www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Əssalamun aleykum. Mənim sualım budur ki, Azərbaycanda olan Məscidlərdə və bəzi dini məkanlarda qoyulan ələmin Müqəddəs İslam dini ilə nə əlaqəsi var? Və ən əsası isə bəzi dindarlar ələmin coşub uça biləcək qədər xurafat halında təbliğ də edirlər. Çox xahiş edirəm ki bu mövzuda açıqlama verərsiniz. Allah c.c hər birinizə cansağlığı versin inşallah
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Ələm İmam Hüseyn(ə)-ın əza və matəm simvolu sayılır, dini məkanlarda və əza məclislərində ələmdən istifadə etməyin bir eybi yoxdur. Amma ələmin cuşa gəlməsi, uçması kimi fikirlərin heç bir əsası yoxdur və xurafatdır.

Təşəkkürlər.
Sual: Salam.cənabətdən sonra təyəmmüm almağa şərait var ancaq hər gün və ya gündə bir neçə dəfə qüsl alınması,isti su problemleri,soyuq havalarda xəstələnmək,saçları hər gün və ya bir neçə dəfə yumaq tökülmə problemleri və məşəqqətli olduğuna görə və bu kimi bir sıra problemlere görə təyəmmüm almağa icazə verilir?bunun hökmü necədir?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftətxana:

Əgər suyun bədənə zərəri olarsa, vaxtın azlığı və ya xəstələnmək kimi problemlər olarsa qusl əvəzi təyəmmüm etmək olar.

Amma saç tökülməsi və ya isti su hazırlamaqda qabağa gələn cüzi çətinliklər qusl əvəzinə təyəmmüm almaq üçün səbəb sayılmaz.

Bu məsələdə daha geniş məlumat əldə etmək üçün risaləyə müraciət edin.

Təşəkkürlər.
Sual: salam.keçmişdə bilməməzlik üzündən cənabət qüslu əvəzi hər namaz üçün təyəmmüm etməyib dəstəmaz alıb namaz qılmışam.təyəmmümü yalnız 1 dəfə alırdım.və həm də 1ci təyəmmümdən sonra yenidən dəstəmaz alırdım.bunların hökmü necədir?namazlarımı yenidən qəza qılmalıyam?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Əgər vəzifəniz cənabət quslu əvəzi təyəmmüm almaq olubsa(yəni müəyyən üzürlü səbəblərə görə qusl ala bilməmisinizsə) bu zaman təyəmmümdən sonra dəstəmaz almağa ehtiyac yoxdur. Və hətta bilməyərəkdən dəstəmaz da almış olsanız yenə də qıldığınız namaz doğrudur.

Əgər cənabət quslu əvəzinə təyəmmümdən sonra dəstəmazı pozan bir hal baş verərsə bu zaman(qusl almaq üçün üzr aradan qalxmayıbsa) ehtiyat vacibə əsasən yerinə yetirilməsi üçün təharətin şərt olduğu işlərdən(məsələn: namaz, oruc...) ötrü yenidən cənabət quslu əvəzinə təyəmmüm etməli və dəstəmaz da almalısınız.

Təşəkkürlər.
Sual: salam.uşaq dogulandan 18 yaşına qədər ona qurban kəsmək vacibdir?eşitdiyimə görə belə bir vacib əməl var.
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana:

Xeyir, belə bir vacib əməl yoxdur.

Təşəkkürlər.
Sual: Salam Kəbini oxumuş nişanlı bir xanım atasının icazəsi ilə evdən çıxarsa və nişanlısına xəbər verməzsə günah etmiş sayılır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

Xeyir, günah sayılmaz.

Təşəkkürlər.
Sual: Salam 1. Evli kişi dəfələrlə zina edib, ailəsinə xəyanət edirsə bunun höknü nədir və qadının üzərinə düşın nədir (12 il evlilik kişi dindən uzaqdlq qadın isə hicabıbda namazında) 2. Ailənin xümsü kimin boynunadır, kişi xüms çıxarmırsa qadın nə etməlidir ? 3. Ailədə kişinin qazandığı pulun halallına haram qarışlbsa qadın və uşaqlar nə etməlidirlər? Əlavə gəlir yoxdur
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Əgər kişi zina edərək günah edirsə bu halda onun xanımı məsuliyyət daşımır. Xanım onu pislikdən çəkinməkdən ötrü nəsihət edə bilər.

2-Pulu kişi qazanırsa xumsu da o çıxarmalıdır. Əgər kişi xums çıxartmırsa bu zaman qadının boynuna kişinin qazancı ilə bağlı bir vəzifə gəlmir. Xanım da o puldan istifadə edərsə haram sayılmaz.

3-Bu halda qadın və uşaqların boynuna bu pulla bağlı bir vəzifə gəlmir. Bu pula kişi cavabdehdir.

Təşəkkürlər.
Sual: Üzr istayiram kişi öz qadinin agzi ila cinsi alaqada ola bilar
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər qadın bu işə razı olarsa haram deyildir. Amma spermanı udmaq haramdır.

Təşəkkürlər.
Sual: Salam. Evli bir kisi 2-ci defe evlendikde 1-ci xanimindan icaze ve ya halalliq almalidirmi? 2-ci yoldasina bunu bildirmelidirmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, bu işdə birinci xanımdan icazə və ya halallıq almaq vacib deyildir.

Amma ikinci xanım birinci xanımın qardaşı qızı və ya bacısı qızı olarsa, bu zaman kişi ikinci xanımla evlənmək üçün birinci xanımdan icazə almalıdır. Həmçinin əgər kişi, kitab əhli(məsələn: xristiyan) bir xanımla müvəqqəti əqd bağlayarsa gərək birinci xanımdan icazə alsın.

Təşəkkürlər.
Sual: Etiqad nə deməkdir Əvvəlcədən təşəkkürlər
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

Üzürlü sayın biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam.sədəqə pulundan din yolunda maarifləndirici işlərə və ehsanlara kömək məqsədilə istifadə etmək olarmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər müstəhəb sədəqədirsə, sualda qeyd edilən yerlərə xərcləmək olar.

Təşəkkürlər.
Sual: Salam.heyzli halda Quran oxuyarkən hərflərə toxunmaq olarmı?Ümumiyyətlə hərflərə toxunmağın hökmü necədir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir , heyizli halda Quranın hərflərinə toxunmaq haramdır.

Ümumiyyətlə insanın boynunda qüsl olmazsa, dəstəmazlı halda Quranın hərflərinə toxuna bilər.

Təşəkkürlər.
Sual: Broyler toyuqunun kəsim vaxtı bismillah deyilib deyilmediyini bilmediyimiz zaman ama uzərində halal yazısı olan toyuq halaldirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər üzərində yazılan "halal" kəlməsindən həqiqətən də kəsimin şəri qaydalara uyğun olduğuna xatircəmlik hasil olarsa o ətdən yemək olar.

Təşəkkürlər.
Sual: salam aleykum.bayramınız mübarek olsun.Bir böyük baş heyvana (dana) neçe adam qurbanda pay ola biler.ve 1 qoyuna ? Allah razı olsun. Hacı seymur
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Pay olanların sayının çoxluğunda və ya azlığında xüsusi bir məhdudiyyət yoxdur.

Təşəkkürlər.
Sual: Salam. İslamda qadının heyvan kəsməyi halalmıdır? Yani qoyun inək toyuq kəsə bilərmi? Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Fazil Lənkərani-dəftərxana:

Bəli, kəsə bilər.

Təşəkkürlər.
Sual: Salam. Mən şam namazini qildim sonra urəyimdə şəkk qaldi birdən 3 rukət olmaz. Sonra dedim yox 3 dür. Namazi yeniləmədim. . Amma xiftəni qilandan sonra narahat oldum birdən 3 rukət olmaz. Ona görə Xiftəndən sonra ehtiyata şam namazını yenidən qıldım. Bu düz olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Namazı qılıb bitirdikdən sonra həmin namaz haqqında edilən şəkkə etina edilməməlidir(yəni həmən şəkkə əhəmiyyət verilməməlidir).

Təşəkkürlər.
Sual: Salam aleykum. Bilməyə bilməyə qul haqqı günahı etmişiksə və həmin adamı tapa biliriksə. Qul haqqının miqdarında sədəqə verərək qul haqqından çıxmaq olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Üzürlü sayın, sualı başa düşmədik. Mümkünsə daha aydın yazardınız.

Təşəkkürlər.
Sual: Salam Aleykum və Rəxmətullah Ağam. Hicablı qadının, əyaqları, və əyaq barmaqları görünməyi və biləydən, topuğdan yuxarı görsənməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qadının öz üzü və əlləri(biləydən aşağı) istisna olmaqla qalan bütün üzüvlərini naməhrəmə göstərməsi haramdır.

Təşəkkürlər.
Sual: Salam. Hediyye verilen qizilin zekati varmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam 1 islamda cinsi yaxınlıq necə olmalıdır və nəqədər icazə verilir yaxınlıq etməyi 2 və nə halarda olmaz cinsi yaxınlıq təşəkkürlər
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Hər iki tərəfin(ər və xanım) razılığı olarsa yaxınlıq etməyin məhdudiyyəti yoxdur.

2-Yaxınlıq etməyin haram olduğu zaman və yerlər.

1-Ehram halında.

2-Xanım nifas halında olarsa.

3-E'tikaf halında.

4-Xanım heyz halında olarsa.

5-Əgər Həcc zamanı nisa təvafı yerinə yetirilməzsə və onun namazı qılınmazsa.

Daha ətraflı məlumat üçün risaləyə müraciət edin.

Təşəkkürlər.
Sual: Salam, Sualım Əli Xameneinin dəftərxanasınadır. Beynəlxalq Neft şirkətlərində mühəndis kimi çalışmaq olar? Bu şirkətlərin Imperialist və yaxud Siyonistlərə məxsus olduğu güman edilirsə.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər bu şirkətin Siyonist rejiminə məxsus olduğundan əmin olsanız, o şirkətdə çaışmamalısınız. Amma bu şirkətin Siyonist rejiminə məxsus olduğuna əmin deyilsinizsə və ya şəkk edirsinizsə, bu zaman həmin şirkətdə çalışmağınız haram deyildir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı