Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum. men bilmek isteyirem kiprik qaynaqi eletdirmek icazelidi yoxsa yox? eger heyat yoldawi bunu elemeyi isteyirse ve meqsed sirf mehremi ucunduse,eletdirerken de zinet sayilmadan celb edici olmazsa icaze varmi?destemaz ve qusla ne derecede tesirlidi kleyle edilirse bu iw?!
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Bu işi insanın öz həyat yoldaşı üçün etməsi hətta zinət olsa da belə haram deyil. Lakin naməhrəmin diqqətini cəlb edəcəyi təqdirdə, gərək naməhrəmdən gizlədilə.
Amma bu iş suyun dəriyə getişməsinə mane olarsa, dəstəmaz və qusl alınarkən maneə aradan qaldırılmalıdır.
Təşəkkürlər.
Sual: Salam. üzr istəyirəm sualıma görə. 2 həddi buluğa çatmayan uşaq livat edibsə, böyüyəndən sonra biri o birinin bacısı ilə evlənə bilərmi?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Livat edən şəxs livata məruz qalan şəxsin anası(hər nə qədər yuxarı getsə), qızı(hər nə qədər aşağı getsə) və bacısı ilə evlənə bilməz. Hətta bu işi(livat) görənlər həddi buluğ olmasalar da bu hökm dəyişmir.
Amma livata məruz qalan şəxs livat edənin anası, qızı və bacısı ilə evlənə bilər.
Təşəkkürlər.
Sual: Salam Eleykum. Dis cekdirenden sora qani 12 saat kesmir. 1)Bu halda agizi temiz etmeyin hokmu nedi ? 2)Agiz suyun udmaq olarmi? 3) su icmey, yemek olarmi?. ALLAH sizden razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1-Qan çox olarsa və ağız suyu ilə qarışdıqda aradan getməzsə onu udmaq haramdır. Amma ağızın içinə su çəkməyə ehtiyac yoxdur.
2-Əgər qan az olarsa və ağız suyu ilə qarışıb aradan gedərsə udmaq olar.
3- Əgər qan az olarsa, yemək və ya su ilə qarışıb aradan gedərsə bu halda yemək yeyib, su içmək olar.
Təşəkkürlər.
Sual: Salam
Qizlar 9 yasdan heddi buluga catir ama o yasda hecne tam basa dusmur ona gunay yazilirmi?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
İnsan həddi buluğa çatdıqdan sonra günah iş görərsə bu günah(əgər səfeh deyilsə) onun əməl dəftərinə yazılır.
Təşəkkürlər.
Sual: salam mən bilmirəm ki namaz qılmağa neçə yaşında başlamışam.yəni heyz yaranandan əvvəl yoxsa sonra.belə halda namazlarımın qəzasını necə qılım?hər aydan 10 gün çıxmalıyam?yoxsa yox
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Sualınız aydın deyil. Zəhmət olmasa sualınızı dəqiqləşdirin.
Əgər məqsədiniz budursa ki, bir insan həddi buluğdan öncə və ya sonra namaza başlamağında şəkk edirsə, vəzifəsi nədir?
Belə olan halda şəkkinə e'tina etməməlidir və boynuna qəza namzı gəlmir.
Təşəkkürlər.
Sual: Salam əvvəllər elə bilirdim ki cənabət qüslü əvəzi bircə dəfə təyəmmüm almaq lazımdır.yəni cünübdan sonra ilk namaz üçün təyəmmüm alırdım. təharəti pozan hallar baş verdikdən sonra digər namazlar üçün ehtiyat vacibə əsasən təyəmmüm almırdım birbaşa dəstəmaz alıb namaz qılırdım.bunu şəri məsələni bilməməzlikdən etmişəm.indi hökmü dəqiq öyrənmişəm.indi mən nə etməliyəm.namazlarımın qəzasını qılmalıyam?qeyd edim ki namazlarımı nə qədər,neçə il ərzində belə qalmışam onu da bilmirəm.bir şeyi də bildirim ki,mən Xameneyi ağaya təqlid edirəm və mənə bildirdilər ki,bu məsələdə digər ələm bildiyim müctəhidə müraciət edim.Sistani ağanın bu məsələdə hökmü necədir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər cənabət quslu əvəzinə təyəmmümdən sonra dəstəmazı pozan bir hal baş verərsə, bu zaman qusl almaq üçün üzr aradan qalxmayıbsa yerinə yetirilməsi üçün təharətin şərt olduğu işlərdən(məsələn: namaz, Quranın xəttinə toxunmaq...)ötrü dəstəmaz almalısınız və cənabət quslu əvəzi yenidən təyəmmüm etmək vacib deyildir.
Təşəkkürlər.
Sual: Evde pişik sağalmaq haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir.
Təşəkkürlər.
Sual: Salam.bir qadın ərindən bosanıbsa.ve bu bosanmada əri dəfələrlə səni boşaldım deyibsə bunun talaq duası oxunmalidir.oxunmasa o qadınla başqa bir kisininin kebine girməsi haramdır?ya mütləqdir ki ərinin boşaldım sözündən soram talaq oxunsun?.qadınla öz ərindən ayrılandan soram talaq oxunmasa kebine gormey haramdır.ya defeerle boşaldım sözü kifayət edir???
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Müqəddəs İslam şəriətinə əsasən qadının öz ərindən boşanması üçün təlaqın oxunması şərtdir. Təlaq oxunmadan ərin xanıma "mən səni boşadım" deməsi kifayət etmir. Və həmçinin təlaq oxunmadan qadının başqa kişi ilə əqd bağlaması haramdır və oxunan əqd də batildir.
Təşəkkürlər.
Sual: Salam. Xahiş edirəm cavablandırasız. Əsr namazının nafiləsini 2 rəkət qılmaqla kifayətlənmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər əsr namazının nafiləsi kamil(8-rəkət ayaq üstə və ya 16-rəkət oturan halda) şəkildə qılınmazsa. Məsələn 2 rəkəti qılınarsa bu zaman onu(nafiləni) müstəhəb deyil, rəca(savab əldə etməyə ümüd) qəsdi ilə qılmaq lazımdır.
Təşəkkürlər.
Sual: Əssəlamu əkeykum,sualım budurki mən onlayn işə girmişəm,və işimizin 3 qaydası var ,1hər ay şirkətdən mal almağ,2 işə insan dəvət etmək 3işin qaydalarını öyrənmək və dəvət etdiyimiz insalarada öyrətmək,və biz 10 nəfər gətirərək vəzifəyə yüksəlib maaş alırığ,və bizim gətirdiyimiz insanlarda maaş almağ üçün bu qaydaya əməl edir,və şirkətə çoxlu insan dəvət etdikdə ordan çox alver olunur və bizim maaşımızı yüksəldir bilmək isdərdimki bu qayda ilə işləmək halaldı?
Cavab: Salam. Ayətullah Sistani- dəftərxana:
Ehtiyat vacibə əsasən bu iş haramdır. Siz ya ehtiyata əməl edib bu işdi tərk etməli, ya da bu məsələdə fətva verən başqa ə'ləm müctehidə keçib, onun fətvasına əməl etməlisiniz.
Təşəkkürlər.
Sual: Salam Men Bilmek isteyrem eger uwag dunyasin deyiwse 4 ayliq olsa ona qusul vacibdir bes qusul vererken olar ki ona sidr kafur qatilmiw su ile qusul verilmesin ele xalis qusulla tamamlansin tekce xalis qusul vermek olar? Xaiw cavablandirin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Hamiləliyin dörd ayı tamam olduqdan sonra(dörd aylıq uşaq) körpə dünyasını dəyişərsə ona kamil şəkildə meyyit quslu vermək vacibdir. Yəni həm sidr, həm kafur, həm də xalis su ilə ona qusl verilməlidir.
Təşəkkürlər.
Sual: Salam Ağa 2020 ərbəyin ziyyarəti baş tutacaq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Üzürlü sayın, biz yalnız əhkamla bağlı olan sualları cavablandırırıq.
Təşəkkürlər.
Sual: İslami vəhdət vacibdirmi?
Cavab: Salam. Ayətullah Vəhid Xorasani-dəftərxana:
Bəli, vacibdir.
Təşəkkürlər.
Sual: Heyz qüsulundan sonra destemaz almaq lazımdır ya yox?
Cavab: Salam. Ayətullah Xameneyi-dəfyərxana:
Bəli, heyz quslundan sonra dəstəmaz almaq lazımdır.
Təşəkkürlər.
Sual: Salam əleyküm qadınların məhərrəm ayında üz və qaşlarını aldırması günah sayılmır?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Xeyir.
Təşəkkürlər.
Sual: Salam əleyküm bilmək istərdim üzüm mürəbbəsi haramdır yoxsa halal?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Əgər üzüm mürəbbəsini bişirərkən bir həddə qaynaya ki, üzümün üçdə ikisi azalarsa və üçdə biri qalarsa, bu zaman onun yeyilməsi halaldır. Amma üzümün üçdə ikisi azalmazsaüzüm mürəbbəsinin yeyilməsi haramdır.
Təşəkkürlər.
Sual: Əssəlamu əleykum ağa,sintizatorlu toylar halaldı ya haram?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Toyun haram ya halal olması toyda sintizatordan istifatə edilməsindən aslı deyildir. Əksinə ifa onunan musiqilərdən, verilən içkilərdən və s. aslıdır.
Təşəkkürlər.
Sual: salam men sidiye getdikden sonra bilmediyim bir maye gelir bu boynuma qüsl getirir?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Əgər xaric olan mayenin məni(sperma) olmağına yəqininiz yoxdursa, boynunuza qusl gəlməz. Çünki sidikdən sonra xaric olan maye vədi adlanır, zahirən spermaya oxşasa da qusla səbəb olmur.
Təşəkkürlər.
Sual: Salam əleykum,mənim sualım budurki,mən onlayn iş təklifi alıb işə girmişəm,və işin 3 qaydası var 1 hər ay ordan mal almalısan 2 işə insan dəvət etməlisən 3 işin qaydalarını öyrənməlisən və dəvət etdiyin insalara öyrədməlisən,10 nəfər dəvət etdikdə vəzifəyə yüksəlib maaş alırsan,təbiki bizim dəvət etdiyimiz insünlarda bu qayda ilə maaş alırlar,və bu gedişlə şirkəddən çoxlu alver edildikcə insanlar çoxaldığca ,şirkətddə bizim maaşımızı yüksəldir, bilməy isdəyirəmki bu qayda ilə işləmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Əgər kiminsə maaşından kəsib digərinə verilmirsə və ya buna bənzər hər hansısa haqsızlıq baş vermirsə bu halda belə bir şirkətdə işləməyin eybi yoxdur.
Təşəkkürlər.
Sual: Salam əleyküm ağa bir nəfər sədəqə niyyəti ilə mənim uşaqlarım üçün pul göndərib amma yoldaşım(ərim) mənə o pulu götürgötürməməyimi dedi. mən yoldaşımdan xəbərsiz pulu götürdüm. xahiş edirəm deyərdiz mən düzgün etmişəm ya yox?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Həyat yoldaşınızdan icazəsiz bu işi görməyiniz düzgün deyildir.
Təşəkkürlər.