www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Quliyev Sebuhi: Salam Aleykum.biri ev almag ucun birinden borc goturub atasina verir borcun vaxdini teyin edib filan tarixde borcu qaytarmaldi.ancax borc muddeti bitir atasi pulu qaytarmir oglum pul aldigi kese deyib mene muddet ver atamin borcunu qaytararam zaminde ogludu.bir nece ay muddet xat muddet alir ancag muddet bitir ogul pulu ne,duzelde bilir nede atasindan ala bilir.pul yiyeside israrla pulunu isteyir.ogul pulu bagdan goturub qaytara bilermi.
Cavab: Salam. Sizin Bankdan pul götürməniz caiz deyil. Həmin adama deyin ki, pulu düzəldə bilmədim və möhlət istəyin.
Sual: Salamun aleykum.Meherremlikde Zencir vurmaq duzgundu?
Cavab: Salam. Olar, amma cana zərər yetirməmək şərti ilə.
Sual: Sualı ünvanladı Esnad: Salam.Bilmey isterdim sunni ile aile qurmaq haramdi ya beyenilmir?
Cavab: Salam. Əhli-sünnədən qız almağın eybi yoxdur. Yəni nə haramdır, nə də məkruh!
Sual: Sualı ünvanladı Elmar: Salam.Dayim momin deyil ve mueyyen qeder pulu var ve banka pulu verib illik faizin goturmek isteyir.Men islediyim dukan sahibine de dovriyye ucun pul lazimdi.Men de mudurun dovriyye ucun ehtiyaci olan pulu dayimdan almasini teskil ede bilerem.Lakin ortada faiz var hansi ki dayim il erzinde alacaqi faizi mudurum ondan alacaqi pulun ustunde verecek.Men ise bu faizli pula qatismaq istemirem.Bu meqsedle de onlari bir biri ile gorusdurub oz aralarinza razilashsalar men gunaha batmis oluram yoxsa yox?
Cavab: Salam. Bəli siz də günaha batmış olursunuz. Çünki bu günahın həyata keçməsində sizin də əliniz var.
Sual: Sualı ünvaladı Eyvaz: Salam.Cume gunu camaat namazina gedib catmadim 2-ci riketde catdim.Bu zaman men ne etmeliyem?
Cavab: Salam. Əgər ikinci rəkətin rükusundan öncə cümə namazına çatırsınızsa, onda bu bir rəkət hesablanır və cümə namazın tamamlamaq üçün təşəhhüd deyilərkən siz qalxıb namazın davamını, yəni ikinci rəkətini qılın.
Sual: Sualı ünvanladı Eldar: Salam.Camaat namazi nece riketdi ve nece qilinir?
Cavab: Salam. Camaat namazı elə adi namazlar kimidir. Rəkətin sayında fərq yoxdur. Camaat namazında niyyətdə imam-camaata iqtida edirəm, qürbətən iləllah-kimi, niyyət olunur. Namazların rəkətlərində olan həmd və surə deyilərkən iqtida edən kəs susur, yaxud sübhanəllah kimi zikri sakitcə deyir.
Sual: Sualı ünvanladı Xəyalə: Salam. İslamda yeni il və novruz bayramlarını qeyd etməyə necə baxılır?
Cavab: Salam. Əgər həmin məclislərdə günah işlər görülməsə eybi yoxdur.
Sual: Sualı ünvanladı Ziyafet: Salamun Aleykum. bashqasinin namazi Qible istiqametine deyil yalnish terefe qildigini gorduyum halda vacibdirmi onu xeberdar edim, eger Vaxti kecibse xatirlatmaq vacibdirmi qezasini qilsin? Teshekkurler
Cavab: Salam. Xeyr vacib deyil.
Sual: Sualı ünvanladı Xəyalə:bizim milli mahnılar çalınan zaman oynamaq olar,islamda caizdirmi?
Cavab: Salam. Ayətullah Xamneinin bu mövzudakı nəzəri budur ki, vacib ehtiyata əsasən, hətta kişilərin kişi məclisində və qadınların qadın məclisində oynaması haramdır.



Yəni naməhrəm qarşısında oynamağın qəti haramlığı aydın məsələdir.
Sual: Salam Aleykum.Eger bir qurban boyun almisan,imkanin yoxdu onu kesmeye
Cavab: Sualı ünvanladı (ad yazılmayıb): Salam. Eybi yoxdur, siz bu qurbanı kəsməsəz də olar!
Sual: Salam. Teyemmum edib Quran oxumaq olar?
Cavab: Salam. Dəstamaz almağa su olmasa və ya maneə olsa, onda olar!
Sual: Saulı ünvanladı (ad yazılmayıb): Salam. Qiyamet gunu bash vermezden once İsrafil meleyinin sur chalacagi bildirilir. Mene maraqlidir, goresen hemin sesden sonra bash verecek olumden sonra her bir insana qebir ezabi shamil olur? Evvelceden minnetdaram.
Cavab: Salam. Xeyir, o surdan sonra hamı artıq Qiyamət səhnəsində hazır olacaq. Qəbr əzabı adi ölümlərə aiddir, İsrafilin suru ilə olan ölümə yox.
Sual: Sualı ünvanlad Gunahkar bende: Salam Aleykum ! Cablariniza gore cox tesekkur edirem vaxuvuzu aldigima gorede uzr isteyirem. Men 9 yasim olmasina baxmayaraq namaz ve orucumu bezen yerine yetirir bezende yetirmemisem gunah oldugunu bilirdim , lakin hec gunahin ozunde tam derk etmirdim. Indi menim vezifem nedir? Hemin orucumu keffaresini vererek qezalarimi yerine yetirmeliyem. Vezifem Tam olarag nedir? Tesekkur edirem.
Cavab: Salam. Minnətdarıq!

Siz bilməyibsinizsə, yaxud sizə bunu anladan olmayıbsa sadəcə qəzaları tutun, kəffarə yoxdur. Bir günün müqabilində bir gün olmaqla qəzaları yerinə yetirin.

Ayətullah Fazil
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Aleykum ! Biri pul qarsiliginda mellimden ders alir ve bir nece ay onun pulunu vermir ozluyunde onu borc hesab edir lakin Mellim bunu bilmir sehlenkarligi uzunden pulu qaytarmagda gecikir, daha sonra hemin mellimin olduyunu esidir ve hemin pulu mellimin ailesine catdirir. Ona gunah yazilirmi, qul haqii yemis hokmunde gedir? Bu gunahin nece temizleye biler? Hemin pulla aldiglarinin hokmu nedir? Qeyd edimki, ayrildiqda Mellim haqqim halal olsun deyib. Xahis edirem tez cavablandirasiz. Allah amaninda!
Cavab: Salam. Siz o pulu müəllimin ailəsinə çatdırmalısınız. Necəki etmisiniz.

Ayəttullah Fazil
Sual: Sualı ünvanladı Gunahkar bende: Salam Aleykum ! Hekimlik tehsili aliram namehreme tibbi destek gostere bilermmi? Ve ya oyrenmek meqsedi ile namehremi muayine edebilerem? Tesekkurler...
Cavab: Salam. Əgər sizin olduğunuz yerdə həkimin olması zəruridirsə (yəni həkim azdır və həkimə ehtiyac duyulur) və həkimliyi örgənmək üçün qadını müayinə etmək zəruridirsə (başqa yol yoxdursa) eybi yoxdur. Əks təqdirdə olmaz.

Ayətullah Fazil
Sual: Sualı ünvanladı Günahkar Bəndə: Salam Aleykum ! Bildiyimiz kimi islamda ozunu oldurmek haramdir. Bes Imam Hesen (e) bile- bile o qabda zeher var niye onu icdi? Bunun hikmetin oyrenmek isterdim. Birde onu icmeye Imam( e) mecbur idimi? Allah razi olsun!
Cavab: Salam. İmamlarda qeyb elmi elə bir şeydir ki, həmin elmdən xüsusi yerlərdə istifadə olunur. Onlar həmin xüsusi yer olmasa qeyb elminə əl uzatmırlar. İmam Həsən (ə) istəsəydi bilərdi ki, o qabda zəhər var ya yox. Amma bunu bilməsi üçün həmin şərait yaranmamışdı ki, İmam öz qeyb elminə əl uzadıb, bu işi istəsin.
Sual: Sualı ünvanladı Gunahkar bende: Salam Aleykum! Ayetullah Sistaninin bele hokumu var: ?qadinlarin bayram namazina getmemeleri ehtiyyat mustehebdir. Eger varsa men indiye qeder bayram namazlarina getmisem buna gore mene gunah yazilir. Ve bu hokmun sebebini bilmek isterdim. Allah sizden razi olsun!
Cavab: Salam. Qadınlar belə namazlara getməsə yaxşıdır amma getsələr də bu günah deyil. Amma bəyənilmir.



Hökmün səbəbin bilmək bəzən 30 il oxumaqla mümkündür. Bizim hökmün səbəbini bilmə imkanımız yoxdur. Biz sadəcə müctehidin dediyinə əməl edir və sizin suallara müctehid deyən cavabı veririk. Üzürlü sayn, təşəkkür!
Sual: Sualı ünvanladı Vasif: Salam.Coca cola yazisi olan ickiler var onlardan icmek olar?meyve terkibli ickilerdi.sadece olaraq coca cola yazisi var ustunde ona gore sorusdum olar?
Cavab: Salam. Burda söbət Coca-Cola sözdən getmir. Əslində bu iş Sionistlərə və din düşmənlərinə maddi dəstək olsa onda həmin içkilər alınmamlıdır. Üstünə nə yazılır yazılsın, bunun fərqi yoxdur.
Sual: Sualı ünvanladı Aydın: Salam.31 dekabrda yolka aqacinin bezedilmesinin Hz. Isa peyqember ile ne elaqesi var?
Cavab: Salam. Araşdırmamızın nəticəsi olaraq bunu deyə bilərik ki, heç bir əlaqə tapılmadı.
Sual: Sualı ünvanladı Sakit: Salamun Eleykum Bilmek isteyiremki, Heeftenin hansi gunleri qan aldirmaq olmaz.
Cavab: Salam. Həftənin istənilən günü bu işi görməniz olar.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı