www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Şaban ayında ramazanda 1000 rükət namaz niyyət etmişəm.Ramazan ayında həmin min rükəti qəza namazlarının niyyəti ilə birgə qılmaq olarmı?Yəni həm qəza namazlarının həmdə min rükət namazın hökmünü icra etmiş olurammı?
Cavab: Salam. Ayətullah Xamnei- dəftərxana:

Xeyir, əhd etdiyiniz namazı qəza namazlarıyla bir yerdə yerinə yetirə bilməzsiniz.

Təşəkkürlər.
Sual: Salamu aleykum. Bir xanim erinnen ayrilib. Qadinla kisinin ata anasi gedib kebini pozdurublar amma qadinnan aybasidan temiz olmaqi sorusmayiblar. Qadin sora ikinci defe basqa biri ile kebin kesib bu duzdundu?
Cavab: Salam. Ayətullah Sistani- dəftərxana:

Əgər qadın indi şəkk edirsə ki, görəsən təlaq verilən zaman heyzli olub ya yox, təlaq düzgün sayılır və o xanımın iddə saxladıqdan sonra başqası ilə bağladığı əqd də düzgündür. Bu şərtlə ki, qadının təlaqı verilərkən ərin(təlaq aldığı ərin) bu işə(təlaqa) icazəsi olsun.

Təşəkkürlər.
Sual: Salamu aleykum. Bir xanim erinnen ayrilib. Qadinla kisinin ata anasi gedib kebini pozdurublar amma qadinnan aybasidan temiz olmaqi sorusmayiblar. Qadin sora ikinci defe basqa biri ile kebin kesib bu duzdundu?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qadın indi şəkk edirsə ki, görəsən təlaq verilən zaman heyzli olub ya yox, təlaq düzgün sayılır və o xanımın iddə saxladıqdan sonra başqası ilə bağladığı əqd də düzgündür. Bu şərtlə ki, qadının təlaqı verilərkən ərin(təlaq aldığı ərin) bu işə(təlaqa) icazəsi olsun.

Təşəkkürlər.
Sual: Salam,sham namazini saat 12e kimi qilib qurtarmag lazimdi,12den sonra qeza sayilir? Bes eger sham namazini qilib,yatiramsa,sonra gecenin birvaxti qalxib isha namazini qiliramsa,isha qeza olur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İnsan şam və işa namazlarını gecə yarısına qədər qılıb qutarmalıdır. Amma, əgər insan bilərəkdən və ya üzürlü səbəb üzündən gecə yarısına qədər şam və ya işa namazını qılmazsa, ehtiyat vacibə əsasən gecikdirdiyi namazı sübh əzanına kimi mafizimmə(nə əda,nə də qəza(yəni boynunda olan namaz)) niyyəti ilə qılmalıdır.

Təşəkkürlər.
Sual: 1) Salam aleykum. Niyyətdən əvvəl əssalat deyilməsi vacibdir yoxsa müstəhəb, ( camaat və ya fərdi qəza və ya əda namazları niyyətindən əvvəl əssalat deyilməsində fərq vardırmı) ? 2) Hədiyyəyə xüms verməliyikmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Meyyit namazından başqa heç bir müstəhəb və ya vacib namaz, həmçinin onların qəzasından əvvəl üç dəfə "əssəlat" deyilməməlidir. Hətta kimsə bilərəkdən bu işi(3-dəfə əs-səlat deməyi) şəriətin bir hökmü kimi(məsələn müstəhəb niyyəti ilə) həyata keçirərsə, bidət etmişdir. Və bidət də haramdır.

2-Əgər xums gününə qədər istifadə olunmazsa və ya artıq qalarsa, xumsu verilməlidir.

Təşəkkürlər.
Sual: Salam. Soyuqdəyməyə gorə venaya vurulan iynə orucu batil edərmi? Xamenei aga. Qabaqcadan təşəkkür edirik.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Ehtiyat vacibə əsasən oruc tutan şəxs qida və ya vitamin tərkibli iynələrdən, həmçinin damara vurulan iynələrdən(hətta qida və vitamin tərkibli olmasa da) istifadə etməməlidir. Amma oruc tutan şəxsin qida və ya vitamin tərkibli olmayan inələri əzələyə vurmasının maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Oruc tutmaq qızlara ve oqlanlara milad tarixi ile neçe yaşda vacib olur? Təşəkkür
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qadınların hicri qəməri təqvimi ilə doqquz yaşları tamam olarsa(Yəni miladi təqvimi ilə səkkiz yaş, səkkiz ay, iyirmi gün) namaz qılıb, oruc tutmalıdırlar.

Kişilərin hicri qəmər təqvimi ilə on beş yaşları tamam olarsa(Yəni miladi təqvimi ilə təqribən on dörd yaş, yeddi ay, on beş gün) namaz qılıb, oruc tutmalıdırlar.

Təşəkkürlər.
Sual: Salam bir kişi 20 il Namaz və Oruc tutub amma cənabət qusulu almadan,cahil olub,heç məsələdən xəbəri olmayib bu şəxsin hökümü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər boynunda cənabət quslu olubsa və bu halda cəhalət üzündən qusl almadan ibadət edibsə, namazlarının qəzasını qılmalıdır.

Oruca gəldikdə isə əgər həqiqətən də qusl haqqında anlayışı olmayıbsa və elə bilibsə ki, vəzifəsinə düzgün əməl edir. Bu halda tutduğu oruclar düzdür.

Təşəkkürlər.
Sual: qadin ede bilər elinde elcek namegrem kisinin sacini uzunu qirxsin?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş fəsada səbəb olar və haramdır.

Təşəkkürlər.
Sual: Salam. Keçmiş namaz və oruclarimi qəzaya başlamaq istəyirəm.onu burda suallarda oxudum ki, 8 yaş 8 ay20 gün yoxsa 9 yaşdan başlayaraq qəza etməliyəm.? Dəqiq cavab yazardız.2)namazda azan iqamə əvəzinə3 dəfə əssəllah deməklə namaza başlamaq olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

1-Qadınların həddi-buluğ yaşı, miladi təqvimi ilə səkkiz yaş, səkkiz ay, iyirmi günün tamam olmasıdır.

2-İstər vacib, istərsə də müstəhəb namazlardan öncə 3 dəfə əs-səlat deməyə ehtiyac yoxdur. Dediyimiz hökm bu namazların qəzasına da aiddir. Hətta kimsə bilərəkdən bu işi(3-dəfə əs-səlat deməyi) şəriətin bir hökmü kimi(məsələn müstəhəb və ya savab niyyəti ilə) həyata keçirərsə, bidət etmişdir. Və bidət də haramdır.

Təşəkkürlər.
Sual: Subh namazindan sonra oruc ola-ola boynuna cənabət qusulu gelse ne etmelidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insan bilərəkdən cənabət qusluna səbəb olan iş görərsə orucu batildir.

Amma yatan halda boynuna cənabət quslu gəlibsə, oruc batil deyildir, sadəcə cənabət quslu almalıdır.

Təşəkkürlər.
Sual: Salamın aleykum yoldaşım əsəbləşib orucunu siqarıet ilə açdı Onun 1 dəfədə olsa boynuna kəffarə düşür 61 gün dianmadan tutmalıdı ama mənim yoldaşımım işi ağırdı deyə tuta bilməyəcək umutetdə zəifdi zatən ramazan ayında sürünür ölə ölə orucu tutur yoldaşım deyir ki mən bunu pulla çıxa bilərəmi? 1 günün kəfarəsinə nə qədər pul düşür nə qədər pul çıxartsın
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Orucunu açdığı həmin bir günün qəzasını tutmalıdır.

Amma kəffarəyə gəldikdə, ya ən azı 31-günü ardıcıl olmaqla 60 gün oruc tutmalıdır, ya da 60 fəqiri doyurmalıdır. Bu işi(60-fəqiri doyurmaq) iki yolla edə bilər:

1. Onları hazır yeməklə doyurmaq.

2. Hər bir fəqirə bir müd(750 qram) buğda ya un ya çörək ya düyü yaxud buna bənzər bir şey versin.

Təşəkkürlər.
Sual: Salam əleykum kişi əgər ki cənnəti cehenemi danir və ölümdən sonrası yoxdu deyr. Ehlibeyte inanmirsa yalan olduğunu deyrse, bir də ki, Allahı və Quranı söyürsə kafir sayilirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Salam. Qoyun ve ya qoçun dalaqın yemək harammıdır? Cox sağ olun.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, haramdır.

Təşəkkürlər.
Sual: Salam aleykum uzr isteyirem sualima gore. Insan oz heyat yoldasi ile arxadan cinsi elaqede ola bilermi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər xanım icazə verməzsə bu iş haramdır. Amma icazə verəcəyi təqdirdə isə bu iş məkruhdur.

Təşəkkürlər.
Sual: Salam oruc tutan vaxt cimmek olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam qadinlar namazda dirsekleri yere deymeyi vacibdi ? Ama cox yerde yazilibki 7 uzv yere deymelidi
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, vacib deyil. Amma müstəhəbdir ki, xanım səcdə zamanı dirsəklərini yerə yapışdırsın.

Təşəkkürlər
Sual: Salam Aleykum Aga. Bir kişinin sol qolu dirsəktən yoxdursa o necə dəstəmaz almalidi? Allah sizdən razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Dəstəmaz niyyəti ilə üz və sağ əlini yumalı, daha sonra sağ əli ilə baş və ayaqlarına məsh etməlidir.

Təşəkkürlər
Sual: Salam Boşanmış bir xanımla müvəqqəti əqd oxunub, sonra məlum olub ki, kişi təlaq verməyib. lakin müvəqqqəti əqd oxuyanda qadın deyib ki, biz boşanmışıq və mən azad xanımam. Bunu bilən kimi müvəqqəti əqd edən kişi ayrılıb. Bilmək istəyirdim, həmin qadın müvəqqəti əqd edən kişiyə daimi haramdır, yoxsa qadın birinci ərindən təlaq alandan sonra iddə saqxlamaq şərtiylə yenidən müvəqqəti əqd edən kişiylə əqd oxuya bilər?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər həm qadın və həm də kişi qadının başqasının əqində olmasından və həmçinin başqasının əqdində olan xanımla evələnməyin haramlığından xəbərləri olmadan, əqd bağlayıblarsa və aralarında da yaxınlıq baş verməyibsə, qadın birinci ərindən boşanandan və iddə saxlayandan sonra, ikinci əqd bağladığı şəxslə yenidən əqd bağlaya bilər. Amma yaxınlıq baş veribsə evlənə bilməzlər.

Qadın və kişi, yaxud onlardan biri qadının başasının əqdində olduğunu və ya başasının əqdində olan xanımla izdivacın haramlığını bilibsə, bu zaman əqd bağlayıblarsa aralarında istər cinsi rabitə olsun, istərsə də olmasın(hər halda) onlar bir-birilərinə əbədi haram sayılırlar.

Təşəkkürlər.
Sual: Salam agam men belgemi bayra çıxarda bilmirem calisdigim qeder cagardiram hamini cagardanda ureyim bulanir orucumu batil edrem belgemi cagardmasam udsam orucum batildir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər bəlğəm ağız boşluğuna çatmazdan öncə udularsa orucu batil etməz. Amma əgər bəlğəm ağız boşluğuna gəlibsə, ehtiyat müstəbə əsasən insan onu udmamalıdır. Amma, hətta udsa da orucu batil etməz.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı