www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Ferec: 1) wam ve xiften namazlarini ne vaxta kimi qilmaq olar ? 2) bu sualim belke de yaxwi sual deyil amma yene de bilmek isteyirem, qebul imtahani zamani Imam Zaman agadan komek istemek olar ? agani cagirmaq olar?
Cavab: 1-Gecə yarıya kimi;

2-Olar!

3-Bu sualı anlamadıq, aydın yazın!
Sual: Sualı ünvanladı Tehmasib: Salam Novruz bayrami Emirel Möminin bayramidi? Birde Mahniya qulaq asmaq gunahdi? Ama mahni adami aparirda bunun bir hokmu var? Minnetdaram
Cavab: Salam. Novruz milli bayramdır. Ayətullah Vəhid-dəftərxana: Haram musiqilərə (Şəhvəti təhrik edən, fəsad məclislərində olan) qulaq asmaq olmaz. Halal musiqilərə də qulaq asılmasa yaxşıdır.
Sual: Sualı ünvanladı mömin: Salam aleykum. Sistani ağanın nəzərinə görə, əgər mənim təqlid etdiyim müctəhid dünyasını dəyişsə, lakin mən onun təqlidində baqi qalsam, xumsumu kimə verməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Diri olan ələm mərcei-təqlidə.
Sual: Sualı ünvanladı Telman: Salam.Suala gore uzr isteyirem ve xais edirem maile gonderesiniz.Halal ....
Cavab: Salam. Bu sualı ünvanlayan qardaş e-mail adresini düzgün yazmayıb ki, cavabı onun e-mailına göndərə bilək. E-mail adresi düzgün yazsaz biz sizin xahişi yerinə yetirib cavabı e-maila göndərərik.
Sual: Salam.Yox cinsi rabite olmayib sadece elim eline deyme meselelerini nezerde tuturam
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işə görə istiğfar (bağışlanma diləyin) edin və tamam.
Sual: Sualı ünvanladı Eldar: Salam.Bunu bilmek isteyirdim.Sadece ilaraq bezen bezi suallari daha etrafli bilmek lazimdir ki uzlasdira bilek
Cavab: Salam. Aydındır.
Sual: Sualı ünvanladı Bəxtiyar: Salam. Bəzən fiqh kitablarında dinar və dirhəm terminlərindən istifadə olunur. İndiki dövrdə dinar və dirhəmin məbləği nə qədərdir? Xahiş edirəm ətraflı yazın.
Cavab: Salam. Siz bizə bu məsləni hansı risalədə oxuduğunuzu və məslənin nömrəsini söyləyin və biz məsələnin nə olduğunu araşdırıb sizə məlumat verək.
Sual: Sualı ünvanladı Bəxtiyar: Salam. Mən bir yerdə işləyirəm. Oranın maaşının yarısını dövlət verir və digər yarısını müdir rüşvətlə yığılan puldan bizə ödəyir. Bilmək istərdim bu yerdə işləməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu suala cavab vermədilər. Və mərkəzlə əlaqə saxlamamızı istədilər. Bizim də hələki belə geniş imkanımız yoxdur deyə üzürlü sayın. Əgər başqa mərcei-təqlidin dəftərxanasına ünvanlasız bu sualı, biz onlara müraciət edərik.
Sual: Sualı ünvanladı Ehmed: Salam Sistani Aga menim sualim bundan ibaretdir. Cemiyyet namazi qilarken tewehud yadimdan cixdi vezifem nedir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz təşəhhüdün qəzasını edin və onun ardınca iki səcdeyi-səhv edib, təşəhhüdlə salamı deyib bitirin.
Sual: Sualı ünvanbladı Eyvaz: salam aga Sistani insan omur boyu hec bir namaz qilmamaistir bu gun 70 yasinda vefat edib. Ovladlarina lazimdimi bu merhumenin en azi qezaya getmis ayet namazlarin qilmaq ve ya qildirmaq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sizə heç bir namazı qılmaq və ya qıldırmaq vacib deyil.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Eyni zamanda iki muctehide teqlid etmek olar?yeni ki,bezi meselelerde birinde,bezisinde digerine.ikisi de elemdirse olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eyni anda iki ələm müctehidə təqlidə başlamaq istəsə onda bir dəstə məsələlərdə bir müctehidə və digər bir dəstə məsələrdə digər bir müctehidə təqlid etmək olar. Əgər əvvəldən birini ələm bilib ona təqlid edibsə onda bu halda olmaz ikinciye keçsin.
Sual: Sualı ünvanladı Salam: Salam. Eleykum,kishi qadina talaq verdikden sonra da onun butun maddi ehtiyaclarin qarwilamalidirmi?onun ucun qalmaqa ev tewgil etmelidir yoxsa bu iw artiq ona aid deyil
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İddə müddəti bitənə kimi, bəli verməlidir. Amma qadının iddə müddəti bitdikdən sonra, yox.
Sual: Sualı ünvanladı Ferec: boynume cenabet quslu duwub, alt paltarim napak olub, walvarima deymeyib amma walvarimdan da meninin iyi gelir, bu zaman walvarim da napak olmuw sayilir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İy şalvarınızı nəcis etmir və şalvar napak deyil.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum qardaş. Mən təşəhhüddəki şəhadət məsələsində Sistani ağanı seçmişdim, amma cavabı Fazil (r) ağaya görə yazmısız. Xahiş edirem Sistani ağanın nəzərini yazasınız. caizdimi, haramdımı, məkruhdumu?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Risalədə yazılan kimi etməniz məsləhətdir. (Yəni belə deməməniz.)
Sual: Sualı ünvanladı Cabrayl: salam aleykum. Bakida bezi ayelerin tefsirini orgenmek coox cetindir, ona gore bura muraciyet elemeyi qerara geldim. Feth suresinin 18-19cu ayelerin tefsirini istiyecekdim...
Cavab: Salam. Bağışlayın, hələki belə bir imkanımız yoxdur ki, mərcei-təqlidlərin dəftərxanalarına ünvanlanmış sualdan başqa suala cavab verək.
Sual: Sualı ünvanladı Hebib: Assalamu aleykum ve rehmetullah.Bilmek isteyirem ne ucun ag balig, yani osetrin baliginin yeyilmesi haramdir?sebeb nedir?Allah teala sebebsiz hec neyi haram buyurmaz.Vessalamu aleykum.
Cavab: Salam. İnsana ziyanı var deyə. Əlbəttə bütün ağ balıqların yox. Pullu olanları yemək olar. Amma ümumiyyətlə fiqhdə Allahın əmrinə itaət olunur. Yəni səbəb ardıyca gedilmir. Allah belə buyurub və tamam.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Təşəhhüddə Həzrət Əlinin (ə) vilayətinə şəhadət vermənin hökmü nədir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu işi etməməniz məsləhətdi. Aga risalədə yazdığı kimi deyin, təşəhhüdü.
Sual: Sualı ünvanladı Zahir: Salamun eleykum su..........
Cavab: Salam. E-mayl adresinizi bizə təkrar yazın və biz bu sualın cvabını sizin e-maila göndərək.
Sual: Sualı ünvanladı Elwin: salamun aleykum! bilmek isterdim ki, her hansi bir qohum ve ya tanisin evine qonaq gederken ev yiyesi sufre acib yemek ikram edir. Eger verilen yemeyin daxilinde toyuq eti varsa men ne etmeliyem? mene vacibdirmi ki, ev yiyesinden bu toyuqun hansi toyuq ve ya hansi firmanin toyuqu olmasini deqiqlesdirim? yeni halaldir ya yox? Yoxsa bunlari ev yiyesinden sorusmaqa ehtiyac yoxdur?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Müsəlmanın açdığı süfrədə araşdırma aparmaq lazım deyil. Yəni ki, halaldır. Soruşmaq lazım deyil!
Sual: Sualı ünvanladı Elmar: Salam.Sefere cixdiqim zaman gedeceyim olkede 7 ve ya 8 gun bir sozle 10 gune qeder qalacaqimi yeqin bilsem bu halda nece ele gedeceyim olkede ele birinci gunden sefer namazi qilmaliyam?sefer namazinin niyyeti nece deyilir?meselen sybh namazi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: 10 gün tamam olmayacağını bilsəz, onda elə ilk gündən müsafir namazı qılmalısınız.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı