Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Əli: Salam aleykum bilmək istərdim ki namazı qılmağa şərait olmazsa fikir ilə qılınarsa sonra qəzasını qılmaq vacibdirmi əvvəlcədən təşəkkür
Cavab: Salam. Əgər namazın sözləri dilinizdən çıxıbsa, yəni fikirli olmağınız buna səbəb olmayıb ki, namazı kəsə-kəsə qılasınız, onda qəzasını qılmaq vacib deyil.
Sual: Sualı ünvanladı Elmar: Salam.Destamaz alamaqa basladiqimiz vaxt aqzimizi 2 defe su ile yaxalayiriq.Bu emel mustehebdi yoxsa vacib?
Cavab: Salam. Dəstəmaz alarkən ağızı su ilə yaxalamaq müstəhəbdir.
Sual: Sualı ünvanladı Rövşən: Sidiyə getdikdən sonra su olmasa ne ilə paklamaq olar?
Cavab: Salam. Sidiyə getdikdən sonra su olmasa istibra edin ki, alətdə olan sidik xaric olsun və elə o halda da qalxın. Sonra haçan su tapsanız özünüzü və sidik dəymiş paltarınızı (əgər alt paltarınıza sidik dəyibsə) paklayın. Qeyd edək ki, sidik elə bir murdarlardan sayılır ki, onu nəcisdən başqa heç nə aradan aparmır.
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Umumiyyetle ayaqyoluna gedende istibra etdikden sonra mueyyen vaxtdan sonra aletden nese su gelerse hokmu nedir?ne etmeliyik?
Cavab: Salam. İstibradan sonra istənilən vaxt öz-özünə gələn rütubət pak hökmündədir. O sidik yox alətin daxili rütubəti sayılır.
Sual: Sualı ünvanladı Araz: Salamalar. Qadinlarin evden icazesiz cixmamasi sheretde var?
Cavab: Salam. Qadının evdən ərindən icazəsiz çıxması haramdır və çox böyük günahlardan sayılır ki, məlaikələrin lənətinə səbəb olur.
Sual: Sualı ünvanladı Elmar: Salam.Qusl aldiqdan sonra destamaz almaq lazimdi yoxsa ehtiyac yoxdu?
Cavab: Salam. Qüsl aldıqdan sonra dəstəmaz lazım deyil. Aldığınız qüsüllə o zamana kimi namaz qıla bilərsiniz ki, dəstəmazı batil edən işlər baş verməyib.
Sual: Sualı ünvanladı Eyvaz: Salam.1)Istibra yeni sidiye gedende 9 defe siqal cekmek nezerde tutulur?2)Demeli cinsi rabiteden sonra qusl almazdan qabaq sidiye getmek lazimdi ve istibra etmek lazimdi ki aletde olan sperma parcalari xaric olsun yox ve bunlari bu ardicilliqla etdikden sonra aletden ne su gelerse pak halindadi.Duz basa dusmusem?3)yox eger istibra etmezden evvel qusl alsam ve daha sonra aletden su gelerse qusl batildi.duz basa dusmusem bunlari?
Cavab: Salam. Bəli isatibra həmin əməldir ki, anlamısınız. Cinsi rabitədən sonra sidiyə getsəz sidiy özü qüslün istibrası sayılır.
Yəni bizim iki növ istibramız var:
1-ci: Cinsi rabitədən sonra spermadan istibra. Bu istibra sidiyə getməklə həyata geçirilir.
2-ci: Sidiyə gedəndən sonra sidikdən istibra. Bu istibra anladığınız həmin sıxılma məsələsidir.
Sizin boynunuza qüsl gələndən sonra sidiyə getmədən qüsl alsaz deməli qüslün istibrasın həyata keçirməmisiz və qüsldən sonra alətdən nəsə rütubət xaric olsa qüslünüz batildir və təzələməlisiniz. Amma qüsldən sonra sidiyə getsəz və sidikdən istibra etməsəz, bu halda alətdən biraz rütubət xüric olsa, sidikdən istibra etmədiyiniz üçün bu rütubət sidik sayılır, və qüslünüz səhihdir. Amma rütubəti su ilə paklamaq lazımdır.
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Kisi ozune halal olan qadinla cinsi elaqede olandan sonra gedib cimib qusul alir.Bir nece vaxtdan sonra yeni qusul aldiqdan sonra kisinin aletinden maye gelir.Bele bir meqamda kisinin hokmu nedir?Yeniden qusul almalidir yoxsa bu maye sperma hokmunde deyil?
Cavab: Salam. Cinsi rabitədən sonra sidiyə getsə, bu yolla alətin daxilində olan sperma qırıqları xaric olur. Sidiyə gedəndən sonra istibra etsə və istibradan sonra hər nə su gəlsə o su pakdır və heç bir peroblem yoxdur. Yox əgər sidiyə gedəndən sonra istibra etməsə alətdən xaric olan su sidik hökmündədir və su ilə yuyulmalıdır. Amma cinsi rabitədən sonra sidiyə getmədən qüsl alsa və qüsldən sonra alətdən nəsə rütubət xaric olsa bu rütubət sperma hökmündədir və verdiyi qüsl batildir. Qüslü təzələsin. Aydın almayan yer olsa təkrar sual edin.
Sual: Sualı ünvanladı Cavid: Salam.ALLAH sizden ve butun aqalarimizdan razi olsun.suallarimiza her zaman cvb yazirsiz.bir sualim var.men Bakida qaliram.Hem is seraitime gore (vaxtim olmur maraqlanmaq ucun), hem de neden olduqunu bilmirem sadece siqe etmek ucuin xanim tapa bilmirem.bu halda cox cetinlik cekirem.hansisa merceyi teqlid bele cetin halda icaze verirmi ki, pozqun qadinla siqe edim???cavabinizi gozduyurem
Cavab: Salam. Ayətullah Xamneinin dəftəri: Əgər bir dostunuz hansısa bir qadınla müvəqqəti nigah bağlasa və təyin etdikləri müddət tamam olsa və həmin qadın iddə saxlamadan sizinlə müvəqqəti nigah bağlamaq istəsə bu iş olmaz və haramdır. Amma bir qadın ki, əqd bağlamadan kimləsə cinsi rabitədə olub və indi siz onunla əqd bağlayıb cinsi rabitə qurmaq istəsəniz bunun eybi yoxdur. Çünki o qadının əvvəlki cinsi rabitəsi əqdsiz olub və əqdsiz rabitəyə iddə saxlanılmamalıdır. Cavab aydın olmasa, qaranlıq yeri təkrar sual kimi ünvanlayın. Təşəkkür!
Sual: Sualı ünvanladı Samir: Salamun eleykum.Namazi qilandan sonra shek etsen ki nece reketb qildim-indi vezifem nedir?
Cavab: Salam.Hər hansı bir əməldən sonra şəkk etsəz ki, həmin əməli düzgün yerinə yetiribsiz ya yox, onda həmin şəkkə etina etməyin və əməldən sonra şəkk əməli batil etməz. Yəni sizin əməliniz düzgündür.
Sual: Sualı ünvanladı Xeyale: Essalamu aleykum...aga namazda qadinlar ayagina corab geyinmelidir
Cavab: Salam. Xeyr, namaz qılanda topuğa qədər örtünmək vacibdir. Yəni ayaqlarda corab olmadan da namaz qılmaq olar. Ayaqlar o zaman örtünməlidir ki, namahrəmin ayaqları görmək ehtimalı olsun.
Sual: Sualı ünvanladı Eldar: Salam.Heyet evinde yasayiram ve it saxlamaq isteyirem.bu caizdir?
Cavab: Salam. Bəli caizdir. İt də Allahın yaratdığı məxluqlardan biridir. İt saxlamağın bir işğalı yoxdur. Amma it murdarlardan biri olduğu üçün gərək onunla ehtiyatlı davranılsın ki, murdarlıq hər yerə yayılmasın. Bundan əlavə itdən fayda götürülmək üçün saxlanılmalıdır. Məsələn həyəti oğrudan qorusun və digər bu kimi işlər.
Sual: Sualı ünvanladı Ramil: Salam men teqlid etmek isteyirem mene muctehid secmekde ne komek ede bilersiniz?
Cavab: Salam. Qeyd etməliyik ki, bizim müdriyyət tərəfindən hansısa mərcəni təbliğ etmək icazəmiz yoxur. Nəinki icazəmiz yoxdur, bunun tam əksi, bu iş saytımızda qadağandır. Siz mərcənizi özünüz seçin və nəsə sualınız olsa biz sualınızı cavablandırarıq.
Sual: Sualı ünvaladı Elmar: Salam.1)Destemaz vaxti elime 5 defe su tokdum sonra 2 defe kamil yudum yeni surtdum,5 defe uzume su vurdum yeni suyu 5 defe uzume catdirdim.Ellerin ve uzun yuyulmasini men bele basa dusdum.Sehv varsa qeyd edin.2)Uze suyu catdirdiqdan sonra 2 defe surtmek lazimdi?
Cavab: Salam. Bəli, üzə əli iki dəfə çəkmək olar, üçüncü dəfə haramdır.
Sual: Sualı ünvanladı Elmar: Salam.Xahis edirem tez cavablandirin.Menim dayim momin olmasa da muselmandi ve banklarin birine 3000 manat pul yatizdirib ve ayda hemin mebleqin ustune 50 m faiz gelir.Aydin meseledi ki bu haramdi cunki bankin sahibi muselmandi.Men ise ticaretle mesqul oluram ve dovriyye ucun bu pulu dayim bankdan alib mene verse ve men de oz ticaretimle mesqul olmaqla yanasi halalliqla dayima ayda 50 manat pul versem bu haramdi?yeni dayim banka faize pul vermekdense mene o 3000 manati versin ve men de ona faiz deyil halalliqla ona pul verim her ay.Bele etmek olar?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Dayınızın Bankdan aldığı faiz şəri baxımdan halal deyil. Çünki Banklarımız İslam qayda-qanunu ilə işləmir.
Siz dayınızdan al-ver üçün pul götürə bilərsiz. Amma qabaqcadan təyin etmək olmaz ki, siz ona ayda 50 manat verəcəksiz. Amma belə edə bilərsiz ki, dayınızla belə şərt kəsəsiz: Al-ver edirəm, qazancımız 25 faizi sizin olacaq.
Əlavə olaraq dayınıza deyin ki, sizin səhviniz olmadan onun verdiyi 3000 manat əlinizdən çıxarsa (məsələn Allah uzaq etsin mallar oğurlanarsa) və siz bu işdə günahkar olmasaz siz ona pul ödəməli deyilsiz. Amma bunun əksi də var. Əgər siz dayınızdan aldığınız pulla bir maşın alma alıb digər şəhərə aparsaz ki, orada satasınız və yolda alma çürüsə, bu iş sizin günahınız olduğu üçün gərək dayınızın 3000 manatını özünüz ödəyəsiz.
Sual: Suaı ünvanladı Cavid: Salam.Bakida bir nefer dindar qardasdan esitdimki, Ayetullah Xameneyinin siqe ile baqli qerarinda var ki, zeruri hallarda pozqun qadinla siqe etmek olar.bu ne derecede duzdur???ve eger bele olarsa bunun sertleri nedir?hemde qoruyucuyla olsa bele xestelik kecme ehtimali var.bes bu nezere alinibmi???
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanasından dedilər ki, ağanın bu barədə sözü budur ki, əgər bir qadınla siğə etmək istəsəz araşdırma aparmağ zəruri deyil ki, bu əxlaqsızdır ya yox. Yəni əxlaqsızlıqla məhşur olmayan (əxlaqsız kimi tanınmayan) bir qadına siğə etmək olar.
Sual: Sualı ünvanladı Altun: Nəcis olan şeylər qüslu pozurmu?.. Məsələn itə, itin agzının suyu, tükü, sümüyünə toxunmaq. Pivə, araq və şərab kimi içkilərin bədənə tökülməsi (içməmək şərti ilə).. Cavabinizi tezliklə gözləyirəm. İndidən təşəkkül edirəm sağ olun.
Cavab: Salam. Ayətullah Behcətin dəftərxanası: Xeyr, pozmur. Nəcis olan şeylərə insanın bədəni toxunarsa həmin yeri suya çəkmək lazımdır və bunun qüslə heç bir adiyyatı yoxdur.
(Hal hazırda Ayətullah Behcətin dəftərxanası Ayətullah Məhfuzi adlı alimə həvalə olunub. Amma onlar bu sualı Ayətullah Behcətin nəzəri ilə cavablandırdılar.)
Sual: Salam.Momin dostlarim arasinda bele bir mesele dusdu ki ticaretde nese satirsansa hemin malin mayasinin 3 qat xeyrine sata bilersen amma daha da bahasina satarsansa bu haramdi.Men rehbere teqli etdiyime gore teqlid kitabina baxdim ve rast geldim ki--Ticaretde her hansi bir malin satilmasi bele:dovlet terefinden teyin olunmus qiymete satilmalidi ve bu meselede insaf da olmalidi ve qeyri musenmanlar teyin olunmus qiymetden baha da sata bilersen.Risaleden yeniden axtardim tam o suali tapa bilmesem de bu sual ve cavablari tapdim:Sual 888: Dükanlarda olan malların qiyməti təbii qaydada, yaxud çox sürətlə və gözlənilmədən artsa, onda onları yеni qiymətə satmaq caizdirmi?
Cavab: Dövlət tərəfindən onlar üçün müəyyən qiymət təyin olunmayınca, o əmtəələrin cari ədalətli qiymətə satılmasının еybi yoxdur
Sual 521: Ticarətdə satılan maldan nə qədər qazanc əldə еtməyə icazə vеrilir?
Cavab: Qazanc əldə еtməyin müəyyən bir həddi yoxdur. Buna görə də zülm və insafsızlıq həddinə çatmayınca və dövlət qayda-qanunlarının ziddinə olmayınca işkalı yoxdur. Amma yaxşı olar ki, hətta müstəhəbdir ki, satıcı öz dolanışıq xərclərini çıxarmaq miqdarında qazanc əldə еtməklə kifayətlənsin.1)Islediyimin dukanin muduru alver zamani mene yalan danismaqla beraber teyin olunmus qiymetden daha baha satmaqa vadar edir.Bu meselede menim ve mudurumun hokmu nedir?gunah mene yoxsa mudure yazilir?
Cavab: Salam. Ayətullah Xamneinin dəftəri: Yalan danışmaq haramdır və nə etməli olduğunuza qərarı özünüz verin.
Mallara qiymət təyin olunanda insaf gözlənilməlidir.
Günah ikinizə də yazılır.
Sual: Sualı ünvanladı Eli: Kitab ehli ile sige baglamaq caizdirmi.
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Bəli, olar!
Sual: Sualı ünvanladı Eli: Salam aleykum .
Spirtli etirden irtifade etmek olarmi?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Əgər ətirin içinə qatılan spirt məstedici olmazsa bir problem yoxdur. Əgər siz bilmirsizsə ki, bu ətirə məstedici spirt qatlıb ya qeyrisi, onda siz həmin ətirdən istifadə edə bilərsiz.