www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Elmar: Salam.Dukanda satici isleyirem ve mudur bezen yalan demeye mecbur edir.Meselen deyirki musteri gelende yalandan de ki filan malin mayasi bu qiymetdi ona gore de dediyin qiymete sata bilmerem halbuki yalandan deyirem mudurun gosterisine gore.Bu isde menim ve mudurun hokmu nedir?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Yalan haramdır. Sizin ikinizə də günah yazılır.
Sual: Sualı ünvanladı Tural: Salam.Islediyim dukanin muduru gundelik bazarda olan qiymete esasen malin qiymetinden baha qiymet qoyarsa hansi ki rehberin fetvasina esasen bu haramdi .Bu meselede iscinin hokmu budu ki: isci mudurun teyin etdiyi baha qiymete sata biler ve eger musteri qayidib aldiqi mali cox baha aldiqini deyib geri qaytarmaq istese gerek mali geri qebul edek.Rehberin fetvasinin eksini etdiyine gore bes mudurun hokmu nedir?axi o bazar qiymetinden baha satir
Cavab: Salam. Ayətullah Xamneinin bazar qiyməti barəsində olan hökmünü hardan oxuyubsuz? Kitabın adı və səhifəsini bizə göndərin ki, araşdırma apara bilək. Təşəkkür!
Sual: Sualı ünvanladı Sakit: Salam men bilmey isteyiremki,seriet dovleti olmayan olkede ulguc ile uz qirxmaqin hokmu nedir,nezere alsaq ki,uzu yalniz qeyri mominler qirxdirir ve berberinde maddi baximdan bu isi gormeye ehtiyaci var?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Müsəlmanın üzünü ülgüclə vurması haramdır. Bərbərin də bu işi görməsi ona haramdır. Üzünü ülgüclə vurduran müsəlman olmazsa və onun öz dininin əhkamı ona üz vurdurmağa icazə verərsə onda Bərbər qeyri müsəlmanın üzünü vura bilər.

Bərbərin pula ehtiyacı haram işi ona halal etmir.
Sual: Sualı ünvanladı Elmar: Salam.Bir meseleye daha da aydinliq getirmek ucun bu suali unvanlayiram. Destemazi bele alin deye cavabiniz budu---- Ayətullah Xamneinin fətvasına əsasən: Üzə istənilən sayda su vurmaq olar. Məsələn 5 dəfə üzə su vurun və bu haram deyil. Amma üzə su vurandan sonra bir dəfə əllərinizlə üzü yusanız və sonra yenidən üzə su vurub ikinci dəfə yusanız sonra üçüncü dəfə üzə su vurub üzü yumaq olmaz və bu haramdır. Yəni üçüncü dəfə haramlıq məsələsi üzə su vurmaqda deyil, üzü üçüncu dəfə əllərlə kamil yumaqdadır.Bu cavabin derk olunmasinda fikir ayriliqlari yaranir.Yeni sizin cavablarinizdan tek men deyil cox insanlar yararlanir ve men de ozume borc bilirem ki Ayətullah Xamneiye teqlid eleyenlere melumatlari catdiriram ki kamil olaraq teqlid elesinler.1)Elleri kamil yumaq deyende yeni tutaq ki 1 ve ya 3 defe elime su tokdum ve elimi yudum 1 defe men eli yumaq deyende mesh cekmek nezerde tuturam yoxsa bu bele deyil?yeni ele 1 ve ya 3 defe su tokenden sonra diger elimle yuxaridan asaqi bir nece defe mesh ceke bilerem?2)Ellerimi ve ya uzumu bir nece defe su tokdukden sonra yuyub sonra yene de bir nece defe su tokub yuyuram bu duzdu?yoxsa bir nece defe su tokdukden sonra ardicil olaraq 2 defe yuyulmalidi?bilirem ki 3-cu defe haramdi.Xahis edirem suallarima nomrelediyime esasen cavab veresiniz.Su qeder omrunuz olsun.Allah bizi heqiqi Ali asiqlerinden qerar versin
Cavab: Sayt tərəfindən: Yumaq deyiləndə əli sürtmək nəzərdə tutulur. Üzə su vurmaq deyəndə əl ilə suyu üzə çatdırmaq nəzərdə tutulur. Aydın olmasa təkrar yazın ki, hansı məsələ aydın olmadı. Sualı qısa və aydın yazın. Sual uzanıdıqca hansı məsələyə cavab vərməli olduğumuzu aydınlaşdırmaq çətin olur. Konkret bir cümlədə sulını yazsaz cavab vermək asan olar. Sualınız çoxsa onları ayrı ayrı göndərməyinizi xahiş edirik. Təşəkkürlər.
Sual: Sualı ünvanladı Nail: Salam.Kecen sualima cavab verdiniz ve dediniz ki qurban yalniz Hacda kesilir.Meselen oqlum esgerlikden salamat qayidarsa qurban kesecem bunun duzgun olmadiqini bildirdiniz ve bunun nezr olduqunu dediniz ve nezr siqesi oxunmadan bu is olmaz dediz.Nezr siqesi niyyet elemeden qabaq oxunmalidi nece oxunmalidi ve bu duani hardan elde ede bilerem?
Cavab: Salam. Ayətullah Xamneinin dəftəri: Nəzir üçün niyyət edəndə belə edin: Allah üçündür mənim öhdəmdə filan iş olarsa, filan işi görmək.



Sayt tərəfindən: İnşallah ki, bilmədən Qurban niyyəti ilə kəsdiyiniz nəzrləri Allah qəbul edib.
Sual: Sualı ünvanladı Nərgiz: kishinin iki arvadi olarkan bashqa bir qadinla siga ede bilermi? ve evli kishiye siga etmek olarmi?
Cavab: Salam. Bəli, iki xanımı olan kişi başqa xanımla da "əqdi müvəqqət" bağlaya blər. Evli kişiyə də bu iş caizdir.
Sual: Sualı ünvanladı Nargiz: salam aleykum. meni maraqlandiran sual budu ki, uzr isteyirem kishi namhrem qadinin bedenini ne zaman gore biler, deyirler seffav perde altinda gore biler ki onun bedeninin noksanlarini gormek ucun, bu duzdur?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Evlənmək istəyən kişi yaxşı olar ki, tanış və qohumu olan bir xanımı bu işin ardınca göndərsin. Yəni xanım həmin qadının bədininə baxıb onun eybinin olub olmadığını görsün və gəlib desin. Amma elə bir etibarlı xanım olmayan halda, kişi özü pərdə arxasından evlənmək istədiyi qadının bədəninə baxa bilər ki, onun eybli olub-olmadığını görsün.
Sual: Sualı ünvanladı Tural: Salam.Rehberin fetvasina esasen her hansi bir malin ticaretinde meselen bir telefon modeli dovlet terefinden mueyyen olunmus qiymete satiril eger hemin qiymetden baha satilarsa haramdi.Bizim olkede bezi sheylerin qiymeti dovlet terefinden deyil bugunku bazardaki qiymete esasen qoyulur ve fetvaya esasen hemin qiymetden baha satmaq haramdi.Istisna olaraq ise qeyri muselmanlara bazara esasen teyin olunmus qiymetden baha satilmasi haram deyil.bu fetvani duz basa dusmusem?Men dukanda isleyirem ve mudurum bazar qiymetinden de artiq satis qiymeti teyin edib ve satilir bu meselede menim hokmum nedi mudurumun hokmu nedi?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Müdiriniz qiymət təyin edə bilər və siz də həmin baha qiymətə sata bilərsiniz. Amma müştəri geri qayıdıb baha aldığı malı qaytarmaq istəsə malı geri qaytarmalısınız.



Qeyri müsəlman məsələsin öyrənə bilmədik-vaxtımız çatmadı. Növbəti fürsətdə bu suala da cavab verəcəyik-inşallah!



Diqqət: Biz əlaqə saxladıq və onlar belə şeyin olmadığını dedilər.
Sual: Sualı ünvanladı Elmar: Salam.Bildiyime gore her bir mominin boynunda borc var yeni bir adamin duz yolda olmadiqini ve ya pislike doqru getdiyini duyumuz halda borcumuzdu ki onu bu yoldan cekindirib haqqa teref aparaq ve bu ishi 3 defe etmeliyik.Bu bizim borcumuzdu ki 3 defe ona haqqi basa salaq ve duz yolda olmadiqini basa salaq.Eger biz uzerimizdeki borcu yerine yetirerek 3 defe yoluna azan adama bildiririk ki sen duz yolda deyilsen ve bizim uzerimizden yuk goturulur lakin hemin adam haaqa yene de gelmir buna esaslanaraq bilmek isterdim:Yasadiqim erazide dukan kafe ve restoranlar isleyir hansi ki hemin yerlerde araq donuz etinden hazirlanmis mehsullar satilir.Men hemin yerlerin sahiblerine 3 defe duz yolda olmadiqlarini haram islerle mesqul olduqlarini bildirmisem lakin buna emel etmeyibler ve oz ishlerine davam etmekdediler.Men oz uzerimde olan borcu yerine yetirmis oluram yoxsa yene nese etmeliyem?yer sahiblerinin hokmu bellidir Bes.menim hokmum nedi?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Yaxşılığa dəvət hər kəsin vəzifəsidir və bu işdə 3 dəfə məsələsi yoxdur. Yəni insan qarşı tərəfin günah etdiyini bilsə və ehtimal versə ki, pis iş görən insanı yaxşılığa dəvət etdikdə bu dəvət onda əsər qoyacaq və ona təsir edəcək onda yaxşılığa dəvət və pislikdən çəkindirmək həyata keçməlidir. Amma kimsə ehtimal versə ki, qarşı tərəfi yaxşılığa dəvət etsə və pislikdən çəkindirsə bu həmin insana təsir etməyəcək, onda boynuna bir vəzifə gəlmir.
Sual: Sualı ünvanladı Elmar: Salam.Gece namazi qilmaq isteyirem.Namazi gece yarisindan sonra qila bilerem yoxsa subh namazina 2 saat qalmis qilmaliyam?
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Gecə namazının vaxtını şam namazı ilə sübh azanının arasında olan vaxtı ortadan bölməklə əldə etmək olur. Yəni həmin vaxt ortadan bölündükdə saat necəyə təsadüf edərsə həmin saatdan sonra gecə namazını qımaq olar. Məsələn şam namazı gecə saat 20:00 da olursa sübh azanı isə sübh saat 04:00-a təsadüf edirsə onda gecə saat 12:00-da gecə yarı olur və 12:00-dan sonra gecə namazını qılmaq olar. Amma gecə namazı hər nəqədər sübh namazına yaxın olsa bir o qədər yaxşıdır.



Sayt tərəfindən: Yəni sübh namazına iki saat ya bir saat qalmış gecə namazını qılmaq daha yaxşıdır.
Sual: Sualı ünvanladı Tural: Salam.Eger men yolda gederken 20 manat tapmisam.Deyilene gore pulu tapan anda 3 defe pul kimindi deye seslenirsen ve yiyesi tapilmazsa o pul mene halaldi?yoxsa hemin yeni pulu itiren adamin adindan tapdiqim pulu nezir vermeliyem?Siz ise bele cavab vermisiniz ki-- Cavab: Salam. 20 manat məbləğində tapsanız o məbləği həmin adamın adından nəzir verin. Amma az ya çox məbləğ tapsanız hökm fərq edir! Eger 20 manatdan cox yeni 50 manat ve ya az 5 manat olarsa hokmu nedir?
Cavab: Salam. Ayətullah Xameneinin dəftərxanasından belə cavab verdilər: Təqribən 25 qəpik həddində pul tapılarsa o pulu özünə götürə bilərsən. Amma bu miqdardan çox pul tapdıqda onun sahibi axtarılmalıdır.





Sual: Salam.Ayətullah Xameneyinin fətvasına əsasən kağız oyunları yəqin ki kart nəzərdə tutulur qumar alətidir və hətda kompyuterdə də belə oynamaq haramdır.Düz ərz etdim? Hec bir maddi və mənəvi maraq olmadan damino oynamaq haramdı?
Cavab: Sualı ünvanladı Elmar: Dəftərxana ilə əlaqə saxlaya bilmədiyimiz üçün inşallah növbəti fürsətdə cavabınızı verəcəyik.



Ayətullah Xamneinin dəftərxanası ilə əlaqə saxladıq və buyurdular: Udub uduzmaq olan oyunlar haramdır. İstənilən bir oyun pulsuz oynanılarsa halaldır. Amma bu şərtlə ki, həmin oyun xalq arasında qumar aləti kimi tanınmasın. Kompyuterdə olub olmaması fərq etmir.



Sayt tərəfindən: Kart oynamaq qumar kimi məşhurdur, deyə-haram sayılır.

Sual: Sualı ünvanladı Elmar: Salam.Eger 20 manatdan az pul tapilsa hokmu nedir? (meselen 5 manat olarsa) ve ya 20 manatdan cox olarsa meselen 50 ve ya 100 ve daha cox olarsa hokmu nedir?ne etmeliyem
Cavab: Salam. Təqribən 25 qəpik həddində pul tapılarsa o pulu özünə götürə bilərsən. Amma bu miqdardan çox pul tapdıqda onun sahibi axtarılmalıdır. Əgər sahibi uzun müddət axtarıldıqdan sonra tapılmasa həmin pul sahibi tərəfindən sədəqə verilməlidir.
Sual: Sualı ünvanladı Elmar: Salam.Keçən sualımda size 2005-ci ildə baş vermiş alqı satqıda naraziliq baş vermişdi deyə sual vermişdim siz ise onun adından sədəqə verin deye cavab vermisiniz.Ümumiyyətlə hadisə bele baş vermişdi.2005-ci ildə öz qohumumla 94 kv sahəsi olan obyekt almışdıq.Ve pulun çox hissəsini qohumum qoymuşdu.Sonradan saheni almaq istediler qohumum satmadı.Men ona dedim ki sataq sen qoyduqun pulun 2 qat pulunu sen gotur qalanini da men cunki obyekti yaxsi qiymete alirdilar ve o razı olmadı.Sonradan aramızda narazıçılıq oldu ve mehkemeye müraciət etdim ve mehkeme obyekti böldü ve obyektin sahəsinin 68 kv ona verdilər 26 kv ise mene verdiler.Mehkemenin qerarı ilə mənim qohumum razılaşmadı ki mene az sahə verdilər mən çox pul vermişdim.Men isə bunun müqabilində mənim payıma düşən hissəsini ona 5 illik pulsuz işlətməyə verdim ve ona dediyinə görə qoyduqu artıq pulun müqabilində verdim o da razı oldu.5 il tamam olduqdan sonra isə mən ona vaxtın bitdiyini bildirdim o isə mənə məni hələ qane etmir mən yenə də pulsuz işlətməliyəm dedi.Halbuki mən bu 5 il müddətində ona naraziliq etdiyi məbləğin 5 qatını qaytarmısam.Hətda bu yay orani kafe kimi işlətdi ve içki də satdilar ve mənə 3 ayliq icarə pulu gətirib verdilər mən də qəbul elemedim dedim ki içkidən gələn pul haramdi ve mene lazim deyil.Bu məsələyə aydinliq getirərək mənə deyin görüm mən qohumumum bu naraziliğına görə onun adından keffarə və ya sədəqə verməliyəm ,nəzərə alın ki mən onun haqqini artıqlamasi ilə qaytarmişam.Cox vativizi aldiqima gğrə üzr istəyirəm
Cavab: Salam. Əgər o əvvəlcə sizinlə razılaşıbsa ki, 5 il işlədim halallaşaq-onda artıq sizin ona bir borcunuz yoxdur və bu məsələdə ifrat şəkk etməyin. O sizin dindar olmağınızdan sui-istifadə etməsin və haqqınızı alın. Çünki sizin payınıza düşən hissəni 5 il pulsuz işlətməklə o halallaşacağına öncədən razı olub. Əgər o bu razılığa məcbur deyildisə bir problem qalmır..
Sual: Sualı ünvanladı Tural: Salam.Eger men yolda gederken 20 manat tapmisam.Deyilene gore pulu tapan anda 3 defe pul kimindi deye seslenirsen ve yiyesi tapilmazsa o pul mene halaldi?yoxsa hemin yeni pulu itiren adamin adindan tapdiqim pulu nezir vermeliyem?
Cavab: Salam. 20 manat məbləğində tapsanız o məbləği həmin adamın adından nəzir verin. Amma az ya çox məbləğ tapsanız hökm fərq edir!
Sual: Sualı ünvanladı Elmar: Salam.Keffare hansi gunaha gore ve nece verilir?2005-ci ilde ticaretde bir gunah olub yeni alis veris ederken alan adam menden narazi olub.men ne etmeliyem?.Nezere alin ki hemin adami tapa bilmirem ki halalliq alim.Keffare vermeliyem?Alan adamlar din ehli olmayiblar
Cavab: Salam. Kəffarənin hansı günahlara düşməsini əməliyyə risaləsindən əldə edin. Əgər konkret hansısa günahı nəzərdə tutursuzsa bizə həmin günaha kəffarə gəlib gəlməməsini sual kimi yazın. Yəni günahın özün qeyd edin.



Əgər kiminsə haqqı sizdə qalıbsa və həmin adamı tapa bilmirsizsə onun əvəzindən sədəqə verin. Fərq etmir o adam din əhli olub yoxsa yox!
Sual: Sualı ünvanladı Mahir: Salam.Muveqqeti sige nece olur?Qaydasi necedi ve kimlerin sige etmesi caizdir.Muddeti ne qeder ola biler?
Cavab: Salam. Müvəqqəti əqddə iki tərəfin arasında razılaşdırılmış bir müddət təyin olunur. Qaydası budur ki, mehriyə təyin olunur və müddət təyin olunur. Sonra əqd oxunur və iki tərəf ər və arvad kimi təyin olunmuş müddətə qədər bir-birinə halal və məhrəm olurlar.



Müddət isə Ayətullah Xamneinin dəftərxanasının nəzərinə əsasən istənilən bir həddə ola bilər ki ağılla düz gəlsin. Məsələn yarım saat və ya bir saat kimi ağılla uzlaşan zamanlar.



Bakirə qız ilə siğə etmək olmaz. Siğə o qadınla etmək olar ki, ərdə olub. Əgər bir qız müvəqqəti nigaha girmək istəsə o bakirə olduğu üçün atasının icazəsi olmadan bu iş ona qadağandır.
Sual: Sualı ünvanladı Ceyhun: Salam aleykum sualim budu paltar yuyan masinda paltarlar pak olur ? ozu yuyan qurudan masindi.
Cavab: Salam. Ayətullah Xamneinin dəftərxanası: Paltar yuyan maşında paltar suya çəkiləndə, həmin suya cəkilən paltar maşın vastəsi ilə fırlanarkən onun ustünə su davamlı tökülərsə pak hökmündədir. Əks halda işğallıdır.
Sual: Sualı ünvanladı Elmar: Salam.Kisi qolu qisa koynekde namaz qila biler bu caizdi yoxsa haram?qolu qisa deyende yeni koyneyin qolu ciyinden olur(kimano)
Cavab: Salam. Bəli qıla bilər. Kişi üçün örtülməsi vacib olan yer onun övrətidir.
Sual: Sualı ünvanladı Elmar: Salam.Evde sekillerin asilmasi ne derecede duzdu?yeni heyatda yasayan ve ya olen adamin shekilini evde asmaq haramdi?
Cavab: Salam. Eybi yoxdur. Amma bu şərtlə ki, qibləyə tərəf durduqda o şəkilləri görməyəsiniz. Yəni qiblə tərəfə yapışdırmaq bəyənilmir.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı