Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salamaleykum,dogurdandami siqaret cekmek haramdir ve diger haramlarla eyni hokumdedir? Evvelceden minnetdaram
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən siqaret çəkmək haram deyil.
Sual: Əssalamu əleykum. Mən sağlığında ağa Lənkəraniyə (r) təqlid edirdim.Vəfatından bir müddət sonra təqlidimi ağa Sistaniyə dəyişdim. Lakin indi nəzərimcə ağa Lənkərani daha ələmdir. Fərz olunan halda mərhum ağanın təqlidinə qayıtmağım caizdirmi? Çox xahiş edirəm tez cavab verəsiniz, təcilidir. Allah razı olsun.
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani həzrətlərinin dəftərxanasından sizin hal-hazırda hansısa diri bir mərceyə təqlid etmənizi daha məqsədə uyğun hesab edirlər.
Sual: Kreditle ev goturmek haramdimi?
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən kreditlə ev götürmək haram deyil.
Sual:
Cavab: Saytımızdan istifadə edənlərə öz dərin minnətdarlığımızı bildirir və diqqətinizə çatdırırıq ki,www.cavab-al.com saytı yalnız şəri suallara cavab verir.Xahiş edirik saytımız vasitəsilə yalnız şəri suallarınızı soruşasınız.Əks təqdirdə göndərilən qeyri-şəri suallara cavab verilməyəcək. Hörmətlə www.cavab-al.com saytının idarə heyəti
Sual: salamun eleykum meyitde tikis olsa ona temum etmek yaddan cixsa ve basdirildiqdan sonra bu ortaya cixsa ne etmeliyik meyitide cixarmaq mumkun deyil
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən meyyitdə tikişin olması ona qüsl verilməsinə maneə yaratmır.
Sual: Pulsuz baliqlarin yeyilmesi olar? olmaz?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei və həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən pulsuz balıq yemək haramdır.
Sual: salam aleykum bir nefer var polis iscisidir 4 gun posta gedir yeni serii heddi terexxusu kecib is yerine gedir ve 4 gun oz veteninde istirahet edir. Onun isi beledi baqislayin deyin gorek bu sexs islediyi yerde orucu tutmalidir yoxsa sefer sayilir tesekkur edirem
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən əgər iş üçün bu cür səfərləri iki ayi keçərsə onda orucu tutmalı və namazını tam qılmalıdır.
Sual: Salam aleykum.Bir Momine Xanim Oruclu halda basi herlenib,ozunu cox pis hiss edib,ayaqlari esib,halsiz olub ve doze bilmeyib mecbur olub orucunu acib,yemek yeyib.Indi bunun hokmu nedir ? Hemin xanimcun bu uzrlu sayilirmi,cunki mecbur olub acib yoxsa nese basqa bir hokmu varmi ?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən oruc tutan şəxs zəifliyi dəlil gətirərək orucunu aça bilməz.Amma əgər hər hansı bir şəxsin zəifliyi dözülməz dərəcədə şiddətli olarsa, bu zaman orucu açmağın eybi yoxdur.
Sual: salam. Sistani aqanin nezerinde qadinin.nehy ez munker etmeyi hansi hokmdedir
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Sistani cənablarının fətvasına əsasən şərait tələb etdiyi halda, təsir qoyma ehtimalı şərtilə qadın da nəhy əz munkər etməlidir.
Sual: Salam. Bir xanim oruc tutur. Onun qizdirmasi da var. Qizdirmali adam da deyirler tez-tez su icsin. Bu indi bir miqdar su ice bilermi?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən oruc tutan şəxs zəifliyi dəlil gətirərək orucunu aça bilməz.Amma əgər hər hansı bir şəxsin zəifliyi dözülməz dərəcədə şiddətli olarsa, bu zaman orucu açmağın eybi yoxdur.
Sual: evvela salam aleykum menim bir sualim var meni 6 ay qeza orucum var men seban ayinda musteheb oruc tuta bilerem eget tuta bileremse niyeti nece demeliyem?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən vacib qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz.
Sual: bir qadinla müvəqqəti əqd oxumaq lazım olsa öz halal heyat yoldawindan halalliq almaq lazimdir ya yox,tewekkür
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən əgər daimi əqd oxunan zaman qadın şərt etsə ki, kişi müvəqqəti əqd oxumaq istəsə gərək ondan halallıq alsın, bu halda kişi öz həyat yoldaşından halallıq almalıdır.Və həmçinin əgər müvəqqəti əqd oxunan qadın kişinin həyat yoldaşının bacısı qızı və ya qardaşı qızı olarsa.
Sual: salam aleykum
sual; bir xanim heyat yoldasi terefinden terk edilir ve defelerle xanim yalvarmaqina baxmayaraq onu terk edir dini kebinleri yoxdur amma dovlet zaksinda qeydiyyatdadirlar bosanmayiblar qadinin hokumu nedir? eger talaq hokumundedirse xais edirem etrafli yazasiniz
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən bu qadın şəri cəhətədən həmin kişinin həyat yoldaşı sayılmır(əqdləri olmadığı üçün) və bir yerdə qalmaqları da haramdır(çünki bir-birinə naməhrəmdirlər).
Sual: qolu kesik kofta ile namaz qilmaq olar?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən qadın namazda üç yerdən başqa bütün bədənini örtməlidir :
1.əllər - dirsəyə qədər
2. ayaqlar - topuğa qədər
3. üz - dəstəmaz zamanı yuyulan nahiyə
Qadınlara namazda yuxarıdakı üzvləri örtmək vacib deyil. Amma hər kəs bu 3 üzvü də örtmək istəsə, eybi yoxdur
Sual: evvela salam aleykum sualim bundan ibaretdir ata dese ki mescide getme evde namaz qil mescide getmek olarmı
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən əgər sizin məscidə getməyiniz atanızı çox narahat edib, incidəcəksə, sizi cəzalandıracaqsa bu halda məscidə getmək caiz deyil.Lakin əgər sizin məscidə getməyiniz o qədər də atanızı narahat etməsə (çox da bu məsələ üzərimdə narahatçılıq yaranmasa) bu halda məscidə getməyin eybi yoxdur.
Sual: salam men Xamneyi aqaya teqlid edirem. namaz qildim ve namaz bitdi-sonra 60 faiz ele bildim ki 4 reketli namazi 3 reket qilmisham. vezifem nedir?
Cavab: Həzrəti Ayətullah Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən namazın salamından sonra yaranan şəklərə etina olunmamalıdır.Bu halda qıldığınız namaz səhihdir və yenidən qılınması lazım deyil.
Sual: evvela salam.Men Ayetullah Seyyid Eli Xamenei agaya teqlid edirem.Xums meselesinde olarki agaye Sistaniye teqlid edim? Tek bir meseleni agaye Sistaniye teqlid etmek olar?Xaish edirem sualimi etrafli cavablandirasiz teshekkur...
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən siz xüms məsələlərində həzrəti Ayətullah Uzma Sistani cənablarına təqlid edə bilməzsiniz.Ümumiyyətlə yalnız hökmü ehtiyat - vacib olan məsələlərdə həzrəti Ayətullah Uzma Sistani cənablarına təqlid edə bilərsiniz
Sual:
Cavab: Saytımızdan istifadə edənlərə öz dərin minnətdarlığımızı bildirir və diqqətinizə çatdırırıq ki,www.cavab-al.com saytı yalnız şəri suallara cavab verir.Xahiş edirik saytımız vasitəsilə yalnız şəri suallarınızı soruşasınız.Əks təqdirdə göndərilən qeyri-şəri suallara cavab verilməyəcək.
Hörmətlə www.cavab-al.com saytının idarə heyəti
Sual: Salam. Iki il qabaq namaz goturmushdum pulla qilmaga. Ama qudretim catmadi qilmaga. Cox narahatam. Isteyirem bu namazi bashqasina pul vermekle qildirim. Olarmi? Merhumun adi da yadimdan cixib...
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən sizin bu pulu başqa bir şəxsə vermək ixtiyarınız yoxdur.Mütləq gərək pulu öz sahibinə qaytarasınız.
Əgər namazı dəftər vasitəsilə götürmüşsünüzsə, onda pulu gərək elə həmin dəftərə qaytarasınız.Namaz götürülən vaxt adınız dəftərdə qeyd olunub.Bu yolla mərhumun kim olduğunu da öyrənə bilərsiniz...
Sual: Salamlar. Yatan zaman, yol gederken aglaya-aglaya dua etmeyin problemi yoxdur ki?
Cavab: Heç bir problemi yoxdur