Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Zeyneb: salam. bilindiyi kimi namehremle el gorusmek haramdir, bes namehrem el uzatsa nece elimizi cekmek onun qelbini incitmeyimize sebeb olmaz, bele halda ne etmeliyem? Allah razi olsun...
Cavab: Salam. Olsada, eybi yoxdur.
Allahın halal-haramı kiminsə qəlbinə baxmır.
Çalışın onlara başa salın ki, bu iş İslama əsasən qadağandır.
Sual: Sualı ünvanladı Zeyneb: Salam Aleykum, Sistani aga buyurub ki, qadinlarin bayram namazlarinana getmemeleri ehtiyyat-mustehebdir, bes bu hokm umumi alaraq, cume namazlarina ve ya camaat namazlarina da samildir.tesekkurler...
Cavab: Salam. Sistani ağanın nəzərinə əsasən bəli, şamildir.
Sualı ünvanlayarkən, aşağıda müctehid seçəndə düzgün seçin. Mətndə Sistani ağadan sualı soruşmamızı istəsəz də aşağıda Fazil Lənkərani ağanı seçmişdiniz. Təşəkkürlər.
Sual: Sualı ünvanladı Huseyn: salamun alekum Allahin salami rehmeti bereketi olsun Alimlerimize ve Muctehidlerimize ve agam ELININ siyelerine Allah bizleri Peygenber ve ali Peygenberiin ziyaretinen axiretdede sefaetnen binesib elemesin sualim beledi niye qadinlari kisilerden derin basdirilar
Cavab: Bu iş müstəhəbdir. Amma tam illət budur ki, Allah belə buyurub, itaət lazımdır.
Sual: Sualı ünvanladı Altun: Qadinlarin gozellik meqsedi ile dirnaq saxlamalari (uzatmalari) caizdi?? Hedisde rast geldim peygemberin(s) dilinden neql olunurdu ki, kishiler dirnaqlarini qisa saxlasinlar, qadinlar ise uzatsinlar bu onlar ucun daha yaxshidir (gozellik meqsedi ile).... Amma bashqa cur de eshitmishem ki, revayete gore sheytan dirnagi uzun insanlarin dirnagi altinda kolgelener... (Bir de ki bu tip suallari sizden daima sorusha bilerem ?? cunki burda adeten risalelere aid meseleler sorushulur ona gore, yeni sizi lazimsiz yere meshgul elemirem ki???).... Sag olun
Cavab: Salam. Hər həftənin cümə günü dırnaqları tutmaq peyğəmbər sünnəsidir. Bu həm qadınlara və həmdə kişilərə aiddir.
Amma bir qadın bu müstəhəbə əməl etməyib, zinət məqsədi ilə dırnaq saxlamaq istəsə, bu iş əri üçün olmlıdır. Amma naməhrəmlər bunu görsə onda həmin xanım günaha batmış olur.
Sual: Sualı ünvanladı Gulnar: Salam aleykum. ag baliq haramdi?
Cavab: Salam. Əgər pullu (dərisinin üstündə olan pullar) olsa haram deyil.
Sual: Sualı ünvanladı Gunahkar biri: Salamun aleykum.1 nefer taxta sexinde isleyir ve aparat onun barmagini kesir.bir nece vaxtdan sonra o yere dusmus barmaga toxunsan adamin boynuna meyyit qusulu gelir?
Cavab: Salam. Əgər həmin kəsilən üzvdə sümük olarsa onda ona toxunan şəxsin boynuna qüsl gəlir. Yox əgər kəsilən hissə yalnız ət olarsa onda ona toxumaqla boyuna qüsl gəlmir.
Sual: Sualı ünvanladı Eldar: Salam.Destamaz alanda corabin ustunden hansi istisna halda mesh cekmek olar?
Cavab: Salam. O yerdəki çörabı və ya ayaqqabını çıxarmaq mümkünsüzdür, orda corabın və ya ayaqqabının üstündən məs etmək olar.
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Gundelik namazlarin her hansin qiliram ve sonuncu secdede qalaraq dua edirem Allahdan bir cox muskullerim hellini dileyirem.Bu caizdir?
Cavab: Salam. Sualınız təkrardır. Sualınızın cavabını bir dəfə vermişik. Lütfən aşağıda olan cavabları nəzərdən keçirin!
Sual: Sualı ünvanladı Eldar: Salam.Bildiyimiz kimi nezer deyilen bir sey vardir ve nezer dualari da vardir.Azerilerin bele bir adeti vardir ki goz deymesin deye uzerlik deyilen bir bitgi vardir onu yandirib tustusunuu vermekle gozden nezerden yayinirlar.Bu ne derecede duzdur
Cavab: Sualı ünvanladı Eldar: Salam. Sualınız təkrardır. Sualınızın cavabını bir dəfə vermişik. Lütfən aşağıda olan cavabları nəzərdən keçirin!
Sual: Sualı ünvanladı Zeynəb: Salam Aleykum! Allah sizin yariiniz olsun!!! Muselman olkesinde restorana getdikde ordaki qidalardan( et yemekleri, toyuq yemekleri) istifade etmek olarmi, yoxsa arasdirma aparmaliyam, tam olaraq vezifem nedir?
Cavab: Salam. Araşdırma lazım deyil, istifadə etmək olar!
Sual: Sualı ünvanladı Altun: Salam. Uzr isteyirem amma men bu suali ayetullah Vahid Xorasaninin defterxanasina unvanlamishdim.. bunu ele sualin icinde de bildirmishem.. amma ola biler ki, elektron shekilde secerken sehv dushub ... Ayetullah Behcetin yox Xorasaninin defterxanasindan sorushmanizi xahish edirem.. SAG olun.. Minnetdaram..
Rukuda ve secdede SubhanALLAH zikrinden sonra la ilahe ilellah demek caizidi..?? ikinci sualim: Ayetullah Xorasani aganin risalesinde yazib secde de oz hacetlerini ALLAHDAN istemek ve sonra bu duani demek olar. .. Ya xeyrel mesuline va ya xeyrel mutin, urzuqni verzuq iyali min fezlikel VASI fe inneke zul fezlil ezim.... AMMA diger risalelerin hamisinda VASI sozu yoxdu... Indi bilmek isterdim ki bu cap edenlerin sehvidi azerbaycanca ele yaziblar ya heqiqeten de demek olaar??... Sag olun...
Cavab: Salam. Rükunun və səcdənin zikrindən sonra La ilahə illəllah demək caizdir. Amma Ayətullah Vəhidin dəftərxanasından buyurdular ki, sübhanəllah diyilsə daha yaxşıdır.
"Vasi" sözü çapda olan səhv deyil. İki rəvayətdə olan fərqdir. Və ayətullah Vəhidin nəzəri Vasi sözü ilə olan rəvayətə istinadladır.
Yəni demək olar.
Sual: Sualı ünvanladı Altun: Salam. Rukuda ve secdede SubhanALLAH zikrinden sonra la ilahe ilellah demek caizidi..??
ikinci sualim: Ayetullah Xorasani aganin risalesinde yazib secde de oz hacetlerini ALLAHDAN istemek ve sonra bu duani demek olar. .. Ya xeyrel mesuline va ya xeyrel mutin, urzuqni verzuq iyali min fezlikel VASI fe inneke zul fezlil ezim.... AMMA diger risalelerin hamisinda VASI sozu yoxdu... Indi bilmek isterdim ki bu cap edenlerin sehvidi azerbaycanca ele yaziblar ya heqiqeten de demek olaar??... Sag olun...
Cavab: Salam. Əziz oxucu sualınızın cavabı bizim əlimizdə olmayan səbələrdən biraz gecikdi. Üzr istəyirik.
Biz mərhum Ayətullah Behcətin dəftərxanası ilə əlaqə saxlaya bilmirik. Yəni bu sualı başqa müctehidin dəftərxanasına ünvanlasaydınız, cavabınızı alıb göndərmişdik. Amma onların xətlərində nəsə problem var.
Biz bu barədə özümüz araşdırdıq. Bu dua bir neçə rəvayətdə nəql olunub. "Vasi" kəlməsi bəzi rəvayətlərdə var, bəzilərində isə yox. Bu sözü demək olar ya yox, bu sizin müctehidin nəzərinə bağlıdır. Sizin seçdiyiniz müctehidin dəftərxanası da zənglərimizə cavab vermir. Sualı bir müddət sonra təkrar göndərin. O vaxta inşallah əlaqə problemi həll olar. Birdə üzr istəyirik, təşəkkür!
Sual: Sualı ünvanladı Vüsal: salam eleykum herbi xidmete getmemeyin isgali var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hərbi xidmətə gedilməlidir və getməməyin işğalı var. Amma o yerdə ki, hərbi xidmətdə namaz qılınmasına və oruc tutulmasına icazə verilmir, maneə yaradılır, onda hərbi xidmətə getməməyin işğalı yoxdur.
Sual: Sualı ünvanladı Uxti: AsSelamu aleykum va rahmetullahi va barakatuhu... bize etdiyiniz bu boyuk yaxwiliga gore tewekkurumu bildirirem,Allah sizlerden daim razi qalsin inweAllah!!sualim beledi:nece vaxtdi deqiq cavab tapa bilmirem kimnen soruwsamda ikibawli cavab verirler,bilmek isteyirem ki,qadin ve qizlardaki daxili soyuqdeymeye(vospaleniyaya)gore hetta gundelik ve ya 2saatdan bir meniye oxwar maye xaric olur hec bir wehvet hissi olmadan olur bu hall, buna cenabet quslu vacibdir yoxsa yox??onuda qeyd edimki indiye kimi qelbimde wubhelerin coxlugunnan qusl almiwam imkan olmuyanda da teyemmume muraciet etmiwem bu ne qeder duzgun haldi??ve ikinci sualimda buduki teyemmum neyi evez edir quslu yoxsa destemazi?yani indiye kimi aldigim teyemmumleri(qusl ucun imkan olmayanda) gunde 3defe destemaz evezine almiwam bu duz sayilir??teyemmumu ne kimi hallar pozur??ve inweAllah ki bele suallarimizi cavablandiracag xanim olsaydi bizlere daha rahat olardi inweAllah.. birdaha Allah sizlerden razi olsun!!!!
Cavab: Salam. Dediyiniz hala qüsl düşmür.
Siz bilmədiyiniz üçün şübhələnirdiniz. Amma artıq şübhəyə yer yoxdur. Çünki biz sizə cavab verdik və bu cavabı Ayətullah Xamneinin dəftərxanasından almışıq.
Qüslə imkan olmayanda onun yerinə təyəmmüm edirlər, amma sizdə olan bu məsələyə heç qüsl düşmür ki, təyəmmümə də ehtiyac qalsın.
Sizin boynunuza cənabət qüslü gələndə və su olmayanda siz təyəmmüm etsəz, bu təyəmmüm həm qüslü, həmdə dəstəmazı əvəz edir. Ayətullah Xamneinin nəzəri budur ki, Vacib-ehtiyata əsasən təyəmmüm etdikdən sonra dəstəmazı pozan şeylərdən hər hansı biri baş versə onda yenidən qüsl yerinə su olmazsa, və ya su ilə qüsl vermək imkanı olmasa yeni bir təyəmüm etmək lazımdır və namazı qılmaq üçün bu təyəmmüm həm qülsün yerinə, həmdə dəstəmazın yerinə kifayət edir.
Hələki hansısa bir xanımı bu işlərə ayırmaq imkanımız yoxdur, əgər belə imkan olsa, onda saytda qadına aid suallar bölməsi açıb, sizin istəyinizi həyata keçirərərik inşallah. Təşəkkür!
Sual: Sualı ünvanladı Hamit-Cinarli: salam aleykum.Aqacan Meyxana oxumaq haramdi? Yani deyiwme.
Cavab: Salam. Meyxanada təhqir olmazsa, şəhvəti təhrik edən sözlər olmazsa onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Elsen: Salamun aleykum.Meherremlikde zencir vurmaq olar?birde ki siqaret cekmeyin hokmu nedi?
Cavab: Salam. Zəncir vurmaq olar. Siqaret çəkməy isə bu şərtlə olar ki, fərd siqaretin ona zərəri olmadığını bilsin.
Sual: Sualı ünvanladı Quliyev Sebuhi: Salam Aleykum.namaz qilmiyan insan ancax ki,her seyi qebul eden insan ne hokumdedi?uzur istiyirem Quranin hansi ayesine istinaden ve hansi ayesine gore adi nedir.ayenin ozunde yazardiz.done done uzurlu bilin ifademe gore.
Cavab: Salam. Bu insan müsəlman hökmündədir.
Əziz qardaş biz suala cavab alanda onun dəlillərini soruşa bilmirik. Çünki müctehidlərin dəftərləri minlərlə suala cavab verir. Onlar hər kəsə dediyi hökmlərin dəlillərini saya bilməzlər. Belə olsa gündə min sual evəzinə yüz suala belə cavab verə bilməzlər.
Bundan əlavə çox sual var ki, onun dəlilini yalnız müctehid özü bilir. Dəftərlərdə cavab verən kəslər müctehidin nəzərini əməliyyə risaləsindən oxuyub bizə çatdırır. Onun üçün belə şeyə imkan və vaxt yoxdur. Üzürlü sayın!
Sual: Sualı ünvanladı Sebine: salam size bir sualim var mumkunduse bir az tez cavab verin menim betnimde usaq olub 11gun evvel olu usaq dogulub men qusulu nece almaliyam?
Cavab: Salam. Siz Nifas qüslü almalısınız. Nifas qüslü elə cənabət qüslü kimidir. Sədəcə niyyətdə cənabət qüslünün yerinə nifas qüslü deyilir.
Sual: Suali ünvanladi Zeyneb: Salamun Aleykum! men Sistani aganin muqellidiyem, bilmek isterdim aganin bele bir hokmu var:Qadinlarin bayram namazina getmemeyi ehtiyyat vacibdir. Eger varsa bu hakmun sebebi nedir? Bayram namazinda istirak etmeyin ne kimi fesadi ola biler? xahis edirem suallarima tam ve aydin cavab yazin....TESEKKURLER
Cavab: Salam. Bəli belə bir hökm var, amma vacib ehtiyat yox, müstəhəb ehtiyatdır. Bu hökmün səbəbin demək bura sığmaz və bizim belə imkanımız yoxdur. Mercei-teqlide itat ele bunun üçündür ki, bizim o səbəbləri araşdırmaq vaxtımız, imkanımız və elmimiz yoxdur. Üzrlü sayn, təşəkkürlər!
Sual: Sualı ünvanladı Zeyneb: Salam aleykum. men suali unvanlamisdim,lakin cavabi tam anlamadim, men tibb tehsili aliram ve eger bir namehreme yolda komek etmek lazimdisa, vezifem nedir xahis edirem Sistani aganin reyin bildirerdiz. TESEKKURLER
Cavab: Salam. Əgər həmin yaxınlıqda sizdən başqa həkim yoxsa və siz ona köməyi bacarırsıza onda eybi yoxdur.