www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salamun əleykum. Dəstəmazda başa məsh edərkən alının suyu ələ dəysə dəstəmaz batil olurmu? Şəxsin bu cür dəstamazla qıldığı namazlar batildirmi? İkinci sualım belədir ki, sol əllə sağ ayağa məsh çəkmək olarmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Dəstəmaz zamanı başa məsh edərkən əl alının suyuna dəyərsə dəstəmaz batildir. Və bu dəstəmazla qılınan namaz da batildir.

Sol əllə sağ ayağa məsh çəkmək olar. Amma yaxşı olar ki, sağ əllə sağ ayağa və sol əllə sol ayağa məsh edilsin.

Təşəkkürlər.
Sual: Qadin corab geyməlidi yani qicinin uzərun barmaqa qədər ortməlidi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, qadın ayağını kamil şəkildə(hətta ayaq barmaqlarını da) naməhrəm olan yerdə örtməlidir.

Təşəkkürlər.
Sual: Salam cenabet qusulu almamiw teyamum edib qeza namazi qilmag olar?Ve Cenabet qusulu alamaga su var lakin bir nece aile bir yerde qaldigi ucun qusl almag naraziciliq olur.teyamum edib namaz qilmag olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qusl almağa şərait varsa, təyəmmümlə namaz qılınmamalıdır(istər qəza namazı olsun, istərsə də digər vacib namaz).

Əgər qusl almaq sualda qeyd etdiyiniz kimi narazılığa səbəb olursa, yenə də imkan həddində qusl alınmalıdır. Amma mümkün olmazsa, bu halda təyəmmrmlə namaz qılmaq olar.

Təşəkkürlər.
Sual: Salamun aleykum.bir qadın müvəqqəti əqidlə hamilə qalıb amma uşağın atası uşağın dunyaya gəlməsini isdəmir qızın ailəsidə bu vəziyyətə razılaşmaz (qardaşları ) çarəsiz qadın nə etsin xaişlə yardım isdəyir
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu sizin ailə məsələnizdir. Biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Əgər biti siqaret çəkməməyə tövbə edibsə amma dözə bilmir siqaret çəksə tövbə etdiyinə görə günah sayılırmı? Kəffarəsi varmı,
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu məsələdə(siqaret məsələsində) tövbəni pozduğuna görə günah sayılmaz və kəffarəsi də yoxdur. Amma tövbəni pozduğuna görə qəbahətli iş görmüşdür.

Əgər siqaret çəkməmək üçün and içibsə, sonra da andını pozubsa həm günah etmişdir, həm də andına əməl etmədiyinə görə kəffarə verməlidir.

Təşəkkürlər.
Sual: salam. men bir sehmdarliq shirketine uzv olmisham. osa mueyyen sehm yatirdiram. shirketin ish dovriyesinden sehmime uygun ayliq huquq ve sehm aliram. bunun ishkali varmi? ama bura bir nece adami celb etdiyime gore de mene mukafat verir shitket. ishkali varmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Şirkətin səhmlərinə şərik olduğunuza görə aldığınız pul və həmçinin başqalarını da cəlb etdiyiniz üçün şirkətdən sizə verilən mükafat halaldır.

Təşəkkürlər.
Sual: Salam. Nərd oyunu haram sayılır ya yox?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər ürfün nəzərində nərd qumar aləti sayılarsa, oynanılması haramdır.

Təşəkkürlər.
Sual: Qadinin qashini erinin isteyi ile gözəllik üçün boyamasi caizdirmi?
Cavab: Salam. Ayətullah Vəhid Xorasani-dəftərxana:

Bəli, caizdir. Amma naməhrəmin diqqətini çəkərsə gərək, naməhrəmdən gizlətsin.

Təşəkkürlər.
Sual: Salam zina etmiş bir qadın zina etdiyi kişi ilə evlənə bilərmi? Tövbə olunub və kəbin kəsilib düzgündür?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qadın zina etdiyi zaman başqasının əqdində və ya iddəsində olmayıbsa, zina etdiyi kişi ilə əqd bağlayıb evlənə bilər.

Amma zina etdiyi zaman qadın başqasının əqd və ya iddəsində olubsa, zina etdiyi şəxsə əbədi olaraq haram olur.

Təşəkkürlər.
Sual: salam əleyküm ağa bir qadın özü üçün ziyarət pulu yığır ehtiyacı olduğu halda o pula toxunmur nə yeyir nədə geyim almır az - az gəliri olduqca yığır bu qadın xüms verməlidirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər bu pulu işləyərək əldə edibsə(yəni hədiyyə deyilsə), xums günü gəlib çatdıqda onun xumsu verilməlidir.

Təşəkkürlər.
Sual: Salam Aleykum.Her kes deyirki uwaga cile yeni 40saxlamaq lazimdir.Dinimizde var uwaga 40 saxlamag? Allah sizden razi olsun suallarimi cavabsiz qoymursuz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu işin heç bir dini əsası yoxdur. Əgər bu işə dini don geyindirilərsə bidət sayılacaq və haram olacaqdır.

Təşəkkürlər.
Sual: Salam. Dırnağa boya çəkmək dəstamazı pozurmu? Və biraz məsafə saxlamaqla boya cəkmək olarmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər dırnağa çəkilən boya dəstəmaz alarkən suyun dırnağa yetişməsinə mane olarasa, alınan dəstəmaz batildir. Hətta məsafə saxlamaqla su dırnağın bir hissəsinə yetişsə və digər hissəsinə yetişməsə, yenə də alınacaq dəstəmaz batildir.

Təşəkkürlər.
Sual: Salam Sualim Eli Xamaneyinin defterxanasinadir. Univeristet mezunu biri çox çalişsada işe gire bilmir, haqqi olani ona vermirler, yerinde başqa dexlisiz adamlar çalişir.her muessisede işi şexsi mallari kimi satirlar. Bu halda pul verib işe duzelmeyin hokmu nedir? Hormetle.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İmkan daxilində çalışmaq lazımdır ki, pul vermədən məsələni həll etmək lazımdır. Amma pul vermədən alınmszsa, pul verməklə işə düzəlmək olar.

Təşəkkürlər.
Sual: Salam İranın rəsmi kanalları var ki orda musiqilər səslənir və hamısı da İrşad Nazirliyinin senzurasından keçmiş musiqi və kliplərdir lakin sözlərinə baxanda sevgi sətirləri müşahidə olunur düzdür tam bilmirəm ki bu nə sevgisinə həsr olunur bunlara qulaq asmaq olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Hər hansı bir mötəbər televiziya və radiondan səsləndirilən musiqilər heç də bu musiqilərin hamısının halal olması anlamında deyildir. Odur ki, musiqinin halal və ya haram olmasını mükəlləf özü, təqlid etdiyi müctehidin fətfası əsasında müəyyən etməlidir.

Təşəkkürlər.
Sual: Selam aleykum. Sualim bundan ibaretdirki bir ise duzelsen namaz qilmaga icaze vermirler onun qezasini axsam qilmax olar yeni ele gunah deyilki.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Başqa iş tapmaq mümündürsə, başqa işdə işləməlisiniz. Əgər çarəsizlikdən orda işləmək məcburiyyətindəsinizsə və orda da namaz qılmağa heç bir fürsətiniz yoxdursa, işdən sonra qıla bilmədiyiniz namazların qəzasını qılmalısınız.

Təşəkkürlər.
Sual: Salam. Men qusul almamisdan once butun bedenimi temiz yuyuram sonra qusul aliram. Qusul alib cixannan sonra birden goruremki cox uzur isteyirem dosumun ucunda iyne ucu qeder sud qirintilari qalib. Bu mende xestelikden dolayi bas verir. Bu hal qusula batdir.?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər dediyiniz qurumuş süd qırıntısı qusl aldıqdan sonra yaranıbsa quslunuz düzdür. Amma qusuldan öncə olubsa və suyun bədənə yetişməyinə mane deyilsə yenə də alınan qusl düzdür. Amma qurumuş süd qırıntısı qusuldan öncə olubsa və suyun bədənə yetişməsinə maneə yaradırsa, qusl zamanı maneə təmizlənməlidir. Hətta əgər qusldan sonra siz qusl zamanı bu maneənin olduğundan agah olsanız, maneəni aradan qaldırıb qusl niyyəti ilə bədənin həmin yerini yusanız kifayət edər.(Bu hökm baş və boyunda olan maneəyə aid deyildir)

Təşəkkürlər.
Sual: Heyzli halda vacib cənabət qüslu alsam aldıgım qüsl boynumdan götürülür?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Heyzli halda cənabət quslu alınarsa, ehtiyat vacibə əsasən cənabət quslu boyundan götürülmür.

Təşəkkürlər.
Sual: Heyzli halda cənabət quslu almaq icazəlidir?Yəni heyz halında vacib cənabət qüslu alsam qüsl boynumdan götürülür?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Ehtiyat vacibə əsasən heyzli halda cənabət quslu almaq düzgün deyil. Və kimsə heyz halında cənabət quslu alarsa, ehtiyat vacibə əsasən cənabət quslu boynundan götürülməz.

Təşəkkürlər.
Sual: Salam.Uşaq dünyaya gətirəndən neçə gün sonra qadın həyat yoldaşı ilə yaxınlıq edə bilər?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Nifas qanından təmizləndikdən sonra yaxınlıq edə bilər. Amma nifas halında yaxınlıq etmək haramdır.

Uşaq dünyaya gəldikdən sonra gələn qan 10 gün ərzində kəsilərsə nifas sayılır. Əgər gələn qan on gündən çox davam edərsə və xanımın adət günlərinin sayı da məlumdursa(məsələn 7 gün) gərək heyz günlərinin sayı qədər nifas hesablamalıdır. Bundan sonra isə gələn qanı on gün istihazə hesablamalıdır. On gün bitdikdən sonra qan davam edərsə və əgər xanımın heyz günləri ilə üst-üstə düşərsə heyz müddətində gələn qanı heyz kimi hesablamalıdır. Yox əgər heyz günləriylə üst-üstə düşməzsə istihazə kimi hesablamalıdır.

Təşəkkürlər.
Sual: Salam.Heyz qüslundan öncə dəstəmaz alıb daha sonra qüsl alıb birbaşa namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı