduğunu bilmirdik. Amma siz buyurduqdan sonra biz bu məsələni öz işlərimiz sırasında qeyd etdik. Çalışacıq ki, bu eybi qısa müddətə araşdırıb-aradan qaldıraq. Sual göndərəndə, müvəqqəti olaraq cavab almaq istədiyiniz mərcei-təqlidin adını da sual mətninin içində qeyd edin.



Ayətullah Sistani-dəftərxana: Həmin kəs Ramazan ayında siqaret çəkməklə ona 60 gün kəffarə (yaxud 60 fəqirin qarnın doyuzdurmaq) vacib olur. Siqaretin üstündən yemək yeyib-yeməmk mövzusu daha kəffarə üçün lazımlı məsələ deyil.
Sual: Salam Eleykum,awkar gunah edenin sadece o gunahi haqda qeybet halaldir yoxsa umumiyyetle o adam haqda daniwdaq caizdir?mes:kimse hicabsizdirsa onun haqda daniwmaq caizdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin günah haqda danışmaqla olunan qeybət caizdir. Ümumiyyətlə yox!
Sual: Sualı ünvanladı Ferec: sualim werietle bagli deyil, men merhum Ayetullah Behceti aganin ruhuna fatihe ve salavat hediyye ede bilerem ?
Cavab: Salam. Əlbəttə edə bilərsiz. Allah qəbul etsin!
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.bilmek isterdim Sistani aganin azerbaycanda numayendesi var?ve eger Sistani aganin numayendesi yoxdursa aganin muqellidleri xums pullarini nece gondersinler?
Cavab: Salam. Bizim bu barədə məlumatımız yoxdur. Amma pulu Ayətullah Sistaninin dəftərxanasına çatdırıb əvəzində ödəniş müqabilində verilən faktoru sizə təqdim edə bilərik. Yəni biz sizə Bakıda yerləşən İran Milli Bankında Hesab Nömrəsi verə bilərik ki, siz pulu həmin hesaba köçürəsiz. Biz də burada hesabdan pulu çıxarıb, Ayətullah Sistaninin dəftərxanasına çatdıraq. Onların bu ödəniş müqabilində verdikləri Faktorun surətini E-mail adresinizə göndərək və ya sizin adınıza olan Faktorun özünü sizə çatdıraq.
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,zeruret halinda hicabi ne ile evez etmek olar?
Cavab: Salam. Aydın yazın həmin əvəz etmək istədiyiniz şeyi, biz sonra araşdırıb sizə cavab verək!
Sual: Sualı ünvanladı Men: Salam Eleykum,fitre zekatin yalniz iwleyen adam vermelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İstənilən imkanı olan adam. İşləməsə belə.
Sual: Sualı ünvanladı Jalə: Salam Eleykum,yolda pul ve ya qiymetli ewya gorende onu goturmeyib getmek gunahdir?mutleq goturub sahibin axtarmaliyiq?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, ganah deyil. Əslində elə bu bəyənilən işdir ki, siz onu götürməyib gedəsiniz. Yox götürsəz və məbləğ az olmasa, gərək bir il həmin tapılanı saxlayıb sahibini axtarasız. Bir ildən sonra sahibi tapılmasa onda sahibinin adından sədəqə verməlisiz. Məbləğ lap az olsa, (məsələn 20 qəpik) onda onu özünüzə də götürə bilərsiz.



Yaxud da elə (məsələn 20 qəpik dəyərində olanları) həmin an sədəqə verə bilərsiniz.



Sual: Sualı ünvanladı Elsen: Salamun aleykum.men Bakida yasayiram ve oz ata rayonumuza gedende 3-5 gunluk.orda Namazlarim butov qilinmalidi yoxsa qesr?tez cavab versez yaxsi olar?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər bir gün rayona qayıtmaq ehtimalınız varsa (yəni qayıdıb orda yaşamaq) onda orda namazlar tam olaraq qılınmalıdır. Yox əgər ora qayıtmaq ehtimalınız yoxsa onda, orada 10 gündən az qaldığınız təqdirdə namazlarınız qəsr sayılır.
Sual: Sualı ünvanladı Ajdar: salam. Müvəqqəti nigah (sige) etmek ucun ne etmek lazimdir?
Cavab: Salam. Sualınızda nə demək istədiyinizi anlamadıq...Sualı aydın şəkildə göndərin. Məqsədiniz müvəqqəti nigahı necə bağlamaqdır? Yəni müvəqqəti nigahın sözləri necədir?
Sual: Sualı ünvanladı Elçin: Zem-zem suyu Ìbrahim peygenberin dövrunden qalib? O haqqda bir az melumat istiyirem indiden tewekkur
Cavab: Salam. Bəli, İbrahim peyğəmbərin oğlu İsmail ilə onun anası Hacər susuz olduğu zaman, su tapılmayan an, Zəm-Zəm yerdən möcüzvi surətdə çıxır.
Sual: Sualı ünvanladı Tale: Assalamu alekum cuma namazi makazi macida qilinmalidi yoxsa markazdan qirax macida
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxna: Cümə namazı məsciddə və məscid olmayan istənilən yerdə qılına bilinər. Bunun bir fərqi yoxdur.
Sual: Sualı ünvanladı Leyla: Salam men namaz qilam sadece olaraq vereqden oxuyub qiliram sozler yadimda qalmir >sozleri duz telefuz ede bilmirem>sud veren ana namazi saxlamaqi gunah deyil ki>
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yadınızda qalmırsa elə kağızdan oxuyub qılın. Amma süd verən ana üçün namaz vacibdir. Yəni süd verdiyinə gerə namazı tətil edə bilməz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı