www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum.Necesiz ? Paltarda sekil olanda o paltarla Namaz qilmaq olar mi ? Sekil deyende ki,heyvan sekli,amma creativ formada,yeni fotoaparatla olan canli sekli deyil.
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən bu iş məkruhdur
Sual: Salamlar. Emim qizi süd bacımdır. Emimin yoldashi mene mehremdirmi? Onunla əl verib görüşə bilərəmmi? Çox sağ olun
Cavab: Verdiyiniz sualdan belə başa düşülür ki,sizin ananız əminizin qızına süd verib.Belə olan halda Həzrəti Ayətullah Uzma Sistani cənablarının fətvasına əsasən əminizin həyat yoldaşı sizə məhrəm yox,namahrəmdir.
Sual: Salam.1)Sherab meclisinde oturmaq caizdirmi?2)Toy meclislerinde ishtirak etmeyin hokmu nedir?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamanei cənablarının fətvasına əsasən : 1)şərab içilən məclislərdə iştirak еtmək hеç kəs üçün caiz dеyil.2)Əgər məclis “ləhv, haram və günah məclisidir” ünvanı aid еdilə biləcək surətdə olmasa və orada iştirak еtməyin hеç bir fəsadı olmasa, bu halda orada hazır olub iştirak еtmək camaat arasında caiz olmayan bir əməli təsdiqləmək sayılmazsa, еybi yoxdur.
Sual: Salam.Saqqali qirxmaq haramdir?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamanei cənablarının fətvasına əsasən saqqalı qırxmaq еhtiyata görə haramdır və əhvət nəzər budur ki, bеlə şəxsə fisqin hökmləri və əsərləri də şamil olur.
Sual: Salam.Siqarеt çəkməyə başlamaq haramdırmı? Əgər siqarеt çəkməyə adət еdən şəxs siqarеti bir həftə, yaxud daha çox müddətdə tərgitsə, sonradan siqarеt çəkməyə başlaması haramdırmı?
Cavab: Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamanei cənablarının fətvasına hökm, siqarеt çəkilməsinin səbəb olduğu zərərin dərəcələri baxımından fərqlidir. Ümumiyyətlə, əgər siqarеt çəkmək bədən üçün nəzərə çarpacaq dərəcədə zərər dəyməsinə səbəb olan miqdarda olarsa, caiz dеyil. Əgər bir şəxs siqarеt çəkməyə başladığı təqdirdə bu mərhələyə catacağını bilsə, caiz dеyil.
Sual: Salam.Bir nəfər sələmə(riba) pul verir və həm də məscid tikdirir.Bu işlərin şəri cəhətdən hökmü nədir?
Cavab: Quran Kərimin Ali-İmran surəsinin 130-cu ayəsində buyrulur : Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.

Həzrəti Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən sələmə pul vermək, həmçinin sələmdən alınan pul və bu pul ilə görülən iş haramdır(sələm alan şəri cəhətdən həmin pulun maliki sayılmır).
Sual: niye zohur ve esir namazi sesiz qilinir?
Cavab: Bəzi məsələlərin fəlsəfəsi hələ də bəşər övladına məlum deyil.Məsələn namazların rəkətlərinin sayının fəlsəfəsi.Mümkündür bizə məlum olmayan bəzi şeylər Allah tərəfindən bir imtahan olsun(kimin Allaha tam və kamil surətdə təslim olub-olmadığının aşkarlanması üçün)

Kəhf surəsinin 7-ci ayəsində buyurulur : "Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik."
Sual: asSalamu aleykum,evvelce bu gozel sayta gore minnetdarligimi bildirirem. Sual: Muveqqeti kebinde eger usag dunyaya gelse,onda usaq kimle qalmalidir,ve qadinin musulman(sia) aqidesinde olmagi vacibdir yoxsa yox?
Cavab: Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən

A)Qeyri müsəlmanlardan yalnız əhli kitabla (məsihi,yahudi,məcusi,saibi) müvəqqəti əqd oxumaq olar

B)Müvəqqəti əqddən dünyaya gələn uşağın hökmü daimi əqddən dünyaya gələn uşağın hökmü kimidir.Hər ikisi uşağın valideynidir. Müvəqqəti əqdin vaxtının bitməsi daimi əqdəki təlaq kimidir. Lakin hər bir halda uşağın bütün ehtiyacları (nəfəqəsi) atasının öhdəsindədir.

Sual: Allahin salami,rehmeti ve bereketi olsun sizlere.sualim beledir.bir nece defe cume gunleri mescide getmisem.bunun ucun anamnan icaze almisam,atama ise dememisem.biliremki,bilse qoymuyacag.bele halda gede bileremmi?ALLAH RAZI OLSUN!
Cavab: Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən bu məsələdə əsas meyar ata-ananı narahat etməməkdir.Əgər qız övladı bir neçə dəfə atasının xəbəri olmadan Cümə namazına yollanan vaxtdan evə qayıdana qədər heç bir günah işə və fəsada mürtəkib olmayıbsa, qıldığı namazlar səhihdir və bu iş günah deyil.Lakin sonradan atası bu işdən xəbərdar olub narahat olsa, atanın razılığını qazanmaq vacibdir(hətta bir daha məscidə getməmək haqda söz verməklə olsa belə).
Sual: salam qadinlarin qadinlar arasinda reqs etmesi haramdirmi?
Cavab: Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvalarına əsasən :

Əgər şəhvəti təhrik edərsə, yaxud haram bir işə səbəb olarsa, yaxud fəsada gətirib çıxararsa haramdır.
Sual: qargidali bitgisina zakat dusurmu
Cavab: Mərhum Həzrəti Ayətullah Uzma Fazil Lənkərani cənablarının fətvasına əsasən qarğadalı bitkisinə zəkat düşmür.
Sual: Salamun Aleykum! Suallarımı cavablandırdığınız üçün çox sağ olun. Zəhmət olmasa deyərdiniz insanın məhrəmləri kimlər hesab olunur , məsələn bibioğlu, əmioğlu filan kimi, və məhrəmlərlə əl verib salamlaşmaq olarmı ? Çox sağ olun.
Cavab: Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən qadınlara məhrəm olan kişilər :



1. Ata və baba

2. Övlad və övladın övladı (nəvə)

3. Qardaş

4. Bacının övladı (bacıoğlu)

5. Qardaşın övladı (qardaşoğlu)

6. İnsanın öz əmisi və ata-anasının əmisi

7. İnsanın öz dayısı və ata-anasının dayısı



Evlilik vasitəsilə qadına məhrəm olan kişilər :

1. Həyat yoldaşı

2. Həyat yoldaşının atası və babası

3. Həyat yoldaşının başqa qadından olan övladı və nəvəsi

4. İnsanın anasının həyat yoldaşı (bir şərtlə ki cinsi əlaqədə olmuş olsunlar)

5. İnsanın öz qızının həyat yoldaşı



Süd verilən körpə qız olduğu halda ona məhrəm olan kişilər :

1. Körpəyə süd verən qadının həyat yoldaşı (qadında olan südün sahibi olan kişi)

2. Körpəyə süd verən qadının həyat yoldaşının atası

3. Körpəyə süd verən qadının həyat yoldaşının övladları və nəvələri

4. Körpəyə süd verən qadının həyat yoldaşının qardaşları

5. Körpəyə süd verən qadının həyat yoldaşının əmi və dayıları

6. Körpəyə süd verən qadının qardaşları

7. Körpəyə süd verən qadının övladları və nəvələri

8. Körpəyə süd verən qadının ata və babaları

9. Körpəyə süd verən qadının əmi və dayıları

Adları sadalanan şəxslər yalnız süd verilən körpəyə məhrəmdirlər.

Körpəyə süd verən qadın həmin körpənin süd anası hesab olunur.



Naməhrəm şəxslə əl verib salamlaşmaq haramdır.

Sual: Salam. Səhv edərkən qılınan səcdənin hökmü necədir?Niyyət necə olur?Yaxşı izah edin.Əvvəlcədən təşəkkür.
Cavab: Ayətullah Uzma Seyyid Əli Xamenei cənablarının fətvasına əsasən

Səhv səcdəsinin vacib olduğu yerlər :

1.Namaz əsnasında səhvən danışılsa

2.Səcdələrdən biri yaddan çıxsa və sonraki rəkətin rukusunda olan halda, ya da rukudan sonra yada düşsə

3.Dörd rəkətli namazda oturan halda 4 va 5 rəkət arasında şəkk olunsa, ya da dörd rəkətli namazda ayaq üstə olanda 5 və 6 rəkət arasında şəkk olunsa



Səhv səcdəsinin ehtiyatən vacib olduğu yerlər :

1.Təşəhhüd yaddan çıxsa (namazdan sonra gərək yaddan çıxmış təşəhhüdün qəzası yerinə yetirilə və ehtiyat vacibə əsasən iki səhv səcdəsi qılına)

2.Lazım olmayan yerdə salam (hamısı) verilsə (məsələn : dörd rəkətli namazın üçüncü rəkətində səhvən salam verilsə)



Səhv səcdəsinin ehtiyatən müstəhəb olduğu yerlər :

Lazım olmayan yerdə salamın bir miqdarı verilsə



Səhv səcdəsinin qaydası :

a) Səhv səcdəsində təkbiratul ehram yoxdur

b) Səhv səcdəsinin niyyəti onu yaradan yuxarıdakı amillərdən biri olur (niyyət odur ki, namaz qılan şəxs hansı amil üçün səhv səcdəsi qıldığını bilsin.Başqa bir sözlə nə etdiyini bilsin.)

Yuxarıdakı hallardan hər hansı biri baş verərsə, namazın salamından sonra səcdəyə gedilir və bu sözlər deyilir : Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh. Bu sözlərdən sonra başı 1-ci səcdədən qaldırıb oturduqdan sonra 2-ci səcdə yerinə yetirilir.İkinci səcdə də yuxarıdakı sözlər təkrar edilir.İkinci səcdəni yerinə yetirib qurtardıqdan sonra, təşəhhüd və salam deyilir.

Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı