www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (adsız): salam.Allah ecr versin bu zehmetinizcun. Sual..Qadin Sistani aganin,kiwi Xamnei aganin muqellididirse.. Kiwi, 2 ci kere daimi eqdle evlenmek istese ,oz daimi 1ci arvadindan icaze almalidir? Onun razi olmayacaqini bildiyi halda,ailenin huzurunu pozmamaq ucun,arvadindan xebersiz 2ci qadinla daimi eqdle evlene bilermi?
Cavab: Salam. Kişi istəsə təkrarən, başqa xanımla ailə qura bilər. İstəyir daimi əqdlə, istəyir müvəqqəti əqdlə. Bunun üçün heçkəsin icazəsi lazım deyil. Allahın icazə verməsi bəs edər. Allahın halal buyurduğu halal, haram buyurduğu isə haramdır.
Sual: Sualı ünvanladı Nərgiz: Salam men $ie teqvimi almi$am orda esr namazinin vaxti yazilmayib axi quranda namaz 5 defe buyrulub. subh zöhr Megrib isa hamisi var esr yoxdu? Neye göre? Meslehet verin
Cavab: Salam. Sizin aldığınız təqvimi görmədiyimiz üçün sizə bir söz deyə bilmərik. Amma bu linki təqdim edirik.

http://deyerler.org/namaz/ Bu linkdə gecə yarı təyin olunub. Siz şam azanından sonra gecə yarıya kimi xüftən namazını qıla bilərsiniz. Cavab aydın olmasa, biraz aydın formada, yenə təkrarən sualı ünvanlayın.
Sual: Sualı ünvanladı Elsen: Bu xanim valideyinleri oglanin Namaz ehli olduguna gore qizi vermirler ona.deyirler ki seni Namaz qilana vermiyeceyik.qizda qalib bele.ya valideyne itaet edib icki ehline getmelidi eks halda valideyn icaze vermir.atanin icazesi olmadanda kebin eliye bilmez duzdu?ne etmelidi xanim?
Cavab: Salam. İmkan həddində valideynin razılığın almağa çalışsın. Əgər bu mümkün deyilsə, və qızın dini xətərə düşürsə, onda atanın icazəsi olmadan dindar oğlana gedə bilər və belə bir kəbin üçün ata icazəsi lazım deyil. Sonda yenə də vurğulayırıq ki, qızın dini, imanı xətərə düşərsə belə bir icazə verildi.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Xaricden getirilen ve terkibi melum olmayan sud mehsullarin yemek olar?
Cavab: Salam. Yemək olar. Çünki onların murdarlığına, nəcisliyinə yəqinimiz yoxdur.



Amma ət məhsulların yemək olmaz. Əlbəttə müsəlman məmləkətindən (xarici) gələn ət məhsullarını yemək olar. O ət məhsulların yemək olmaz ki, onlar İslamdan qeyri dinə mənsub olan məmləkətlərdən kəlib. Yaxud da kafir məmləkətindən gələn ət məhsullarını yemək olmaz.
Sual: Sualı ünvanladı Meryem: Namazda dirsekleri yere qoymaq mustehebdir?
Cavab: Salam. Qadınlar üçün müstəhəbdir ki, səcdə edərkən dirsəklərin yerə qoysunlar. Kişilər üçün isə müstəhəbdir ki, səcdə edərkən dirsəkləri yerə qoymasınlar.
Sual: Sualı ünvanladı Zehra: salamun aleykum.cox sag olun ki,eziyyet cekib cvb verisiz. Sual1..pak meyveden (alma,alca sirkesi)hazirlanmiw sirkeni yemek olar? Sual2. Rusiyada istehsal olunmuw sabundan istifade etmek olar? Terkibinin haram heyvan piyi oldugunu guman edirem. sual3.qadin tam ortulu qeweng paltarinin ustunden geniw manto,yaxud cadra geyirse ,adi vaxtda eve gelen namehrem qohumun yaninda evin icinde de cadra,manto geymelidi?
Cavab: Salam.

Sirkədən istifadənin bir eybi yoxdur.

Sabundan istifadə etmək olar. Şəkk halal olan şeyi harama çevirmir. Gərək yəqinin olsun.

Evə gələn naməhrəmin yanında elə bükünməlisiz ki, sanki, bu naməhrəm elə çöldədir. Yəni naməhrəmin qohum olması ilə özgə olmasında bir fərq yoxdur. Naməhrəm elə naməhrəmdir. Kim olur olsun.
Sual: Sualı ünvanladı ELMEDDIN: AIQE HALADIRMI ? SIZE DUASI NECE OXUNUR. YENI HANSI DUADIR
Cavab: Salam. Zəhmət olmasa sualı yenidən ünvanlayın, anlamaq olmur.
Sual: Sualı ünvanladı Ehmed: man bir adama ustaliq edib ona ev tikdim haqq almadim 2il sonra haman adam haxsiz olaraq mani tahqir edarak mana dedi manim sana hec borcum yoxdu.mansa son halda onadeyiram zahmatim haram olsun.o evdan istifada necadir tasakkur.
Cavab: Salam. O sizə borcludur və Qiyamət günü sizin ondan tələbiniz var. Amma bu o demək deyil ki,həmin ev qəsbidi. Yəni orda namaz qılmağın bir işğalı yoxdur.
Sual: Sualı ünvanladı Elsen: Salamun aleykum.1 xanim var Hicab ehlidi.amma valideyinleri cahildiler.xanim ucun 1 momin qardas elci gedir ve qizin valideyinleri qizin Namaz qilan oglana yox basqa 1 cahil oglana vermek isteyirler.qizin vezifesi nedi?
Cavab: Salam. Qızın vəzifəsi odur ki, cahilə getməsin. Valideyni ilə razılaşmasın. Çalışsın valideynin yola getirsin ki, onun mömin oğlanla ailə qurmasına razı olsunlar.
Sual: Sualı ünvanladı Ferec: Salam aleykum! qadinin qara geyimde (carwabda) namaz qilmasi mekruhdur ?
Cavab: Salam. Qara çadradan istifadə, qadınlar üçün məkruh deyil. Bu mövzuda xüsusi hədis var.
Sual: Sualı ünvanladı Sahin: Tövbeni nece etmek lazimdir? Nece elemeliyem? (xais edirem aciq yazin) Namaz qilanan qilmayanin tövbe qaydasi eynidi???
Cavab: Salam. Tövbə etməmişdən öncə müstəhəbdir ki, tövbə qüslü alasınız. Bundan əlavə əgər kiminsə haqqı sizdədisə onu qaytarın. Sidqi qəlblə etdiyiniz xətalardan peşman olun və Allaha tərəf qayıdın. Tövbə deyib, tövbənizə sadiq olun. Çalışın ki, ibadətlərlə buvaxta qədər etdiyiniz xətaların pis nəticələrini ardan aparın. Qəza namaz və oruclarınızı imkan həddində qılıb, tutun.
Sual: Sualı ünvanladı GUNAHKAR: salam.Men Evliyem.Ruryada yawayiram.26 yawim var.Azerbaycanda yawayan Dul Xanimla telefon vasitesiyle siyqe ede bilerem? Xanimin 36 yawi var.Vaxti Xanimin ohdesine buraxmiwam ne vaxt istese Pozaciq werti.Biz Gunah etmirikki?
Cavab: Salam. Belə etməyinizin eybi yoxdur. Amma vaxtı təyin etməlisiniz. Yəni vaxt əvvəlcədən məlum olmalıdır. Vaxtı xanımın ixtiyarına buraxmağınız olmaz.
Sual: Sualı ünvanladı Emin: Salam.Xeyr orucun vacibliyin bilmirdim amma namazin vacib oldugunu bilirdim
Cavab: Salam. Əgər bilmirdinizsə, onda bir günün müqabilində elə bir gün qəza orucu tutun.



Digər oxuculara bildiriş: Bu sualın əvvəli aşağıdakı suallarda ünvanlanıb deyə, sual-cavab sizə tam olmayan kimi görünməsin.
Sual: Salam. Allah oz nezerin ustuzden hec vaxt eksik etmesin!!! Eziyyetivuzu halal edersuz insallah!!! Melum oldugu uzre kimin ne Zaman oleceyin Allahdan basqa heckim bilmir, bu halda diri birisi oz namazlarinin bir qismini pulla qildira bilermi , Yeni bele bir qorxum var ki, qeza namazlarimi tam qilmamis olem.......?
Cavab: Salam. Bu qorxunuz varsa elə indidən qəza namazlarınızı qılmağa başlayın. İşdi hal-hzırda qəzalarınızı qılırsızsa, amma belə düşünürsüzsə ki, birdən dünyadan köçərəm namazlarım qalar, onda bu halda siz bir yerdə, vəsiyyətnamə kimi bu namazlarınızı qeyd edin ki, (Allah uzaq etsin, Allah sizə ömr versin) işdi dünyadan köçsəz yaxınlarınız bu namazları qılsınlar ya qıldırsınlar. Amma sualınızın cavabı budur ki, insan həyatda ola-ola onun qəza namazını kimsə qıla bilməz.
Sual: Sualı ünvanladı Zeyneb: Salamun Aleykum... Qurani-kerimi oxuyarken tecvidi qaydalara riayet etmek vacibdirmi? Bir moizede esitmisem ki, eger tecvidi oyrenmeye imaniniz varsa , mutleq tecvidi oyrenmelisiniz... Allah sizden razi olsun!!!
Cavab: Salam. Sizin seçdiyiniz müctehidin nəzərinə əsasən vacib deyil.

Sual: Sualı ünvanladı Hamit-Cinarli: salam aleykum.Aqacan bir xanim markrtde iwleyir,iwe ehtiyaci var idi uzun muddetden sora zorla iw tapib.Amma indi oyrenibki merketin sahibi vehabidi.Bu Xanimin vezifesi nedir?
Cavab: Salam. Xanımın orda işləməsindən aldığı maaş halaldır. Amma digər bir yerdə iş tapsa ki, o işin sahibi xanımla həməqidədir, onda öz işini dəyişsə yaxşı olar. İşləyə-işləyə yeni iş tapmaqla maraqlanması, məsləhətdir.
Sual: Sualı ünvanladı Elmin: Salam alekum bir dostum namaz qilmaq istiyir ama böyreyleri xestedi uzr istiyirem (yeni sidiyin saxlaya bilmir) cox uzr istiyirem ona namaz qilmaq vacibdi yoxsa yox? Ama evel qilib saglam vaxtinda
Cavab: Salam. Namaz ağlı başında olan istənilən kəsə vacibdir. O namaza başlasın. Və əgər sidiyi saxlaya bilmirsə namaz üstə özünə bir selofan və ya bir parça tikəsi qoysun ki, namaz üstə sidik ətrafa yayılmasın. Dəstəmaz almağa gəldikdə isə hər namaza bir dəstəmaz alıb namazını qılsın. Əgər zöhr və əsr namazını və ya şam ilə xüftəni ardba-ard (yəni az zaman fərqi ilə) qılsa ona bu iki namazlara bir dəstəmaz alsa kifayət edir.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Bizdə məsciddə cümə namazı qılınır. Lakin məsciddən şəri məsafədən az məsafədə başqa bir xətib ofisində cümə namazı qıldırır. Həmin ofisə uzağı 50-100 adam sığışır. Amma məsciddə hər həftə minlərlə mömin namaz qılır. Lakin problem burdadır ki, məsciddəki cümə namazı ofisdəkindən gec başlayır. Ofisdəkilər də cümə namazından imtina etmirlər. Bu halda biz nə edək? Məsciddəki Cümə namazı batildir? Zöhrü qılmağımız vacibdir? Cənab Rəhbərin ofisindən soruşmağınızı xahiş edərdim. Allah amanında olun.
Cavab: Salam. Bu məsələ həssas məsələ olduğu üçün birdə vurğulayırıq ki, cavabı Ayətullah Xamneinin dəfətrxanasından almışıq: Məscid və ya Ofis. Bunların arasında cümə namazı söhbətində fərq yoxdur. 50 nəfər ya 50 min nəfər olmasında da bir fərq yoxdur. Hansı İmam Camaat cümə namazı qılmağa birinci başlayıbsa onun namazı səhihdir və hansı İmam Camaat cümə namazına İkinci başlayıbsa onun cümə namazı batildir. İkinci başlayan adi zöhr namazı qılmalıdır, yəni cümə qılmamalıdır və qılsada namazı batildir.
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Bir kes oruc tutmus ve seher yemek yedikden sonra namaz qilib yatir cunki is vaxtina hele cox var ve bu yuxu zamani ixtiyarsiz olaraq aletinden sperma gelir yuxudan oyanandan sonra ne etmelidi qusul alib orucun davam etmelidi yoxsa oruc batildi?
Cavab: Salam. Yuxudan ayılandan sonra qüsl alsın və orucu səhihdir. Yəni bu işdən oruca bir maneə yoxdur.
Sual: Sualı ünvanladı Emin: Salam.Illerin qeza namazlari var ve onlari qiliram ve bilirem ki vacibdi.Bes 12 ilin oruc qezalari nece?tutulmalidir?
Cavab: Salam. Siz oruc tutmayan zamanda bilirdinizmi ki, oruc vacibdir?

Bu məsələni bizə ətraflı yazın və biz nə etməli olduğunuzu seçdiyiniz müctehidin dəftərxanasından öyrənək.

Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı