Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Eldar: Salam.Qumar aleti olub olmamasini nece teyin edek?Meselen nerdin olkemizde ele olur ki yarislari kecirilir yeni idman oyunu kimi amma nerdi maddi maraqla da oynayanlar var biz nece teyin edek?hemcinin de diger oyunlar
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz öz ürfünüzə baxıb təyin edin.
Sual: Sualı ünvanladı Emin: Salam.Bes niye mescidlerde deyirler ki olmaz 31 dekabr yeni ili kecirtmek.Isa peyqemberin anadan olduqu gundu ele ise 124 min peyqember olub ve bize adi gelib catan peyqemberlerin hamisinin movludu qeyd edek.Butun bunlara esaslanaraq bu caizdir?
Cavab: Salam. Biz demədik ki, İsa peyğəmbərin ad günüdür deyə yeni il keçirin. Biz sadəcə yeni ili keçirməyin bir eybi olmadığını qeyd etdik. Əlbəttə ki, harama düşməmək şərti ilə. Amma hansısa peyğəmbərin təvəllüdün keçirməyə gəldikdə bu yaxşı işdir.
Sual: salamu aleykum sual yox sadece fikir bildirmey isterdim. Allah celle celal bu iwlerde size yar ve yardimci olsun inweAllah!!amma daha da cox bele saytlar olsa gozel olar.....guclu bacarmirig oncunda axir vaxtlar nece nece wiyeler eqidelerin deiwirler mence buna ustunluk vermek lazimdi,bu gun genclerin cox hissesi internetden istifade edir dimek olarki butun gencler,ona gorede goruntulu videolara her hefte derslere ehtiyac var .. belke de bu movcuddu lakin hec ortaliga cixmir bununcun birlewib nelerise etmek lazimdi İOslami gozel catdirmagcun!!meqsedimiz devet olmalidir!!
Cavab: Salam. Diqqətinizə görə təşəkkür, biz əlimizdən gələni edərik, inşaallah.
Sual: Sualı ünvanladı Ferec: saqqali lezva ile qirxmaq haramdir, bes saqqalin etrafinin lezva ile duzeliw etmek olar ? ki seliqeli olsun, yoxsa onu da mawinla etmeliyem ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Saqqalın əlt tərəfin lezva ilə islah etməyin eybi yoxdur. Amma saqqalın üstün, yəni yanaqları lezva ilə islah etmək olmaz. Yalnız orda çıxan tək-tük tükləri lezva ilə islah etmək olar. Amma lezva elə vurulsa ki, saqqalın yanağa tərəf kənarından götürsün, bu işin işğalı var, olmaz.
Sual: Sualı ünvanladı Fərəc: Qaranliq otaqda Namaz qilmaq olar ? tam qaranliq yox azca iwiq duwur ki, men nese gorem, bu cur Namaz qilmaq olar ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Ummu Esma: salam. iwa namazinin vaxti giribse ve teze namaza durmuwamsa yani ya elimde iw olub, ya oz sehlenkarligimin ucbatindan,megribi eda niyyeti ile qilim yoxsa qeza??neceki megribin vaxtinda megribi qilannan sora iwani qila bilirik,onda iwanin vaxtinda da megribi qilib sonra iwani qilmag olar???
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əda niyyəti ilə qılın.
Sual: Sualı ünvanladı SELEFY: salam aleykum. aydindir imkaniviz yoxdur amma suali yarimcig yazmiyin bura butov yazinki belke oxuyub suallarim haqda duwunub arawdiranlar oldu!!noqte noqtenin yerine tam suali niye yerlewdirmemisizki??
Cavab: Salam. Sualda olmayan şeyi yazmışdız deyə belə etməli olduq. Üzürlü sayn, təşəkkür!
Sual: Sualı ünvanladı Quliyev Sebuhi: Salam Aleykum.imamlarin dovrunde yasadigi zamanda ve yaxud imam zaman geldiyi zaman,Müctehidlerimiz fetva ver bilerim?xayis edirem tez cavablayasiz.minetdaram cox sagolun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, İmamdan hökm almaq olan yerdə xalqın İmamdan qeyrisinə müraciəti düzgün deyi. Amma istisnadır ki, İmam özü kiməsə bunu əmr etsin.
Sual: Sualı ünvanladı Eldar: Salam.Seyidlerin ziyaretgahina getmek olar?YEni ziyaretgahlara gederken hemin seyidlerden deyil Allahdan o seyidlerin xetrine muskulumuzun hellene istemeliyik.Meselen Mir Mohsum aqanin ziyaretine gedende bele deyirik Mir Mohsum aqanin ismi xetrine ay Allah menim filan muskulumu hell et.Bele demek duzud?
Cavab: Salam. Bəli, olar.
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Evli qadinla siqe elemek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, olmaz. Bu böyük künahdır.
Sual: Sualı ünvanladı Emin: Salam.Yazmisiniz ki- Muselmanlarin 31 dekabr yeni il kimi kecirmesi caizdir.meger Muselmanin yeni ili Novruz bayrami deyil?
Cavab: Salam. Bu o demək deyil ki, müsəlmanların yeni ili 31 dekabrla olmalıdır. Caizdir, yəni ki, eybi yoxdur.
Sual: Salam.Yazmisiniz ki domino,nerd ve shahmat,oynamaq caizdir eger qumar aleti sayilmirsa.Bunun bir az genis sekilde aciqlamasini verin.Suallardan birine cavab olaraq yazmisiniz ki shahmat idman oyunlarinda oynalinirsa qumar aleti sayilmir.Bu cavaba esaslanaraq deye bilerik ki idman yarislari kimi hansi oyunlar kecirilmirse demeli hemin oyunlar qumar aleti sayilir?
Cavab: Salam.Yox, belə deyə bilməzsiniz. İdman aləti olmayan çox oyunlar var ki, həmin oyunlar qumar aləti sayılmır. Amma şahmat barəsində idman sözünün işlənməsinə gəldikdə, bu sual gündəmdə olan sualdı ki, şahmat qədimdə qumar aləti olub və hal hazırda idman oyunarı sırasındadır deyə belə yazmışıq. Əlavə olaraq bunu deyək ki, biz hökmü ümumi deyirik. Yəni biz təyin etmirik ki, nə qumr alətidir nə qumar aləti deyil. Çünki məntəqələrdə bu fərq edə bilər və ixtilaf yaranar. Hökm isə belədir: Ayətullah Xamenei-dəftərxana: Qumar aləti olmayan oyunları oynamaq olar.
Sual: Sualı ünvanladı Selefy: Bismilleh. salam aleykum. beli ehli sunne vel camaatda qiyas etmek .......cavablarivizi gozduyurem ...
Cavab: Salam. Biz sizin keçən sualınıza istisna kimi cavab verib xahiş etdik ki, fiqhə aid elə suallar göndərin ki, mercei-təqlidlərin dəftərxanalarından cavab ala bilək. Çünki başqa sualları cavablandırmaq üçün araşdırma aparmaq lazımdı, bizim də hələki buna imkanımız yoxdur.
Sual: Sualı ünvanladı Zeyneb: Salam Aleykum! Menim kecen ilden qeza oruclarim qalib, qezalarimi Ramazana qeder tutmasam keffare odemeliyyemi,?bundan evvelki illerdende qezalarim qalib. Bu vaxta kimi qalan qezalarimin keffaresini nece hesablamaliyam? Allah komeyiniz olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər gələn ramazana kimi qəza orucları tutmasanız bir günün müqabilində 750 qıram təam (büğda və sair bu kimi şeylər) kəffarə verməlisiniz. Bu vaxta qədər qalan qəzalar deyəndə hansı qəzaları nəzərdə tutursuz? Ümumiyyətlə dinlə tanışlığınız yox idi, yoxsa necə? Bizə ətraflı izah verin.
Sual: Sualı ünvanladı Aciz Qul: burda sual cavablari oxuyanda bezi sozlernen rastmawdim inweAllah melumat versez gozel olar.CIMA etmek nedir??ISTIMNA etmek nedir????HANSI HALLARDI BU HALLAr?
Cavab: Salam. Cima deyildikdə qadınla cinsi rabitə, istimna deyildikdə isə insanın özünün özündən sperma xaric etməsi nəzərdə tutulur ki, bu iş böyük günah sayılır.
Sual: Sualı ünvanladı Zaur: Salam əleykum. Ağanın (r) vilayəti-fəqih barədə nəzərini bəyan etmənizi xahiş edirik.
Cavab: Salam. Bu suala dəftərxanadan cavab vermədilər.
Sual: Sualı ünvanladı Ummu Esma: salam. vacib namazlarimizin qezasi variken mustehebi qilmag olarmi???gece namazida mustehebdi,qezalari olan wexscun caizdirmi gece namazi qilsin??ve yaxutda diger,tehiyye,ziyaret,hediyye,hacet kimi namazlari olar qilmag 1nece illerin qezalari varke??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar.
Sual: Sualı ünvanladı Zehra: salam aleykum. Linza taxanlar destemaz alanda cixartmalidilarmi???destemazcun maneye yaradirmi linza?optik linzadan gedir sohbet.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Linza gözə taxılır. Yəni gözün içinə. Dəstəmaza onun bir adiyyatı yoxdur. Yəni çıxarmamalısınız.
Sual: Sualı ünvanladı Tale: Birden Qonaq getdiyim yere yadimdan cixdi paltar aparmadim bes onda hemen gun namaz qilmamaliyam???
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Öz övrətinizi örtmək həddində pak libasntapn və namazı pak örtüklə qılın. Amma əgər bu da mümkün olmasa və namaz qəzaya gedirsə onda sidikli paltarla da qılmaq olar.
Sual: Sualı ünvanladı Bende: Salam əleykum. Zöhr və əsr namazlarını gün batan kimi qılmalıyıq yoxsa, şam azanına qədər? günbatanla şam azanı arasında 20-25 dəqiqə fasilə olur. Bu fasilədə zöhr və əsr qəzadırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Günbatana kimi qılınmalıdır. Amma günbatanı keçsə niyət edərkən boynumda olanı götürmək niyyəti ilə qılın.