www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: salamunaleykum eyer qadin erinnen ayrilmaq isdeyirse kebini geri oxutdurmaq isdeyirse ve buna oglan razi deyilse geri oxutdura bilermi ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Təlaq verməyin ixtiyarı kişinin əlindədir və ərin icazəsi olmadan oxunan təlaq batildir və düzgün deyildir. Amma əgər ər əziyyət etmək məqsədi ilə təlaq vermirsə, bu halda vəliyyi-fəqihə və ya onun səlahiyyətli nümayəndəsinə müraciət olunmalıdır.

Təşəkkürlər.
Sual: Salaməleykum. Məni çox narahat edən bir şey var. Onu sual vermək istəyirəm. Heyvan ili var bunlar məni narahat edir. İnanmıram amma vəsvəsə kimi gəlir. Bu məsələdə çox xahiş eləyirəm kömək edərdiz. Heyvan ili batildi elə deyilmi. Əvvəlcədən təşəkkür edirəm. Xahiş edirəm cavab yazardız.
Cavab: Salam. Ayətullah Sistani-dəftəraxana:

Üzürlü sayın, biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam qelile suynan uşağı yuyanda suyu üçdefe tökmek vacibdir ve yaxuda adamın eli necis olarsa gerek uç defe su töksun ki paklasın ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Nəcisi palkamaq üçün, nəcisin eyni aradan getdikdən sonra qəlilə su ilə iki dəfə yumaq kifayət edir.

Təşəkkürlər.
Sual: Salam tuk dibinen çıxardanda yeri necis olur ? Meselen qaşı göturenen sonra paklamalıyıq?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir nəcis olmur. Əgər tükün çıxdığı yer qanlı olarsa paklanmalıdır.

Təşəkkürlər.
Sual: Salam ağa yaxın qohumum hər dəfə evimə gələndə mənim evimdə qanqaraçılıq salır özünü düzgün aparmır ərimlə qaynatamda mənə deyirlərki o birdə mənim evimə gəlməsin mən nə etməliyəm ona gəlməməsini desəm günah olar? Mən onunla get-gəli kəssəm günah olar ya yox?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər həyat yoldaşınız onun sizin evinizə gəlməyinə icazə vermirsə və deyirsə ki, o evinizə gəlməsin, sizin də bu xəbəri ona çatdırmağınız günah sayılmır. Əgər həyat sizə onlara(qohumunuzun evinə) getməyə icazə vermirsə, sizin icazəsiz onlara getməyiniz haramdır.

Təşəkkürlər.
Sual: Şiə qadın sünni kişi ilə evlənsə dininə xələl gəlmiş olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər şiə xanım əhli sünnədən olan bir kişiylə evlənəcəyi təqdirdə, xanımın öz məzhəbi dəyişmə təhlükəsi olarsa, əhli sünnə ilə evlə bilməz. Əgər məzhəbini dəyişmə təhlükəsi olmazsa evlənə bilər.

Təşəkkürlər.
Sual: Salam bilmey istəyirdi ki.bir xanım 1 ildə ərindən ayrılıb. o başqasıyla mute nigahina girib.soram biliblerki bu qadın ərindən kebinin dalağın almayıb.ne qadın bilib nə kisi.bu qadınla mute edən adamın mute nigahı batildir.?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, aralarında olan müvəqqəti əqd batildir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Eger bir qadina telaq verilenden sonra ( amma telaqindan qabag heyat yoldashi ile 6-7 ay muddetinde cinsi elage olmayib aralarinda ve bir evde yashamayiblar) bilmeyerekden iddeni gozlememish bashqa kishi ile muvvegeti kebin edib yaxinlig etmishdi. (Ele bilirdi ki,iddeni ancag ushaga gore saxlayirlar ve emin idi ki ,hamile deyil cunki 6-7 ay erzinde cinsi elagede olmayiblar,ona gore iddeni gozlemedi)o zaman her ikisi tovbe edid tezden hemen kishi ile muvvegeti kebin ya kebin kestire bilerler??? Mumkundirse e-maila cavabi gonderesiz. Evvelceden teshekkur edirem!
Cavab: Salam. Ayətullah Xamnei- dəftərxana:

Xeyir, bu xanım müvəqqəti əqd bağladığı kişiyə həmişəlik haram sayılır.

Təşəkkürlər.
Sual: Salam Sualim Eli Xamaneyinin defterxanasinadir. Eger bir qadina telaq verilenden sonra, (amma telaqindan qabag 6 ay muddetinde oz heyat yoldaşi ile yaxinliq olmamişdi ve bir evde yaşamamişdilar). Iddeni gozlememiş qadin başqa kişi ile siyqe edib yaxinliq etmişdi(amma bilmirdi ki,3 ay erzinde iddeni gozlemelidi,çunki artiq 6 ay erzinde heyat yoldaşi ile yaxinliq olmayib aralarinda, ele bilirdi ki iddeni ancag uşaqa gore gozlemelidir) o zaman tovbe edib hemen kişi ile siyqa ya kebin kestire biler?
Cavab: Salam. Ayətullah Xamnei- dəftərxana:

Xeyir, bu xanım müvəqqəti əqd bağladığı kişiyə həmişəlik haram sayılır.

Təşəkkürlər.
Sual: Bir hicabli xanim gozellik salonunda ve yaxud evde sac ustasi isleye bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: SALAM UZUR ISTAIREM,MAN XANIMIMLA CINSI ALAQADA OLANDAN SONRA QUSUL ALDIM,VE SONRA YENA SPERMA QELDI MANDAN YENIDAN QUSUL ALMALIYAM?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qusuldan sonra sperma gəlibsə, genidən qusl alınmalıdır.

Təşəkkürlər.
Sual: Salam ağa qadınlara azan demək vacibdirmi? Əgər namaz vaxtı qadın vəya kişi azanı eşitməzsə mütləq azan deməlidirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, ümumiyyətlə əzan demək vacib deyil.

Təşəkkürlər.
Sual: qüsl zamanı bədəndəki tüklərin yuyulmasının hökmü necədir
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qusl zamanı bədəndə olan qısa tüklər yuyulmalıdır. Ehtiyat vacibə əsasən hətta uzun tüklər də qusl zamanı yuyulmalıdır.

Təşəkkürlər.
Sual: Orduda çox vaxt namaz qılmağa izin verilmir, və oruc tutmaqda həmçinin. Bu halda əsgər nə etməlidir? Hökmü nədir? Komandir icazə vermirsə əsgərə günah sayılır mı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İmkan daxilində həm namazını qılmalıdır həm də orucunu tutmalıdır. Əgər mümkün olmazsa sonra qəzasını yerinə yetirməlidir. Həmçinin əgər əskər imkan həddində ibadətlərini yerinə yetirmək üçün səy etdikdən sonra, ibadətlərini yerinə yetirmək mümkün olmazsa bu halda ona bir günah gəlməz.

Təşəkkürlər.
Sual: Bismillah Salam olsun. Men uzr istiyirem bu suala gore. Menim bir sevdiyim qiz var oda meni sevir. Biz evlenmek istiyirik ama alielerimiz cahildirler. qizin atasi evde ixtiyar sahibi deyil qardaşidi evde boyuluk eliyen. Qardawi qizi haram meclislere aparir mecburi oynadir hetda hedeliyirki oynamasan hicabini acacam. Qiz mennen 7 yas boyudu. Indi men bu qiznan cixib gedib nigah bagliyib evlene bilerem yeni heckimin icazesin almadan? Xaiş eliyirem mene cavab verin cixilmaz vezyetde qalmişam. Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Subay xanımın(boşanmış xanım bu hökmə şamil olmur. Çünki boşanmış xanımın ixtiyarı öz əlindədir) başqası ilə əqd bağlaması üçün ya atası və ya babası(atasının atası) bu işə icazə verməlidir.

Təşəkkürlər.
Sual: Salam sualim qadin oz heyat yoldaw ile agizdan ola bilermi suala gore uzur istirem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş haram deyildir.

Təşəkkürlər.
Sual: Salam. Pişiyin tükü namazı batil edir ? Əgər namaz qılanın paltarın da olsa,
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər bir yaxud iki ədəd pişik tükü namaz qılan şəxsin paltarı və ya bədəni üzərində olarsa namazı batil etməz. Amma çox olarsa namazı batil edəcəkdir.

Təşəkkürlər.
Sual: Salam bir ile yaxindirki bosanmisam ama talagi vermir kecmis erim indi zaksla evlenirem ama kebinim galir nefege vermir usaglara baxmir xahjis edjrek KOMEK edin talaqi alım
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Üzürlü sayın, biz yalnız şəri suallara cavab veririk.

Bu məsələdə kömək almaq üçün şəri hakimə müraciət edə bilərsiniz.

Təşəkkürlər.
Sual: Salam Aleykum Dinimizdə yeni doğulmuş körpənin qulağına azan oxunmalıdır deyə birşey varmı? Əvvəlcədən təşəkkürlər.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Müstəhəbdir ki, yeni doğulan körpənin sağ qulağına əzan, sol qulağına iqamə oxunsun.

Təşəkkürlər.
Sual: Salam əleykum mən keçmişdə oruc tutmuşam ancaq quslun nə olduğunu bilməmişəm, ümumiyyətlə qüsl barəsində mənə heç kim heçnə deməyib bəs mənim keçmişdə tutduğum oruclar düzdür?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Belə bir vəziyyətdə iki hal təsəvvür oluna bilər:

1- Əgər insan cənabətin nə olduğunu bilməyibsə bu halda tutduğu oruclar düzdür.

2- Əgər insan cənabətin nə olduğun bilibsə, amma oruc tutmaq üçün qusl almalı olduğunu bilməyibsə, bu halda tutduğu oruclar batildir və qəzasını yerinə yetirməlidir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı