Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Zeynəb: salam .qiz usaqlarinin heddi-bulug yasi 9 durmu, yoxsa bunun shertleri varmi (meselen her seyi basadusecey qeder agila sahib olsun) ?.
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Qız uşağının həddi-büluğ yaşı hicri-qəməri təqvimi ilə 9-dur və başqa şərt yoxdur.
Sual: Sualı ünvanladı Ferec: Salam aleykum, sesle qilinan namazlari sessiz qilmaqda bir iwgal var ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səslə qılınan namazı bilə-bilə səssiz qılsanız namaz batildir. Amma bilmədən, unudaraq qılınsa eybi yoxdur.
Sual: Sualı ünvanladı Banovse: Salam.Qadinin verdiyi heyz qusulundan sonrada destnamaza ehtiyac yoxdur,neceki cenabat quslundan sonra destnamaza ehtiyac olmur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cənabət qüslündən başqa bütün qüsllərdən sonra namaz qılınarsa dəstamaz almaq vacibdir.
Sual: Sualı ünvanladı Qasym: salamun aleykum.qadinla cima etmek haram sayilirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Cima etmək kəbinlə olduğu təqdirdə, yəni iki tərəf bir-birinə halal olduqda olar. Sualınızda məqsəd qadının istimna etməsinin halal-haramlığıdırsa, istimna haramdır, olmaz!
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Qumar məqsədi güdmədən,hər hansı bir mənfəət ya da itki olmadan,dostlar arasinda birlikdə kafe, çayxana, ev və sairə kimi yerlərdə domino,nərd oynamaq olar?
Cavab: Salam. Ayətullah-Fazil-dəftərxana: Əgər qumar aləti sayılmırlarsa, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Zaur: Salam əleykum.
1. Əgər kişi arvadına 1 və ya 3 dəfə "səni boşadım", "səni atanın evinə göndərəcəm" kimi sözlər desa boşamış sayılır? yoxsa 2 adil şahid olmalıdır, siğə ərəbcə oxunmalıdır?
2. Əgər dostum mənə hədiyyə veribsə, daha sonra onu geri tələb etsə, qaytarmağım vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, hətta 100 dəfə də deyilsə ki, səni atanın evinə göndərəcəm-bu sayılmır.
Boşanmada təlaq verilməlidir və bunun üçün iki şahid olmalıdır.
Əgər üç təlaq verməklə o qadından elə ayrılmaq istəyirsə ki, onunla birdə evlənə bilməsin (əgər başqa kişiyə ərə gedib sonra boşansa yenə evlənə bilər-amma bu proses yenə təkrarlanmaqla sonda doqquz təlaqlı olsa, beləcə onda əbədi olaraq o qadınla evlənə bilməz) gərək üç məclis qurulsun və hər məclisdə bir təlaq verilsin. Bir məclisdə üç təlaq da vermək olmaz.
Müvəqqəti nigah ərəbcə oxunmalıdır. İşdi ərəbcə bilməslər-onda bir ərəbcə bilən vəkil tutub ona oxutdursunlar. Əgər bu da olmasa, öz dillərində tərcüməsini (qayda qanunu ilə) desinlər.
Qadına heyz halında təlaq vermək olmaz. Heyzdən paklanmış qadınla cinsi əlaqədə olmamışdan öncə ona təlaq verilməlidir.
Dostunuz sizə hədiyyə verib-iki hal var:
1-Bu dost qohumdur-Qohum olsa hədiyəsini geri istəyə bilməz;
2-Qohum deyilsə hədiyyəni istəyə bilər-amma hədiyyə özü sizdə qalırsa (özü yəni ki, məsələn sizə gümüş boyunbağı bağışlayıb və siz həmin boyunbağıdan üzük düzəltdirməyibsizsə) onda qaytarmalısız. Yox əgər hədiyyənin özü qalmırsa və yaxud ümumiyyətlə yoxdursa, qalmaırsa onda nəsə tələb etmək haqqı yoxdur.
Sual: Sualı ünvanladı Ramin: assalamu aleykum! ehli sunne vel cammatda saqqali uzadib biglari qisaldmag sunneden sayilir,bes bizim mehzebe gore bunun hokmu nedir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, bu peyğəmbər sünnəsidir.
Sual: Salam.Biz irad deyil sadece xahis ede bilerik.Bizlerin sheri suallarimizi ki sizler muctehidlerin defterxanasindan eziyyet cekib cavablandirirsiz bu ozu boyuk savabdi.Allah komeyiviz olsun,Allah sizleri ve bizleri heqiqi Eli ashiqlerinden qerar versin ve ehlibeyt ashiqi kimi dunyadan aparsin ki bezileri kimi sonda da olsa bele azmayaq Inshallah.Amin
Cavab: Salam-Allah sizdən razı olsun. Yenə də təşəkkürlər...
Amin!
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Oglan ushagi hansi yashdan bashlayaraq islamin vacibatlarini yerine yetirmelidir??
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Oğlan uşağının həddi-buluğ olmasının üç əlaməti var:
Spermanın xaric olması;
Cinsi orqan qalın tüklərlə tükləşərsə;
Hicri-Qəməri təqvimi ilə 15 yaş tamam olarsa. Bu üç əlamətdən hansısa biri oğlan uşağında zahir olarsa o həddi-büluğ olub və İslam hökmlərinə əməl etmək ona vacibdir.
Sual: Sualı ünvanladı Müslim: Əssalamu əleykum. "Şəri hakim" yalnız vəliyyi-fəqih və onun nümayəndəsidir? Başqa bir müctəhid "şəri hakim" hesab oluna bilərmi? Məsələn, Ayətullah Sistani İngiltərədə fitr bayramı haqda hökm verirsə, Rəhbərə təqlid edənlər bunu şəri hakim qismində qəbul edə bilərlərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Fitr bayramını siz öz mərcei-təqlidinizin göstərişinə əsasən qeyd edin. Məsələn Ayətullah Sistaniyə təqlid edirsinizsə onun İngiltərədəki nümayəndəsi nə desə ona əməl etməlisniz. Siz təqlid etdiyiniz müctehid sizin üçün şəri-hakim sayılır. Şəri hakim yalnız vəliyi-fəqih deyil.
Sual: Sualı ünvanladı Tale: Salam Demisizki men özume selofan ya parça qoyun bes mene demezler sen ki$isen Qadin kimi parça ya selofan qoyur olmazki hecne qoymayim cunki tekce alt paltarima deyir bedenime yox xaiw edirem açiq yazin ba$qa sey olmaz?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Siz özünüzə selofan və ya parçanı namaz qılarkən qoyun. Küçə-bacada yox.
Siz çöldən evə qaytdıqda sidikli paltarları çıxarın və özünüzə bir parça qoyun. Sonra təmiz paltar geyib namazı qılın. Sidikli bədəni yumaq lazım deyil-əgər suyun sizə zərəri varsa. Biz deyirik ki, namaz üstə sidik yayılmasın təmiz paltara. Küçə-bacada yox.
Anlaşılmasa təkrar sual ünvanlayın.
Sual: Sualı ünvanladı SELEFY: Bismilleh!assalamu aleykum. IMAMIVIZ OLAN XOMEYNININ RISALESINDE DESTEMAZ BOLMESINDE EVVEL DEYILIR KI,ALININ SUYU ILE BAWA CEKILEN MEHSIN SUYU QARIWSA DESTEMAZ BATIL OLUR,LAKIN AYAGLARA MEHS CEKENDE ELDE SU AZ OLSA SAQQAL,UZ VE YA QOLLARDAN GOTURMEK OLAR.... ARAWDIRIN OZUVUZ GORECEYSIZ DOGRU DEDIYIMI... YANI KI,AGACANIVIZ EVVELDE DEDIKLERIN SONA YAXI INKAR EDIR!! BUDURMU IMAM CEFERI SADIQ(r.a)-NUN YOLUU???
Cavab: Salam. İmam Cəfəri Sadiqin yolu budur, amma sizin məlumatınız azdır. Yəni elminiz azdır deyə oxuyub səhv nəticə çıxarırsız.
Məsələ isə belədir: İmam Xomeyni buyurur ki, əldə məsh suyu ola-ola başa məsh edəndə alndakı su ilə başdakı su bir-birinə qatışa onda belə məsh batil olar. Çünki məsh olunan yer əldə olan məsh suyu ilə məsh olunmalıdır. Təkcə alnda olan su yox, istənilən bir su əldə olan məsh suyuna qatışsa və qatışıq su ilə məsh olunsa həmin məsh düzgün deyil və batildir.
Amma əgər əldəki məsh suyu (isti havadan) qurusa və insan istəsə, ayağa məsh etsin onda digər dəstəmaz üzvlərində olan dəstəmzın suyundan götürüb ayağını məsh edə bilər. Bu hökm eynən başa məsh etməyə də şamildir. Yəni başa məsh etmək istəsəz və əlinizdəki su qurusa siz dəstəmaz əzalarında olan dəstəmaz suyundan götürüb başa da məsh edə bilərsiz. Amma siz bu hökmün başa məsh etməyə də şamil olduğunu bilmirsiz deyə-belə yanlış düşünürsüz.
Bundan əlavə sizin sualda qiyas var. Yəni siz deyirsiz ki, baş belədirsə ayaq da belə olmalıdır-olmursa onda səhvdir. Bu onun üçündür ki, sizin fiqhdə qiyas var. Amma bizim fiqhdə qiyas yoxdur-və qiyas batildir. Məsəslən qiyasla hökm vermək nəyə bənzər: Kişi dörd qadınla ailə qura bilərsə onda qiyas etməklə qadın da dörd kişiyə ərə gedə bilər. Sizin sualınızda da buna oxşarlıq var. Yəni deyrisiz başa məshdə belədirsə onda ayaqada məshdə belə olmalıdır. Amma ayaq ilə baş ayrı-ayrı şeylərdir. Hərçənd ki, məsh suyunun quruması ilə su götürmək məsələsi qiyasla yox, başqa dəlillərlə bizdə elə bir formadadır ki, siz heç qiyas etməklə də irad edə bilmirsiniz. Budur İmam Sadiqin (s) məktəbi və İmam Xomeyninin hökmü. Bundan əlavə xahiş edirik ki, burada tanıtdırdığımı alimlərə aid sual ünvanlayın ki, biz dəftərxanalardan cavab ala bilək.
Sual: Sualı ünvanladı hamide: Namaz qilmayan insan momin sayilirmi?O,ALLAHA yaxinditmi?
Cavab: Salam. Xeyir mömin sayılmır-Allaha yaxın olsa, Allah buyurana əməl edər.
Sual: Sualı ünvanladı Zahid: salamun aleykum Allah sizden razi olsum minnetdaram xahis ederdim Sistani aganin fetvasina uygun sualimi cavablandirasiz insallah.Faizli kreditle mal almaq 3 cu sexsin istiraki ile olar meselen men magazadan 15000 manata masin almaq isteyirem bank hemin masini mene alir ama evezinde menden 17000 manat pul alir men de onu hisse hise odeyirem.yeni faizle.xatirladim ki bank islam banki deyl riba ile isleyen bankdir.bu is dogrudur?xahis ederdim sualimi tez cavablandirasiz Allah rizasina
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər Bank maşını alıb sizə verirsə və bunun əvəzində pulu artıq alırsa-onda maşını götürə bilərsiz. Bank İslam Bankı olmasa belə, işğalı yoxdur.
Sual: Sualı ünvanladı Kerem: Salamaleykum.Namazda zikr niyyetile deyilen sozler musteheb sozlerdir?
Cavab: Salam. Sual qaranlıqdır-hansı söz? Qeyd edin!
Sual: Sualı ünvanladı (ad yazılmayıb): men niye sualima cavab ala bilmedim
Cavab: Salam. Cavabların içinə diqqətlə baxın. Bizə gələn bütün sualları cavablandırırıq.
Sual: Sualı ünvanladı Altun: Salam. 1) Uzum murebbesi yemek caizdi?2) Kvas icmek caizdi (qazlashdirilmish ve terkibinde spirt olmadigi gosterilen kvas... Ne qeder spirt olmadigi gosterilsede ele bir tam gelir... ve bir de ki corek qijqirir ve spirt yaradirsa onun suyu necis olmurmu)? 3) Namaz vaxti daxil olur amma men marshurutda oluramsa ve eve catmagima 25 deqiqe qalirsa hemin muddetde gozlemeyim daha yaxshidi ya destemazli oldugum halda fikren namaz qilmagim...? ... Cavablari Ayetullah Vahid Xorasaninin defterxanasindan cavablamaginizi xahish edirem ... Sag olun..
Cavab: Salam. Ayətullah Vəhidin dəftərxanası: Əgər üzümü bişirəndə onun üçdə ikisi gedərsə (buxarlanarsa) yerdə qalan üçdə biri pakdır. Əks halda pak sayılmır.
Kvasın tərkibində spirt olmazsa və haram şeylərdən (donuz piyi kimi) nəzə ona qatılmazsa içilməsi caizdir.
Uyğun spirt kefləndiricidirsə onda nəcis sayılır.
Namazı gedib evə çatın və evdə qılın.
Sual: Sualı ünvanladı Nesib: Salam menim atam uzumu lezva ile qirxmaqimi deyirdi men ise ona bu isde itaet etmemisem Bilmek isteyirem men gunah etmisem?yoxsa duz elemisem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəinki günah iş görməyibsiz, bəlkə bunun əksinə savab iş görübsüz.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum və rəhmətullah. "Əcvibətul-istiftaat"ın 840-cı məsələsinə istinadən (orjinalda) Norveç, İngiltərə kimi qərbi Avropa ölkələrində yaşayan müsəlmanlar vəliyyi-fəqihin hökmünə əsasən Ramazan ayının başlanğıc və sonuna qərar verə bilərmi? Cüməniz mübarək, bu gün cümə namazında sizləri dua etdik, siz də bizləri dua edin.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir verə bilməz-çünki oranın başqa üfüqü var!
Sual: Sualı ünvanladı Elmar: Salam.Evveller sual veren shexsin sualiinin cavabinda kime teqlid etdiyi de qeyd olunurdu ve belecede bizler oxuyaraq bezi cavablarimizi bu yolla tapirdiq.Indi ise shexsin kime teqlid edildiyi qeyd olunmur ve cavabi oxuyub bilmirik ki bu cavab hansi muctehidin defterxanasinin cavabidir
Cavab: Salam. İradınızı ardan qaldırdıq. Bu vaxta kimi verilən cavabları da tədricən islah edib-hansı müctehidin dəftərxanası tərəfindən cavablandırldığını qeyd edəcəyik. Diqqətinizə görə təşəkkür edirik!