Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum.Xanim öz həyat yoldaşina qardaş deyə müraciyət edə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bu iş haram deyildir. Amma bu iş bəyənilməyən işdir.
Təşəkkürlər.
Sual: Salam xaiş edirəm sualımı tezlikcə cavablandırarsınız.
Sual:Mən 12-13 yaşımdan (həddi-buluğa çatdığıma görə) bəri bu günə kimi namaz qılıram indisə mənim 17 yaşım var.Mənim sizə sualım budur ki mən 12-13 yaşımda istimna etmişdim.O zaman bilmirdim qüsl almağı və istimnanın günah və haram olduğunu və o gündən bu günə heç vaxt istimna etməmişəm.Mən istimna edəndən sonra bildim haramdır və günahdır.Mən istimna etdiyim gün namazımı qılmaq üçün niyyətim yəni pak olmaq idi çimdim və sonra namazımı qıldım.Mən cənabət qüslunu tam olaraq 16-17 yaşımda bilmişəm və nə zaman cənabətli olarsam qüsl alıb namazlarımı və ibadətlərimi edirəm.Mən öyrənmək istəyərdim ki,12-13 yaşlarımdan 16-17 yaşıma qədər etdiyim bütün ibadətlər qəza sayılır?(namazda orucda)
Cavab: Salam Ayətullah Xamnei-dəftərxana:
İnsanın boynuna cənabət quslu gəlibsə və insan hətta məsələni bilməməzlik üzündə qusl almadan ibadət edibsə, etdiyi ibadətlər batildir. Gərək qusulsuz yerinə yetirdiyi ibadətləri(məsələn: namaz və orucu) qəza etsin.
Amma cənabət qusl alıbsa, lakin qusulu səhv alıbsa(məsələn: Əvvəl sağ tərəfi, sonra baş və sonra sol tərəfi yuyubsa) və elə bilibsə ki, quslu düzgün şəkildə alır. Bu halda qıldığı namazlarını qəza etməlidir, lakin tutduğu oruclar düzdür və qəza etməyə ehtiyac yoxdur.
Təşəkkürlər.
Sual: Salam. Sualım nigahlar bağlıdı. Mən Rusiyada yaşayan xristian qızla ailə həyatı qurmaq istəyirəm. Dinimizə görə buna icazə verilir? Mümkünsə belə halda kəbin kəsilməsi xüsusi məqam varmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Müsəlman kişinin Xristin xanımla daimi əqd bağlaması haramdır. Amma müvəqqəti əqd bağlaya bilər.
Təşəkkürlər.
Sual: Salam.
Övladıma mənlə yanaşı başqa qadında süd veribsə oda onun süd anası hesab olunur. Bəs bu halda övladımın süt ana və atası mənlə yoldaşıma haramdı?
Mən övladımın süt atasının yanında hicablamı gəzməliyəm?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Uşağın süd anası ola bilər, amma süd atası adlı bir şey yoxdur.
Uşağın süd anası və süd anasının həyat yoldaşı yalnız uşağa məhrəmdir. Bu məhrəmiyyət uşağın doğma ata və anasına aid deyildir. Uşağın doğma ata və anası onun(uşağın) süd anası və onun(süd anasının) həyat yoldaşına naməhrəmdir.
Və gərək hicab və naməhrəm məsələlərinə riayət etsinlər.
Təşəkkürlər.
Sual: Salam.
Uşağımın süt ana və atası mənlə yoldaşıma haramdı?
Mən uşağımın süt atasının yanında hicablamı gəzməliyəm?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Uşağın süd anası ola bilər, amma süd atası adlı bir şey yoxdur.
Uşağın süd anası və süd anasının həyat yoldaşı yalnız uşağa məhrəmdir. Bu məhrəmiyyət uşağın doğma ata və anasına aid deyildir. Uşağın doğma ata və anası onun(uşağın) süd anası və onun(süd anasının) həyat yoldaşına naməhrəmdir.
Və gərək hicab və naməhrəm məsələlərinə riayət etsinlər.
Təşəkkürlər.
Sual: Ateist bir xanımla əqd etmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir, haramdır.
Təşəkkürlər.
Sual: Salam.Yuxuda rehmete geden atama toxunsam məshi meyyit guslu almaliyammi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir, belə halda məshi-meyyit quslu almaq lazım deyildir.
İnsan real həyatda qusulları verilməmiş meyyitə toxunarsa, məshi-meyyit quslu ona vacib olur.
Təşəkkürlər.
Sual: Salam. Allaha inanmayan qadınla əqd etmək doğrudurmu?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Allaha inanmayan və onu qəbul etməyən şəxs kafir adlanır. Və kafirlə də əqd etmək haramdır.
Təşəkkürlər.
Sual: Ter necisdirmi? Terli olarken namaz batildirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir, tər nəcis deyildir və tərli halda qılınan namaz da batil deyildir.
Təşəkkürlər.
Sual: Kişinin borcudumu qadınına isti su ilə temin etsin. Şerhi baxımınan birmek olr
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər buna ehtiyac duyulursa, bəli, təmin etməlidir.
Amma yaxşı olar ki, bir-birlərini başa düşsünlər. Və bir-birlərinə kömək etsinlər.
Təşəkkürlər.
Sual: Salamun aleykum
İki insan günah olmadan rahat danışsınlar deyə müvəqqəti kəbin oxutdurublar və aralarında yaxınlıq münasibəti olmayıb.
Müvəqqəti kəbinin vaxdı bitdikdən və ya öz razılığlarıyla bitirdikdən sonra, Qadın yenə iddə vaxdı gözləməlidi?(qeyd: yaxınlıq əlaqələri olmuyubsa)
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər aralarında yaxınlıq(cinsi əlaqə) olmayıbsa, əqdin müddəti bitdikdə və ya kişi qalan müddəti qadına bağışladıqda, qadına iddə saxlamaq lazım deyildir.
Təşəkkürlər.
Sual: Salam əvvəlcədən üzür istəyirəm dozmək olmayan halda özün-özünü boşaltmaq olar? Yəni qorxu var gunaha düşə biler bu halda icazə verilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir, bu iş haramdır.
Təşəkkürlər.
Sual: Salam ilk önceden üzrlü sayın
Men iller önce çox uşaq iken zina nedir ve ya din haqda o qeder de çox melumatım yox idi
Sadece birbaşkasıtoxunub nişanlım da deyildi o vaxtlar çox balaca idim sadece toxunmuşdu ve öpmüşsdü meni
İndi namaz qılıram ve çox peşmanam Yoldaşıma haram sayılırammı yoldaşımla aramızda zina olub ancaq tövbe etdik ve birde olmayacaq ve heqiqeten peşmanıq indi namaz qılıram ve hicaba keçmek isdeyirem Allahın izni ile çoxsağolun 🙏🏻
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir, bir-birinizə haram sayılmırsınız.
Təşəkkürlər.
Sual: Salam aleyküm və rəhmətullahi və bərəkətuhu.
Şeir və meyxana demək və ya qulaq asmaq barədə hansı hökmlər var? Olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər şeirin sözləri islamın dininin möhtəvasına zidd deyilsə(məsələn dini təhqir, söyüş və şəxsiyyəti alçaldan sözlər) bu şeiri dinləmək və ya səsləndirmək haram deyildir.
Amma meyxana və musiqi eyş-işrət, çalğı məclislərinə uyğundursa, bu halda həm ona qulaq asmaq, həm də onu səsləndirmək haramdır.
Təşəkkürlər.
Sual: Terli paltar ve ya bedenle namaz gilmag olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli, olar.
Təşəkkürlər.
Sual: salam aleykum bir kiwi oz xanimina mecburi hicab ortmesini teleb ede bilermi qadinda buna razi olmur.
evvelden tewekkurmu bildirirem.
Cavab: Salam. Ayətullah Xamnei-təşəkkürlər.
Xeyir, məcbur edə bilməz və münasib dillə başa salmalıdır.
Amma belə bir halda xanım üçün məhdudiyyətlər qoya bilər(məsələn: başı açıq şəkildə qadının evdən çıxmasına qadağa qoya bilər).
Təşəkkürlər.
Sual: Salam Aleykum.
Qadın və ya kişi üçün qaş aldırmaq haramdır?
Əvvəlcədən təşəkkürlər.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Qadın üçün bu iş öz-özlüyündə haram deyil. Amma, əgər bu iş zinət sayılarsa gərək onu naməhrəmdən gizlətsin. Lakin zinət sayılmadığı halda gizlətməyə və ya örtməyə ehtiyac yoxdur.
Kişilər üçün qaş almaq əgər kişinin qadına bənzəməsi kimi qələmə verilərsə və ya fəsada səbəb olarsa yaxud qərbin əxlaqdan kənar mədəniyyətinin yayılmmasına səbəb olarsa haramdır.
Təşəkkürlər.
Sual: Salam bele bir sualim var qiz uşağı heys olandami hedi buluğa çatır yoxsa 9 yaşında? Yeni hicab bağlama vaxti ne vaxtdan bawdiyir? Yəni bu hedi buluğ veziyyeti her ferde eynidirmi yoxsa her kesde ferqlidirmi inkisafina göre?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Qadınların həddi-buluğ, ibadət və hicaba kamil şəkildə riayət etmə vaxtı, hicri qəməri təqvimi ilə doqquz yaşının tamamındadır(Miladi təqvimi ilə doqquz yaşdan doxsan yeddi gün çıxmaq lazımdır. Yəni qadınların həddi buluğ yaşı miladi təqvimi ilə təqribən səkkiz yaş, səkkiz ay, iyirmi iki gün tamam olduqdadır).
Təşəkkürlər.
Sual: Ər və arvad özlərinin bir-biri ilə cinsi yaxınlıq etdiyi videoya baxa bilərmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bu iş öz-özlüyündə haram deyil. Amma bu işin fəsada səbəb ola biləcək və mömünün izzətinə zərbə vura biləcək tərəfləri nəzərə alınmalıdır(məsələn: video çəkilən telefon itib kiminsə əlinə düşə bilər yaxud müasir dövrdə insanın özünün də xəbəri olmadan telefon istehsalı şirkətləri və ya aperatorlar "email" vasitəsiylə telefonlara nəzarət edə bilirlər, beləliklə bu video başqalarının əlinə də keçə bilər)
Təşəkkürlər.
Sual: əgər masanın bir hissəsi nəcasətə bulaşıbsa onu yaş dəsmal ilə sildikdə masanın digər hissələri də nəcis olur ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bəli, əgər nəcis yerə toxunan yaş dəsmalla masanın digər yerləri də silinərsə, dəsmalın toxunduğu yerlər də nəcis olacaqdır.
Təşəkkürlər.