www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Fərəc: Salam aleykum, dinde musiqi tam wekilde haramdir yoxsa bezi istisnalar var ? risalelerde yazilib istisnalar, amma bezileri deyir tam wekilde haramdi hetta Boyuk Gunahlar kitabinin 2-ci cildinde musiqi aletinin padvalda saxlanmasi bele haramdi. meni cawbaw qoyan budur ki, muctehidler istisna yazir amma o kitab tam wekilde yazir
Cavab: Salam. Dində kiməsə təqlid olunduqda, gərək fərd özü hədislərdən nəticə istixrac etməsin. Yəni siz həmin kitabda bu mövzuda beş hədis görmüsünüzsə, mərcei-təqlid bu mövzuda olan bütün hədisləri araşdırıb fətva verib. Siz belə hədis görəndə həmin hədisləri, mərcei-təqlidlərin haram buyurduğu musiqilər barəsində olduğunu fərz edin. Əgər bir musiqi aləti lənətlənibsə belə, haram istifadə üçün lənətlənib.



Misal üçün adam öldürmək günahdır və adam öldürən edama məhkumdur deyildikdə batil ölümlər nəzərda tutulur. Bu o demək deyil ki, bütün öldürənlər qatildir. Dində savab ölümlər də var. Misal üçün İmam Əlinin (ə) döyüşlərdə cəhannəmə vasil etdiyi kəslərin barəsində olan ölüm savab ölümdür.

Nəticə: Dində ölüm pisləniləndə haqsız ölüm nəzərdə tutulur. Musiqi də pisləndikdə, haram musiqi nəzərdə tutulur.



Siz adını qeyd etdiyiniz kitabda haram musiqilər barəsində olan rəvayətlərdən bir neçəsi toplanıb.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Aleykum.Menim iwim ancaq mawinla yuk aparmaqdi,ozumde moskvada iwleyirem.Burda gunduzler qisadi deyene ,Namazlarimi ( zohr ve esri ) mawinda gede-gede qiliram.Yollarda txaclar var deyene catdira bilmirem,Xahiw edirem suallarimi cavablandirasiz .ALLAH razi olsun
Cavab: Salam. Siz bu işə məcbursunuzsa, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Ləman: Salam Eleykum,qadin idde muddetin ne qeder gözlemelidir?mutleq heyat yoldasinin evinde gözlemelidir?bu mumkun olmasa nece?
Cavab: Salam. Qadın iddə müddətini 3 dəfə qan görmək (heyz, aybaşı) müddətində gözləməlidir. Bu müddəti o ərinin evində olmadan da gözləyə bilər.
Sual: Sualı ünvanladı Ləman: Salam Eleykum,xums kimlere verilir?ehtiyaci olana vermek olar? ALLAH razi olsun.
Cavab: Salam. Xüms iki yerə bölünür. Məsələn 200 manatdırsa, yarısı, yəni 100 manatı imkanı olmayan Seyyidlərə, yarısı isə, yəni yerdə qalan 100 manatı dinin təbliğində lazım olan yerlərə sərf olunmalıdır. Ayətullah Xamneinin nəzərinə əsasən hər iki işi müctehid görməlidir. Şəxsin vəzifəsi budur ki, xümsü müctehidin dəftərxanasına (ofisinə) çatdırsın və ödənişi sübut edən faktoru (qəbul olunan məbləğ qeyd olunan və məbləgin alındığı üçün möhürlənən kağızı) dəftərdən alsın.
Sual: Sualı ünvanladı Ali: qusulun nece novu var
Cavab: Salam. Qüslün 7 növü var:

1-Meyit qüslü

2-Meyidə toxunan kəsə vacib olan, məssi-meyid qüslü

3-Cənabət qüslü

4-Heyz qüslü

5-İstihazə qüslü

6-Nifas qüslü

7-Kimsə nəzr edir ki, filan iş olsa qüsl verərəm-Nəzr qüslü
Sual: Sualı ünvanladı Müşviq: ASSALAMALEYKUM, Bela bir sual var IMAM HUSEYN BILIRDIKI MUHARRAM AYINDA GAN TOKMAK OLMAZ NIYE BILE -BILE KETDI DOYUSE
Cavab: Salam. İmam Hüseyn (ə) Məhərrəm ayında qan tökmək üçün yola çıxmamışdı. İmam Hüseynə (ə) Kufə əhli məktub yazıb onu Kufayə dəvət etmişdi. Amma onlar qorxudan öz dəvətlərinin üstə durmadılar və vədə xilaf çıxdılar. Bunu görən düşmən İmam Hüseynin (ə) dəstəsinə tərəf hücum etdi. Burada, qan tökən İmam Hüseyn (ə) yox onun düşmənləri idi.
Sual: Sualı ünvanladı Zərrin: Salam. Men hicabli deyilem,amma qapali geyinirem. Bu mene gunahdir? Cavablandirsaniz,sevinerem.
Cavab: Salam. Qapalı geyinmək deyəndə, əslində siz demək istəyirsiniz ki, açıq-saçıq geyinmirsiniz. Bu çox yaxşıdır və Allahın lütfü sizin halınıza şamil olasıdır. Bu açıq-saçıq geyinməmək sizin iffətli xanım olmanıza sübutdur. İnşallah bir gün Allah sizin qəlbinizdə hicaba məhəbbət yaradar və siz hicablı xanım olmaqla Xanım Zəhranın (ə) qəlbini şad edərsiz, İnşallah!
Sual: Sualı ünvanladı Xəyalə: Salam Namaz qilarken necedefe ALLAHU EKBER demek vacibdir? Zehmet olmasa cavabini yazin. Cox sagolun.
Cavab: Salam. Namaz qılarkən, yəni namaza başlayan an bir dəfə Allahu-əkbər deyilməlidir. İki dəfə demək olmaz.
Sual: Sualı ünvanladı Fidan: Salam Eleykum,gözellik salonda ishlemek günahdir?orda bezenen qadinlar namehrem görür
Cavab: Salam. Bəli belə bir yerdə işləməniz günahdır və bu işdən çəkinməlisiz. Amma elə bir gözəllik salonu olsa ki, ora gələn xanımlar bəzənəndən sonra onları naməhrəm görmür, (məsələn bəzənəndən sonra üzünü örtür) onda belə salonda işləmək olar.

Ayətullah Xamneinin dəftərxanası
Sual: Sualı ünvanladı Qorxmaz: SALAM men tovbe etdim amma 2 defe 3 defe pozmusam bu gunahdir?ve yeniden tov be ede bilerem
Cavab: Salam. Sizin günah edəndən sonra yenidən tövbə etməniz çox yaxşı işdir. Bu sizin Allaha olan imanınızdan xəbər verir. İnsan tövbə etdikdən sonra öz tövbəsini pozarsa yenidən tevbə etsin. Hətta misal üçün 100 dəfə günah edib tövbə qılsa belə yenə də günaha yol verilsə tövbə etmək lazımdır. Allah tövbə edənləri sevir.
Sual: Sualı ünvanladı Adsız: Salam Eleykum,Quranla istixare nece edilir
Cavab: Salam: Quranla istixarə etmək çox çətin işdir. Bunun üçün ayələrin zahirindən əlavə onların batinin və ayələr barəsindəki rəvayətlərlə yanaşı tarixdən də məlumatlı olmaq lazımdır.
Sual: Sualı ünvanladı Aytən: AsSelamu aleykum. deqiq cavab almag isterdim ki,GUNORTA NAMAZLARI NIE ASTADAN QILINIR??
Cavab: Salam. Bu barədə dəqiq bir məlumat yoxdur.

Namaz qılmaq üçün 2 hal var:

1- Yavaş qılmaq

2- Uca səslə qılmaq

Şəriət hər bir namaza iki variantdan birini əmr etməklə hərc-mərcliyin qarşısını almış olub.
Sual: Sualı ünvanladı Men. Salam Eleykum,resm chekmek ve heykeltarashliq günahdir?shekil cheken aparatla da chekmek günahdir?gelincik düzeltmek heykel düzeltmek hesab olunur?
Cavab: Salam. Sadaladığınız işlərin heç bir eybi yoxdur.
Sual: Sualı ünvanladı Adsız: Salam Eleykum,vefat etmish müctehidin teqlidinde qalmaq olar?
Cavab: Salam: Vəfat etmiş müctehidə təqlid etməyin heç bir eybi yoxdur. İstisnadır həyatda olan müctehid vəfat etmiş müctehiddən ələm (üstün) olsun. Belə olduqda təqlidi vəfat etmiş müctehiddən diri müctehidə dəyişmək lazımdır.

Sualı ünvanlayarkən adınızı qeyd etməyi unutmayın.
Sual: Sualı ünvanladı Fatimə: Salam Eleykum,secde ayesin oxuyub,secde edende hicabli olmaq vacibdir?
Cavab: Salam. Xeyr, vacib deyil.
Sual: Sualı ünvanladı Adsız: Salam Eleykum,qalstuk taxmaq qerb adetlerin teqlid etmek sayilir?günahdir? Hicabli qadin az miqdarda makiaj ede biler? ALLAH razi olsun.
Cavab: Salam. Bəli, qalstuk taxmaq möminə yaraşmayan bir işdir və mömin insan bundan çəkinməlidir. Çünki, qalstuk taxmaq islam düşmənləri və kafirlərin adətidir.

Naməhrəm qarşısında qətiyən makiaj etmək olmaz.

Sual göndərərkən adınızı qeyd etməyi unutmayın.

Sual: Sualı ünvanladı (adsız): İstibra nədir və necə etməli
Cavab: Salam. İstibra üç yeri üç dəfə sıxmaqdır. Bu üç yerin birincisi, alətin altında olan damar, ikincisi alətin özü, üçüncüsü alətin uc tərəfidir. Bu üç hissə, üç mərhələdə və hər mərhələdə üç dəfə olmaqla sıxılır ki, alətin daxilində olan sidik xaric olsun. Bundan sonra alətin uc tərəfi su ilə yuyulur. Beləcə, istibra edib özünü yuyan insanın alətindən, özünü yuyandan sonra nəsə şübhəli rütubət xaric olsa bu rütubət sidik hökmündə deyil və pakdır.
Sual: Sualı ünvanladı Mübariz: Salam.mən Sistani ağanın müqəllidiyəm. bilmək istəyirəm ki, Sistani ağanın "mihacus salihin" kitabının 2-ci cildində ağa buyurub ki, "ədalətlinə yəqinin olmayan pişnamaza iqtida edə bilməzsən"? bu fətva "mihacus salihin" kitabının 2-ci cildində qeyd olunur?
Cavab: Salam. Mihacus-salihin kitabının 2-ci cildində siz deyən məsələ ilə rastlaşılmadı. Amma Ayətullah Sistaninin dəftərxanasından bildirdilər ki, ədalətinə yəqinin olmayan pişnamaza iqtida etmək düzgün deyil.
Sual: Sualı ünvanladı Altun: Salam. Mensheyini bilmediyimiz ( yeni hansi heyvana aid oldugunu bilmediyimiz) bel kemerini taxib namaz qilmaq olar?..
Cavab: Salam. Əgər həmin bel kəmərini müsəlman bazarından alıbsınızsa və onu hansısa kafir ölkəsinin istehsalı olduğu sizə sübut olunmursa (yəni məsələn üstündə Çin istehsalıyazılmayıbsa) onda həmin kəmərdən istifadə etmək olar.
Sual: Sualı ünvanladı Men: Salam Eleykum,namazda herfi sehv deyilse secdeyi-sehv edilmelidir?Namazda sachin bir hissesi görunse,amma bunu namazdan sonra bilsek,namaz tezelenmelidir?
Cavab: Salam. Namazda sözlərin hər hansı birini səhv deyən həmin sözü təkrarlayıb düzgün desin. Əgər artıq rukuya gedibsə və sözü düzəltməyin məqamı arxada qalıbsa onda namaz düzgündür və səcdeyi-səhvə ehtiyac yoxdur.

Bilmədən namazda görünən saçın eybi yoxdur və namaz düzgündür.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı