Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Aleykum.Sualima cavab verediz zehmet olmasa.Namehremi opmek,qucaqlamaq zina sayilir yoxsa haram?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Bu iş haram olsa da zina sayılmaz.
Təşəkkürlər.
Sual: Salamun Aleykum.Mən 20.02.1966cı ildə doğulmuşam
Yadımda qalıb 2005ci ildə ramazan ayında başladım namaza.Sizdən xaiş edirəm deyəsiz mənim nə qədər qəza namazım var?Allah razı olsun
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Qadınların hicri qəməri təqvimi ilə doqquz yaşları tamam olarsa(Yəni miladi təqvimi ilə səkkiz yaş, səkkiz ay, iyirmi gün) namaz qılıb, oruc tutmalıdırlar. Kişilərin hicri qəmər təqvimi ilə on beş yaşları tamam olarsa(Yəni miladi təqvimi ilə təqribən on dörd yaş, yeddi ay, on beş gün) namaz qılıb, oruc tutmalıdırlar.
Qeyd etdiyim qaydaya əsasən hesablayıb qəzan namaz və oruclarınızın miqdarını təyin edə bilərsiniz.
Təşəkkürlər.
Sual: Salam, bir insana qarşı etdiyin haqsızlığı anlayıb Allahdan əff diləyirsən. Və qorxu peşmançılıq içərisində haqqına girdiyin ( yəni qəlbini qırdığın) insandan halallıq istəyirsən, ona yalvarırsan, Allahın, Əhli Beytin xətrini ortaya qoyarsan və o insan isə namaz qılıb mömin olduğu halda sənə halallıq vermir. Bu zaman həmin insan günah etmiş olurmu? 1)Allah qarşısında peşman olan insana halallıq verməmək düzgündürmü? 2)Əgər halallıq vermirsə mən onun əvəzinə xeyr işlər görüb onun əməl kitabına hədiyyə etsəm, qul haqqından azad ola bilərəmmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1- İnsana qarşı edilən haqsızlığa görə üzr istənilərsə yaxşı olar ki, haqq sahibinin bağışlasın. Amma haqq sahibi bağışlamasa yenə də(haqq sahibi) günah etməmişdir.
2- Əgər kiminsə haqqına girərək maddi ziyan vurubsunuzsa (o da öz haqqından keçmirsə) gərək onu sahibinə qaytarasınız. Amma maddi zərər yetirməyibsinizsə(məsələn: qəlbinə dəyibsinizsə) bu zaman ondan üzr istəyib bağışlanmaq dilədikdən sonra, o, bağışlamazsa nəsə etməyiniz vacib deyildir.
Təşəkkürlər.
Sual: Salam əvvəllər elə bilirdim ki cənabət qüslü əvəzi bircə dəfə təyəmmüm almaq lazımdır.yəni cənubdan sonra yalnız ilk namaz üçün təyəmmüm alırdım.dəstəmazı pozan hallar baş verdikdən sonra digər namazlarımı da birbaşa dəstəmaz alaraq qılırdım.yəni dəstəmazı pozan hallardan sonra ehtiyat vacibə əsasən təyəmmüm almırdım birbaşa dəstəmaz alırdım.bunu şəri məsələni bilməməzlik üzündən etmişəm.indi məsələdən agah olmuşam vəzifəm nədir.namazlarımın qəzasını qılmalıyam?qeyd edim ki namazlarımı nə qədər neçə il belə qalmışam heç onu da dəqiq bilmirəm.
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Əgər cənabət quslu əvəzinə təyəmmümdən sonra dəstəmazı pozan bir hal baş verərsə bu zaman(qusl almaq üçün üzr aradan qalxmayıbsa) ehtiyat vacibə əsasən yerinə yetirilməsi üçün təharətin şərt olduğu işlərdən(məsələn: namaz, oruc...) ötrü yenidən cənabət quslu əvəzinə təyəmmüm etməli və dəstəmaz da almalısınız.
Əgər yuxarıda qeyd olunan kimi əməl etməmisinizsə ya gərək bu məsələdə(ehtiyat vacib olduğu üçün) fətva verən digər ə'ləm bildiyinz müctehidə keçəsiniz. Yaxud deyilən ehtiyata əməl etməlisiniz və bu halda qıldığınız namazları qəza etməlisiniz.
Əgər bu halda qıldığınız namazların dəqiq sayını bilmirsinizsə, hər nə qədər ehtimal verirsinizsə, o qədər namazı qəza etməlisiniz.
Təşəkkürlər.
Sual: Salam.1. Bedenimde sizaglar olur .Men gusl verib hamamnan cixdigdan sonra birde goruremki o sizanaglarin ustu gabiglanib ,yara kimi qasnaqliyub gopardiram.demey olarki buhal heerdefe tekrarlanir.artig yorulmusam.ele vaxti yuyuram.hemin yeri.ele vaxti yox
men ne etmeliyem.o yeri gusl niyyetile yumsliyam.,?yoxsa yumasamda guslum duzdu .2. Birde bedende xirda veya iri yara olsa.gusldan sora gopartsam.yeri sagalmis olsada olmasada onda da yeniden gusl niyyetile yumaliyam.?yoxsa yumasamda duzdu,?Xais edirem cavablandurasiz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Sualda qeyd olunan hallarda alınan qusl düzdür və qusuldan sonra yaraların yerini də qusl niyyəti ilə yenidən yumağa lüzum yoxdur.
Təşəkkürlər.
Sual: Salam, mənə üzük hədiyyə veriblər, fərqinə vardım ki, üzüyün içində rus sözləri ilə, Allah səni qorusun və xaç işarəsi var. O üzüyü taxmağın bir günahı var? Qeyd edim ki xəbərim olmayıb üzüyün içindəki yazıdan, sonradan görmüşəm və əziz insanın hədiyyəsidir istifadə etmək də istəyirəm..
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər xaç işarəsi üzüyün içində və ya görünməyən yerindədirsə o üzükdən istifadə etməyin eybi yoxdur. Həmçinin üzük barmağa taxıldıqda içində yazılan Allah(Boq) kəlməsi insanın bədəninə(barmağa) toxunursa, gərək ehtiyat vacibə əsasən dəstəmazsız o üzükdən istifadə edilməsin. Çünki ehtiyat vacibə əsasən, hansı dildə yazılmasından aslı olmayaraq dəstəmazsız Allahın adına toxunmaq olmaz.
Təşəkkürlər.
Sual: Bir qadin zina edib sonra kebin kesdirmeyi gunahmidir?
Cavab: Salam.Ayətullah Xameneyi-dəftərxana:
Xanım başqasının əqdində və ya iddəsində olarkən kiminləsə zina edibsə, bu halda o şəxsə əbədi olaraq haramdır və onunla evlənə(kəbin kəsdirə) bilməz. Amma digər hallarda(Allah qorusun) hətta zina etmiş olsa da əqd bağlayıb(kəbin kəsdirib) evlənə bilər.
Təşəkkürlər.
Sual: Təkbir deyende men qiyamda dururam ve sadece namazin 1ci riketinde tekbir deyirem bunda bir sehv var?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Bağışlayın sualınız aydın olmadığına görə başa düşülmədi, zəhmət olmazsa sualı aydın şəkildə yazardınız.
Təşəkkürlər.
Sual: Salam aleykum men onlayin biznesde isleyrrm haramdi?? Adam getrib her ay mal vururam.
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Bu iş öz-özlüyündə haram deyildir.
Təşəkkürlər.
Sual: Salam. Qadin hansi halda talaqi özü oxutdura bilər. Yanı bu mümkündurmü.
Cavab: Salam. Ayətullah Sistan-dəftərxana:
Əgər kişi təlaq oxumaq üçün qadına vəkalət verərsə və ya qadın əqddə təlaq haqqını şərt edərsə bu halda qadın təlaq oxuya və ya oxutdura bilər.
Daha ətraflı məlumat üçün risaləyə müraciət edin.
Təşəkkürlər.
Sual: Müctehidlərin koronavirus pandemiyası müddətində məhərrəm və səfər aylarında əzadarlıq məclislərinin(məxsusən hansısa qurumlar əzadarıq məclislərinin unudulmasını və ya kölgədə qalmasınını istəyirlərsə) təşkili ilə bağlı fətvasını bilmək istəyirdik. Yəni əzadarıq etməliyik?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Səhiyyyə təşkilatının təyin etdiyi gigiyenik göstərişlərə(maska, ictimai məsafənin qorunması...) riayət edərək imkan çərçivəsində İmam Hüseyn(ə)-ın əza məclislərini təşkil etmək lazımdır.
Ayətullah Sistani-dəftərxana:
Səhiyyə qurumlarının təyin etdiyi göstərişlərə əməl etməklə imkan həddində İmam Hüseyn(ə)-ın əza məclislərini bərpa etmək lazımdır.
Ayətullah Məkarim Şirazi-dəftərxana:
Səhiyyə təşkilatının müəyyən etdiyi göstərişlərə riayət edərək imkan həddində əza məclisləri təşkil olunmalıdır.
Ayətullah Vəhid Xorasani-dəftərxana:
Səhiyyə nazirliyinin müəyyən etdiyi göstərişlərə əməl edərək, əzadarlıq məclisləri qurulmalıdır.
Təşəkkürlər.
Sual: Salam, namaz gılanda oglan və qızın bədəni ən azı nəgədər örtülməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Namaz qılarkən kişinin öz övrətini örtməsi vacibdir.
Namaz qılarkən əgər qadının yanında naməhrəm yoxdursa qadın, üz, əllər biləkdən aşağı və ayaqlar topuğdan aşağı istisna olmaqla bütün bədən bədənini örtməlidir. Əgər qadının yanında naməhrəm varsa bu zaman gərək ayağını da kamil şəkildə örtsün.
Təşəkkürlər.
Sual: Salam. Hicab istifadə etməyən qadının şəklini kiməsə göndərməyin hökmü nədir? məsələn - mən əgər internetdə qadın köynəyi satmaq istəsəm və internetdə köynək satışa qoyulanda qadının əynində olur. Əlbəttə sayta daxil olub köynəyə baxan şəxslər o qadını da görmüş olurlar.
Cavab: Salam. Ayətullah Vəhid Xorasani-dəftərxana:
Əgər bu iş şəhvətin təhrik olmasına və ya fəsada səbəb olarsa haramdır.
Təşəkkürlər.
Sual: Salam aleyküm sualım belədir bir mescidde kişiler bayram namazina getmir bu zaman qadınlar bayram namazını məsciddə qıla bilərmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli, qadınların bayram namazını məsciddə qılmasının bir eybi yoxdur.
Təşəkkürlər.
Sual: Salam Ağam. Bu sualıma görə üzr istəyirəm. Bunu cinsi əlaqənin şərtlərində oxumuşdum dəqiq bilmək istəyirəm. Er arvad arasında cinsi əlaqə zamanı qadın kişinin ehtiyacını hansı bədən üzvləri ilə qarşılayır(və ya kişi qadının)? Yəni Kişinin qadının sinəsinə yaxınlığı haramdırmı?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Əgər hər iki tərəfin razılığı varsa kişi və xanım istədikləri kimi bir-birlərinin cinsi ehtiyaclarını qarşılaya bilərlər. Və kişi ilə qadının sualda qeyd etdiyinz formada münasibətdə olması da haram deyildir.
Təşəkkürlər.
Sual: Salam mənim bir sualım var deyirlər bu paltaryuyan maşına nəcis bir sey də atsan pak edir ammaki mən paltar yuyarkən maşınlara fikir vermişəm paltarı fırladarkən şüşəsinin yuxarı hissəsinə su sıçrayır ammaki ora tam su dəymir paltar maşının şüşəsinə dəysə belə o paltar pak olur? Çunki dediyim kimi diqqət yetirmişəm bütün paltaryuyanlar belədir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Nəcisə bulaşmış paltarı avtomatik paltaryuyan maşınla yuduqda paklanır.
Amma siz hər hansı bir yerin nəcis olduğunu, sonra da oranın paklanmadığına yəqininiz varsa və paltar da həmin yerə toxunarsa, paltar da nəcis olacaqdır.
Təşəkkürlər.
Sual: Salam aleykum. Universitete qəbul olmaq üçün biz qəbul imtahanı veririk. İmtahanda başqasına kömək etmek və ya kimdənsə kömək almaq olarmı? Bilmədiyimiz sualı soruşanda kiminse haqqına giririk? Meselen bilmədiyimi soruşsam yaxşı universitete oxuyub yaxşı muellim ola bilerem. Amma kimese haqsızlıq etmiş sayılmıram ki?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Bu iş haramdır. Və başqalarının haqqına girmək sayılır.
Təşəkkürlər.
Sual: MEN İSTİBRA ELEYENNEN SONRA CİNSİ UZVUN BAŞINDA BİR DAMCI SU GORUREM BU HAL HEMİŞE BAŞ VERİR NE ETMELİYEM
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
İstibra etdikdən sonra xaric olan rütubətin(mayenin) nəcis və ya pak olmasında şəkk edərsinizsə, bu maye pakdır. Dəstəmaz və ya quslu da batil etmir.
Təşəkkürlər.
Sual: Salam əleyküm dəstəmaz alarkən əllərimizi yuyub sonra dəstəmaz alırıq bu zaman su qolumuza bilənglərimizə sıçrayır yaş qolnan dəstamaz alsaq dəstəmaz düzgün sayılır?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Dəstəmaz alarkən(dəstəmazdan öncə) dəstəmaz üzüvlərinin yaş olması dəstəmazı batil etmir.
Yalnız başa və ayaqlara məsh çəkərkən məsh üzüvlərinin quru olması şərtdir.
Təşəkkürlər.
Sual: Mezi nedir qadina qüsl ne zaman vacibdir
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:
Şəhvət hissinin təhrik olunmasından sonra insandan xaric olan maye məzi adlanır və pakdır.
Sperma xaric olduqdan sonra(hətta cinsi əlaqə baş vermədən də bu hal baş verərsə) və həmçinin cinsi əlaqədə olduqdan sonra(hətta sperma xaric olmasa da) qadının boynuna cənabət quslu gəlir.
Təşəkkürlər.