www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Mekruh ne demekdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Məkruh yəni bəyənilməyən iş. Fiqhi baxımdan hansısa bir əməlin məkruh olduğu deyilirsə, deməli bu əməl bəyənilən əməl deyildir. Lakin bəyənilən olmamasına baxmayaraq qiyamətdə cəzası yoxdur.

Təşəkkürlər.
Sual: Allahın salamı olsun sizə ağam 1.Mənim sualım bundan ibarətdiki saatla namaz qılmağın hökmü nədir? 2.Etina etməməlidir sözü nə deməkdi ?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

1- Əgər məqsədiniz pul muqabilində ölən şəxsin namazını qılmaqdırsa, bu işin bir maneəsi yoxdur.

2- "E'tina etməmək" yəni əhəmiyyət verməmək.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Sualıma görə əvvəlcədən üzr istəyirəm. Bir xanım hamilə olduğu üçün həkim əri ilə yaxınlıq etməsinə icazə verməzsə. O zaman əri ilə anal və ya oral yollarla əlaqədə ola bilərmi? Bu işlərin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Əgər hər iki tərəfin razılığı varsa, anal yolla yaxınlıq haram deyildir. Lakin şiddətli dərəcədə məkruhdur. Əgər bu iş xanımın əziyyət olmasına səbəb olarsa haramdır.

Təşəkkürlər.
Sual: AsSalamun Aleyküm Sualima gore Üzür isteyirem.. Kisi öz həyat yoldaşı ile arxadan cinsi əlaqədə ola biler mi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər xanım bu işə razı olarsa, haram deyildir. Lakin şiddətli dərəcədə məkruhdur.

Amma xanım razı olmazsa, ehtiyat vacibə əsasən bu iş edilməməlidir.

Təşəkkürlər.
Sual: Salam öncelikle üzür isteyirem dediklerime göre.men iller önce cinsi elaqenin ne oldugunu bilmemişem ele bir video ile qarşılaşib izledikden sonra o hiss ve heyecani keçirmişem defelernen öz özümnen ama sonradan elediklerim üçün peşman olmuşam sonra tövbə etmisem indi bilmek isteyirem ele oldugu halda cenabet quslu vermeli idimmi ?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Əgər bu işi gördükdə məni(sperma) xaric olubsa, bu zaman sizin boynunuza cənabət quslu gəlmişdir. Əgər məni xaric olmayıbsa, bu zaman cənabət quslu lazım deyildir.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Sualim beledirki, muselman Qadinla evli olan kisi, qeyri-muselman ve ya muselman qadinla, xaniminin icazesi ve xeberi olmadan, sige eliye bilermi? Evvelceden tesekkurler.
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Bəli, edə bilər.

Təşəkkürlər.
Sual: Salam qiz usagi heddi buluga 9 yasinda catir hicab qiza heddi bulug yasi catdiginda vacib olur ya aybasi olanda ?oglanlarin ya qizlarin heddi buluga catmasini nece anlaya bilerik 3 ovladim var xahis edirem cavablayasiniz ,minnetdaram
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xanımlara hicab bağlamaq doqquz yaş(hicri-qəməri təqvimi ilə) tamam olduqdan sonra vacib olur.

Xanımlar hicri-qəməri təqvimi ilə doqquz yaşları tamam olduqda həddi-buluğa yetişmiş sayılırlar.

Oğlanlarda isə həddi-buluğ qeyd edəcəyimiz dörd yoldan biri ilə müəyyən olunur:

1- Qarının altında və övrətin üstündə qalın tüklərin bitməsi.

2- Üzdə və bığda qalın tüklərin bitməsi.

3- Spermanın xaric olması(istər yuxuda istərsə də oyaq halda).

4- Əgər yuxarıda sadaladıqlarımızın heç biri baş verməzsə, bu zaman hicri-qəməri təqvimi ilə on beş yaş tamam olduqdan sonra oğlanlar həddi-buluğa yetişirlər.

Təşəkkürlər.
Sual: Salamolsun seyyıde Ehli sunneye sedeqe vermek olar??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam olsun seyyide. Cunub halında olan alt paltarın paltar yuyan maşına atmaq olar ???
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər paltar paltaryuyan maşınla yuyulduqdan sonra nəcisin eyni aradan gedirsə, pakdır.

Təşəkkürlər.
Sual: Evli bir kisi yoldawi hamile olduguna gore cinsi yaxinliq eleye bilmirse yani hekim icazesi yoxdursa. Kişi öz cinsi ehtiyacını ödəmək üçün istimna ede biler? Ve ya qadini onu elle bowalda biler?
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

İstimna etmək haramdır.

Amma qadın öz əli ilə həyat yoldaşını təhrik edərək məninin(sperma) xaric olmasına səbəb olması haram deyildir.

Təşəkkürlər.
Sual: Salam,hər vaxtınız xeyr.Zəhmət və xidmətləriniz təqdirə layiqdir.Lütfən bir açıqlama verərdiniz.Üzüm mürəbbəsi barədə təqribən məzmunca bir suala iki fərqli cavab vermisiniz,səhv etməsəm. Misal1) Sual: Salam əleyküm bilmək istərdim üzüm mürəbbəsi haramdır yoxsa halal? Cavab: Salam.Ayətullah Xameneyi-dəftərxana: Əgər üzüm mürəbbəsini bişirərkən bir həddə qaynaya ki, üzümün üçdə ikisi azalarsa və üçdə biri qalarsa, bu zaman onun yeyilməsi halaldır. Amma üzümün üçdə ikisi azalmazsa üzüm mürəbbəsinin yeyilməsi haramdır. Təşəkkürlər. http://www.cavab-al.com/ Misal2) Sual: Əssalamu aleykum mən Ayətullah Xamneyi ağaya təqlid edirəm xahiş edirəm ki o ağanın risaləsindən qeyd edəsiniz sualım budur ki üzümnən hazırlanan mürəbbə haram hesab olunurmu? Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, haram hesab olunmur. Allahdan uğurlar diləyirik! http://www.cavab-al.com/?page=SJ&PageNo=113 Zəhmət olmasa buyurun burda cavab cümləsində texniki səhv yaranıb,yoxsa düzdür?Bir az müəmmalı qaldı,xahiş olunur izah vetəsiniz.Üzümü bişirib mürəbbə vəziyyətinə gətiriblər,yeməsi haram və napak sayılır yoxsa yox?Təşəkkürlər
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Nəticə etibarı ilə cavabların hər ikisi doğrudur. Sadəcə cavabların birində əlavə olaraq üzüm mürəbbəsinin bişirilmə qaydası qeyd olunub, lakin digər cavabda isə üzüm mürəbbəsinin haram olmaması(təbii ki, şəriətin müəyyən etdiyi formada bişirilərsə) qeyd edilib.

Baş verən uyğunsuzluğun həllindən ötrü daha kamil olan cavabı yenidən təqdim edirik:

Əgər üzüm mürəbbəsini bişirərkən bir həddə qaynaya ki, üzümün üçdə ikisi azalarsa və üçdə biri qalarsa, bu zaman onun yeyilməsi halaldır. Amma üzümün üçdə ikisi azalmazsa üzüm mürəbbəsinin(pak olmasına baxmayaraq) yeyilməsi haramdır.

Təşəkkürlər.
Sual: Salam mən bir xanımla müəyyən müddət danışıram. Bu xanım evlidir və dini nigahı yoxdur yalnız dövlət nigahı var. Həmçinin bu xanımın həyat yoldaşının ikinci xanımıda var. Bu kişidə ikinci həyat yoldaşı ilə qalır. Həyat yoldaşı deməy olar ki ikinci xanımla qalır və birinci xanımın ( danışdığım xanımın ) heç bir ehtiyacını ödəmir. Bu xanımda mənimlə müvəqqəti nigaha girmək və ehtiyaclarını ödəmək istəyir. Mən bu halda müvəqqəti nigaha girə bilərəm?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Ürfün nəzərində onlar ər arvad sayılırlar. Belə olduğu təqdirdı bu iş fəsada səbəb olduğuna görə görülməməlidir.

Təşəkkürlər.
Sual: Dodagla opusmek orucu batil edirmi? Kisi oz xanimi ile oruc halinda opusurse
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Əgər sırf öpüş həddində olarsa orucu batil etməz. Amma, əgər bu işi görən şəxslərin ağız suyu(rütubət) birindən digərinə keçərsə gərək o(ağız suyu) qırağa atıla. Əks halda(yəni bu su udularsa) oruc batildir.

Təşəkkürlər.
Sual: Salam Aleykum mən səbəkə biznesində calisram və bizim isimizdə evimizin ehtiyaclarin alib(sabun sampun və s.) Bu kimi məhsullari alib həm istifadə həmdə satisin edirik. Və basqa insanlarj da dəvət edirik bizimlə isləməyə həmdə alib istifadə etməyə bu is haramdirmi yəni bundan bizə gələn qazanc? Onu deyimki biz dəvət etdiyimiz insanlar hər ay məhsul aldiqda bizə də xeyr verir yəni hər məhsuldan bizə bal yazilir muəyyən faizə qalxdiqda biz maas aliriq. Qanuni isdir dovlətə vergi veririk və hec kimin haqqi tapdalanmir yəni hər kəs qazanir.
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Əgər kiminsə maaşından kəsilib digərinə verilmirsə və ya buna oxşar hər hansı bir haqsızlıq olunmursa(yəni şirkət pulu öz hesabından verirsə) orda işləmək haram deyildir.

Təşəkkürlər.
Sual: Salam Aleykum mən səbəkə biznesində calisiram isimiz insanlari dəvət etmək və bu sirkətdən ozumuzə lazim olani alib istifadə etməkdir(kosmetik). Dəvət etdiyim insanlarda həmcinin həm yeni insanlar dəvət edir həmdə oz istifadə etdiklərini alirlar.Bu məhsullar muəyyən miqdara catdiqda komandamin və mənim istifadə etdiyim artiq sirkət maas bagliyir bizə və ayliq gəlirimiz olur. İsə gorə dovlətə vergi odəyirik və məhsullar ziyansizdir. İnsanlari aldadmiriq həmdə isi tam basa salib qeydiyat edirik. Bilmək istəyirəm bu isdən gələn pul haramdir?
Cavab: Salam. Ayətullah Sistani- dəftərxana:

Ehtiyat vacibə əsasən bu iş haramdır. Siz ya ehtiyata əməl edib bu işdi tərk etməli, ya da bu məsələdə fətva verən başqa ə'ləm müctehidə keçib, onun fətvasına əməl etməlisiniz.

Təşəkkürlər.
Sual: Salam əleyküm ağa mən telefonuma bir tətbiq yükləmişəm mən ordan reklamlara baxıram sonra hesabıma xal yığılır müəyyən xal topladığdan sonra mənə ordan pul verirlər bilmək istəyirəm bu pul halaldı ya haram
Cavab: Salam. AyətullahXameneyi-dəftərxana:

Əgər baxdığınız reklamlar islama zidd və fəsada səbəb olmayan reklamlar olarsa bu zaman əldə etdiyiniz qazanc halal sayılar.

Təşəkkürlər.
Sual: Salam. Paltaryuyan maşına kiçik bir qan ləkəsi, və ya uşağin sidiyi dəymiş paltarı atilarsa bu zaman paltar paklanirmi. Qeyd edimki paltaryuyan maşın Kür suya birləşdirilib və maşın 1saat 30deq ərzində yuyur paltarları və 5 -6defe su götürür. Həmçinin paklanmasina tam əmin olmaq üçün maşın yuyub qurtardıqdan sonra 20deq paklansin deyə yenidən qowulur. Bu halda nəcis olmuş hər hansı bir paltar paklanirmi?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Əgər paltaryuyan maşın kür suya qoşuludursa və paltarı suya çəkərkən paltarın üzərinə kür su axırsa, bir dəfə suya çəkməklə nəcis paltar paklanır.

Amma paltaryuyan maşın paltarı suya çəkərkən paltarın üstünə kür olmayan su axarsa, yaxud ümumiyyətlə su axmazsa bu halda iki dəfə suya çəkilməklə nəcis paltar pak olur.

Təşəkkürlər.
Sual: Salam cənabət quslu əvəzi təyəmmümün alınma aydası necədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-İlk olaraq insan cənabət quslu əvəzi təyəmmüm etdiyini niyyət etməli, sonra hər iki əlinin içini ey zamanda torpağa və ya təyəmmümün səhih olduğu əşyaya vurmalıdır yaxud qoymalıdır.

2-Hər iki əlin içini başın tükünün bitdiyi yerdən bütövlükdə alına(ehtiyat vacibə əsasən alının hər iki tərəfi daxil olmaq şərti ilə), burunun üstünə qədər çəkmək lazımdır. Yaxşı olar ki, qaşların üstünə də əl çəkilsin.

3-Sonra sol əlin içini sağ əlin bütövlükdə üstünə və sağ əlin içini sol əlin bütövlükdə üstünə çəkmək lazımdır. Ehtiyat vacibə əsasən sağ və sol əldə deyildiyi kimi ardıcıllığa riayət olunsun.

Təşəkkürlər.
Sual: Salam.mən qəza namazlarımı hesablayıb qılmaq istəyirəm.ancaq bilmirəm ki,neçə yaşımda namaza başlamışam.10 11 12 13 yoxsa 14.indi bilmirəm bu namazların qəzasını necə hesablayım?həm bu yaşların hansında namaza başlamışam heç təxmin edə bilmirəm.heç cürə xatırlamıram.həm də əgər lap tutaq bu illərin hamsının qəzasını ehtiyata görə qılsam bu yaşların hansında heyzə başlamışam onu da bilmirəm.çünki eşitmişəm belə bir hökm var ki qəza namazı qılarkən hər ay üçün 10gün heyz günü hesablayıb çıxmaq olar.indi mən bilmirəm ki,həm neçə il qəza namazı qılım həm də neçə ilin hər ayından 10gün heyz günü çıxım.
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Əgər sadaladığınız yaşların hansında namaza başladığınızı bilmirsinizsə, bu zaman şəkk etdiyiniz yaşlar arasında namazların ən az qəza olma ehtimalı olan yaşı(sizin qeyd etdiyiniz yaşlar arasında 10-yaş) özünüz üçün namaza başlama yaşı kimi qeyd etməlisiniz. Və həmin yaşdan öncəki namazların qəzasını yerinə yetirməlisiniz. Əgər qeyd etdiyiniz yaşların hansında heyz olduğunuzu bilmirsinizsə bu zaman şəkk etdiyiniz yaşlar arasında axırıncı yaşı(sizin qeyd etdiyiniz yaşlar arasında 14-yaş) hezyin başlanğıcı kimi qeyd etməlisiniz. Ümumiyyətlə qəza namazında heyz günlərini hesablamaq üçün hər ay heyz olduğunuz günlərin sayı qədər müddəti(əgər insan namazı qəzaya verdiyiniz zamanlarda heyz olurmuşsa) qəzaya veydiyi namazların hər ayından çıxmalıdır.

Təşəkkürlər.
Sual: Salam. Kişi ərəbcə bilir ama qadın bilmir bu vaxt kişi qadının əvəzinə müvəqqəti əqd oxuya bilərmi? Təşəkkürlər
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər kişi düzgün formada əqdi oxumağı bacararsa, qadın kişini vəkil etməklə mehriyyə və müddət müəyyənləşdirildikdən sonra kişi qadının əvəzinə(onun vəkili olaraq) əqd oxuya bilər.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı