Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Eldar: Salam.Destemaz aldiqdan sonra elime necis,sidik ve ya sperma deyerse destamaz batil olur?bu suala cavab olaraq yazmisiniz ki destamaz batil deyil.Amma-bu suala bele cavab vermisiz: Əssalamu əleykum. Mən gəncəm. Belimdə çox vaxt sızanaqlar (prişik) olur və qanayıb paltarımı da batırır. Lakin miqdarı şəriətdə icazə verilən həddə olur. Əgər bu qan tərlə qarışsa onunla namaz qılmaq olarmı?----Salam. Ayətullah Xamenei-dəftərxana: Qan tərə qatışsa sizin tərli yer nəcis olur və siz yuyunub paklanmalı olursuz.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəcis, sidik və spermanın ələ dəyməsi dəstəmazı batil etmir.
Sayt tərəfinfən: Aşağıdakı cavabın yuxarı ilə nə əlaqəsi var?! Bir əlaqə yoxdur!
Sual: Sualı ünvanladı Gülnarə: Qelyan haramdir yoxsa halal? qadin ki$i ferqi yoxdu? Birde Namaz qilan qiz gözune sürme, qara qelem çeke biler? Bu i$in bir hökmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qəlyan və istənilən bu kimi şeylər cana həlakedici ziyanlı olduğu təqdirdə haramdır. İstəyir qadın, istəyir kişi olsun, fərqi yoxdur.
Sürmə və bu kimi şeylər zinət zayıldığı üçün naməhrəm qarşısında haram sayılır.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Mən gəncəm. Belimdə çox vaxt sızanaqlar (prişik) olur və qanayıb paltarımı da batırır. Lakin miqdarı şəriətdə icazə verilən həddə olur. Əgər bu qan tərlə qarışsa onunla namaz qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qan tərə qatışsa sizin tərli yer nəcis olur və siz yuyunub paklanmalı olursuz.
Sual: Sualı ünvanladı Quliyev Sebuhi: Salam Aleykum.camat arasinda Alim kimi taninan kes ......................................
Cavab: Salam. Sualınız aydın deyil. Sualı aydın yazın. Təşəkkür!
Sual: Sualı ünvanladı Elshad: ASSALAMU ALEYKUM.Xahiw edirem sualimi cavablandirin.Men 15 il bundan qabaq aile qurmuwam....
Cavab: Salam. Siz sayta e-mail adresini yazmısız. Biz sizin e-maila yazdıq amma cavab almadıq. E-mail adresini bizə düzgün yazın. Və cavab verin. Təşəkkür!
Sual: Sualı ünvanladı Ferec: sesle qilinan namazlarda tekce hemd sure ve ixlas suresin sesle demek olar ? yoxsa butovlukde rukudaki, secdedeki, tewehhuddeki sozler de sesle deyilmelidir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yalnız Həmd və Surə.
Sual: Sualı ünvanladı Emin: Salam.Iran Islam Respublikasinda yeni ili mominler ne vaxt.............
Cavab: Salam. Xahiş edirik sayta şəri sual göndərin. Təşəkkür!
Sual: Sualı ünvanladı Eldar: Salam.Öz ürfünüzə baxın deyəndə yəni urfünüznə deməkdir
Cavab: Salam. Yəni yaşadığınız cəmiyyət.
Sual: Sualı ünvanladı Qasim: salamun aleykum.xais edirem imkan varsa cavsbi tez gonderesiz.qabaqcadan tesekkurler...vacibi namazlarda iqame demek vacibdir yoxsa musteheb?
Cavab: Salam. Vacib deyil, müstəhəbdir.
Sual: Sualı ünvanladı Ferec: colde ayaqqabi ile Namaz qilmaq olar ? yoxsa mutleq cixartmaq lazimdi ? bir istisna var ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namaz qılmaq üçün ayaqqabı çıxmalıdır. İstisnadır çıxması mümkün olmayan hal.
Sual: Sualı ünvanladı Ferec: Dua yazmaq, yazdirmaq pul ile olar ? menim seyid qohumum var o meselen dua yazir cox vaxti kimlerese, meselen bir aile yaxwi yola getmir, onlarin munasibetleri duzelsin deyene dua yazir evlerine qoyur o duani, bawqa meselen birinin qorxusu var , onun qorxusunun getmeyinden yana dua yazir, sonra meselen iki cutluk evlenmek isteyirse onlarin her ikisinin anasinin adin yazir ve bilmirem ne edirse axirda Qurani acib istixare edir yaxwidi ya pisdi bunu deyir. bu iw caizdir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onun gördüyü işlər halal işdirsə onda onun aldığı pul haram deyil.
Sual: Sualı ünvanladı Abdullah: salam aleykum. bir neçə il əvvəl mənə aid olan bir musiqi aləti(simli) satmışam və pulu gündəlik tələbatlar üçün xərclənib.sonradan musiqi aləti satışının batil əməl olduğunu öyrəndim. bu halda mənim vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Həmin şeyi satdığınız adamı tanıyırsızsa gedib ona pulu qaytarın və həmin aləti geri alıb onu məhv edin. Yox tanımırsızsa həmin pulu fəqirə sədəqə verin.
Sual: Sayt tərəfindən. Cümə günü dəftərxanalar tətil etdiyi üçün biz də tətilik. Dəftərxanalar açıq olan müddətdə gələn bütün suallara cavab verilib, bircə Ayətullah Vəhidin dəftərxanasına ünvanlanan bir sualdan başqa ki, texniki səbəblərə görə bu sual cümədən sonraya qaldı.
Cavab: Cüməniz mübarək, cümə namazlarında sizlərdən dua istəyi ilə...
Sual: Sualı ünvanladı Ferec: Men kollecde oxuyuram, kollece yuksek balnan girdiyime gore ayda stipendiya aliram, lakin indi universitete hazirlawdigim ucun kollece derse getmirem, bu zaman menim o stipendiyadan istifade ede bilerem ?
Cavab: Salam. Siz kollecdən icazə ilə qalırsız yoxsa icazəsiz?
Sual: Əssalamu əleykum. İnternetdə nə qədər axtarsam da Seyid ....
Cavab: Salam. Hörmətli oxucu biz şəri suallara cavab veririk. Xahiş edirik şəri sual göndərin.
Sual: Salam: Men $ükr namazi qilmaq istiyirem Bu subh namazi kimi qilinir? Ama niyetde deyirsen sukr namazi qiliram bu beledi düzdü?
Cavab: Salam. Bəli, belədir. Müstəhəb namazda azan və iqamə də yoxdur.
Sual: Sualı ünvanladı Tehmasib: Sidiyli halda mescidde namaz qilmaq olar?Yeni yuyunmur xestedi! Birde 240 km yol gedecem (qonaq) orda qildigim namaz sefer namazidi? Yeni niyyetde diyecem sefer namazi qiliram Yoxsa nece Demeliyem? Zehmet olmaza basa salin Minnetdaram
Cavab: Salam. Bəli, olar. Amma ehtiyatı əldən verməyin ki, məscid bulanmasın.
Ayətullah Xamenei-dəftərxana: Bəli, səfər namazıdır. Əgər orda 10 gündən çox qalacaqsınızsa öz kamil namazınızı qılmalısınız. Amma 10 gündən az qalsaz onda müsafir namazı qılmalısınız.
Sual: Sualı ünvanladı Valeh: Salam: Namaz qilan oglan (subay) Aletinden sberma xaric ede biler? adi vaxtlarda Bunun hökmu nedi?
Cavab: Ayətullah Xamenei-dəftərxana: Salam. Bu iş böyük günahdır.
Sual: Sualı ünvanladı Altun: Salam kishinin qizil dish qoydurmasi haramdi?.... Ayetullah vahidin defterxanasindan sorushmanizi xahish edirem...
Cavab: Ayətullah Vəhid-dəftərxanası: Xeyir, haram deyil!
Sual: Sualı ünvanladı Ayyub: mumkundurmu ki muxtelif şerii bolmelerin ayri ayri muctehidlere teqlid olunsun?
Cavab: Salam. Xeyir, ürəyin istəyi ilə belə şey mümkün deyil. Amma əgər iki müctehid olsa ki, ələmlikdə eynidirlər, yəni müctehid olmaq baxımından bərabərdirlər, onda müxtəlif bölmələrə aid olan məsələlərdə iki müctehidə təqlid etmək olar.