www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Zeyneb: Salam Aleykum usuliddin nedir? Mumkundurse izah ede bilersuz?! Allah razi olsun!
Cavab: Salam. Üsuli-din, dinin beş əsası sayılır.

1-ci: Tövhid-Allahın birliyi

2-ci: Ədalət-Allahın ədalətli olması

3-cü: Nübüvvət-Peyğəmbərlərin haqlığı

4-cü: İmamət-İmamların haqlığı (peyğəmbərlərin canişini olmaları)

5-ci: Məad-Ölümdən sonrakı həyat
Sual: Salam Aleykum! men rehbere teqlid edirem, Sistani aganin risalesinde bir hokm gormuwdum bu haqda rehber yazmayib, o budur ki, Namaz esnasinda derinden nefes alib off etmek namazi batil edir, bu hokm mene de aiddir yoxsa ancaq Sistani aganin muqellidlerine ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Rəhbər də o haqda yazıb. Of deyilərsə namaz batil olur. Hər müqəllidə onun təqlid etdiyi müctehidin göstərişlərinə əməl etmək lazımdır.
Sual: Sualı ünvanladı Ummu Esma: assSelam aleykum!destemaz alib megribi qilanan sonra gedib yimey yeyib ve ya yimeyden sonra eli tezden suya salmag yumagcun elleri,,destemaza zerer yetirirmi??? sonra hemin destemazla iwani qilmag olarmii??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, qılmaq olar! Dəstəmazı pozmur sadaladıqlarınız şeylər.
Sual: Salam. Kəndimizdə qorxunu çıxartmaq üçün ot və parçanı yandıraraq bədənə vururlar,yəni çıldaq edirlər. Bu bidət ola bilər?
Cavab: Salam. Bəli!
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam. Həddi-büluğ yaşına çatmayan qızın,oğlanın bilərəkdən etdiyi günahın cəzası var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cəzası yoxdur, amma kərahəti var.
Sual: Salam. Göz dəyməsin deyə,bizdə başa duz dolandırırlar. Bu dində icazəlidir?
Cavab: Salam. Dində belə şeylə rastlanılmır.
Sual: Sualı ünvanladı Hamit-Cinarli: essalamun aleykum.Aqa size sualim budur,xaiw edirem etrafi yazasiniz belke bezi Xanimlar netice cixarar.Cox Xanimlar oz aralarinda gizlin soyunce daniwirlar Refiqeleriyle.Bu ne qeder duzgundur? Islam dini bu cur Xanimlara nece baxir?Bezen zarafati bele ifrat derecesinde edirler.Onceden minnetdariliqimi bildirirem.Allah razi olsun.
Cavab: Salam. Həzrəti peyğəmbərdən nəql olunan bir hədisdə buyurulur ki, cəhənnəm əhli içində dörd dəstə var ki, onlardan cəhənnəm əhli iyrənər. O dörd dəstənin biri söyüşlə danışanlardır. Onların ağzından qanlı çirk axar.

Zarafat yoxsa doğru, söyüş İslam tərəfindən günah sayılır.
Sual: Sualı ünvanladı Kamal: salam men gece yatanda paltarima necis deymisdi.paltarimi deyiwdim.namaz qilsam batil deyil
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər bədəninizə deyibsə, onda bədəni yuyub paklayın. Əks halda namaz batildir.
Sual: SALAM,WAHMAT NIYE MUTLEQ HARAMDIRKI??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şahmat qədimdə qumar aləti olub. Hal-hazırda qumar aləti olmasından çıxıbsa və idman oyunları sırasına daxil olubsa onda halaldır. Yox əgər qumar alətidirsə onda haramdır.

Sual: Sualı ünvanladı Zeyneb: Salam uzr isteyerek demek isteyirem , men muctehid secerken Sistani agani secirem cavablar Fazil Lenkaraninin dfter xanasindandir . tekrar uzr isteyirem ,meqsedim irad tutmaq deyil bagislayin
Cavab: Salam. Buvaxta kimi siz Sistani ağanı seçirdiz. Amma sonra Fazil Lənkərani ağanı seçdiz. Ehtimalən əliniz toxanıb, bilmədən. Birdə yoxlayın, görək necə olacaq. İrad tutsanızda eybi yoxdur. İrad olmayan yerdə inkişaf yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.Oruc niyyet etmiwemki 1 ay tutaram,7 -ci gun gunorta azaninnan sonra bawim agradi ve qusdum ve baw agri dermani atdim .Orucum pozuldu.Evvelcede tewekkurumi bildirirem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sizin orucunuz batil olub.
Sual: Sualı ünvanladı (ad yazılmayıb) Salam aleykum. Vəliyyi-fəqih hansı səviyyədə vilayəti var? Ona hansı məsələlərdə itaət olunmalıdır?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Hər kəs öz mərcei-təqlidinin buyuruğuna əməl etsə bu yönümdə vəzifəsinə əməl etmiş olur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Qumar məqsədi güdmədən,hər hansı bir mənfəət ya da itki olmadan,dostlar arasinda birlikdə kafe, çayxana, ev və sairə kimi yerlərdə domino,nərd oynamaq olar? Bu suala Ayetullah Fazil Lenkeraninin defterxanasindan cavab vermishdiniz.. Bir de xahis edirem Ayetullah Sistani aganin da defterxanasindan sorushasiniz..... Sag olun..
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qumar aləti sayılmayan oyunları oynamaq halaldır. Amma Şahmat mütləq haramdır.
Sual: Sualı ünvanladı Qwerty: Salamun aleykum mehemmed peyqemberin movludu hansi aydadi
Cavab: Salam. Rəbiül-əvvəl ayının 17-si.
Sual: Sualı ünvanladı Tale: Bes men qonaq getdiyim yerde teze paltari hardan tapim eynimdekine azca sidiy deYib bes onda nece olacaq hemen gun orda namaz qilmiyacam?Bunuda fikirlesinde zehmet olmasa Bu terefide var axi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qonaq gedərkən özünüzlə paltar aparın. Bir dəst təmiz paltar. Paltarı dəyişib, qılın.
Sual: Sualı ünvanladı Hamidə: Salam.Sualimi cavablandirdiginiz ucun minnetdaram.Men namaz qilmagi semimi qelbden isteyirem.Lakin qorxuram,sebebini hec ozum de bilmirem Bizim mekteb de ne Quran oxumaga,ne de hicab baglamaga qoymurlar.Bu ne derece de duzgundur?
Cavab: Salam. Namaz insan həyatında ən mühüm şeydir. Bu addımı atıb, namaza başlasanız Allaha tərəf ilk addımı atmış olursunuz. Çəkinməyin, namazda qorxulu nəsə yoxdur. Bismillah deyib başlayın.

Hicabı qadağan etmək, Quran oxumağı qadağan etmək dinlə düşmənçilikdir. Allah Onun dini qarşısında duranları əbədi olaraq cəhənnəm oduna daxil edəcək.
Sual: Sualı ünvanladı Zeynəb: SALAM... bildirdiz ki , meherremlikde eyni hokumdedi. bes ehli-beyt ezadarliqlarinda, bayramlarda ,cumelerde olunan moizelerden nece istifade etmeliyem? her moized bir sey oyrenirem. birde bunu bilmek isteyirem ki, hedislerle hokmler ust-uste dusmur bezen ele bu sadaladigim movzular olsun yeni hedislerden istifade ederken hokumleri nezere almaliyam? bilirem bu suallar savadimin azligindan emele gelir, amma mene qaranlig oldundan anlamaq isteyirem. ALLAH YARUVUZ OLSUN!!!
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Moizə eşitmək vacib deyil. Amma məscidə getməniz də haram deyil. Evdə ibadət xanımlara daha üstündür və müstəhəbdir. Siz bugün özünüzə lazım olan əhkamı sayt vasitəsi ilə əldə edə bilirsiz ki, naməhrəmlər qarşısına çıxmırsız. Amma yenə də ixtiyar öz əlinizdədir. İstəyirsiniz məscidə gedin. Amma getməsəz, evdə ibadət etsəz, Allah bunu məscidə getmənizdən daha çox sevir.
Sual: Sualı ünvanladı Zeynəb: Salam bilmek isteyirem bele bir hedis varmi, :Allah bezen oz bendelerinin subh namazina durmagina mane olur ki, tekebbur hissi yaranmasin. hedis tam olarag yadimda deyil , amma umui mezmun bu idi. bunu cavablandirsaz minnetdar olaram ... allah komeyiniz olsun!!!
Cavab: Salam. Biz belə hədislə rastlaşmamışıq. Amma bu hədisi hansı kitabda gördüyünüzü bizə desəniz araşdırma aparıb sizə məlumat verərik.
Sual: Salam, eziyyetuvuzu halal edun. men hicabliyam ve oxuyuram bununla elaqedarda tam hicabima uyun geyine bilmirem, enli paltar, sineye catacag qeder hicab istifade ede bilmirem yeni muhutu nezere alib bele etmeliyem yoxsa rehberliyin ziddine getmeliyem ? 2) kasmetika zinetdirmi? 3) namehremi muayine etdikde elcekden istifade etmeliyemmi? allah sizden razi olsun ve axiretde ehli-beytle meshur etsun!!!
Cavab: Salam. Ayətullah-Fazil dəftərxana: Gərək hicabınız və geyiminiz İslam deyən kimi olsun. Əgər belə deyilsə onda günah edirsiniz. Rəhbərliyin ziddinə olsa belə.

Kasmetika zinətdir-naməhrəm qarşısında haramdır.

Naməhrəm müayinə etdikdə imkan həddində əlcəkdən və ya elə bir vasitələrdən istifadə edin ki, əliniz toxanmasın.
Sual: Sualı ünvanladı Ummu Esma: salam aleykum!rehberin hokmune gore sehih qusl nece olmalidir??men suyu ayag uste saclara bir nece defe yani bawi qabaga eyib yalniz sac ve qulaglara,sonra uze birnece defe,sonra boyundan,sora sag ve sol tereflere tokurem hamisinda qeti wekilde 3defe yox cox olur cunki herterefe deymesine emin olmagcun ureimde wubhe qalmamasi ucun 3den artig tokurem?bu hal israf sayilirmi??ve salavat dimey vacibdiki yoxsa dimemeyde olar??ve duwda yox kruwkayla su tokurem die ewitmiwemki her harava su tokursense sag elle suyu leyenden goturmelisen yani sag terefe misalcun su tokursense ele sag elle suyu kruwkaya goturub sol ele verib sag terefe tokursen bucur etmey dogrudu yoxssa bu xirdaliga coxda fikir vermek lazim deil??ve sonda ayaglarin altina su tokende sag terefe tokende sag ayaga tokum yoxsa sag sol ciyini yudugdan sonra sag ve sol ayaglari(penceleri)ardicil yuyum??yoxsa hec bir ferqi yoxduu??ve ciyinlerden su tokerken hemin terefdeki qulaga da tokmek olar yoxsa mutleq ciyinden awagiya getmelidi??ve niyyet ederken bir nece quslu vermek olarmi yoxsa ayri ayri olmalidir?misalcun heyz ve cenabet quslun bir yerde niyyet edib quls almag olarmi??ve ya cenabet ve cume qusllarin bir yerde?olarsada nece niyyet etmek lazimdi cunki biri vacib digerise mustehebdi??niyyeti men bele edirem "heyz ve cenabet quslu aliram beden pak olagcun vacib qurbeten ilellah" duz deyirem???ve uzu qibleye durub qusl almagin hokmu nedir???ewitdiyime gore beyenilmir,dogru ewitmiwem??evvelceden size tewekkur edirem,Allah cumlenizden razi olsun, tez cavablandirsaz sevinerem salam aleykum va rahmetullahi!!!
Cavab: Salam. Ayətullah-Xamenei-dəftərxana: Qüsldə birinci baş, ikinci sağ tərəf, üçüncü isə sol tərəf yuyulur. Meyar bədənin istanmasıdır və dəfə söbəti yoxdur. Boş yerə artıq su işlətmək əlbəttə ki, israf və günahdır. Qüsl alarkən salavat müstəhəbdir. Duş ilə tökülən su ilə qüsl almaq olar, quruşkaya ehtiyac yoxdur. Sağ tərəfi yuyanda sağ tərəfin başlanğıcından pəncəyə kimi yuyun. Qulaq başa daxildi sağ tərəfə yox. Siz sağa və ya sola su tökəndə qulağı ora qatmayın. Niyyət edərkən bir neçə qüslə niyyət edib bir qüsl almaq olar. Cənabət və ya cümə qüslün də bir yerdə almaq olar. Cənabət və cümə qüslü alarkən elə sizin niyyətinizdə birinin vacib, digərinin isə müstəhəb olmasını bilməniz yetər. Niyyəti dilə cari etməyə ehtiyac yoxdur. Yəni elə zehninizdə bunu bilsəniz ki, cənabət qüslü alırsız qürbətən ilə-Allah-bəs edər. Üzüqibləyə qüsl verməyin bir işğalı yoxdur. Amma yalnız cənabət qüslündən sonra dəstəmaz almaqa ehtiyac yoxdur-yəni digər bütün qüsllardan sonra namaz üçün dəstəmaz alınmalıdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı