www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Moizelerden esitmisem ki ananin haqqi boyukdu ve ana neyese etiraz ederse onu etmemelisen.MEselen ana oz oqlunun Hacca getmesine narazi olsa bele oqul getmemelidir.Bu caizdir?Bes bir ana ozu momine olmasa da bele oz oqlunu dinden cekindirse ve hetda oz oqlunun ailesini bele daqitmaqa cehdler etse bele ananin haqqina nece yanasmaq lazimdi?
Cavab: Salam. Bu moizələrdə eşitdiyiniz adi hal üçündür. Allahın buyuruqları müqabilində dayanan ananın sözünə qulaq asmamaq lazımdı. Yəni oğul Həccə getməlidir. Ana oğlun dindən çəkindirsə, onda oğul ona itaət etməsin. Əgər ana oğulun ailəsini dağıtmaq istəyirsə, onda oğul bu işlə mübarizə aparsın və buna imkan verməsin.
Sual: Sualı ünvanladı Etibar: Salam.Yazmisiz ki askar gunah edenin qeybeti halaldi.Bes askar gunah edenlerin abrinin aparilmasi caizdi?Hetda abirin aparilmasi haqq yolunda olsa bele
Cavab: Salam. Aşkar günah edən özü öz abrını aparıb, onda abır qalmayıb. Yoxsa cəmiyyət içində aşkara günah etməz.



Cavab-al: Aşkar günah edənin barəsində digərlərinə danışılanda, digərləri onu tanıyır. Beləcə onun şərrindən amanda qalırlar.
Sual: Sualı ünvanladı Elman: Salam.Destamaz aldiqdan sonra sperma ve ya necis ele ve ya bedene deyerse destamaz batildi?Umumiyyetle sperma ve ya sidik rutubet halinda bedene deyerse destamazi batil edir?
Cavab: Salam. Xeyr dəstəmaz batil olmur.
Sual: Sualı ünvanladı Ummu Esma: salam aleykum!!sual: 1)heyzli halda Quranin tercumesin oxumaq olarmi??yani azerbaycan ve ya rus dilleride??? 2)heyzliken Qurani Kerimi ereb dilinde oxumaq qeti wekilde olmaz yoxsa nece??? 3)ve ferq etmez ne dilde olur olsun ister esli istersede tercumesin oxuyanda adi gunlerde destemaz almag vacibdi yoxsa musteheb??
Cavab: Salam. Heyzli halda Quran tərcüməsi oxumaq olar.

Heyzli halda Quranı ərəbcə də oxumaq olar. Səcdə ayələrindən başqa.

Dəstəmazla oxumaq müstəhəbdir. Dəstəmazsız da oxumaq olar. Amma bu şərtlə ki, ərəb dilində oxusanız əlinizi ayələrə toxundurmayın. Tərcümə oxusanız isə Allahın adlarına əlinizi toxundurmayın.
Sual: Sualı ünvanladı SELEFY: Bismilleh! AsSalamu Aleykum. butun wie alimleri imamlarin dediklerin deYirler ve tesdiqleyirlerse,o yolnan gedirlerse neden bir mucdtehidiviz ozunnen bawqasina teqlid etmeyi iceze vermir??meger her biri eyni yolu getmirler beyem????ve bu nece bir haldiki destemaz haqda deyilende deyiblerki bawa mehs cekende alinin suyu ile qariwsa destemaz batil olar,amma bir bawqa yerde ele hemin alimiviz deyibki ayaga mehs cekende eyer elizde su qalmasa bawqa bir destemaz uzvlerivizden(uz,qollar)su goture bilersiz??bunu nece bawa duwey??eyni alim evvelki dediklerin sonda inkar etmiw olmurmu??butun suallarima kecerli cavab gozleyirem!!
Cavab: Salam. Sizin bu barədə olan məlumatınız həqiqətə uyğun deyil. Şiə alimləri başqa alimlərə təqlidə icazə verirlər. Şiə alimləri buyurur ki, ələm olan müctehidə təqlid olunmalıdır. Onlar alim seçimində Allahın buyurduğu meyarları xalqa bəyan ediblər. Bu meyarlar təqvalı və ədalətli olmaqdan ibarətdir. Yəni ki, hər kəsin vızifəsi ən ədalətli və ən təqvalı olan alimi tapıb ona təqlid etməkdir.



Bundan əlvə yazdıqlarınızı araşdırmaq üçün bizə bu dediklərinizi haradan əldə etdiyinizi yazıb göndərin və biz cavablandıraq. Yəni sözlərinizin mənbəsini bizə yazın.
Sual: Sualı ünvanladı Ummu Esma: salam aleykum! namazlarimizda nece defe tekbir deyilmelidi??misalcun zohr namazindaki butun tekbirleri ardicilligla yazsaz komek etmiw olarsiniz!her bir hisseden sora tekbir deilmelidi?yoxsa tekce niyyetden,rukudan ve secdelerden sonra deilmelidir?ve her 1secdeden sonra bir yoxsa iki tekbir deilmelidi,cunki Rehberin istiftaatinda bu haqda hec bir weye rast gelmedim... evvelceden minnetdarligimi bildirirem!!
Cavab: Salam. Namazı başayanda bir təkbir deyilir ki, vacibdir. Ondan başqa, rükuya getməmişdən öncə və rükudan qalxarkən təkbir deyilir və bunu demək müstəhəbdir. Secdədən qalxanda bir təkbir deyilir və sonra ikinci səcdəyə getməmişdən öncə də bir təkbir deyilir ki, müstəhəbdir bunu demək. İkinci səcdədən qalxarkən də təkbir deyilir.
Sual: Sualı ünvanladı Quliyev Sebuhi: Salam Aleykum.men evveller Fazil Lenkarani agaya teqlit edirdim.aga dunyasini deyisenden sonra Allah ona Rehmet Elsin.men yeni meselerde Rehbere teqlit edirdim sonradan ise tamamiile teqlidimi Rehbere etdim.bun ne derecede duzdumu?sef etmisemse ne etmeliyem.ALLAH razi olsun sizlerden.
Cavab: Salam. Dünyadan köçmüş müctehidə təqlid etmək o halda olar ki, dünyadan köçən müctehid həyatda olan müctehidlərdən ələm olsun. Amma Ayətullah Xamneinin fətvasına əsasən əgər dünyadan köçən müctehid ələm olarsa, təqliddə onda qalmaq yaxşıdır. Amma təqliddə onda qalmayıb, həytda olan müctehidə keçməyin də bir eybi yoxdur.



Siz bizim bu yazdığımızı meyar götürüb özünüz öz vəzifənizi təyin edin.
Sual: Salamaleykum,men kohne xums ilinde islemisem,lakin zehmet haqqimi (pulumu)yeni xums ilinde goturmusem.Bu pul yeni xums ilinin gelirinden hesab olunar?Yani xums vermek ucun meyar islediyim vaxt hesab olunar,yoxsa elime pulun catdigi gun?Ayetullah Sistaninin nezeri necedir?
Cavab: Salam. Ayətullah Sistaninin nəzəri budur ki, o köhnə ilin qazancıdır və köhnə illə hesblanır.
Sual: Salam. Ummu Esma: salam aleykum. islamda qadinla kiwinin dostluguna nece baxilir??ve nece hallarda gunaha duwmey baw verir???yani varsa hedd hara qederdi.. cvblandirdiginiza gore minnetdaram!
Cavab: Salam. Qadınla kişi məhrəm olub dost olsalar eybi yoxdur. Amma naməhrəmlərin dostluğu, bəyənilməz bir iş və günahdır.
Sual: Saulı ünvanladı Huseyb: salamun aleykum Allahin salami rehmeti bereketi olsun alimlerimize ve muctehidlerimize sualim beledir niye qadinlari kisilerden derin basdirirlar?qabaqcadan tesekkurumu bildirirem.
Cavab: Salam. Bu iş müstəhəbdir. Dəlil isə Allahın belə buyurmasıdır ki, vəzifəmiz itaətdir.
Sual: Sualı ünvanladı Səbinə: Bismillah...Salam Aleke...bagişliyin men bu sayta teze daxil olmuşam, cox gozel saytdi..Allah razi olsun... Sualim var, bir qardaş xaiş edib menen... Qaydasiz doyuş haramdir ya halal? bu barede geniş izahat vere bilsez cox sevinerem...cox sagolun
Cavab: Salam. Diqqətinizə görə minnətdarıq. Qaydasız döyüş, bədənə ciddi xəsarətlər yetirdiyi üçün haramdır.
Sual: Sualı ünvanladı Zəyalə: Salam. Keçən dəfəki sualımı cavablandırdığınız üçün Sizə çox minnətdaram. Cavabını bilmədiyim 2 sualımı da cavablandırsanız sevinərəm. 1)çıldaq etmək olarmı? 2)üzərimizdə göz dəyməsin deyə göz muncuğu gəzdirmək caizdirmi?
Cavab: Salam. Gözmuncuğu xurafatdır. Amma çıldağ nədir? Bunun barəsində bizə məlumat verin ki, biz araşdıraq.

Təşəkkür!
Sual: Sualı ünvanladı Zamin: ALLAHIN SALAMI OLSUN BUTUN MOMUNLERE. SUAL:SUNNILERIN BIZIMLE (SHIELERLE) ARASINDAKI OLAN FERQI NEDEDIR..??
Cavab: Salam. Sünnilər peyğəmbərdən sonra xalqın istəyi ilə Əbu-Bəkri ümmətə xəlifə sayır.

Şiələr isə peyğəmbərdən sonra Allahın hökmü və peyğəmbərin vəsiyyəti ilə İmam Əlini (ə) ümmətə xəlifə sayır.
Sual: Sualı ünvanladı Fuad: Salam Aleykum sizden bir sual sorusum men icki icenem indi namaza gelmek istiyirem evel qilirdim namaz amma ki eseb e gore qilmadim derman icirdim indi is uje esebim duzelibdi namaz qilmaq istiyirem namaz qilmaq olarmi mene???
Cavab: Salam. İçkini tərk edib namaza gəlməniz çox gözəl işdi. Bu işin axirət faydasından əlavə, dünyada sizin cismani sağlamlığınıza da böyük faydası var.

Amma sizdə əsəb problemi varsa buna görə namazı tərk etmək lazım deyil. Namaz ruhun qidasıdır. İnsanın canında problem olsa belə namazı tərk etmək olmaz. Ayaqları xəstə olan oturduğu yerdə, əməliyyat olmuş kəs uzandığı yerdə, namazını qılmalıdır. Xüsusilə əsəblərdə problem olduqda, namazla sakitçilik tapmaq olur. Allahın izni ilə namaza başlayın, namaza başlamağa heç bir şey, heç bir zaman maneə deyil, başlayın. Allah sizi müvəffəq etsin!
Sual: Sualı ünvanladı Ramin:Salam.Sahmat,nerd,domino oyunlarini evde oynamaq olar?Qumar kimi yox.Evvelceden tesekkurler.
Cavab: Salam. Əgər həmin oyunlar qumar aləti sayılmırsa, onda eybi yoxdur, oynamaq olar.
Sual: Sualı ünvanladı Altun: Salam. Yeni dogulmush korpeye her hansi bir qusl verilir? .. Verilirse nece?..Ve eger bele bir shey biz dunyaya gelerken edilmiyibse (qusl verilmiyibse) boyudukden sonra bundan xeberimiz olubsa bizim uzerimize dushen nedir... ?? Sag olun helelik....
Cavab: Salam. Yeni doğulmuş körpəyə viladət qüslü vermək müstəhəbdir. Amma kimsə artıq böyüyübsə və ona valideynləri viladət qüslü verməyiblərsə, artıq nəsə etmək gecdir. Və bu iş vacib olmadığı üçün narahat olmaq lazım deyil.

Siz elektron seçimdə Behcət ağanı seçibsiz. Amma keçən dəfə Vəhid ağaya sual ünvanladığınızı yazdlığınız üçün, suala cavabı Vəhud Xorasaninin dəfətrxanasından aldıq. Xahiş edirik müctehid seçərkən diqqətli olun. Təşəkkür!
Sual: Sualı ünvanladı Eldar: Salam.Uzerlik yandiraraq nezerden goz qaytarmaq meselesinin ne derecede duzgun olmaqina bele cavab vermisiniz- İslam baxımından bu adətin elmi bünövrəsi yoxdur və xürafatdır.Xurafat ne demekdir?
Cavab: Salam. Xürafat elə xürafatdır. Yəni Haqq deyil, uydurmadı.
Sual: Sualı ünvanladı Eldar: Salam.O yerdəki çörabı və ya ayaqqabını çıxarmaq mümkünsüzdür, orda corabın və ya ayaqqabının üstündən məs etmək olar-deyende yeqin ki ayaq ceste olarsa ve ya corabi ve ya ayaqqabinin cixardilmasi ayaqdaki xesteliyin daha da keskinlesmesine getirib cixardarsa,cana ziyan olarsa cixartmaq olmaz.bu hallari nezerde tutursuz?
Cavab: Salam. Burada xırdalıq təyin edilmir ki, harada və ya necə. Mümkünsə çıxmalıdır, mümkün deyilsə onda, üstən məs edilməlidir.
Sual: Sayt tərəfindən: Hörmətli izləyicilər, cümə günü müctehidlərin dəftərxanaları tətil olduğu üçün, cümə günü bizdən cavab intizarında olmayın. İnşallah cümədən sonra suallarınızı cavablandıracağıq.
Cavab: Cüməniz mübarək! Cümə namazlarında sizlərdən dua istəyi ilə!

Təşəkkürlər!
Sual: Sualı ünvanladı Zeyneb: Salam. musiqili toylara getmek olarmi? qeyd edimki, hemin meclislerde haram mahnilarda seslenir, bezen getmeyende qohumluq elaqeleri zeyifleyir bu halda vezifem nedir? Allah razi olsun...
Cavab: Salam. Getmək olmaz, əlaqələr zəifləsə belə, harama getmək olmaz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı