www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Aleykum.kebin kesilmis nisanli qadin ve kisi 1 otaqda 2 si eylesib sohbet ede bilermi.ve onlar bir birinin elinden tuta ve ya bir birini ope bilerlermi ve qucaqlasmaq olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər kəbinləri varsa, bir-birlərinə məhrəmdirlər və sualda qeyd edilənləri də edə bilərlər.

Təşəkkürlər.
Sual: Salamun aleykum ağa.Ağa sualım belədir ki mən bir az su içəndən sonra balkona çıxdım və azanın hardasa 3ci və ya 4ci Allahu Əkbərin eşitdim yəni tam dəqiq bilmirəm ağa.Ağa amma su içərkən suyu yere qoyarkən səs eşitmemişdim və dəqiq bilmirəm neçə saniyə gözlədim sonra çıxdım balkona.İndi bu halda orucum batil olarmı? Xahiş edirəm bir az tez cavab yazasınız.Allah sizlərdən razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu halda orucunuz batil deyildir.

Təşəkkürlər.
Sual: 24 yaşinda bir genc 45 yaşinda bir qadinla muvveqeti kebin kese biler?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana:

Bəli, bilər.

Təşəkkürlər.
Sual: Namaz qılan şəxs əyləncəyə gedib( yəni bar,olan yere )qəlyan çəkməyə bu nə dərəcədə düzgündür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Haram məclisə(məsələn: bar) getmək olmaz və bu iş haramdır.

Təşəkkürlər.
Sual: Salam.men iki ay olar aprasya olmusam.odumnen boyreyimi goturubler.men indi oruc tuta bilerem? tutmasam hokmu nedir.keffare vermeliyem.keffareni yigib nece gununu bir adama vermek olar.qezasida var
Cavab: Salam. Ayətullah Fazil Lənkərani-dəftərxana:

Əgər oruc tutmağın sizə zərəri yoxdursa orucunuzu tutmalısınız. Amma, əgər oruc tutmağın sizə zərəri varsa(mütəxəssis həkim sizə deyibsə ki, oruc tutmayın) bu halda üzürlü sayılırsınız və oruc tutmamalısınız. Və gələn ramazan ayına qədər üzürünüz aradan gedərsə, oruclarınızı qəza etməlisiniz. Yox, əgər gələn ramazan ayına qədər üzürünüz aradan getməsə, qəzasını tutmaq sizə vacib deyildir. Sadəcə qəzaya verdiyiniz hər gün oruc üçün bir müd təam(750 qram) buğda ya arpa və ya buna bənzər bir şey fəqirə versin.

Təşəkkürlər.
Sual: Qadın orucluqda heyiz olarsa qəzası və ya keffaresi varmı
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Kəffarəsi yoxdur, amma heyz günlərinidə tutmadığı orucların(ki, heyz zamanı oruc tutmamalıdır) qəzasını yerinə yetirməlidir.

Təşəkkürlər.
Sual: Salam, xumsa ayid sualım var, əgər adam özüücün xums hesablama vaxtın təyin eləyib məsəlcün, 1000 manat pulu var 200 azn xums ödəyib, növbəti ildə pulu 300 manat var onun xumsun ödəməlidir ya 1000 manatdan cox olsa onun xumsun ödəməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər xums günü əlində olan pul, keçən il xumsunu çıxartdığı pulun eyni deyilsə, onun xumsun çıxarmalıdır(baxmayaraq ki, keçən il əlindəki pul bu ilkindən çox idi).

Təşəkkürlər.
Sual: Salam Alim secerken ne etmek lazimdir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər alimdən məqsədiniz mərceyi-təqliddirsə(camiuş-şərait müctehid), gərək aşağıdakı şərtlərə sahib olsun:

1. Kişi olsun

2. Həddi-büluğa çatsın

3. Ağıllı olsun

4. On iki imam şiəsi olsun

5. Halalzadə olsun

6. Diri olsun

7. Ədalətli olsun

8. Şəri fətvaları vermək vəzifəsini daşıyan mərceyi-təqlid mənsəbinin həssas və əhəmiyyətli bir mənsəb olduğunu nəzərə alaraq mərceyi-təqlid olan müctehid, öz üsyankar nəfsini ələ almaq qüdrətinə malik olsun və dünyaya tamah salmasın.

9. Müctəhid olsun.

10. Ehtiyati-vacibə görə "ələm” - yəni, elmdə daha üstün olsun.

Təşəkkürlər.
Sual: Salam Aleykum Aga. Bir kişinin sol qolu dirsəktən yoxdursa o necə dəstəmaz almalidi? Allah sizdən razi olsun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Dəstəmaz niyyəti ilə üz və sağ əlini yumalı, daha sonra sağ əli ilə baş və ayaqlarına məsh etməlidir.

Təşəkkürlər.
Sual: Salam, bilmeyerekden olunan zinanin keffaresi nedir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Tövbə edib, Allahdan bağışlanmaq diləyin.

Təşəkkürlər.
Sual: Salam men müselman olmayan birinden xaricden internet vasitesi ile bir mehsul almişdim..mehsulu alarken bir aya göndere bileceyine söz vermiwdi ama gelmedi men ,2ay gözledim..yene gelmedi bu defe pulumu geri istedim verdi...ama verdikden texmini 2hefte sonra hemin mehsul gelib mene çatdı indi bele olan halda menim vezifem nedir hemin sexse pulu geri vermeliyem ya nece?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Həmin məhsulu qəbul edib və ya qəbul etməməkdə ixtiyar sahibisiniz.

Əgər məhsulu götürmək istəyirsinizsə pulunu ödəməlisiniz. Yox əgər götürmək istəmirsinizsə məhsulu geri qaytarmalısınız.

Təşəkkürlər.
Sual: Mənim bir sualım var. deməli mən nişanlımla elçi göndərməzdən əvvəl bir neçə dəfə istixarə etdirdim və hamısında pis gəldi. ama əməl etmədim və nişanlandığ. Ama qorxusu varki qəlbimdə çox qorxuram gələcək barəsində. bunnan çıxış yolu varmı? mən nə etməliyəm? Günah etmişəm bu əməlimləmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İstixarənin nəticəsinə əməl etməmək günah deyildir.

Təşəkkürlər.
Sual: Salam. Cenabet qusulu alarken bedeni yuyub sacimizi iki horub sadece qusul zamani basimizdan su axitsaq sonra sag ve sol ciynimizden salavat zikr etsek olarmi? Yoxsa baw tamamile yuyulmalidirmi? Birdeki cenabetli olsaq subh namazini teyemmum edib qilsaq olarmi? zohre kimi cenabet qusulu alsaq olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qusl zamanı baş-boyun tamamilə yuyulmalıdır və baş-boyunu yuyarkən ehtiyat vacibə əsasən başın uzun saçları və saç hörükləri də yuyulmalıdır. Yalnız bundan sonra sıra ilə bədənin sağ və sol tərəfi qusl qəsdi ilə yuyulmalıdır. Həmçinin qusl alarkən salavat və ya digər zikrləri demək vacib deyildir. Əgər sübh namazı üçün qusl almağa şərait olmazsa, bu zaman təyəmmüm ilə sübh namazını qılmaq olar. Amma qusl almağa şərait olduğu halda təyəmmümlə namaz qılmaq olmaz.

Təşəkkürlər.
Sual: Salam, adam necə qusıl almalıdır?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Alacağınız quslu niyyət etdikdən sonra əvvəl başınızı və boynunuzu qusl niyyəti ilə yuyursunuz(elə yumalısınız ki, baş və boyunun hər yeri islansın və quru bir yer qalmasın). Bundan sonra bədəninizin tən ortadan sağ tərəfini qusl niyyəti ilə yuyursunuz. Elə yumalısınız ki, sağ tərəfin hər yeri islansın və quru bir yer qalmasın(Əlbəttə sağ tərəfi yuyarkən ehtiyata görə bir az sol tərəfə də keçirsiniz ki, sağ tərəfin tam yuyulmasından əmin olasınız). Daha sonra bədəninizin tən ortadan sol tərəfini qusl niyyəti ilə yuyursunuz. Elə yumalısınız ki, sol tərəfin hər yeri islansın və quru bir yer qalmasın( Əlbəttə sol tərəfi yuyarkən ehtiyata görə bir az sağ tərəfə də keçirsiniz ki, sol tərəfin tam yuyulmasından əmin olasınız).

Həmçinin göbəyin və övrətin yarısı sağ tərəfi yuyarkən yuyulmalı, digər yarısı isə sol tərəfi yuyarkən yuyulmalıdır. Amma yaxşı olar ki, göbək və övrət həm sağ tərəf yuyularkən tam yuyulsun, həm də sol tərəf yuyularkən tam yuyulsun.

Təşəkkürlər.
Sual: Salam,hamile qadına 3aylarinda olan oruc tutmaq olar mı?Oruc tutanda bətndəki ushaq ac qalır mi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər mütəxəssis həkim oruc tutmağın ana və ya bətnindəki körpə üçün təhlükəli olduğunu deyərsə, bu halda həmin hamilə xanım oruc tutmamalıdır. Əks halda orucunu tutmalıdır.

Təşəkkürlər.
Sual: Salam eleykum , kafir kiwi ile muselman Allaha ibadey eden qadinin kebini haram sayilirmi?ve qadin bunu sonradan fergine varibsa nece talag isdemelidir ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Müsəlman xanımın qeyri-müsəlman kişi ailə qurması haramdır. Hatta qadın bunu sonradan bilibsə də o kişidən ayrılmalıdır.

Təşəkkürlər.
Sual: Salam,evlilikde kishi-qadin arasinda munasibet 2ildi yoxdursa,Herdefe bu meseleye gore evde sozsohbet olursa,2-4-6aylarla kusluluk yaşanırsa,Gunahmidir ? Qadin dindardi kishi ise yox,Kishi qadinla bu meseleni bolushmurse,Bilmek isteyerdim qadin gunah edir? Kusluluk yaratmagda?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Kişiyə vacibdir ki, üzürlü səbəb olmadan xanımının cinsi ehtiyaclarını ödəsin. Əgər üzürlü səbəb olmadan kişi xanımın cinsi ehtiyacını ödəməzsə və xanım da öz haqqını tələb etdiyi üçün inciklik yaranırsa bu halda xanım günah etməmişdir.

Təşəkkürlər.
Sual: Salam əleykum Aga mənim həyat yoldasim cox tərs adamdi mən nə deyərəmsə o mənim əksimə gedir bu uzdən mənim ona hec istəyim yoxdu. İşdəmək istəmir evə qazanc gətirməyi yoxdur ailə uşaq məsuliyəti dasimir bu uzdən mən həməsə ona cavab qaytariram mən allah qarsisinda düzgün edirəm?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Ərin öz vəzifəsinə düzgün əməl etməməsi, qadının onun üzünə aqq olub cavab qaytarmasına əsas vermir.

Təşəkkürlər.
Sual: Salam aleykum.mənim belə bir sualım var bir ana əgər övladına süd verirsə və ramazan ayının bütöv bir ayını oruc tutarsa südünün azalacağından qorxub ehtiyat edirsə hımin ana 3 gün əvvəldə,3 gün ortada və 3 gün axırda oruc tutmağı niyyət edib oruc tuta bilərmi?əgər tutarsaaa tutmadıöı günlərin qəzasın tutmalıdırmı?əvvəlcədən təşəkkürlər
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Övladına süd verən ana, oruc tutacağı təqdirdə südünün kəsiləcəyindən yaxud azalacağından və bunun da övladına ziyanı olacağından qorxarsa oruc tutmamalıdır. Sonra isə tutmadığı günlərin qəzasını yerinə yetirməklə yanaşı, həm də hər gün üçün fəqirə bir müdd təam verməlidir.

Təşəkkürlər.
Sual: Salam eger qadin daimi kebinde erine sert kesibse ki menden basqa hec bir kebinin olmayacaq ve eri bu serti qebul edib kebine giribse erin basqa kebin eddirmeyi haram olur mu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Gərək insan(kişi) verdiyi vədə əməl etsin və vədini pozmasın. Amma(hətta vədinə əməl etməsə də belə) ikinci əqdi batil deyildir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı