Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, Pandemiya dövründə Yas mərasimi təşkil etmək haramdır? Nəzərə alsaq ki sosial məsafə və digər vacibatlara əməl edilməyəcək.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Ümumi olaraq ictimai nizamı qorumaq üçün qoyulan dövlət qanunlarını pozmaq icazəli deyil. Üstəlik pandemiya dövründə yoluxma ehtimalı varsa bu iş icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam ağa qaban əti yemək olar ya haramdı?
Cavab: Aleykum salam.
Ayətullah Xameneyi-dəftərxana:
Qaban əti haramdır.
Təşəkkürlər.
Sual: Salam. Subh namazini qila bilmediyimiz gun diger namazlati qilmaq olarmi?
Ve qeza namazini istenilen vaxt qilmaliyam yoxsa yalniz her namazin qezasini oz vaxtında?
Xaiw edirem cavablandirardiz. Tewekkürler
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Müəyyən bir namaz qəzaya getsə belə digər namazları qılmaq vacibdir. Və qəza namazını günün istənilən vaxtında qılmaq olar.
Təşəkkürlər.
Sual: Salamun ələykum. Bişirilərək düzəldilən şokoladın daxilində kişmiş olarsa, həmin şokoladı yemək olarmı? Habelə, həmin şokolad mutənəccis sayılarmı? Öncədən təşəkkürlər.
Cavab: Aleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Həmin şokoladların yeyilməsi icazəlidir və nəcis sayılmır.
Təşəkkürlər.
Sual: Salam harama dusmemekden otru istimna etmek olar? Umumiyetle istimna hansi hallarda caizdir?
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
İstimna özü haramdır və heç bir halda caiz deyil. Günaha düşmək qorxusu varsa izdivac etməyiniz (müvəqqəti və ya daimi) lazımdır. Yaxud oruc tutmaq, namaz qılmaq və dua edib Allaha sığınmaqla şəhvət hissini günaha düşmək qorxusu aradan gedəcək həddə azaltmaq lazımdır.
Təşəkkürlər.
Sual: Salam mohure alnimi qoyanda goyerir mohursuz etsem gunah deyilki?birde secdeye getmek cox agrayiram olarki yere yox hundur bir yere mohuru qoyum namazi qilim
Cavab: Aleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Səcdə yerə və ya yerdən bitən və insanların yemədiyi və geyinmədiyi şeylərə olmalıdır. Buna əsasən möhürdən başqa adi daş, torpaq, yeyilməyən ağac yarpağı, kağız və bu kimi şeylərə də səcdə etmək icazəlidir. Lakin xalçaya səcdə etmək icazəli deyil.
Səcdə halında alın və dizlərin və ayaq barmaqlarının düşdüyü yer bir-birindən dörd bağlı barmaqdan hündür və ya alçaq olmamalıdır.
Təşəkkürlər.
Sual: Saqqalla xina qoymag namazi ve testamazi batil edermi
Cavab: Aleykum salam.
Ayətullah Sistani - dəftərxana:
Xeyir, batil etmir.
Sual: Salam...Yuxuda şəhvət hissi keçirdim..oyandıqdan sonra boynuma qusul gəlib gəlmədiyin dəqiqləşdirə bilmədim,ehtimal edirəm ki qusul həlib,amma tam əmin deyiləm,bu halda cənabət quslu almalıyam?,əgər almalıydımsa qıldığım namazların qəzasın qılmalıyam?
Cavab: Aleykum salam.
Ayətullah Xamenei - dəftərxana:
Əgər üç əlamət (şəhvət, sıçrayış və bədənin süstlüyü, yəni, boşalma halı) yoxdursa və ya bu əlamətlərin olub-olmamasına şəkk edirsizsə qüsl vacib deyil. Lakin başqa vasitələrlə bilsəz ki, xaric olan maye mənidir (məni yəni, sperma) qüsl etməlisiz.
Təşəkkürlər.
Sual: Salam, Əvvəlcədən təşəkkür edirik
1) Azərbaycanda Dini Toylardan Məddahlar Musiqi Calilar bu düzdürmü
2) və bəzi İlahiyyatçı deyiri ki bu düzdür zəhmət olmasa
deyərdiz
Təşəkkürlər, Allah Razı Olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər ifa olunan musiqi, haram məclislərdə ifa olunan musiqi ilə üst-üstə düşürsə və ya haram məclislərdə ifa olunan musiqiyə uyğun olarsa haramdır. Əks halda haram deyildir.
Təşəkkürlər
Sual: Wehid qusl olunurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
Əgər haqq cəbhəsində batilə qarşı döyüşərsə və elə döyüş zamanı döyüş meydanında şəhadətə yetişərsə, bu zaman qusl verməyə ehtiyac yoxdur.
Təşəkkürlər.
Sual: Salamun aleykum.evvelceden uzur isdiyirem hamileyem usaqın dusme tehlikesi var .qan gelir .gelen qanin hokmu nedi? Həmin vaxtların qəzası var?
Varsa çimmeye icaze yoxdu deye isdənilən vaxd qusul ala bilmirem
Təyənmum alıb qılmalıyam? Əvvəlcədən çoxsaqolun
Cavab: Salam. Ayətullah Xanenei-dəftərxana:
Bu qan istihazə qanı adlanır. Gələn qanın çox və ya az olmasından aslı olaraq istihazənin üç növü vardır. Əvvəlcə istihazənin hansı növünə aid olduğu təyin olunamalı, sonra ona uyğun əməl edilməlidir. Odur ki, bu məsələ ilə bağlı risaləyə müraciət etməyiniz münasibdir.
Amma, hər bir halda əgər vəzifəniz qusl almaq olarsa və qusl almağa da həkim icazə vermirsə qusl əvəzinə təyəmmüm almalı və ibadətlərinizi yerinə yetirməlisiniz.
Təşəkkürlər.
Sual: Salam, Nəcis bulaşmış bir stolun üstü necə paklanmaldır? Sulu əsgi ilə paklamaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
Nəcisin eyni aradan apardıqdan sonra, su ilə yumaq lazımdır.
Amma yaş əski ilə sildikdə nəcis paklanmaz.
Təşəkkürlər.
Sual: Salam bir genc kisi vaxtinin coxunu dosdlari ile kecirir ve geri qalan bos vaxtlarinda sosial sebekede. Ailesine xanima vaxt ayirmir maraqlanmir oz sevgisinden eskik edir bu kisinin hokmu nedir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
Kişi ailəsinə lazımı qayğını göstərməli və onun ehtiyaclarını ödəməlidir. Amma qadın da bu məsələdə çox həssaslıq etməməlidir. Çalışmalıdır ki, öz əməlləri ilə həyat yoldaşının diqqətini çəksin və onu özünə cəlb etsin.
Təşəkkürlər.
Sual: Şəf' namazında qunut tutulur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
Bəli, şəf' namazında qunut tutulur.
Təşəkkürlər.
Sual: Borclu olduğum borcunu istəyir və mən qaytara bilmirəm?
Cavab: Salam. Bağışlayın biz yalnız əhkamla bağlı sualları cavablandırırıq.
Təşəkkürlər.
Sual: Namazda Əmirəl möminən yəni Əliyyən Vəliyullahı deməliyik?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
Zikr olaraq deməyin eybi yoxdur. Amma namazın bir hissəsi kimi demək bidət sayılır və demək olmaz.
Təşəkkürlər.
Sual: Salam Aleykum
Evlenmek üçün nə etmek lazımdı?
Artıq 21 yaşım var şeytanın vəsvəsəliri çoxalır məni yolumdan çıxarmaq istəyir. Bir neçə dəfə olub artıq ədəbsiz şəkil görüb ona baxmışam ama peşman olmuşam tövbe etmişəm bilmek istiyrem ki neçə edib bunların qarşısını ala bilerem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
İmkan həddində evlənməlisiniz(şəraitə uyğun olaraq ya daimi, ya da müvəqqəti).
Əgər evlənmək mümkün deyilsə Allaha təvəkkül edərək səbr etməli və şəhvət hissinin oyanmasına səbəb olan mühitlərdən(məsələn sosial şəbəkə və.s) uzaq qalmalısınız. Oruc tutmaq və bir sıra zikrlər deməklə günah etməməyə çalışmalısınız.
Təşəkkürlər.
Sual: Bir mömin öz şeherinden başqa bir şəhərə işləməyə gedibsə və o getdiyi şəhər öz seherimden 90km dən çoxdur. Bu zaman namazlarını necə qılınmalıdır.
Və nə vaxt qayidacaqini bilmir. Aylarla burda qalmaq fikrindədir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Namazını kamil qılmalıdır.
Təşəkkürlər.
Sual: Salam, Vacib namazlarda və qüsullarda niyyəti dilə gətirən zaman nə deyilməlidir. Keçmişdə misal üçün bir adam bilir ki namaz vacib əməldi amma namazda niyyətin dilə gətirəndə Qürbətən Iləllah deyib, bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:
Niyyəti dilə gətirməyə ehtiyac yoxdur. İnsan şəriətin buyurduğu hər hansı bir işi (məsələn: namaz, qusl) görərkən qəsdi o işi Allaha xatir görmək olsa kifayətdir.
Amma kimsə niyyətini dilə gətirsə yenə də bir eybi yoxdur.
Həmçinin vacib namazı qılarkən niyyətdə "qurbətən iləllah" demək namazı batil etməz.
Təşəkkürlər.
Sual: Salam olsun Seyyidə Seyyide bereketli omur arzu edirem
Sual.1.Aga bizim telefonlarda şiə azan programi var,orda gun çixma deyilen bi vaxt var yeniki o vaxdacan subh namazin qila bilersen hemin o vaxdacan subh namazin qilmagimizin işqali var ya yox???
Sual.2. Eyer bir şəxsin usdu necisdi yadaki qanayib,hemin şəxs dəsdəmaz alıb sonra o murdar olmus yerləri pak edib namaz qilsa onun namazi(desdemazi) duZdu???
Cavab: Salam. Ayətullah Sistani dəftərxana:
1-Əgər o proqramın düz olmasına xatircəmliyiniz varsa, namazınızı ona uyğun qılmağınızınbir maneəsi yoxdur.
2-Bəli, düzdür. Lakin diqqət etmək lazımdır ki, dəstəmaz üzüvləri dəstəmazdan öncə pak olmalıdır. Amma bədənin digər üzüvlərinin dəstəmazdan öncə nəcis olması dəstəmazı batil etməz.
Təşəkkürlər.