www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Shahin: salam meni maraqlandiran sual uzu dibden qirxmagin hokmleridi
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Üzü ülgüc və saç islah edən maşının sıfır dişi ilə qırxmaq haramdır. Üz maşınla elə qırxılmalıdır ki, kənardan baxan üzün saqqallı olduğunu desin.
Sual: Sualı ünvanladı Elvin: Bismillahir-Rehmanir-Rehim salam aleykum. Sualim beledi.qadin heyz muddetinde zikr edib dua ede bilmez? Tesekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli edə bilər və belə etməsi bəyənilir.
Sual: Salam. Sabahkı cüməniz mübarək olsun. Sayt Cüməni tətil edir. Çünki dəftərxanalar tətil olur.
Cavab: Cümə namazlarında dua istəyi ilə...Cavab-al-ın idarə heyəti...
Sual: Sualı ünvanladı Momine: salam.yoldasim sunni ehlidi.ona iqtida ede bilerem?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Xeyir, edə bilməz!
Sual: Sualı ünvanladı Elvin: Bismillahir-Rehmanir-Rehim. Salam Aleykum. size sualim beledi. Men Kumeyl duasin, Mucir duasin, Tevessul duasin, ve diger dualari Azerbaycanca oxuya bilerem? onun erebce ve ya Azerbaycanca oxunmasinda savab ve duanin effektine tesir edir? Onceden Tesekkur edirem Allah razi ollsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Azərbaycan dilində duanı oxumağın işğalı yoxdur. Amma müstəhəbdir ki, ərəbcə oxuyasız. Ərəbcə oxumaq müstəhəb olduğu üçün ərəbcə oxumanız məsləhətdir ki, duanın qəbuluna da təsirli ola bilər.
Sual: Sualı ünvanladı Quliyev Sebuh: Salam aleykum.sualin vabini ala bilmedik xayis edirik yazasiz.
Cavab: Salam. Aşağıdakı cavablara birdə nəzər salın lütfən.
Sual: Sualı ünvnladı Zaur: Salam aleykum. Oruc tutan şəxs əgər orucunu kəffarənin vacib olmadığı bir şeylə (məsələn siqaret çəkərək) pozsa, daha sonra yemək yesə, boynuna kəffarə gələrmi?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bəli, gəlir.
Sual: Sualı ünvanladı Ferec: Imam Zaman agaya hediyye namazi qilmaq, Quranin her hansisa ayesin oxuyub ona hediyye etmek ne demekdir ? yani bunu eliyenden sonra dilimizle deyek ki bu namazi agaya hediyye edirem, ya ele niyyetden kecirilse kifayetdir ?
Cavab: Salam. Elə niyyətdən keçirmək kifayətdir.
Sual: Sualı ünvanladı Shie: Əssalamu əleykum. Çox üzr istəyirəm, mən bu sualı bir dəfə ünvanlanmışdım sizə ki, vəliyyi-fəqihin dəftərindən soruşasınız. Bu dəfə acizə şəkildə xahiş edirəm ki, Sistani ağanın dəftərindən soruşasınız. Əziyyət verdiyimə görə mənib bağışlayın. Bizdə məsciddə cümə namazı qılınır. Lakin məsciddən şəri məsafədən az məsafədə başqa bir xətib ofisində cümə namazı qıldırır. Həmin ofisə uzağı 50-100 adam sığışır. Amma məsciddə hər həftə minlərlə mömin namaz qılır. Lakin problem burdadır ki, məsciddəki cümə namazı ofisdəkindən gec başlayır. Ofisdəkilər də cümə namazından imtina etmirlər. Bu halda biz nə edək? Məsciddəki Cümə namazı batildir? Zöhrü qılmağımız vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eynən o cavabı verdilər ki, Ayətullah Xamneinin dəftərxanasında da elə həmin cavab vermişdilər. Məscidlə Ofis arasında cümə namazı üçün bir fərq olmadığını da buyurdular!

Məscid və ya Ofis. Bunların arasında cümə namazı söhbətində fərq yoxdur. 50 nəfər ya 50 min nəfər olmasında da bir fərq yoxdur. Hansı İmam Camaat cümə namazı qılmağa birinci başlayıbsa onun namazı səhihdir və hansı İmam Camaat cümə namazına İkinci başlayıbsa onun cümə namazı batildir. İkinci başlayan adi zöhr namazı qılmalıdır, yəni cümə qılmamalıdır və qılsada namazı batildir.

(Islah olundu)
Sual: Sualı ünvanladı Bende: Salam. bir qadin erinin telefon ve diger (kampyuter kimi ) eshyalarina iznsiz baxa bilermi? eyer baxsa ve orada bashqa qadinlarla unsiyyet etdiyini tapsa ona demelidirmi? bu ittiham dogrudurmu? eyer eri dese ki, eshyalarimi qurcalama, onda qadinin ixtiyari olmur baxmaq yoxlamaq? ve eyer qurcalasa gunah ve itaetsizlikdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir mömin barəsində belə etməniz haram işdir və günahdır. Belə etməyin.

Sual: Sualı ünvanladı Allah qulu: Imamlarımızı peyğəmbər dərəcəsinə qardırmırıqmı sizcə? onların qeyri adi bilgi ve ağılları haqda məlumat oxudum, elə çıxır onlara vəhiy vəya qeyri adi qabiliyyətlər verildiyi deyilir,bu haqda nə düşünürsüz?
Cavab: Salam. Onların qeyb elmi var. Bu bəşərə həmişə Allahla peyğəmbərlər kimi bağlılığı olan bir nəfər lazımdır. Peyğəmbərlərdən sonra İmamlar həmin şəxslərdir. Qədr Surəsinin təfsirini oxumağı tövsiyə edirik.

Xahiş olunur sayta yalnız mercei-təqlidlərə aid olan suallar ünvanlayın. Təşəkkür!
Sual: salam. Ana bətnində ilk olaraq insanda qaşlar yaranır. Onları aldırmaqç yani Allahin yaratdigi şeyə düzəliş vermək nə dərəcədə düzgündür?
Cavab: Salam. Eybi yoxdur.
Sual: Sualı ünvanladı Telman: Salam.Suala gore artiq derecede uzr isteyirem.Menden......................................................
Cavab: Salam. Bu cavabı biz sizin e-maila yazacağıq.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Men ovladliq haqda sual vermiwdim
Cavab: Salam. Cavab verildi. Səhv etmiriksə e-mailınıza göndərildi cavab.
Sual: Sualı ünvanladı Ferec: qardaw o stipendiya meselesi ne oldu ? Rehberin defterxanasindan bu meseleye ne dediler ?
Cavab: Salam. Cavablara baxın. Cavab verilib.
Sual: Sualı ünvnladı Zaur: Salam aleykum. Sistani ağanın nəzərinə görə, əhli-sünnətdən olan imam-camaata iqtida etdikdə, həmd-surəni oxumaq lazımdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, lazımdır.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum. Ağa Sistani Orucluğun əvvəlini və sonunu digər müctəhidin hökmünə əsasən açmağa icazə verirmi? yoxsa yalnız onun öz hökmünü gözləmək lazımıdır? Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Orucluğun əvvəli və sonu üçün lazım olan odur ki, siz özünüz yəqinə çatasız ki, bu belədir.
Sual: Sualı ünvanladı Quliyev Sebuh: Salam Aleykum. Bir namaz qilan vilayetin ziddine olsa ona iktida etmak olar ya yox ?
Cavab: Ayətullah Xamenei-dəftərxana: Əgər həmin kəs zidd olması ilə yanaşı qeybət edirsə, töhmət vurursa onda iqtida etmək olmaz. Yox sadəcə qəbul etmirsə onda iqtida etməyin eybi yoxdur.
Sual: Sualı ünvanbladı Xanım: salam.menim heyat yoldasim namaz qilir,amma namehrem qadinlarla sohbet eleyir.bu nederecede dogrudu///onun qildigi namaz qebul olurmu/xahis eleyirem cavab yazin/tessekurler/.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onun qıldığı namaz qəbuldur. Əgər naməhrəmlə haram söhbət edirsə onda bu günahdır.
Sual: Sualı ünvanladı Nise: Salam...qiznan oglan sevgili oldugu mudetde hansi wertler esasinda goruwe bilerler hansi wertler esasinda kebin olanacan daniwa bilerlerki harama duwmesinler bu haqda yazsaz sevinerem...qabaqcadan minnetdaram.
Cavab: Salam. Əgər evlənmək istəyirlərsə zahiri görüb bəyənmək ya bəyənməmək üçün görüşə bilərlər. Bu da ki, bir və ya iki dəfə olmaq şərti ilə. Sonra isə artıq kəbin lazımdır. Kəbinsiz olmaz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı